Məhkəmə qərarları › İş №1(060)-581/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-581/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-581/2022 01.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,277 qram qəhvəyi rəngli, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz, çəkisi 0,932 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,08 qram olan 02 ədəd boz rəngli, dairəvi formalı metadon həblərini əldə edib daşıyaraq üzərində saxlamış, 11 aprel 2022-ci il tarixdə, saat 12:50-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nın əməkdaşlarının Sumqayt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən 3 saylı yataqxananın qarşısında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd sarı rəngli plastik qutunun içərisində 01 ədəd gümüşü bükümdə təmiz çəkisi 0,277 qram qəhvəyi rəngli, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd gümüşü bükümdə olan, ayrı ayrılıqda çəkiləri 0,106 qram, 0,374 qram və 1 ədəd şəffaf rəngli sellofan bükümdə 0,452 qram olmaqla ümumi təmiz çəkisi 0,932 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış, psixotrop maddə olan metanfetamin və hər birinin təsir maddəsinin miqdarı 0.04 qram olmaqla ümumi miqdarı 0,08 qram olan 02 ədəd boz rəngli, dairəvi formalı metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12:50 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən 3 saylı yataqxananın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə və 4-cü PB-də aparılan təhqiqat araşdırması üzrə oğurluqda şübhəli olduğu üçün onu saxladıqlarını bildirmiş və müvafiq sənədləşmə aparılması və üstünə baxış keçirilməsi üçün şərait olmadığından onu Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və birlikdə 4-cü Polis Bölməsinə getmişlər. Bölməyə gedən zaman yolda polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bölmədə onun üstünə baxış keçirilmiş və ona üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. O da baxış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd sarı rəngli plastik qutunu, əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu iki ədəd qol saatlarını təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sarı qutu içərisində 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin, bir ədəd şəffaf rəngli sellofan bükümün, bir ədəd qəhvəyi rəngli üzərində İran hərfləri ilə yazılmış konvalidinin və bir ədəd şəffaf rəngli dərman konvalidinin olduğu müəyyən olunmuşdur. Bükümlər açılarkən iki ədəd gümüşü rəngli siqaret kağızındakı bükümdə və bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli "patı" deyilən maddənin, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə narkotik vasitə heroinin, 01 ədəd qəhvəyi rəngli üzərində İran hərfləri ilə yazılmış konvalidin, iki ədəd həbin və bir ədəd şəffaf rəngli dərman konvalidin 01 ədəd qırmızı rəngli həbin olduğu müəyyən olunmuşdur. 03 ədəd bükümdə ağ rəngli maddələr "patı" deyilən metamfetamin, 01 ədəd bükümdə "kakos" deyilən qəhvəyi rəngli maddə heroin, 02 ədəd qəhvəyi rəngli həblər meladon, 01 ədəd qırmızı rəngli həb diş ağrıkəsici olmuşdur. O, həmin maddələri mobil telefon vasitəsilə əlaqə saxlamış olduğu adını bilmədiyi İran vətəndaşının hesab kartına 80 manat pul ödəməklə ona həmin narkotik vasitələri Bakı şəhəri, Babək prospekti ərazindəki ağacın dibinə qoyduğunu dedikdən sonra gedərək həmin narkotik vasitələri ordan götürmüşdür. Üzərindən aşkar olunmuş 02 ədəd qol saatını isə tanıdığı Qalib adlı şəxsdən 15 manata almışdır. Qabildən 15 manata aldığı 02 ədəd qol saatının oğurluq olmasından məlumatı olmamışdır. Qabil həmin saatları ona satarkən özünə məxsus olduğunu və istifadə etmədiyini deyərək satmışdır. Narkotik vasitə və psixotrop maddəni Bakı şəhərindən götürərkən tək olmuş, “Əbili” ləqəbli şəxsi tanımamışdır. Qalibə 02 ədəd saatı alarkən qarşılığında psixotrop maddə verməmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir, əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİnin 4-cü PB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2022ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində oğurluq malların əldə edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və KTB-nin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 12:50-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən 3 saylı yataqxananın qarşısında saxlamış, oğurluq malların əldə edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmiş, Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla 4-cü PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Hüquq və vəzilələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X7 tərəfindən aparılmışdır. Baş təhqiqatçı Rafiq Quliyev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağım izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd sarı rəngli plastik qutunu, əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu iki ədəd qol saatlarını təqdim etmişdir. Təqdim etdiyi bır ədəd sarı qutu içərisində 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin, bir ədəd şəffaf rəngli sellofan bükümün, bir ədəd qəhvəyi rəngli üzərində İran hərfləri ilə yazılmış konvalidinin və bir ədəd şəffaf rəngli dərman konvalidinin olduğu müəyyən olunmuşdur. Bükümlər açılarkən iki ədəd gümüşü rəngli siqaret kağızındakı bükümdə və bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli spesifik iyə malik metamfetamin, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə narkotik vasitə heroinin, 01 ədəd qəhvəyi rəngli üzərində İran həriləri ilə yazılmış konvalidin, iki ədəd həbin və bir ədəd şəffaf rəngli dərman konvalidin 01 ədəd qırmızı rəngli həbin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, 03 ədəd bükümdə ağ rəngli maddələrin "patı" deyilən metamfetamin, 01 ədəd bükümdə “kakos” deyilən qəhvəyi rəngli maddənin heroin, 02 ədəd qəhvəyi rəngli həblərin metadon, 01 ədəd qırmızı rəngli həbin diş ağrıkəsici olduğunu, həmin maddələri mobil telefon vasitəsilə əlaqə saxlamış olduğu adını bilmədiyi İran vətəndaşının hesab kartına 80 manat pul ödəməklə həmin şəxsin dediyi yerdən yəni, Bakı şəhəri, Babək prospekti ərazisindəki ağacın dibindən götürdüyünü bildirmişdir. Həmçinin üzərindən aşkar olunmuş saatları tanışı Qabil adlı şəxsə 15 manat verərək əldə eldiyini bildirmişdir. 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş metamfetamin bükümlərinin 0.16, 0.46 qram və bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli maddə metamfetamin bükümünün 0.59 qram, ümumi çəkilərinin 1.18 qram, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə narkotik vasitə heroinin çəkisinin 0.51 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 128 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 də Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis əməkdaşları tərəfindən saxlanılmış, oğurluq əmlakı almaqda şübhəli olduğunu ona bildirmiş və onu 4-cü PB-nə dəvət etmişlər. Polis bölməsində ondan ünvan 4 ünvanında yaşayan X5 xx.xx.2022-ci il tarixdə, gecə saatlarında ona satmaq üçün qol saatı verdiyini soruşmuşlar. Fərid Baxşiyevlə birlikdə olduğunu, oğurluq törədən zaman bunu bilmədiyini, lakin saatların oğurluq olmasından məlumatının olduğunu bildirmişdir. Fəridin ona verdiyi 03 ədəd qol saatından biri çəhrayı digəri qara rəngli olmaqla iki ədədini Təqsirləndirilən şəxs 15 manat qarşılığında satmışdır. Nicatı uzun müddətdir ki, tanıdığını və münasibətlərinin normal olduğunu bildirmişdir. Nicata həmin saatların ona məxsus olduğunu və istifadə etmədiyi üçün satdığını demişdir. Həmin saatların oğurluq olmasından Nicatın məlumatı olmamışdır. Nicatın yalan danışdığını, ondan saat qarşılığında psixotrop maddə almamışdır. Nicatla heç bir zaman ədavəti və düşmənçiliyi olmamışdır. İşdə olan” şübhəli şəxsin tutulması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Sumqayıt ŞPİ-nin MSY-уə təhvil verilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 03 ay müddətinə, 11 iyul 2022ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materillarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. İş materillarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan "şəxsi axtarış və götürmə aparılması haqqında” 11 aprel 2022-ci tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nın inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 4-cü PB-nın baş təhqiqatçısı, polis polkovnikleytenantı X2 Nicat Cəbrayıl oğluna əvvəlcə özünü təqdim edir. Sonra baş təhqiqatçı Rafiq Quliyev Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində oğurluq malları əldə etməsi habelə qanunsuz olaraq narkotik vasitələrin istifadəsində, saxlanmasında və üzərində gəzdil ilməsində şübhəli bilindiyi üçün 4-cü PB-na gətirildiyini bildirir. Həmin vaxt 4-cü PBnın əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X6 təqdim edilir. Baş təhqiqatçı Rafiq Quliyev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Nicat Quliyex heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş daxam elməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmel varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd sarı rəngli plastik qulunu, əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu iki ədəd qol saatlarını təqdim edir. Təqdim eldiyi bir ədəd sarı qutu içərisində 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin, bir ədəd şəffaf rəngli sellofan bükümün, bir ədəd qəhvəyi rəngli üzərində İran hərfləri ilə yazılmış konvalidinin və bir ədəd şəffaf rəngli dərman konvalidinin olduğu müəyyən olunur. Bükümlər açılarkən iki ədəd gümüşü rəngli siqaret kağızındakı bükümdə və bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli spesifik iyə malik metamfetamin, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə narkotik vasitə heroinin, 01 ədəd qəhvəyi rəngli üzərində İran həriləri ilə yazılmış konvalidin, iki ədəd həbin və bir ədəd şəffaf rəngli dərman konvalidin 01 ədəd qırmızı rəngli həbin olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə eldiyi soruşulduqda o, 03 ədəd bükümdə ağ rəngli maddələrin "patı” deyilən melamfetamin, 01 ədəd bükümdə “kakos” deyilən qəhvəyi rəngli maddənin heroin, 02 ədəd qəhvəyi rəngli həblərin metadon, 01 ədəd qırmızı rəngli həbin diş ağrıkəsici olduğunu, həmin maddələri mobil telefon vasitəsilə əlaqə saxlamış olduğu adını bilmədiyi İran vətəndaşının hesab kartına 80 manal pul ödəməklə həmin şəxsin dediyi yerdən yəni, Bakı şəhəri, Babək prospekti ərazindəki ağacın dibindən götürdüyünü bildirir. Həmçinin üzərindən aşkar olunmuş saatları tanışı Qabil adlı şəxsə 15 manat xerərək əldə etdiyini bildirir. 02 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş metamfetamin bükümlərinin 0,16, 0,46 qram və bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli maddə metamfetamin bükümünün 0,59 qram, ümumi çəkilərinin 1.18 qram, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə narkotik vasitə heroinin çəkisinin 0,51 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin 128 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nın inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİnin 4-cü PB-nın baş təhqiqatçısı, polis polkovnik-leytenantı X2 Nicat Cəbrayıl oğluna əvvəlcə özünü təqdim edir. Sonra baş təhqiqatçı Rafiq Quliyev Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində oğurluq malları əldə etməsi habelə qanunsuz olaraq narkotik vasitələrin istifadəsində, saxlanmasında və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün 4-cü PB-na gətirildiyini bildirir. Həmin vaxt 4-cü PB-nın əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt 1 saylı Vəkil Bürosunun xəkili X6 təqdim edilir. Baş təhqiqatçı Rafiq Quliyev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd sarı rəngli plastik qutunu, əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu iki ədəd qol saatlarını təqdim edir. Təqdim eldiyi bir ədəd sarı qutu içərisində 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin, bir ədəd şəffaf rəngli sellofan bükümün, bir ədəd qəhvəyi rəngli üzərində İran hərfləri ilə yazılmış konvalidinin və bir ədəd şəffaf rəngli dərman konvalidinin olduğu müəyyən olunur. Bükümlər açılarkən iki ədəd gümüşü rəngli siqaret kağızındakı bükümdə və bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli spesifik iyə malik melamfetamin. 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə narkotik vasitə heroinin. 01 ədəd qəhvəyi rəngli üzərində İran həriləri ilə yazılmış konvalidin, iki ədəd həbin və bir ədəd şəffaf rəngli dərman konvalidin 01 ədəd qırmızı rəngli həbin olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə eldiyi soruşulduqda o, 03 ədəd bükümdə ağ rəngli maddələrin “patı” deyilən metamfetamin, 01 ədəd bükümdə “kakos” deyilən qəhvəyi rəngli maddənin heroin, 02 ədəd qəhvəyi rəngli həblərin metadon, 01 ədəd qırmızı rəngli həbin diş ağrıkəsici olduğunu, həmin maddələri mobil telefon vasitəsilə əlaqə saxlamış olduğu adını bilmədiyi İran vətəndaşının hesab karlına 80 manat pul ödəməklə həmin şəxsin dediyi yerdən yəni, Bakı şəhəri, Babək prospekti ərazindəki ağacın dibindən götürdüyünü bildirir. Həmçinin üzərindən aşkar olunmuş saatları tanışı Qabil adlı şəxsə 15 manat verərək əldə etdiyini bildirir. 02 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş metamfetamin bükümlərinin 0.16. 0.46 qram və bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal şəkilli maddə melamfetamin bükümünün 0,59 qram, ümumi çəkilərinin 1.18 qram. 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə narkotik vasitə heroinin çəkisinin 0,51 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin 128 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Həmin 01 CD formatlı disk protokola əlavə edilir. Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə kimyəvibioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2035 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 128” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,277 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,452 qram, 0.374 qram. 0,374 qram. 0.106 qram ümumi təmiz çəkisi 0,932 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim olunmuş ümumi sayı 2 ədəd boz rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadon təsir maddəsinin ümumi miqdarı 0.08 qram ( 0.04 qram) təşkil edir. Bir ədəd qırmızı rəngli kapsulun tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi-0,277 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq - 0,227 qram, Metamfetaminin təmiz çəkisi-0,932 qram, tədqiqata sərf edildi-0,12 qram, qalıq - 0,812 qram, Metadon həblərinin sayı -2 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq - 2 ədəd, Qırmızı rəngli kapsul-1 ədəd, tədqiqata sərf edildi -1/2 hissə, qalıq-1/2 hissə. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2037 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, "Azercell MMC tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi SMS_Tarixçəsi_”, ikincisi "Zənglərin_ Detallaşması_ “ üçüncüsü “Zənglərin_ Detallaşması_” və dördüncüsü “Nömrənin_Məxsusluq_ Tarixçələri” adlı fayllar olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və sms mətnlərində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat aşkar olunmamış, həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, "Bakcell” MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi SMS_ Tarixçəsi_”. ikincisi “Zənglərin_ Detallaşması_” üçüncüsü “Zənglərin_ Detallaşması_” və dördüncüsü wiNömrənin_Məxsusluq_ Tarixçələri” adlı fayllar olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və sms mətnlərində Nicat Quliyein narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat aşkar olunmamış, həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,227 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 0.812 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd metadon həbi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim eldiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 134) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,227 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 0,812 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd metadon həbi məhv edilməli, əməliyyataxtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 26 (iyirmi altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 156 (yüz əlli altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– tədqiqatdan sonra qalıq qalmış 0,227 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 0,812 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd metadon həbi məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 156 (yüz əlli altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar