Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-58/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2, Müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2006-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məktəbli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 1, mənzil 60-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri 34-cü məhəllə 14/18, mənzil 10-da yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3 və 180.1-ci maddələri ilə, xx xxxx 2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məktəbli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təkrar xuliqanlıq və özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs2 da bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 27 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Göyərçin parkında yerləşən “staRooms” restoranın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, yaxınlıqda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək tanışı Zərərçəkmiş şəxs3 tanışı “Xatirə” adlı qızla münasibət saxlamasını irad bildirdikdə Zərərçəkmiş şəxs3 cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran hərəkətlər edib, orada olan şəxslərin gözü qarşısında onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoyub sonuncunu yumruq və təpik zərbələri ilə qəsdən vuraraq ona sol gözaltı nahiyənin qançırı və yarası, sol ayağın topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi-qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, sol təpə nahiyəsinin şişkinliyi- hematoması, sağ saidin, sağ əlin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, 27 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, yaxınlıqda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cüzi səbəb ucbatından, yəni qarşı-qarşıya hərəkətdə olarkən çiyinlərinin bir-birinə toxunması səbəbindən Zərərçəkmiş şəxs1 cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran hərəkətlər edib, orada olan şəxslərin gözü qarşısında onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoyub əvvəlcə yumruqla qəsdən vuraraq ona sol yanağın qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, daha sonra azğınlaşaraq ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaradan hərəkətlər edib, üzərində gəzdirərək silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olmaqla soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncunun sifət nahiyəsindən qəsdən bir zərbə vurub ona sağ yanağın yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini təkrar törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 26 aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Göyərçin parkında yerləşən “staRooms” restoranımn qarşısında olan zaman Zərərçəkmiş şəxs4 məxsus olmaqla müvəqqəti geyinmək üçün sonuncunun tanışı Şahid4 verdiyi 01 ədəd istifadədə olmuş, üzərində “Edward Gaming EDG Xın Rong FA.FL” yazıları olan ağ-qara rəngli, ikiüzlü, papaqlı (kapüşonlu) 25 manat dəyərində gödəkçəni müvəqqəti geyinmək üçün istəyib aldıqdan sonra əyninə geyinmiş, həmin tarixdə saat 23:50 radələrində Sumqayıt şəhəri 28 May küçəsi ilə Sahil küçəsinin kəsişməsində yerləşən “Dörd Qardaş” restoranının qarşısında Zərərçəkmiş şəxs4 ona məxsus gödəkçəni qaytarmasını tələb etdikdə gödəkçəni qaytarmaqdan imtina edərək sonuncuya məxsus bir ədəd gödəkçəni açıq talamaqla soyğunçuluq edərək hadisə yerindən uzaqlaşıb getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (Təqsirləndirilən şəxs1 dayısı oğlu, yetkinlik yaşına çatmayan) bir qrup şəxs halında birləşmiş, 29 yanvar 2022-ci il tarixdə saat 16 radələrində, hər ikisi birlikdə, ancaq Təqsirləndirilən şəxs1 təkrarən, Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Göyərçin parkında yerləşən Göyərçin abidəsinin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, yaxınlıqda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 bacısı Əliyeva Gülarə Vəkil qızı ilə Göyərçin parkı ərazisində gəzməsini irad tutub cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran hərəkətlər edərək orada olan şəxslərin gözü qarşısında, onlara məhəl qoymayıb özlərini ətrafdakıların fövqündə qoymuş, belə bir şəraitdə X24 Quliyevi arxa tərəfindən qucaqlayıb yerə yıxmağa çalışan zaman sonuncu müqavimət göstərdiyindən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 sol göz nahiyəsindən yumruqla qəsdən zərbə vuraraq ona sol gözətrafı nahiyənin şişkinliyi-qançırı əmələ gəlməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs1 öz hərəkətlərini davam etdirərək azğınlaşmaqla Zərərçəkmiş şəxs2 sol qaş nahiyəsindən yumruqla qəsdən zərbə vuraraq ona sol qaşüstü nahiyənin yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətlər edərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək bir qrup halında xuliqanlıq cinayətini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 221.3 və 180.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri 34-cü məhəllə 14/18, mənzil 10-da anası Qanuni nümayəndə1, böyük qardaşı X5 ilə birlikdə yaşayır. 11 iyul 2021-ci il tarixdə atası ölmüşdür. Hadisə baş verən ərəfədə Sumqayıt şəhəri 10 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmiş, Novxanı qəsəbəsində dəniz qırağında yerləşən “Park vine” restoranında ofisiant köməkçisi işləmişdir. Sumqayıt şəhəri ərazisində bir neçə dəfə müxtəlif hadisələr törətmişdir. İlk hadisəni Göyərçin parkı ərazisində popkorn satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 qarşı törətmişdir. Nihadı Sumqayıt şəhəri Göyərçin parkı ərazisində Göyərçin abidəsinin yaxınlığında popkorn satan şəxs kimi tanımışdır. Onunla əvvəllər arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Sumqayıt şəhər sakini Xatirə adlı qızı Sumqayıt şəhəri ərazisində Göyərçin parkında görmüşdür. Həmin qızı parkda olan zaman görmüş və aralarında söhbətləşmişlər. Xatirə adlı qızın səfil həyat tərzi sürməklə gecələr Sumqayıt şəhəri Bulvar ərazisində küçələrdə qaldığını, Xatirə ilə Nihad arasında sevgi münasibətləri olduğunu bilmişdir. 27 yanvar 2022-ci il tarixdə saat 01 radələrində tanışları Şahid1, Şəki rayonundan olan Nihat Əkbərov və Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yaşayan Xəyyam adlı şəxslərlə birlikdə Göyərçin parkı ərazisində piyada gedərkən Göyərçin parkı ərazisində “Star rooms” restoranının qarşısında Zərərçəkmiş şəxs3la rastlaşmışlar. Nihatla şəkili Nihat yaxın dostluq münasibətində olduğundan onlar salamlaşıb görüşmüş, onlar da Nihatla salamlaşmışlar. Nihatla salamlaşdıqdan sonra Nihat ona niyə görə onun sevgilisi olan Xatirəyə qarşı əxlaqsız təkliflər etdiyini demişdir. O da Nihata Xatirəyə qarşı heç bir əxlaqsız təklif etmədiyini deyərək Xatirənin yüngül əxlaqlı qız olmasını bildirmişdir. Həmin vaxtı Nihatın Xatirənin müdafiə etməklə onu sevdiyini hiss etdiyinə görə ona acıq vermək məqsədilə Xatirəni özünün sevdiyini və Xatirəni onun əlindən alacağını bildirmişdir. Bu zaman Nihat onunla mübahisə etməyə başlamışdır. Nihatın yüngül əxlaqlı qızın üstündə onunla mübahisə etməyə başlaması və ona irad tutması xoşuna gəlmədiyinə görə yumruqla Nihadın sol göz nahiyəsindən zərbə vurmuşdur. Nihad vurduğu zərbənin təsirindən yerə yıxılmışdır. Nihada qarşı əsəbi soyumadığına görə yerdə olan zaman da təpik zərbələri ilə Nihadın başına bədəninə, ayaqlarına və qollarına zərbələr vurmuşdur. İlhamı yerdə təpik zərbələri ilə döydükdən sonra orada olan şəxslər onları ayırmışdır. Bundan sonra Nihad ayağa qalxaraq çıxıb getmişdir. O da dostları ilə birlikdə oradan uzaqlaşaraq evinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Nihat onu döyərək xəsarət yetirməyi ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə şikayət etmişdir. Bundan başqa, həmin tarixdə, yəni 27 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində olduğu zaman məhəllə uşağı olan Şahid2 görmüşdür. Dostları arasında Əbdürrəhmanı Əbdül kimi çağırırlar. Həmin vaxtı Əbdülün yanında dostu Şahid1 da olmuşdur. Bundan başqa onların yanında İsmayıl adlı oğlan da olmuşdur. Onlar piyada hərəkət edirmişlər. O da onlara qoşulmuş və hamısı birlikdə getməyə başlamışlar. Söhbət edən zaman məlum olmuşdur ki, İsmayıl Əbdülün sinif yoldaşıdır. Həmin vaxtı Əbdürrəhman İsmayıl ilə birlikdə qabaqda getmiş, o isə Fəqanla birlikdə arxa tərəfdə söhbət edərək gəlirmişlər. Sumqayıt şəhəri 5 nömrəli məktəbin qarşısından keçən zaman onlarla üzbəüz gələn bir nəfər kişi ilə çiyinləri bir-birinə toxunmuşdur. Həmin vaxtı kişi çönüb ona irad tutaraq niyə görə ona çiyin vurduğunu demişdir. Ona çiyinləri təsadüfən bir-birinə dəydini demişdir. Bu zaman həmin kişi ona nalayiq formada irad bildirmişdir. Ona görə də dirsəyi ilə həmin kişinin sifət nahiyyəsindən zərbə ilə vurmuşdur. Bu zaman həmin kişi onu təkrar söymüşdür. Ona görə də üzərində gəzdirdiyi bıçağı cibindən çıxararaq həmin kişinin sifət nahiyəsindən yuxarıdan aşağı istiqamətində çapıq (şram) çəkmişdir. Həmin vaxtı kişinin üzündən qan axmağa başlamışdır. Bu zaman qorxduğuna görə hamısı oradan qaçmışdır. Sonradan ona məlum olmuşdur ki, vuraraq üzünü kəsdiyi şəxs Zərərçəkmiş şəxs1 olmuş və Elvinin bacısı onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə şikayət etmişdir. Bu hadisədən iki gün sonra 29 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Göyərçin parkında Göyərçin abidəsinin yanında olduğu zaman azyaşlı dayısı qızı Gülarənin parkda bir nəfər cavan oğlanla gəzdiyini görmüşdür. Onlara yaxınlaşaraq oğlandan kim olduğunu və nə səbəbə azyaşlı dayısı qızı ilə birlikdə gəzdiyini soruşmuşdur. Həmin oğlan Bakı şəhər sakini Nihad adlı şəxs olduğunu, dayısı qızını hazırlıq kursundan tanıdığını və buna görə də parkda gəzdiklərini və dayısı qızına qarşı hər hansı bir pis niyyəti olmadığını demişdir. Lakin onun davranışlarından və özünü şübhəli aparmağından başa düşmüşdür ki, onun azyaşlı dayısı qızına qarşı niyyəti yaxşı deyildir. Ona görə də Gülarənin qardaşı olan dayısı oğlu Təqsirləndirilən şəxs2 zəng edərək təcili olaraq Göyərçin abidəsinin yanına gəlməsini bildirmişdir. Az sonra dayısı oğlu oraya gəlmişdir. Həmin vaxtı Nihad adlı həmin oğlanla sözlü mübahisə etdiklərinə görə oraya çoxlu sayda adamlar toplanmışdır. Həmin vaxtı dostları Əbdürrəhman və Fəqan da orada olmuşdur. Dayısı oğlu Vüqar gəldikdən sonra məsələdən xəbərdar olmuşdur. Dayısı qızına qarşı yaxşı niyyətdə olmadığına görə Vüqarla birlikdə həmin Nihad adlı oğlanı cəzalandırmağı qərara almışlar. Bu məqsədlə onunla mübahisə edən zaman həmin oğlanı arxadan qucaqlayaraq yerə yıxmaq istəmiş, bu zaman o müqavimət göstərdiyindən qaldıra bilməmişdir. Bu vaxt Vüqar yumruqla onun sifət nahiyyəsindən bir zərbə vurmuşdur. Bundan sonra Vüqarla birlikdə həmin şəxsi yumruq və təpik zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq döyməyə davam etmişlər. Bu zaman yumruqla həmin şəxsin sol qaş nahiyyəsindən zərbə ilə vurmuşdur. Zərbənin təsirindən həmin oğlan yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Vüqar həmin oğlana bir daha onun bacısının yanında görsənməməyini bildirmişdir. Bu zaman orada olan şəxslər polis maşını gəldiyini dediyinə görə Vüqarla birlikdə həmin yerdən uzaqlaşaraq getmişlər. Həmin günü axşam saatlarında Əbdürrəhman və Fəqan ilə birlikdə məhəllədə olan zaman polis əməkdaşları oraya gəlib onu və dostlarını 4-cü Polis Bölməsinə aparmışlar. Orada baş vermiş hadisələr haqqında izahat yazaraq törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, Nihad adlı həmin şəxs o və dayısı oğlu Vüqarın barəsində şikayət etmişdir. Bundan başqa, 26 aprel 2022-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri Göyərçin parkı ərazisində Turan restoranın yaxınlığında olmuşdur. Həmin vaxtı tanışı Ümid adlı şəxsin Fərid və Ağa adlı tanıdığı şəxslərlə birlikdə Turan restoranının yaxınlığına gəlmişdir. Bu zaman onların yanında sonradan adını bildiyi Elmin adlı şəxs də olmuşdur. Onlarla görüşüb hal-əhval tutmuşdur. Həmin vaxtı evə getməyə taksi pulu olmadığına görə Ağadan pulu olub olmadığını soruşduqda Ağa ona pulu olmadığını demişdir. Ağaya inanmamışdır. Ona görə də Ağanın ciblərini axtaran zaman pulu olmadığını görmüş və cibində olan pul qabını çıxartmışdır. Pul qabının içərisində pul olmamışdır. Lakin pul qabı xoşuna gəldiyinə görə özünə götürmək istədikdə Ağa pul qabını qaytarmağını xahiş etmişdir. Lakin onun pul qabını qaytarmayacağını bildirmişdir. Həmin vaxtı Ümid cibindən öz pul qabını çıxarıb könüllü şəkildə ona verərək Ağaya məxsus pul qabını qaytarmağını xahiş etmişdir. Ona görə də Ağanın pul qabını özünə qaytarmışdır. Bundan sonra Ümiddən xahiş etmişdir ki, onunla birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən “Dörd qardaş” restoranına qədər piyada getsinlər və oradan öz evinə getsin. Ümid və dostları da ona etiraz etməmişdir. Bundan sonra hamısı birlikdə “Dörd qardaş” restoranına tərəf piyada getməyə başlamışlar. Yol ilə gedən zaman Ümidin əynində qəşəng gödəkçə olmasını görmüşdür. Həm hava soyuq olduğuna, həm də ki, gödəkçəni bəyəndiyinə görə Göyərçin parkında yerləşən “Star rooms” restoranının yaxınlığında Ümiddən xahiş etmişdir ki, onu ötürəcəkləri yerə qədər gödəkçəni geyinməsi üçün ona versin. Ümid gödəkçənin Ağaya məxsus olmasını demişdir. O, həm Ağaya, həm də ki, İlhama gödəkçəni geyinib “Dörd qardaş” restoranının yaxınlığında olan zaman geri qaytaracağımı bildirmişdir. Bundan sonra Ağa Ümidə gödəkçəsini ona verməyini demişdir. Ona görə də Ümid gödəkçəni ona vermişdir. O da gödəkçəni əyninə geyinmişdir. Bundan sonra hamısı birlikdə yoluna davam etmişdir. “Dörd qardaş” restoranının yanına çatdıqdan sonra Ağa öz gödəkçəsini ondan istəyərək geri qaytarmağını tələb etmişdir. Gödəkçə xoşuna gəldiyinə görə Ağaya geri qaytarmaq istəməmiş, Ağaya gödəkçəsini ona qaytarmayacağını və özünə götürəcəyini demişdir. Ağa ondan gödəkçəsini geri istəsə də ona gödəkçəni qaytarmayacağını demişdir. Həmin vaxtı Ağa ilə aralarında sözlü mübahisə olmuşdur. Lakin gödəkçəni Ağaya qaytarmamışdır. Bundan sonra yaxınlıqda olan taksi avtomobilinə minərək yaşadığı evə getmişdir. Bu hadisədən bir neçə gün sonra ona məlum olmuşdur ki, Ağanın anası onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şikayət etmişdir. O da 03 may 2022-ci il tarixdə 4-cü Polis Bölməsinə gedərək izahat yazmışdır. Həmin vaxtı Ağaya məxsus gödəkçəni təhqiqatçıya təqdim etmiş və gödəkçə ondan götürülmüşdür. Həmin gün onun barəsində toplanmış material Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmiş və şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ-nin MSYnə yerləşdirilmişdir. İki gün MSY-də qaldıqdan sonra Polis İdarəsindən buraxılmışdır. Həmin vaxtdan bu günə qədər heç bir cinayət hadisəsi törətməmişdir. 27 yanvar 2022-ci il tarixdə baş vermiş hadisə zamanı dostları, Şahid1, Nihat Əkbərov və Xəyyam adlı şəxslər yanında olmuşdur. Lakin onların heç biri Zərərçəkmiş şəxs3 vurmamışdır. Nihadı yalnız o, yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxtı yanında olan dostları onları ayırmışdır. Həmin hadisə təxminən 5-10 dəqiqə kimi davam eləmişdir. Hadisə gecə vaxtı baş verdiyindən ətrafda heç kim olmamışdır. Hadisə zamanı yuxarıda adlarını qeyd etdiyi şəxslərdən başqa orada heç kim olmamış və hadisəni başqa heç kim görməmişdir. Nihat Xəlilova xəsarət yetirən zaman heç bir alətdən istifadə etməmişdir. Nihadı yumruq və təpik zərbələri ilə vuraraq döymüşdür. Hadisə zamanı Nihad onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Nihadı döyən zaman əlində mobil telefon olmuş, lakin həmin vaxtı Nihadı döyməyini mobil telefonla çəkməmişdir. Ola bilsin ki, Nihad telefonu onun əlində görmüş və onu çəkdiyini zənn etmişdir. Hadisə vaxtı Nihadı mobil telefona çəkməmiş, onu tik-tokda paylaşacağı barədə heç bir söz deməmişdir. Həmin hadisə zamanı Nihada bıçaq göstərməmiş, əvvəllər üzərində həmişə bıçaq olmuş və bıçaq gəzdirmiş, lakin həmin hadisə vaxtı üzərində bıçaq olsa da Nihada bıçaq çıxartmamış, onu bıçaqla hədələməmişdir. Nihaddan fiziki cəhətdən güclü olmuş, ona görə də onu bıçaqla vurmağa ehtiyac olmamış, Nihadın onu bıçaqla hədələməyi barədə göstərdikləri yalandır. 27 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs1 ilə arasında baş vermiş hadisə təxminən 5 dəqiqə kimi davam eləmiş, hadisə zamanı yanında dostları Fəqan və Əbdürrəhman, həmçinin İsmayıl adlı şəxs olmuş, ətrafda başqa kiminsə olmasını görməmişdir. Hadisə zamanı Elvin adlı şəxs ona heç bir xəsarət yetirməmişdir. Həmin hadisə baş verməzdən əvvəl Əbdürrəhman və İsmayıl qabaqda, o isə Fəqan ilə birlikdə onların arxasınca gəlirmiş. Elvin adlı şəxs də onlarla üzbəüz gəlirmiş. Üzbəüz gələrkən çiyinləri bir-birinə toxunmuşdur. Həmin vaxtı Elvin adlı şəxs çönüb ona irad tutaraq niyə görə ona çiyin vurduğunu demişdir. Ona çiyinlərinin təsadüfən bir-birinə dəydini demişdir. Bu zaman Elvin adlı şəxs onu nalayiq formada təhqir edərək irad bildirmişdir. Ona görə də dirsəyi ilə Elvin adlı həmin şəxsin sifət nahiyyəsindən zərbə ilə vurmuşdur. Bu zaman Elvin adlı şəxs onu təkrar söydüyünə görə üzərində gəzdirdiyi bıçağı cibindən çıxararaq Elvin adlı həmin şəxsin sifət nahiyəsindən yuxarıdan aşağı istiqamətində şram çəkmişdir. Bundan sonra isə oradan qaçmışlar. Həmin vaxtı orada olan şəxslərdən onlara nisbətən dolu bədən quruluşlu olan Əbdürrəhmanın sinif yoldaşı İsmayıl olmuşdur. Lakin həmin vaxtı İsmayıl Elvini vurmamış, heç bir xəsarət yetirməmişdir. Elvini yalnız o vurmuşdur. Əvvəlcə dirsəyi ilə sonra isə üzərində gəzdirdiyi bıçaq ilə Elvini vuraraq ona xəsarət yetirmişdir. 29 yanvar 2022-ci il tarixdə Göyərçin abidəsinin yanında baş vermiş hadisə təxminən 15-20 dəqiqə kimi davam eləmiş, hadisənin Göyərçin abidəsinin yanında insanların gur olduğu yerdə baş verdiyindən həmin hadisə vaxtı ətrafda çoxsaylı şəxslər toplanmış, həmin şəxslərdən Əbdürrəhman, Fəqan, dostu Nihad və başqa tanımadığı şəxslər olmuşdur. Həmin hadisə zamanı nə o, nə də ki, dayısı oğlu Vüqar Zərərçəkmiş şəxs2 adlı şəxsi döyən zaman hər hansı bir alətdən istifadə etməmiş, Nihadı yalnız yumruq və təpik zərbələri ilə vuraraq döymüşlər. Hadisə zamanı Nihad nə onu, nə də ki, Vüqarı vurmamış, onlara heç bir xəsarət yetirməmişdir. Həmin hadisə zamanı Vüqar gəldikdən sonra bacısı Gülarəyə oradan çıxıb getməsini demiş, bundan sonra Gülarə oradan çıxıb getmişdir. Hadisə vaxtı Gülarə orada olmamışdır. Ağa ilə bağlı hadisə zamanı Ümüd, Fərid və Elmin adlı şəxslər Ağanın yanında olmuş, özü həmin vaxtı tək olmuş, Ağanın ciblərini axtararaq pul qabıı cibindən çıxarıb götürmüş, lakin sonradan Ümüdün öz pul qabını ona verdiyinə görə Ağanın pul qabını özünə qaytarmış, həmin vaxtı Ağaya bıçaq çıxartmamış, onu bıçaqla hədələməmiş, hadisə zamanı Ağanı ümumiyyətlə vurmamış, həmin vaxtı aralarında yalnız sözlə mübahisə olmuşdur. Aralarında dava olmamış, Ağa da həmin vaxtı onu vurmamışdır. Ağaya məxsus gödəkçə hadisə zamanı Ümüdün əynində olmuşdur. Ümüddən Ağaya məxsus gödəkçəni geyinmək üçün verməsini demişdir. Ağa da Ümüdə gödəkçəsini geyinmək üçün ona verməsini demişdir. Bundan sonra gödəkçəni əyninə geyinmişdir. “Dörd qardaş” restoranının yaxınlığında Ağa gödəkçəsini geri qaytarmağını desə də onun gödəkçəsini geri qaytarmayaraq oradan uzaqlaşıb getmişdir. Hadisə zamanı Ağanı bıçaqla hədələməmiş, Ağaya məxsus gödəkçəni götürmüş, həmin vaxt orada olan başqa heç kim Ağadan gödəkçəsini və ya digər əşyasını almamışdır. Ağanın pul qabını cibindən götürdükdən sonra Ümüd Ağanın dostu olduğunu deyərək onun pul qabını özünə qaytarmağını və öz pul qabından istifadə etmədiyinə görə ona verəcəyini bildirmişdir. Ümüddən pul qabını istəməmiş, o, özü könüllü olaraq öz pul qabını ona vermişdir. Ümüd adlı şəxsdən əldə etdiyi pul qabını hadisədən bir neçə ay sonra Novxanı qəsəbəsi ərazisində olan zaman itirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4la barışmışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 1, mənzil 60 ünvanında yaşayır. Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbdə təhsil alır. Təqsirləndirilən şəxs1 bibisi oğludur. İlham Sumqayıt şəhəri 34-cü məhəllədə yaşayır. Qohum kimi İlham ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. İlham yaşca ondan bir yaş balacadır. X16 2006-ci il təvəllüdlü olmaqla 22 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 29 yanvar 2022-ci il tarixdə günorta saatlarında yaşadığı binanın həyətində olan zaman İlham mobil telefonla onunla əlaqə saxlayaraq bir nəfər şəxsi Sumqayıt şəhəri Göyərçin parkında bacısı Gülarə ilə birlikdə gəzərkən gördüyünü və həmin şəxsi Göyərçin heykəlinin yanında saxladığını deyərək həmin yerə gəlməyini tapşırmışdır. Bundan sonra tək Göyərçin parkına getmişdir. Saat 16 radələrində Göyərçin parkına çatan zaman Göyərçin heykəlinin yanında bibisi oğlu İlhamın bir nəfər şəxslə sözlü mübahisə etdiklərini və həmin vaxtı oraya çoxlu sayda adamlar toplandığını görmüşdür. Başa düşmüşdür ki, həmin şəxs bacısı Gülarə ilə birlikdə parkda gəzən oğlandır. Həmin şəxs orta boylu olmaqla qıvrım saçları olmuşdur. Onlara yaxınlaşdıqdan sonra həmin şəxsin həqiqətən də bacısı ilə birlikdə parkda gəzən şəxs olduğunu öyrənmişdir. Bacısı Gülarə azyaşlı olduğuna görə həmin şəxsin hərəkətləri ona pis təsir etmiş və ona qarşı acıqlı olmuşdur. Onunla söhbət zamanı Bakı şəhərindən olduğunu, onun etdiyi hərəkətdən peşman olmadığını və özünə haqq qazandırdığını hiss etmişdir. Bu zaman İlham həmin şəxsi arxadan qucaqlayaraq qaldırıb yerə yıxmaq istəmiş, lakin həmin şəxs müqavimət göstərdiyindən İlham onu qaldıra bilməmişdir. Ona görə də həmin şəxsin sifət nahiyyəsindən yumruqla zərbə vurmuşdur. Bundan sonra həmin şəxsə qarşı əsəbi və acıqlı olduğuna görə İlhamla birlikdə onu yumruq zərbələri ilə vurmağa davam etmişdir. Bu zaman İlham da yumruq zərbəsi ilə həmin şəxsin sol qaş nahiyyəsindən zərbə vurmuşdur. İlhamın vurduğu zərbənin təsirindən həmin şəxs yerə yıxılmışdır. Həmin şəxs yerə yıxıldıqdan sonra orada olan şəxslərdən kimisə polis maşınının həmin yerə yaxınlaşdığını bildirmişdir. Ona görə də İlhamla ilə birlikdə həmin yerdən uzaqlaşmışdır. Həmin gün axşam saatlarında polis əməkdaşları yaşadığı evə gələrək onu Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparmışdır. 4-cü Polis Bölməsində olan zaman da ona məlum olmuşdur ki, İlham ilə birlikdə döydükləri şəxs Bakı şəhər sakini Nihad adlı şəxs olmuşdur. Nihadın o və İlham tərəfindən döyülməyi ilə bağlı 4-cü Polis Bölməsinə şikayət ərizəsi yazdığını bilmişdir. Həmin vaxtı aparılan araşdırma zamanı izahat yazaraq törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Həmin hadisə təxminən 10 dəqiqə davam etmişdir. Həmin hadisə vaxtı ətrafda təxminən 15-20 nəfər adam toplanmışdır. Lakin həmin şəxslərdən heç kimi tanımır. Hadisə yerinə çatan zaman bacısı Gülarəyə oradan çıxıb getməsini tapşırmışdır. Bundan sonra bacısı Gülarə də oradan uzaqlaşıb getmişdir. O İlhamla birlikdə Nihad adlı şəxsi döyən zaman Gülarə orada olmamış və hadisənin şahidi olmamışdır. Hadisə zamanı həm o, həm də ki, İlham Nihad adlı şəxsi ancaq yumruq və təpik zərbələri ilə vurmuşdur. Həmin vaxt əllərində hər hansısa bir alət olmamışdır. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Novxanı Bağları qəsəbəsi N.Tusi küçəsində nömrəsiz fərdi yaşayış evində valideynlərinin himayəsində yaşayır. Sumqayıt şəhəri 4 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Maddi dolanışıqları çətin olduğuna görə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Göyərçin parkında “popkorn” satışı ilə məşğul olmaqla ailəsinin dolanışığına köməklik edirmiş. Əslən Cəlilabad rayonundan olan Xatirə adlı qızı təxminən 2021-ci ilin axırlarında parkda olan zaman görmüş və tanış olmuşdur. Bundan sonra aralarında səmimi münasibət yaranmışdır. 26 yanvar 2022-ci il tarixdə Xatirə onunla əlaqə saxlayaraq İlham adlı şəxsin ona əxlaqsız təkliflər etdiyini bildirmişdir. İlhamı yaxından tanımasa da onu parkda olan zaman görmüşdür. Lakin aralarında yaxın münasibət olmamışdır. 27 yanvar 2022-ci il tarixdə gecə saat 01 radələrində işi qurtardığına görə evinə gedərkən Göyərçin parkı ilə hərəkət edib “Star Rooms” restoranın qarşısında olan zaman İlhamın özündən başqa 3 nəfər şəxslə birlikdə dayandıqlarını görmüşdür. Onların yanından keçən zaman İlham ondan siqaret istəmişdir. Ona siqaretinin olmadığını bildirmişdir. Bu zaman İlhamdan nə səbəbə tanışı Xatirəyə qarşı əxlaqsız təkliflər etdiyini soruşmuşdur. İlham ona acıq verərək Xatirənin onu sevdiyini və Xatirə ilə arasını vuraraq Xatirəni onun əlindən alacağını demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı İlham qəfildən yumruqla sol göz nahiyəsindən zərbə ilə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Yerdə olan zaman İlham təpik zərbələri ilə başına və bədəninə zərbələr vurmağa başlamışdır. İlham onu döyərkən mobil telefonla çəkiliş aparmışdır. İlham onu döydükdən sonra ondan polisə şikayət eləyəcəyi təqdirdə döyülməyi ilə bağlı çəkdiyi kadrları tiktok platformasında paylaşacağını bildirmiş, lakin həmin kadrları ona göstərməmişdir. Bundan sonra İlham və yanında olan şəxslər ondan aralaşıb getmişdir. O da daha sonra evinə getmişdir. Evə getdikdən sonra anası Vəsilə onu döyülmüş vəziyyətdə gördüyünə görə səhər açıldıqdan sonra 27 yanvar 2022ci il tarixdə Sumqayıt şəhəri 4-cü polis bölməsinə gedərək İlhamın barəsində şikayət ərizəsi yazmışdır. Bundan sonra aparılan araşdırma ilə əlaqədar olaraq izahat yazmış və məhkəmə tibbi ekspertizasından keçmişdir. İlhamın yanında olan şəxslər onun dostları olmuşdur. Onlardan birinin adı Fəqan, digəri Şəki rayonundan Nihad, digər şəxsin isə adı Xəyyam olmuşdur. Xəyyamı dostları şıkı kimi çağırırmış. Hadisə zamanı onu yalnız İlham vuraraq döymüşdür. Həmin vaxtı onun dostları isə yanında olsalar da hadisəyə tamaşa etmişlər. İlhamın dostlarının heç biri onu vurmamış, heç biri onu İlhamın əlindən almamışdır. Həmin hadisə təxminən 10-15 dəqiqə kimi davam eləmişdir. Hadisə gecə vaxtı baş verdiyindən ətrafda heç kim olmamışdır. Hadisəni yuxarıda adlarını qeyd etdiyi şəxslərdən başqa heç kim görməmişdir. Hadisə vaxtı İlham onu nalayiq ifadələrlə təhqir etmiş, onu yalnız İlham döyərək xəsarət yetirmişdir. Həmin vaxtı digər üç nəfər dostları isə onun yanında dayanmış və İlhamın onu döyməsinə tamaşa emişlər. Hadisə zamanı İlham onu vurmamışdan əvvəl cibindən bıçaq çıxarıb bıçağı ona nümayiş etdirərək onu bıçaqla vuracağı ilə hədələmişdir. Lakin sonradan İlham bıçağı cibinə qoymuşdur. Hadisə vaxtı İlham onu bıçaqla vurmamışdır. İlham onu yumruq və təpik zərbələri ilə döyərək xəsarət yetirmişdir. Hadisə vaxtı Xatirə adlı qız orada olmamışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar olaraq 1-ci qrup əlildir və heç bir yerdə işləmir. 27 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhər Poçt şöbəsinə gedərkən Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində 5 nömrəli orta məktəbin yaxınlığından keçən zaman dörd nəfər şəxs onunla üzbəüz gəlmişlər. Həmin şəxslər yetkinlik yaşına çatmayan yeniyetmə uşaqlar olmuşdur. Onlardan ikisi qabaqda qalanı isə onların arxalarınca gəlmiş, arxa tərəfdə gələn şəxslərdən biri ona çiyni ilə toxunmuşdur. Çevrilərək ona niyə görə çiyin atmasının səbəbini, nəyə görə onu vurduğunu soruşan zaman o qəfildən yumruqla sifətinin sağ tərəfinə zərbə ilə vurmuşdur. Zərbənin təsirindən yerində səndələmişdir. Bir neçə saniyə ərzində özünə gələrək həmin şəxsdən onu niyə görə vurmasını səbəbini təkrar soruşduqda bu zaman həmin şəxslərdən digəri qəfildən bıçaq çıxararaq onun sifətinin sağ tərəfindən bıçaqla vurmuşdur. Onu bıçaqla vuran kimi həmin şəxslər qaçmağa başlamışdır. Sifətində istilik hiss etdiyindən əlini üzünə aparan zaman sifətinin qan olduğunu görmüşdür. Ona görə də həmin şəxslərin arxasınca qaçmağa başlamışdır. Həmin şəxslər qaçaraq uzaqlaşmışlar və onlara çata bilməmişdir. Bundan sonra yaşadığı evə qayıtmışdır. Evə qayıtdıqdan sonra ailə üzvləri onu qan içərisində görmüşdür. Onlara da baş vermiş hadisə haqqında danışmışdır. Bundan sonra bacısı Gülnarə Novruzova DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin hadisə təxminən 5-7 dəqiqə kimi davam etmişdir. Hadisə vaxtı onu yumruqla vuran və bıçaqla vuran şəxslər onu nalayiq ifadələrlə təhqir edərək ələ salmışlar. Hadisə zamanı heç kimə xəsarət yetirməmişdir. Hadisə vaxtı həmin şəxslər onu ucadan nalayiq ifadələrlə təhqir etdiklərinə görə yaxınlıqdan keçən şəxslər, həmçinin orada olan binalardan adamlar hadisəyə tamaşa etmişlər. Lakin həmin şəxslərin heç birini tanımır və kim olduqlarını da bilmir. Həmin şəxslərdən biri yumruqla sifətinin sol tərəfindən vuraraq xəsarət yetirmişdir. Digər şəxs isə bıçaqla sifətinin sağ tərəfinə vuraraq xəsarət yetirmişdir. Həmin şəxslər 16- 17 yaşında olan yeniyetmə uşaqlar olmuşdur. Həmin şəxslərdən onu yumruqla vuran şəxs digərlərinə nisbətən bir qədər dolu bədənli olmuşdur. Onu bıçaqla vuran şəxs isə arıq bədən quruluşlu olmuşdur. Həmin şəxsin onu vurduğu bıçağın əlamətlərini xatırlamır. Onu bşçaqla vuran şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəx Təqsirləndirilən şəxs1 barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs2 (hərbi xidmətə getdiyi üçün onun iştirakını təmin etmək mümkün olmamış, istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir) ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında məcburi köçkünlər üçün tikilmiş yataqxanada ailə üzvlərilə birlikdə yaşayır. Türkiyə Respublikasının Kütahya şəhərində yerləşən Dumlu Pınar Universitetində iqtisadiyyatın idarə edilməsi fakültəsinə daxil olmuş, hal-hazırda həmin universitetin ikinci kurusunu bitirmişdir. Sumqayıt şəhər sakini olan İsa adlı şəxs qrup yoldaşıdır. İsa ilə həmvətənli kimi aralarında səmimi münasibətləri vardır. 2022-ci ilin qış sessiyasını bitirdikdən sonra yanvar ayının ortalarında vətənə gəlmişdir. 29 yanvar 2022-ci il tarixdə İsa onunla əlaqə saxlayaraq Sumqayıt şəhərinə gəlməyini və onunla görüşmək istədiyini xahiş etmişdir. Xalası oğlu Rza Süleymanov da Sumqayıt şəhərində yaşadığından fikirləşmişdir ki, Sumqayıt şəhərinə gedib həm İsa ilə görüşər, həm də ki, xalasıgilə baş çəkər. Xalası oğlu universitetə hazırlaşdığından onun məşğələ yoldaşı Gülarə adlı qızla tanışlığı olmuşdur. Belə ki, Gülarə ilə bir neçə dəfə mobil telefonda danışıb yazışsalar da onunla görüşməmişdir. Sumqayıta gəldiyi gün Gülarə ona mesaj yazaraq hal-əhval tutmuşdur. Ona Sumqayıta gəldiyini və dostu ilə görüşəcəyini bildirmişdir. Gülarə Sumqayıta gələrkən onunla görüşmək istədiyini bildirmişdir. Saat 16 radələrində Sumqayıt şəhəri Dənizkənarı Bulvar ərazisində Göyərçin heykəlinin yaxınlığında dayanıb İsanı gözləyərkən Gülarə ona mesaj yazaraq harada olmağı ilə maraqlanmış, o da Gülarəyə Göyərçin heykəlinin yanında olduğunu bildirmişdir. Gülarə də həmin yerin yaxınlığında olduğunu deyib onunla görüşmək üçün həmin yerə gələcəyini bildirmiş, az sonra Gülarə həmin yerə gəlmişdir. Göyərçin heykəlinin yaxınlığında parkda Gülarə ilə söhbət edərək gəzişirmişlər. Həmin vaxtı bir nəfər sonradan adını bildiyi İlham adlı yeniyetmə oğlan ona yaxınlaşaraq yanındakı qızı tanıyıb-tanımadığını və niyə görə onunla gəzərək söhbət elədiyini demişdir. O da İlham adlı həmin oğlana qızla yaxın tanışlıq münasibəti olmadığını və ona qarşı hər hansı bir pis fikirdə olmadığını demişdir. İlham həmin qızın dayısı oğlu olduğunu deyərək qızın qardaşını oraya çağıracağını bildirmişdir. Həmin vaxtı Gülarə özü də İlhama onun işinə qarışmamağını deyərək onu rahat buraxmağını desə də İlham ondan əl çəkməyərək Gülarənin qardaşını çağıracağını israrla demişdir. Həmin vaxtı İlham Gülarənin qardaşına zəng edərək bacısını oğlanla bir yerdə olan zaman gördüyünü deyərək Göyərçin parkına gəlməyini demişdir. Həmin vaxtı İlham onunla mübahisə etdiyinə görə ətrafa çoxlu sayda adamlar toplanmışdır. Az sonra Gülarənin qardaşı, sonradan adını bildiyi Vüqar adlı oğlan da həmin yerə gəlmişdir. Başa düşmüşdür ki, Vüqar və İlham onu orada təkləyib döyəcəklər. Vüqar gəldikdən sonra İlhama “bacımla bir yerdə gəzən oğlan budu” deyib üstünə gəlmişdir. Vüqara da onların məsələni yalnış anladığını deyərək Gülarəyə qarşı hər hansı bir pis niyyəti olmadığını demişdir. Bu zaman İlham arxa tərəfdən onu qucaqlayaraq tutmuşdur. Həmin vaxtı əli ilə İlhamı itələyib onun əlindən çıxmaq istədikdə Vüqar yumruqla sol göz nahiyəsindən zərbə vurmuşdur. Bundan sonra Vüqar və İlham ardıcıl yumruq zərbələri ilə baş nahiyyəsinə və qarın nahiyyəsinə vurmuşdur. Həmin vaxtı İlham sol qaş nahiyyəsindən zərbə vurarkən müvazinətini itirmiş və zərbələrin təsirindən yerə yıxılmışdır. Yerə yıxılan zaman isə İlham və Vüqar hər ikisi yerdə onu təpikləməyə başlamışdır. Təpik zərbələri başına dəyməsin deyə əlləri ilə başını qoruyurmuş ki, zərbələr başına dəyməsin. Lakin Vüqar və İlhamın vurduğu təpik zərbələrindən huşunu itirmişdir. Özünə gələn zaman bir nəfər polis əməkdaşının onu yerdən qaldırdığını görmüşdür. Ayılarkən Vüqar və İlham orada olmamışdır. Başa düşmüşdür ki, onlar onu döyərkən polisləri gördüklərindən qaçaraq getmişlər. Polis əməkdaşları onu xidməti avtomobilə mindirib Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gətirmişlər. Bundan sonra polis əməkdaşları onu Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmışlar. Orada həkimlər onu müayinə edib ilkin tibbi yardım göstərdikdən sonra yenidən Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gətirmişlər. Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində Vüqar və İlhamın barəsində şikayət ərizəsi yazmış, müraciət əsasında başlanmış araşdırma ilə əlaqədar olaraq izahat vermişdir. 4-cü polis bölməsində olduğu müddətdə polis əməkdaşları İlhamı da oraya gətirsələr də Vüqarın orada olmasını görməmişdir. İlhamın onunla mübahisə etməyə başlamasından Vüqarın həmin yerə gəlməsi və onların birlikdə onu döymələri təxminən 30 dəqiqə kimi davam etmişdir. Həmin vaxtı təxminən 20-30 nəfər adam həmin yerə toplaşaraq Vüqarın və İlhamın onu döyməklərinə tamaşa etmişlər. Lakin həmin şəxslərin kimlər olduqlarını bilmir və onları tanımır. Hadisə zamanı qrup yoldaşı İsa həmin yerə gəlməmiş və hadisəni görməmişdir. Hadisə zamanı İlham və Vüqar onu yumruq və təpik zərbələri ilə döymüşdür. Həmin vaxtı onların əlində hər hansı bir alət olmamışdır. Hadisə vaxtı İlham və Vüqar onu vuran zaman və yerə yıxıb yerdə təpikləyən zaman ona qarşı nalayiq ifadələrdən istifadə edərək təhqir etmişlər. Gülarə ilə arasında heç bir münasibət olmamışdır. Hadisədən təxminən bir-iki ay əvvəldən başlayaraq Gülarə ilə mobil telefonda danışmışlar və onunla yazışırmışlar. Lakin onunla ilk dəfə həmin gün parkda görüşmüşdür. Vüqar gəlməmişdən qabaq İlham orada olan tanımadığı şəxslərdən birinə Gülarəni həmin yerdən aparmağını bildirmişdir. Həmin oğlan da Gülarəni oradan götürüb aparmışdır. Lakin onun kənardan dayanaraq hadisəyə baxıb baxmadığını bilmir. Hadisə vaxtı onu yalnız İlham və Vüqar adlı şəxslər döyərək xəsarət yetirmişdir. Dava başlamazdan əvvəl İlham onu arxa tərəfdən əlləri ilə qucaqlayaraq tutmuşdur. Onu itələyib əlindən çıxmaq istəyən zaman ilk olaraq Vüqar yumruqla sol göz nahiyəsindən vurmuş, zərbənin təsirindən yerində səndələmişdir. Bundan sonra Vüqar və İlham hər ikisi onun baş və qarın nahiyyəsinə yumruqla zərbələr vurmağa başlamışdır. Həmin vaxtı İlham qəfildən sol qaş nahiyəsindən yumruqla zərbə vurmuşdur. Həmin zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmışdır. Yerə yıxılan zaman onlar hər ikisi yumruq və təpik zərbələri ilə onun baş və bədəninə vuraraq döyməyə davam etmişlər. Sol gözətrafı nahiyənin şişkinliyi-qançırı, gözün ağlı qişasına qansızına xəsarətini ona Vüqar yetirmiş, sol qaşüstü nahiyənin yarası xəsarətini isə İlham vuraraq yetrimişdir. Zərərçəkmiş şəxs2 atası X6 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək oğlu Zərərçəkmiş şəxs2 hal-hazırad hərbi xidmətdə olduğunu, bu səbəbdən məhkəmədə iştirak edə bilmədiyini, Təqsirləndirilən şəxs2 heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 5 nömrəli tam orta məktəbdə oxuyur. Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, Sumqayıt şəhər sakini kimi, Sumqayıt şəhəri ərazisində müxtəlif şəxslərlə dava-dalaş edən şəxs kimi tanımışdır. İlham ilə qiyabi tanışlığı olsa da aralarında hər hansı bir yaxın münasibət olmamışdır. Sumqayıt şəhər sakinləri Şahid5, X7 və Şahid4 ilə dostluq münasibətləri olmuşdur. Hamısı Sumqayıt şəhəri 14-cü məhəllədə ayrı-ayrı binalarda yaşayırlar. Onlarla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 26 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində Elmin, Fərid, Ümüd və o, Sumqayıt şəhəri Göyərçin parkında yerləşən “Turan” restoranının yaxınlığına gedirmişlər. Belə ki, həmin vaxtı restoranın internet şəbəkəsinə qoşularaq hər biri öz telefonunda internetə girəcəkmişlər. Həmin vaxtı İlhamın da Turan restoranının yaxınlığında olduğunu görmüşlər. İlham onları gördükdən sonra yanlarına gələrək onlarla görüşmüşdür. Bundan sonra İlham ona baxaraq “ayə bura gəl görüm” demişdir. Bundan sonra İlham ondan pulunun olub-olmadığını soruşmuşdur. İlhama pulu olmadığını bildirdikdə İlham “pulu olub verməyən” deyərək ona qarşı nalayiq ifadə işlətmişdir. İlhama irad bildirərək nəyə görə söyüş söydüyünü soruşmuşdur. Həmin vaxtı İlham onun üstünü axtarmağa başlamışdır. İlham əynindəki şalvarının cibində olan pul qabını çıxarıb xoşuna gəldiyini deyərək götürmüşdür. İlhamdan pul qabını qaytarmasını desə də İlham pul qabını qaytarmamışdır. Həmin vaxt Ümüd öz pul qabını cibindən çıxararaq İlhama verərək onun pul qabını özünə qaytarmağını demişdir. İlham da Ümüdün pul qabını götürüb onun pul qabını özünə qaytarmışdır. İlham Ümüddən xahiş etmişdir ki, onu Sumqayıt şəhəri ərazisində yerləşən “Dörd qardaş” restoranına qədər ötürsünlər. Həmin istiqamət onların yolunun üzəri olduğundan hamısı birlikdə “Dörd qardaş” restoranına tərəf getməyə başlamışlar. İlham ilə görüşməzdən əvvəl əynində özünə məxsus gödəkçəsi olmuşdur. Həmin gödəkçə qəşəng gödəkçə olduğundan Ümüd ondan xahiş edərək gödəkçəni geyinmək üçün ona verməyini xahiş etmişdir ki, ayrılıb evlərinə gedənə qədər o geyinsin. O da gödəkçəni geyinməsi üçün Ümüdə vermişdir. Göyərçin parkı ilə hərəkət edən zaman Göyərçin parkında yerləşən “Star rooms” restoranın yaxınlığında olan zaman İlham Ümüddən əynində olan gödəkçəni ona verməyini bildirmişdir. Ümüd də gödəkçənin ona məxsus olmasını və müvəqqəti geyinmək üçün götürdüyünü İlhama demişdir. İlham gödəkçəyə ele-belə baxıb geri qaytaracağını bildirmişdir. Ümüd ondan gödəkçəni İlhama verib verməməyini soruşduqda gödəkçəni baxması üçün İlhama verməyini bildirmişdir. Ona görə də Ümüd ona məxsus gödəkçəni əynindən çıxarıb İlhama vermişdir. İlham gödəkçəni geyindikdən sonra bəyəndiyini demişdir. İlham “Dörd qardaş” restoranına çatan zaman gödəkçəni geri verəcəyini bildirərək hələlik əynində qalmasını demişdir. “Dörd qardaş” restoranın yanına çatdıqdan sonra İlhamdan ayrılan zaman öz gödəkçəsini İlhamdan istəyərək geri qaytarmağını demişdir. İlham da gödəkçəni bəyəndiyini və geri qaytarmayacağını demişdir. Nə qədər istəsə də İlham gödəkçəni geri verməmişdir. Ümüd də İlhamdan xahiş edərək ona məxsus gödəkçəni qaytarmağını bildirsə də İlham onun gödəkçəsini bəyəndiyini deyərək geri qaytarmayacağını bildirmişdir. Bundan sonra İlham orada taksi avtomobilinə minərək Novxanı kəndi istiqamətində getmişdir. Ümüd öz pul qabını pul qabının əvəzində İlhama verdiyinə görə öz pul qabını könüllü olaraq Ümüdə vermişdir. Bundan sonra hamısı ayrılaraq öz evlərinə getmişdir. Evə gəldikdən sonra anası gödəkçəsinin harada olmasını soruşduqda gödəkçəni İlhamın onun əlindən aldığını bildirmişdir. Ona görə də anası DİNnin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra anası ilə birlikdə DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gedərək şikayət etmişlər. Həmin vaxtı izahat yazaraq hadisə barədə məlumat vermişdir. Daha sonra isə onun iştirakı ilə hadisə baş verən yerə baxış keçirilərək protokol tərtib edilmişdir. Həmin vaxtı İlhamın əlində bıçaq olmamış, İlham onu bıçaqla hədələməmişdir. Ümüdün öz pul qabını ona görə İlhama verdiyinə görə də özü pul qabını könüllü olaraq Ümüdə vermişdir. Ümüd ondan pul qabını istəməmişdir. Özü könüllü olaraq pul qabını İlhama vermişdir. Ona məxsus gödəkçəni yalnız İlham onun əlindən almışdır. Başqa heç kim onun gödəkçəsini əlindən almamışdır. Həmin vaxtı İlhamdan gödəkçəsini istəyən zaman İlham gödəkçəni qaytarmayacağını deyərək onu hədələmişdir. Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı Şahid5 (məhkəmə iclasında onun iştirakının təmin edilməsi mümkün olmamış, istintaqdakı ifadəsi tədqiq edilmişdir) oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs4 və Şahid4 ifadələrndə göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt şəhərində ayrı-ayrı yerlərdə işləyərək çörək pulu qazanır. Sumqayıt şəhəri 34-cü məhəllədə yaşayan Cəfərzadə Əbdürəhman ilə dostluq münasibəti vardır. Əbdürrəhmanı dostları arasında Əbdül kimi tanımışlar. Əbdülün vasitəsilə onun məhəllə uşağı Təqsirləndirilən şəxs1 tanımışdır. İlham onunla həmyaşıddır. İlhamla da aralarında normal münasibət olmuş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. 27 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən fənn hazırlıq məşğələsindən çıxmışdır. Həmin vaxtı məşğələ yoldaşı X2 da yanında olmuşdur. Məşğələdən çıxıb evə gedən zaman Əbdülün sinif yoldaşı İsmayılı da yolda görərək görüşmüşlər. İsmayıl da onlara qoşulmuşdur. Yolda getdikləri zaman Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Əbdülün məhlə uşağı İlhamı da təsadüfən görmüşlər. Bundan sonra İlham da onlara qoşulmuşdur. Əbdül İsmayıl ilə birlikdə bir qədər qabaqda getmiş, o isə İlhamla birlikdə onlardan təxminən 2 metr arxada gəlmişdir. Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli orta məktəbin qarşısından keçən zaman onlarla üzbəüz bir nəfər kişi gəlmiş, həmin kişi İlhamın yanından ötüb keçən zaman İlham ilə həmin kişinin çiyinləri bir-birinə dəymişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Həmin vaxtı İlham dirsəyi ilə həmin kişinin sifət nahiyəsindən vuraraq itələmişdir. Həmin kişi bir qədər geriyə səndəlləsə də yıxılmamışdır. Həmin vaxtı İlham cibindən bıçaq çıxararaq həmin kişinin sifətinin sağ tərəfindən yuxarıdan aşağı istiqamətində çapıq (şram) formasında çəkmişdir. Həmin vaxtı kişinin üzündən qan axmağa başlamışdır. Kişinin üzündən qan axmağını gördüklərindən həyəcanlanmış, ona görə də Əbüdül ilə birlikdə qaçaraq həmin yerdən uzaqlaşmışlar. İsmayıl isə başqa istiqamətə qaçaraq getmişdir. Bir qədər qabağa gedib dayandıqdan sonra İlham da yanlarına qaçaraq gəlmişdir. Bundan sonra İlhamdan sağollaşıb evlərinə getmişlər. Bu hadisədən iki gün sonra 29 yanvar 2022-ci il tarixdə günorta saatlarında dostu Əbdürəhman (Əbdül) ilə birlikdə Sumqayıt şəhəri Dənizkənarı Bulvar ərazisində yerləşən Göyərçin parkına getmişlər. Parkda gəzən zaman saat 16 radələrində Göyərçin heykəlinin yaxınlığında çoxlu sayda adamların toplandığını görmüşlər. Həmin vaxtı Təqsirləndirilən şəxs1 da orada olmasını görmüşlər. Həmin vaxtı İlhamın başqa bir nəfər şəxslə birlikdə bir nəfər oğlanla mübahisə etdiklərini görmüşdür. İlhamgilin mübahisə etdikləri şəxsin ağlaya-ağlaya danışdığını görmüşdür. İlhama yaxınlaşaraq nə baş verdiyini maraqlanmaq istədikdə İlham mübahisə elədikləri şəxsin dayısı qızı ilə gəzən zaman gördüyünü, buna görə də dayısı oğlu ilə birlikdə həmin şəxsi elədiyi əmələ görə cəzalandıracaqlarını deyərək heç kimin qarışmamasını tapşırmışdır. Həmin vaxtı İlham və sonradan adını öyrəndiyi onun dayısı oğlu Vüqar adlı şəxs uzun qıvrım saçlı bir nəfər şəxsi döyməyə başlamışlar. İlham həmin şəxsi arxadan tutaraq qucaqlamış, bu zaman dayısı oğlu Vüqar da həmin şəxsin sifətindən yumruqla zərbə vurmuşdur. Daha sonra İlham və Vüqar həmin şəxsin başına və bədəninə yumruq zərbələri ilə vurmağa başlamışdır. Bu zaman həmin oğlan yerə yıxılmış, Vüqar və İlham onu yerdə təpik zərbələri ilə döyməyə davam etmişdir. Həmin vaxtı çoxlu sayda şəxslər oraya toplanaraq hadisəyə tamaşa etmişlər. Bir neçə dəqiqə sonra polis əməkdaşları da həmin yerə gəlmişdir. Həmin vaxtı İlham və dayısı oğlunun döydüyü şəxs yerdə uzanıqlı vəziyyətdə olmuş, lakin İlham və dayısı oğlu Vüqarı orada görməmişdir. Başa düşmüşdür ki, İlham və Vüqar həmin şəxsi döydükdən sonra qaçaraq aradan çıxmışlar. Bundan sonra o da Əbdül ilə birlikdə oradan uzaqlaşaraq getmişdir. Həmin gün axşam saatlarında Əbdül ilə görüşmək üçün onun məhəlləsinə getmişdir. Əbdülgilin binasının qarşısında olan zaman İlhamı görmüşdür. İlhamdan günorta Göyərçin parkında həmin uşağı niyə görə döydüklərinin səbəbini soruşduqda İlham həmin şəxsi parkda dayısı qızı ilə gəzən zaman gördüyünü, ona görə də həmin qızın qardaşı olan dayısı oğlu ilə birlikdə həmin şəxsi döydüklərini bildirmişdir. İlham ilə söhbət etdikləri zaman polis əməkdaşları binanın qarşısına gəlmişdir. Bundan sonra hamısını, yəni onu, Əbdülü və İlhamı da Sumqayıt ŞPİnin 4-cü polis bölməsinə aparmışlar. Polis bölməsinə getdikdən sonra orada izahat yazmışdır. Bundan sonra onu yenidən Sumqayıt Şəhər Polis İdarəsinə çağıraraq hadisələr haqqında təkrar izahat almışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 adlı şəxsi vuraraq ona bıçaqla xəsarət yetirməsi təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Həmin hadisəni o, Əbdürrəhman və İsmayıl görmüşdür. Həmin vaxtı hadisə yerinə kənar kiminsə gəlməsini xatırlamır. Bundan başqa həmin hadisə vaxtı İlhamın vurduğu şəxsin üzündən qan axdığını gördüyündən həyəcanlanmışdır. Ona görə də ətrafda başqa kənar şəxslərin olub-olmamasına fikir verməmiş və orada kimisə görməmişdir. Həmin hadisə zamanı İlhamın bıçaqla vuraraq xəsarət yetirdiyi şəxsə qarşı nalayiq ifadə işlətməsini eşitməmişdir. Hadisə vaxtı İlhamın həmin şəxsi vuraraq xəsarət yetirdiyi bıçağı görmüşdür. Həmin bıçaq kiçik ölçülü aypara formasında olmaqla dəstəyi gümüşü rəngli olsa da tiyə hissəsi qara rəngli olmuşdur. Həmin bıçağı əvvəllər də İhamın üzərində gəzdirdiyini görmüşdür. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs1 yalnız İlham özü vurmuşdur. İlhamdan başqa həmin vaxtı həmin şəxsi heç kim vurmamışdır. Onu yalnız İlham vuraraq xəsarət yetirmişdir. Həmin vaxtı dolu bədənli olan şəxs İsmayıl olmuşdur. İsmayıl orada olan şəxslərə nisbətən dolu bədənli olmuşdur. Lakin həmin vaxtı İsmayıl həmin şəxsi vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Göyərçin parkı ərazisində baş vermiş hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Həmin vaxtı ətrafda olan şəxslərdən yalnız Əbdürrəhmanı tanıyır. Ondan başqa həmin vaxtı ətrafda təxminən 10-15 nəfər adamlar olmuşdur. Həmin adamlar hamısı hadisəyə tamaşa etmişdir. Həmin vaxtı İlham və yanında olan Vüqar adlı qohumu həmin şəxslə uca səslə möhkəm danışmış, lakin onların həmin şəxsə qarşı nalayiq ifadə işlədib-işlətməmələrıni xatırlamır. Həmin hadisə vaxtı İlham əvvəlcə həmin oğlanı arxadan tutaraq qucaqlamış, bu zaman Vüqar adlı oğlan həmin şəxsin sifət nahiyyəsindən yumruqla vurmuşdur. Daha sonra isə İlham və Vüqar birlikdə həmin şəxsi döyməyə başlamışlar. Zərbələrin təsirindən həmin şəxs yerə yıxılmışdır. Bundan sonra da İlham və Vüqar həmin şəxsi yerdə təpikləyərək döymüşdür. Həmin vaxtı İlham və yanında olan Vüqar adlı şəxs həmin şəxsi yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirmiş, onların əlində hansısa bir alət olmasını görməmişdir. Zərərçəkmiş şəxs3 27 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri Göyərçin parkı ərazisində yerləşən “Star rooms” restoranının yaxınlığında İlham tərəfindən döyülən zaman baş vermiş hadisənin üzərindən bir xeyli vaxt keçdiyinə görə həmin hadisəni xatırlamır. Həmin vaxtı orada olubolmadığını xatırlamır. Məhkəmə iclasında Şahid2 və şahid X8 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakinləri Şahid2 və Şahid1 ilə dostluq münasibəti vardır. Əbdürrəhmanı Əbdül kimi çağırır. Təqsirləndirilən şəxs1 ilə aralarında dostluq münasibəti yoxdur. İlhamı Sumqayıt şəhər sakini kimi tanıyır. Bəzi vaxtlarda Sumqayıt şəhəri ərazisində olan zaman onunla hal-əhval tutmuşdur. Lakin aralarında yaxın münasibəti olmamışdır. 29 yanvar 2022-ci il tarixdə günorta saatlarında güləş idman məşqindən çıxmışdır. Bundan sonra bir qədər istirahət etmək üçün Göyərçin parkına gedib orada oturmuşdur. Saat 16 radələrində parkda olan zaman Göyərçin heykəlinin yanında çoxlu sayda adamların toplandığını görmüşdür. Həmin vaxtı Fəqan və Əbdülün də orada olduğunu görmüşdür. Nə baş verdiyini maraqlanmaq üçün onlara yaxınlaşan zaman İlhamın da orada olduğunu və bir nəfər şəxslə mübahisə etdiyini görmüşdür. Həmin vaxtı İlhamın yanında başqa bir nəfər şəxs də olmuşdur. Onlar ikisi birlikdə bir nəfər oğlanla mübahisə etmişlər. İlhamgilin mübahisə etdikləri şəxs isə ağlamışdır. Nə baş verdiyini maraqlanan zaman orada danışılanlardan məlum olmuşdur ki, İlham mübahisə elədikləri şəxsi dayısı qızı ilə gəzdiyi zaman görmüşdür. Buna görə qızın qardaşı olan dayısı oğlu ilə birlikdə həmin şəxs ilə mübahisə etmişlər. Həmin vaxtı İlham heç kimin mübahisəyə qarışmamasını demişdir. İlham və Vüqar uzun qıvrım saçlı bir nəfər şəxsi döyməyə başlamışdır. İlham həmin şəxsi arxadan tutaraq qucaqlamış, Vüqar həmin şəxsin sifətindən yumruqla zərbə vurmuş, sonra İlham və Vüqar həmin şəxsin başına və bədəninə yumruq zərbələri ilə vurmağa başlamış, həmin oğlan yerə yıxılmış, Vüqar və İlham onu yerdə təpik zərbələri ilə döyməyə davam etmişlər. Həmin vaxtı çoxlu sayda şəxslər oraya toplanaraq hadisəyə tamaşa etmişlər. Bir neçə dəqiqə sonra polis əməkdaşları da həmin yerə gəlmişdir. Həmin vaxtı İlham və dayısı oğlunun döydüyü şəxs yerdə uzanıqlı vəziyyətdə olmuş, İlham və Vüqar orada olmamış, Başa düşmüşdür ki, İlham və Vüqar həmin şəxsi döydükdən sonra qaçaraq aradan çıxmışlar. Həmin dava qurtardıqdan sonra evinə getmişdir. Həmin gün axşam saatlarında Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsindən onu izahat vermək üçün çağırmışlar. O da 4-cü polis bölməsinə gedərək izahat yazmışdır. Həmin hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Həmin vaxtı ətrafda olan şəxslərdən yalnız Əbdülü və Fəqan tanıyır. Ondan başqa həmin vaxtı ətrafda təxminən 10-15 nəfər adamlar olmuşdur. Həmin adamlar hamısı hadisəyə tamaşa etmişlər. Lakin onların kimlər olduqlarını bilmir. Hadisə zamanı İlham və yanında olan Vüqar adlı qohumu həmin şəxsi nalayiq sözlərlə təhqir etmişlər. Həmin vaxtı İlham və yanında olan Vüqar adlı şəxs həmin şəxsi yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirmiş, onların əlində hansısa bir alət olmasını görməmişdir. İlhamın törətdiyi başqa heç bir cinayət hadisəsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid X9 oxşar məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid X12 göstərdi ki, Sumqayıt ŞPİ-nin post patrul xidməti taborunun 1-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. 29 yanvar 2022-ci il tarixdə saat 16:30 radələrində 9 saylı marşurut üzrə 9142 çağırışlı avtomobildə postaçı yoldaşı sabiq polis nəfəri Ricay Abbasbəyli ilə birlikdə xidmətdə olduğu zaman Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən radiotürücü vasitəsilə Sumayıt şəhəri 1-ci mikrorayon ərazisində Göyərçin abidəsinin yanında dava-dalaş olması barədə məlumat alaraq həmin yerə gəlmişdir. Həmin əraziyə çatan zaman Göyərçin abidəsinin yaxınlığında çoxlu sayda adamlar toplandığını görmüşdür. Həmin vaxtı bir nəfər qıvrım saçlı cavan oğlanın sol qaş nahiyyəsində xəsarət olması və qan axmasını görmüşdür. Həmin şəxs 2003-cü il təvəlüdlü Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 olmasını bildirmişdir. Nihad adlı həmin şəxsi Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gətirmişlər. Həmin vaxtı Nihad adlı şəxs bir nəfər tanışı ilə görüşmək üçün Sumqayıt şəhəri Göyərçin parkında olan zaman mobil telefonla danışaraq tanış olduğu qızla təsadüfən park ərazisində görüşdüyünü, həmin qızla söhbət edən zaman qızın bibisi oğlu İlham adı şəxsin ona yaxınlaşıb mübahisə etdikdən sonra qızın qardaşını oraya çağırdığını, daha sonra qızın qardaşı Vüqar adlı oğlanın da həmin yerə gəldiyini və Vüqar və İlhamın birləşərək onu yumruq və təpik zərbələri ilə döydüklərini bildirmişdir. 4-cü polis bölməsinə gəldikdən sonra baş verənlərlə bağlı 4-cü polis bölməsinin rəhbərliyinə raportla müraciət etmişdir. Daha sonra Nihad adlı xəsarət alan şəxsi Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gətirmişlər. Orada həkimlər Nihada ilkin tibbi yardım göstərdikdən sonra onu yenidən 4-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində olan zaman Zərərçəkmiş şəxs2 döyülməsi ilə bağlı ərizə yazmışdır. Hadisə yerinə çatan zaman Vüqar və İlham adlı şəxslər orada olmamışlar. Həmin vaxtı orada olan şəxslərin danışığından bilmişdir ki, Vüqar və İlham adlı şəxslər Nihad adlı şəxsi döydükdən sonra polislərin ora yaxınlaşdıqlarını görərək hadisə yerindən uzaqlaşaraq getmişlər. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 İlham adlı şəxsin ona məxsus gödəkçəni “Dörd qardaş” restoranının yaxınlığında ələ keçirdiyi yeri göstərmişdir. İş materiallarında olan “Təqdimetmə və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs4 açıq talayaraq ələ keçirdiyi gödəkçəsini təqdim etmiş və həmin gödəkçə təhqiqat araşdırması zamanı götürülmüşdür. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X13 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bir ədəd dəstəyi ağ rəngli, tiyəsi qara rəngli açılıb qatlanan bıçağı araşdırma zamanı təqdim etmiş və həmin bıçaq götürülmüşdür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 145 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı sağ yanağın qançırı, sol yanağın qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ yanağın yarası kəsici kənarlı alətlə, ola bilsin ki, ülgüclə yetirilmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Sol yanağın qançırı küt əşyanın təsirindən törənmişdir, ola bilsin ki, yumruqla vurulma nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYXnın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 27 yanvar 2022-ci il tarixd uyğun gələ bilər. Xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 05-145 saylı, xx.xx.2022-ci il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı sağ yanağın yarası, sol yanağın qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ yanağın yarası-kəsici kənarlı alətlə yetirilmişdir, ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi inkar olunmur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 146 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı sol gözaltı nahiyənin qançırı və yarası, sol təpə nahiyəsinin şişkinliyi-hematoması, sol ayağın topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi- qançırı, sağ saidin, sağ əlin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən təkrari zərbələrlə vurulma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla 27 yanvar 2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sol gözaltı nahiyyənin qançırı və yarası sol ayağın topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi qançırı- sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aid edilir. Sol təpə nahiyyəsinin şişkinliyi hematoması, sağ saidin, sağ əlin sıyrıqları sağlamlığa zərər vurmayan xəsaərətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 142 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı sol gözətrafı nahiyənin şişkinliyi-qançırı, gözün ağh qişasına qansızma, sol qaşüstü nahiyənin yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 29 yanvar 2022-ci il tarixə uyğun gələ bilər. Xəsarətlərin dərəcəsi tibbi sənədlər və zərərçəkənin özü tytəkrar müayinəyə təqdim olunduqdan sonra təyin ediləcəkdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 1139 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materiallan, hemin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğun olub, gerilik əlamətləri aşkar olunmur. Təfəkkürü praktik yönümlüdür, analizetmə, ümumiləşdirmə kimi keyfiyyətləri normaya uyğundur. Yaddasaxlama ve yadasalma funksiyalarında, emosional vo assosiativ yaddaşında çətinlik müəyyən edilmədi. O, iş üçün əhəmiyyət kəsb eden halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin va ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmek iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 Gürşad oğlu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin va ictimai təhlükəliliyini dark etmak ve onlan idare etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 macburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 məsuliyyətsizlik, qıcığa qarşı həssaslıq, söz götürməmək, başqalarının hiss ve yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional vəziyyətindan asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə gece saat 01 radələrində baş verən, həmçinin xx.xx.2022-ci il tarixdə saat 16 radələrində baş verən hadisələr zamanı Təqsirləndirilən şəxs1 emosional sferasında hirslilik, xx.xx.2022-ci il tarixdə, saat 12:25 radələrində törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs1nm psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq kimi hallar yaranmış, xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində törətdiyi əməl zamanı onun psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Yuxarıda qeyd olunan hadisələr zamanı Təqsirləndirilən şəxs1 psixi-emosional sferasında qeyd olunan halların yaranması onda müəyən edilən xasiyyetin psixopatik cizgileri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 ona ittiham edilən cinayət əməllərini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Göyərçin parkında yerləşən “Star rooms” restoranının yaxınlığında döyərək xəsarət yetirmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 hadisə zamanı Təqsirləndirilən şəxs1 onu döyərək xəsarət yetirdiyi yeri göstərmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığında döyərək xəsarət yetirmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisə zamanı Təqsirləndirilən şəxs1 onu döyərək xəsarət yetirdiyi yeri göstərmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Göyərçin parkında yerləşən Göyərçin abidəsinin qarşısında döyərək xəsarət yetirmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 hadisə zamanı Təqsirləndirilən şəxs1 onu döyərək xəsarət yetirdiyi yeri göstərmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 14/142 saylı, xx.xx.2022-ci il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı sol gözətrafı nahiyənin şişkinliyi qançırı, gözün ağlı qişasına qansızma, sol qaşüstü nahiyənin yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 29 yanvar 2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə birlikdə və ayrı ayrılqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 Zərərçəkmiş şəxs4 ona verdiyi özünə məxsus bir ədəd pul qabını təqdim etmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/3407 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş üzərində “Edward Gaming EDG Xın Rong FA.FL” yazıları olan, ağ-qara rəngli ikiüzlü, papaqlı (kapüşonlu) gödəkçənin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 25 manat müəyyən edilir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilmiş 01 ədəd istifadədə olmuş üzərində “Edward Gaming EDG Xin Rong FA.FL” yazıları olan, ağ-qara rəngli ikiüzlü, papaqlı (kapüşonlu) gödəkçə maddi sübut hesab edilmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X10 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 əvvəlcə dirsəyi ilə sonra isə üzərində gəzdirdiyi bıçaqla vuraraq xəsarət yetirdiyini, İsmayıl adlı şəxsin onu vurmadığını və heç bir xəsarət yetirmədiyini Zərərçəkmiş şəxs1 üzünə qarşı deyərək təsdiq etmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 3/1058 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olmaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirmiş olduğu bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı maddi sübut hesab edilərək Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilmiş 01 ədəd istifadədə olmuş üzərində “Edward Gaming EDG Xin Rong FA.FL” yazıları olan, ağ-qara rəngli ikiüzlü, papaqlı (kapüşonlu) gödəkçə maddi sübut hesab edilmişdir və sahibinə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 məxsus olmaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirmiş olduğu bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı maddi sübut hesab edilərək Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs3 Nəsimi oğlunun sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq cinayəti törətməsi xüsusatı üzrə Təqsirləndirilən şəxs1 əməlində CMnin 221.3-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi 1 ədəd bıçağın turist bıçağı olması səbəbindən onun barəsində CM-nin 228.4-cü maddəsilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 bıçaq nümayiş elətdirərək ona məxsus gödəkçəni ələ keçirməsi təsdiqini tapmadığından onun barəsində CM-nin 181.2.5-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 məxsus gödəkçəni ələ keçirən zaman ona şillə vurması və ya hər hansı xəsarət yetirməsi təsdiq olunmadığından onun barəsində CM-nin 180.2.4-cü maddəsilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nəzarət altına vermə qətimkna tədbiri seçilmişdir. İş materiallarında olan 9 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekpserizasının 2209 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılarma zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oxuduğu müddət ərzində məktəbdə özünün bacarığı və tərbiyəsi ilə kollektivin hörmətini qazanmışdır. İş materiallarında olan 9 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xaraketrizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, "Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir.” Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 2-ci bəndində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür.” “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 3cü bəndində deyilir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.” Məhkəmə göstərilən qərarlardakı hüquqi mövqeyi və işin hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri tövsif edilərkən törətdikləri cinayətin tərkib əlamətləri düzgün qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs1 hərəkətləri, həmin hərəkətlərlə törədilən əməllərin baş vermə şəraiti, yeri, onun davranışları, özünü hamıdan üstün tutması, ətrafdakılara münasibəti, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etməsi, gücünü nümayiş etdirməsi, qalmaqal salmağa meyilliliyi, hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görməsi və bunu arzu etməsi və digər hallar təsdiq edir ki, onun hərəkətləri xuliqanlıqdır. Zərərçəkmiş şəxs1 qarşı edılən hərəkətlərdə isə silah qismində bıçaqdan istifadə edilməklə bu hərəkətlər edilmişdir. Zərərçəkmiş şəxs2 qarşı epizodda mübahisə Təqsirləndirilən şəxs2 bacısı ilə Zərərçəkmiş şəxs2 birlikdə gəzməsi ilə bağlı cüzi səbəbdən olmuşdursa da bu hərəkətlərin xarakteri, baş vermə yeri, şəraiti, ətrafda çoxlu sayda insanların olması, ətrafdakıların onlara tamaşa etməsini təqsirləndirilən şəxslərin hər ikisinin bilməsi, bunu istəmələri, hərəkətlərinə davam etmələri, hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəklərini qabaqcadan görmələri, bunu arzu etmələri və digər hərəkətlər də xuliqanlıq hərəkətləridir. Zərərçəkmiş şəxs4 edilmiş hərəkət isə soyğunçuluqdur və Təqsirləndirilən şəxs1 onun gödəkçəsini açıq şəkildə talamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 180.1 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər ( yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 85.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: 85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində; 85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində. Məhkəmə yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının qorunmasına, istər istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 429-434-cü maddələrinin tələblərinin təmin olunmasına xüsusi diqqət yetirmiş, icraatın aparılmasına xüsusi həssaslıqla yanaşmışdır. İstintaq zamanı və məhkəmə baxışında həmin maddələrdə və Azərbaycan Respublikası CPM-nin 435-ci maddəsində nəzərdə tutulan prosessual qaydalara və tələblərə əməl edilməklə icraat aparılmışdır. Cəza təyini və cəza növünün seçilməsi zamanı da göstərilən normalarla bərabər Azərbaycan Respublikası CM-nin 84-86-cı maddələrinin tələbləri hüdudlarında işin halları, yetkinlik yaşına çatmayanların şəxsiyyəti və digər hallar qiymətləndirilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4la barışıq əldə edilməsini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan dövrdə ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 hazırda islah yolunda olmamasını və cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə, Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinin tələblərinə uyğun həddə cəza təyin edilməsi daha məqsədəuyğundur. Təqsirləndirilən şəxs1 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cəza çəkilməsinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs1 təyin edilən cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 03 may 2022-ci il tarixdən 05 may 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bərabər hesablanır. Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, etdiyi əmələ görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan dövrdə ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, həmçinin hazırda islah yolunda olmasını və cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələblərinə uyğun həddə təyin edilməsi daha məqsədəuyğundur. Təqsirləndirilən şəxs2 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-01 ədəd istifadədə olmuş üzərində “Edward Gaming EDG Xin Rong FA.FL” yazıları olan, ağ-qara rəngli ikiüzlü, papaqlı (kapüşonlu) gödəkçənin Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməli, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd turist bıçağı məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət büdcəsi hesabına Sumqayıt Regional Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi3 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi1 tərəfindən hər biri ayrılıqda 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 180 (yüz səksən) manat və Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1, 385-ci və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.3-cü maddələri ilə təqsirli bilinsin, CM-nin 180.1-ci maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 03 may 2022-ci il tarixdən 05 may 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzanın əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri, yəni 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübutlar-01 ədəd istifadədə olmuş üzərində “Edward Gaming EDG Xin Rong FA.FL” yazıları olan, ağ-qara rəngli ikiüzlü, papaqlı (kapüşonlu) gödəkçənin Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın, sahibinə qaytarılmış hesab edilsin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd turist bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-58/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-58/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver