Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-580/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs , Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 iyul 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, hazırda məhkumluğu olmayan, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38B, mənzil 23-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 7/762-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan 12 iyun 2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 117,00 manat olmaqla, cəmi 234,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Qubadlı Rayon Məhkəməsinin 2(028)-583/2017 saylı, xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 18 fevral 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 07 aprel 2022-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 12838,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayır, əvvəllər yaşadığı ərazidə işəmuzd təmir-tikinti sahəsində fəhlə kimi işləməklə gündəlik gəliri 15-20 manat təşkil etmiş, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmiş, həmin nikahdan Nurlan və Nurcan adlı övladları vardır, ilk dövrlərdə arvadı ilə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2017-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Qubadlı Rayon Məhkəməsinin qətnaməsinə əsasən, hər uşağa görə hər ay 117,00 manat olmaqla, cəmi 234,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləməklə stabil qazancı olmamış, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və sonuncu protokol üzrə Sumqayıt Şəhəri Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 12838,00 manat təşkil etmiş, hazırda Sumqayıt şəhərində işəmuzd fəhlə kimi işləyir, aylıq qazancı 350-400 manat təşkil etməsinə baxmayaraq aliment borcumu tam ödəməsinə imkanı yoxdur. İcra sənədi üzrə indiyə qədər cəmi 500 manat pul onun tərəfindən ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqlarla görüşməsinə icazə verilməməsidir, bundan başqa digər səbəb, yığılmış aliment borcunun yüksək olmasıdır, lakin özü fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, aylıq 50-100 manat arası məbləğdə alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etmişdir. Yaşılllaşdırma idarəsinə işləmək istəyini bilirmiş, lakin həmin idarədən ona təklif gəlməmiş, digər işlər onun üçün ağır olduğu üçün iş təkilfləri ilə razılaşmamışdır. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-583/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 117,00 manat olmaqla, cəmi 234,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra idarəsinin icra məmuru tərəfindən icra işi xx.xx.2017-ci il tarixdə başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, sonuncu protokol üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək aliment üzrə cəmi 500,00 manat ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 12838,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşadığı Sumqayıt şəhərində işəmuzd təmir-tikinti sahəsində fəhlə kimi işləyir, qazanc əldə etməsinə baxmayaraq alimenti ödəməkdən qəsdən yayınır, Təqsirləndirilən şəxs icra müddəti ərzində icra məmurunun çağırışlarına dəfələrlə gəlməyərək qətnamənin icrasından yayınmışdır. Borclu Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, o öz uşaqlarının heç doğum günün belə bilmir. Ona görə də Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-583/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 oğlunun və xx.xx.2007ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 117,00 manat olmaqla iki uşağa görə cəmi 234,00 manat sabit pul miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi 05 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qaydada icraata başlanılmış, məhkəmə qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunmuş, tələbi dərhal icra etməsi ona bildirilmiş, lakin tələb icra edilməmiş, məcburi icra tədbirləri həyata keçirmək üçün görülmüş icra hərəkətləri qənaətbəxş olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-47/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış, Təqsirləndirilən şəxs çağırışlardan yayındığından xx.xx.2019-cu il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmiş, borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq icra idarəsinə təhvil verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, inzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün yeni müddət verilsə də, tələbi icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə kimi qətnamə üzrə 12838,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)-583/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə hərəkətsizlik göstərmiş, həm də faktiki imkanlarından istifadə etməmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə istintaq zamanı şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs ilə 2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, lakin nikahlarını xx.xx.2009-cu il tarixdə rəsmiləşdirmiş, həmin nikahdan Nurlan və Nurcan adlı övladları doğulmuş, ilk dövrdə Elvinlə bacısının münasibəti yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2017-ci ildə onlar faktiki ayrılaraq Zərərçəkmiş şəxs övladları ilə birlikdə valideyinlərinin evinə köçmüş, həmin ərəfədə övladların saxlanması üçün aliment tələbi ilə bağlı Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Qubadlı Rayon Məhkəməsinin 2(028)-583/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 117,00 manat olmaqla, cəmi 234,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, sonuncu protokol üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək aliment üzrə cəmi 500,00 manat ödəniş etmiş və qətnamə üzrə Təqsirləndirilən şəxs tərəfindən 12838,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşadığı Sumqayıt şəhərində işəmuzd təmir-tikinti sahəsində fəhlə kimi işləyir, qazanc əldə etməsinə baxmayaraq alimenti ödəməkdən qəsdən yayınır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-583/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X6 oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 117 manat olmaqla, iki uşağa görə cəmi 234 manat sabit pul miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 05 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(028)-583/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1568/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 8(060)-47/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 973/02-04 saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X1” Avtomatlaşdırılmış Qeydiyyat Sistemində Təqsirləndirilən şəxs adına Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, 27 saylı nikah haqqında akt qeydi aşkar olunmuşdur. Həmin nikah xx.xx.2017-ci il tarixdə Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən 54 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 8(028)-142/2018 saylı, xx.xx.2018-ci tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinə ünvanladığı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsi QŞVŞ-nin əməkdaşları tərəfindən yeri müəyyən olunaraq təqdim olunduğu üçün açılmış axtarış işinin dayandırılmasına göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-432/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4; 70 maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi hökmdən xaric olunub və 03 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarına əsasən azad olunmuşdur. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-2174 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20% dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuş və barəsində amnistiya aktı tətbiq edilərək cəzadan azad edildiyi üçün xx.xx.2009-cu il tarixdə şəxsi iş qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin 124- 8019-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəsimi küçəsində “Corat” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilərək Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materialladndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:15-dən 17:40-dək təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 1(060)-580/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-3890 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan 1(060)-580/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında verilən ifadələrdən, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirmir, aliment ödənilməsindən yayınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin icra edilməyən məhkəmə qərarının mahiyyətinə diqqət etməklə vurğulayır ki, qətnaməyə əsasən təqsirləndirilən şəxsdən uşaqlarının saxlanılması üçün hər ay aliment tutulmalıdır. Lakin, Təqsirləndirilən şəxs uşaqların saxlanılmasında iştirak etməməklə məhkəmə qərarını icra etmir, hətta övladlarının doğum təvəllüdünü belə xatırlamır. Bu da onu göstərir ki, təqsirləndirilən şəxsin məhkəmə qərarının icrasında ümumiyyətlə maraqlı deyildir. Yalnız inzibati məsuliyyətə cəlb edilməsi ərəfəsində cəmi 500 manat ödəniş etmişdir. Beş il ərzində hər ay ödənilməli olan 234 manat aliment üzrə 12838 manat miqdarında borc yaranması təqsirləndirilən şəxsin məhkəmə qərarının qərəzli olaraq qəsdən icra etməməsini təsdiq edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, xx.xx.2022ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Başı şəhər Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Bu zaman da Təqsirləndirilən şəxs azadlığı 02 gün məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı 02 gün müddət ona cəza təyin olunarkən nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv - hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Faktlar 5-ci maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum edilməyə dəlalət edirsə, həbsin nisbətən qısa müddətli olması bu qənaətə təsir etmir (Rantsev Kipr və Rusiyaya qarşı, İskəndərov Rusiyaya qarşı ). Təqsirləndirilən şəxs tutulduğu 02 (üç) gün müddət ona təyin olunmuş cəzadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 580/2022) qərarını icra edərək, xx.xx.2021-ci il tarixli 1055 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil bürosunun hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-580/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-580/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver