Məhkəmə qərarları › İş №1(060)-58/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-58/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-58/2021 29.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhərində “20 yanvar” metrostansiyası yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,303 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:18 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 24nömrəli məktəbin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərinə şəxsi axtarış keçirilərkən sol əlindəki kibrit qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,303 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərindən cıxan narkotik vasitə olan heroin onun özünə deyil başqa şəxsə məxsusdur. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən 24 nömrəli məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən tutulmamış, həmin hadisədən qabaq və başqa yerdə saxlanılmışdır. Özü narkotik vasitələrdən istifadə edir. Onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi narkotik vasitənin ona məxsus olmamasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakılarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 6 ildir ki, narkotik vasitələr qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı bir nəfərlə rastlaşmış və onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı həmin şəxs üzərində narkotik vasitə heroin olduğunu və onu satmaq istədiyini bildirəndə, o, heroini neçəyə satmasını soruşmuşdur. Həmin şəxs heroni 5 manata satdığını deyəndən sonra o, 5 manat ödəyib heroini ondan almışdır. Heroini kibrit qutusunun içərisinə qoymuşdur. Həmin gün təxminən saat 17 radələrində almış olduğu heroini istifadə etmək üçün özünə yer axtarmışdır. Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən 24 nömrəli məktəbin yaxınlığında hərəkət etdiyi zaman 3 nəfər mülki geyimdə və polis geyimində olan şəxslər videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə hüquq və vəzifələri barədə ona bildiriş təqdim etmişlər. Daha sonra onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına sol əlindəki kibrit qutusunda olan gümüşü rəngli siqaret kağızı bükümündəki narkotik vasitə olan heroini təqdim etmişdir. Polis əməkdaşları bükümü açıb içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir və həmin heroini özü istifadə etmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı, adını bilmədiyi şəxsdən 5 manata almışdır. Bundan sonra sənədləşmə işlərinin görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-də aparılacağını bildirmişlər. Polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə gəlmiş və bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin onun iştirakı ilə tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə zərfdə qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. O, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid3 və polis serjantı Şahid2 iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən 24 nömrəli məktəbin yaxınlığında ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəyimizi deyib ona hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişlər. Tacir Quliyevdən buna etirazının olubolmaması soruşulduqda o, etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs sol əlindəki kibrit qutusunda olan gümüşü rəngli siqaret kağızı bükümünü onlara təqdim etmiş, bükümü açıb içərisindəki spesifik iyə malik, tünd qəhvəyi rəngli kütləni gördükdə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir və həmin heroini özü istifadə etmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı, adını bilmədiyi şəxsdən 5 manata almışdır. Bundan sonra sənədləşmə aparılması üçün Tacir Quliyev Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət olundu.Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəldikdən sonra polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə kiçik elektron tərəziyə qoyularaq çəkilmişdir. Həmin kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmişdir. Bu barədə onların və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra düzgün olduğu üçün onlar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən Kərimov X1 Bəhruz Eyvaz oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1621 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs Quliyev T ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 0,303 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. (Qeyd heroinin təmin çəkisi - 0,303 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 0,253 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2556 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-469/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 2007-ci il tarixdən “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də, 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq ona təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,253 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,253 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar