Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-581/2023 19.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağlar massivi 17\17-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə saat 19 radələrində işlədiyi Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində olan Univermağın içərisində Zərərçəkmiş şəxs onun barəsində nalayiq sözlər işlətməsinə görə aralarında yaranmış sözlə mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs üz və baş nahiyyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid başın sağ təpə nahiyyəsinin, sağ yanağın, çənəaltı nahiyyənin sıyrığı, sağ gözün buynuz qişasının epitelizasiyasının pozulması, eroziya sahəsi, buynuz qişanın stromal keratitindən ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yanında yerləşən Univermaqda bir neçə aydır ki, kirayə paltarların satışını həyata keçirir. Yetəri oradan tanıyır. O, qonşu mağazada onun kimi kirayə paltarlar satır. xx.xx.2023-cü il tarixdə o, univermağın müdriyyətinə onun və digər şəxslər barəsində şikayət edərək müştəriləri bir-birlərinə guya yönləndirdiklərini və onu işləməyə qoymadıqlarını söyləmişdir. Bundan sonra müdriyyət özü bütün məsələləri aydınlaşdırıb belə halın olmadığını müəyyən etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində mağazanı bağlayıb evə gedən zaman univermağın içərisində İradə və Yetərin ucadan danışdığını görmüş və İradə ilə sağollaşıb evə getmək istəyən zaman qəfildən Yetər əli ilə onu göstərib "'Bax bunun burnundan gəlsin elədiklərim” sözlərini dediyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yetər onun başında olan hicaba əlin atıb başını yolmaq istəyən zaman o, özünü qorumaq üçün Yetəri özündən əli ilə itələmişdir. Yetəri itələyən zaman əlinin onun hansı nahiyyəsinə dəydiyini bilməmişdir. Bundan sonra İradə onu Yetərdən aralamaq istəyən zaman o bacarmayıb Məlahət xanımı köməyə çağırmış və Məlahət xanım gəlmiş və onları aralamışlar. Bu vaxtı da həmin univermağın 2 nəfər mühafizə işçiləri oraya gəlmişlər. Daha sonra isə Yetər kənara keçib onun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bundan sonra oradan çıxıb evə gəlmişdir. Hadisə 3-5 dəqiqə davam etmiş, hadisə baş verən zaman univermaqda cox adam olmadığına görə hadisə zamanı da orada toplaşanlar olmamışdır. O, Yetərə bilərəkdən xəsarət yetirməmişdir. Yetər onun üz nahiyyəsinə sillə, sinə nahiyyəsinə yumruqla vurmuş və saç nahiyyəsindən yolmaq istəmiş, o da ondan özünü qorumaq üçün onu özündən kənarlaşdırmışdır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Mərkəzi Univermaqda kirayə paltarların satışını həyata keçirir. Arifə də onunla birgə həmin Univermaqda qonşu mağazada satıcı işləyir. Son zamanlarda qonşu mağazalarda işləyən qadınların həmin univermağa gələn müştəriləri yalnız özlərinə yönəltməsi barədə univermağın rəhbərliyinə məlumat vermişdir. Bu səbəbdən də Univermağın işçiləri onunla küsülü idi. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində hamı mağazasını bağlayıb evə gedən zaman İradənin mağazasına keçmiş və onunla salamlaşdıqdan sonra bir qədər İradə ilə ondan həmin univermaqda işləyən şəxslərin küsmə səbəbləri barədə soruşmuş və hətta onların bir qisminə də əl tutduğunu demişdir. Bu zaman Arifə oraya qəfildən gəlib guya onun dalınca danışdığını deyib onunla mübahisə etmiş və daha sonra qəfildən üzərinə hücum çəkib onun saç nahiyyəsindən tutmuş və bundan sonra əli ilə onun üz və göz nahiyyələrinə xəsarətlər yetirmişdir. O, özünü müdafiə etmək məqsədi ilə ona əl qol hərəkətləri atmağa başlamışdır. Həmin vaxtı İradə və Məlahət onları ayırmışdır. Daha sonra oraya univermağın adını bilmədiyi mühafizəçiləri gəlmiş və onlar da sakitləşib evə getmişlər. Hadisə 3-5 dəqiqə davam etmiş, həmin vaxtı hamı univermaqdan çıxdığına görə ətrafda kənar şəxslər olmamış, hadisə zamanı orada Məlahət və İradə olmuşdur. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yetər və Arifəni həmin univermaqdan tanıyır. Onlar da onun kimi satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrİndə Mərkəzi univermaqda hazırlaşıb evə getmək istəyən zaman İradənin uca səslə kömək istədiyini eşitmiş, İradəyə nəsə olduğunu düşünmüş və İradənin yanına gəlib çatan zaman Arifə ilə Yetərin mübahisə etdiklərini və Yetərin küncdə gözünü tutaraq yerə yıxıldığının, ortada İradənin digər tərəfdə isə Arifənin dayandığının şahidi olmuş, Arifəni tutub saxlayaraq onun Yetərin üzərinə getməsinin qarşısını almışdır. O, gələrkən Arifə ilə Yetər artıq dalaşıb ayrılmışdılar. Hadisə zamanı kimin kimi vurmasını görməmişdir. Hadisə zamanı Yetərin göz və üz nahiyyəsində xəsarətlər olduğunu görmüşdür. İradə mağazanı bağladıqdan sonra Yetəri avtomobilə əyləşdirib aparmışlar. Hadisə 3-5 dəqiqə davam etmiş, hadisə zamanı orada İradə və özü olmuş, sonradan isə univermağın adını bilmədiyi mühafizəçiləri oraya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Mərkəzi Univermağın içərisində satıcı işləyir. Yetər və Arifəni həmin univermaqdan tanıyır. Onlar da onun kimi satıcı işləyir. xx.xx.2023cü il tarixdə saat 19 radələrində o, mağazada paltarını dəyişib evə getməyə hazırlaşan zaman Yetər mağazaya gəlib onunla söhbət etməyə başlamış, bu zaman mağazada başını aşağı salıb ayaqqabısını dəyişən zaman Arifə mağazaya gəlmiş və qəfildən başını qaldıran zaman Arifə ilə Yetərin bir-birlərinin saçlarından tutub, daha sonra isə bir birbirlərinə əl qol atdıqlarının şahidi olmuş və cəld araya girib onları ayırmaq istəsə də gücü onlara çatmadığından ucadan qışqırıb kömək çağırmışdır. Bu zaman qonşu mağazada işləyən Məlahət onun yanına gəlmiş və onları birgə ayırmışlar. Bundan sonra univermağın mühafizəçiləri də oraya gəldiyindən hər biri sakitləşmişdir. Mübahisənin kim tərəfindən başladığını bilməmiş, hadisə zamanı o, kiminsə kimisə vurmasını görməmişdir. Mübahisə Yetərin onlardan rəhbərliyə şikayət etməsi səbəbindən başlamışdır. Mübahisə zamanı Yetər qarğış xarakterli ifadələr işlətmiş, lakin kimin ünvanına deməsini o bilmir. Mübahisə zamanı o, Arifəni qucaqlayıb saxladığından Yetərin oradan çıxmasını və xəsarət almasını bilməmişdir. Hadisədən sonra Məlahət gələrək Yetərin sırğasının itdiyini bildirmiş, axtarsalar da tapmamışlar. Hadisə 3-5 dəqiqə davam etmiş, hadisə zamanı artıq univermaq bağlandığından ətrafda kənar şəxslər olmamışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Mərkəzi Univermağın mühafizə rəisi vəzifəsində çalışır. Yetər və Arifə həmin univermaqda satıcı vəzifəsində çalışırlar. Onlar kirayə toy paltarları satırlar, Yetər son zamanlar bəzi satıcıların onun univermaqda satışına mane olduqları barədə ona müraciət etsə də o, onların hər biri ilə fərdi söhbət edib univermaqda problem yaratmamalarını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində artıq Univermağın içərisində işçilər öz mağazalarını bağlayıb oradan çıxan zaman univermağın içərisindən səs gəldiyini görüb həmin səsə gələn tərəfə gəlmişdir. Bu zaman Yetər və Arifənin mübahisə etdiklərini, Məlahət və İradənin isə onları ayırdığının şahidi olmuşdur. Yetər əli ilə gözünü tutub Arifənin onu əli ilə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Hadisə zamanı orada Məlahət və İradənin olmasını, hadisədə kimin kimi vurduğunu görə bilməsə də hər iki qadının xəsarətinin olmasını görmüşdür. Hadisə zamanı artıq mağazalar bağlandığından univermaqda kənar şəxslər olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 390 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “'başın sağ təpə nahıyyəsinin, sağ yanağın, çənəaltı nahiyyənin sıyrığı, sağ gözün buynuz qişasının epitelizasiyasının pozulması, eroziya sahəsi, buynuz qişanın stromal keratiti” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt səhər 2 saylı xəstəxananın oftalmologiya şöbəsinə daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 368 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində “sol gözaltı nahiyyənin, sol saidin sıyrığı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 7-9 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində söylədiklərini Təqsirləndirilən şəxs üzünə bir daha deyərək təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 138 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və 137 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı bağlar massivi 17\17 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2001-ci il təvəllüdlü X1 adlı övladları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikas İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədi ilə əli ilə itələyərək vurduğunu, onu qəsdən vurmadığını bildirsə də, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, özünün etiraf edici ifadəsi onun dediklərini təkzib edir. Odur ki. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünü müdafiə halında vurması xüsusatı təsdiqini tapmadığından həmin xüsusat rədd olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin hadisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini, özünü müdafiə etmək məqsədi ilə zərərçəkmiş şəxsi itələyərək qəsdən vurmadığını bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-581/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 782 saylı orderə əsasən vəkil X4 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək vəkil ilə müqavilə bağladığı üçün dövlət hesabına təyin edilmiş müdafiəçinin hüquqi yardımından imtina etmişdir. Müdafiəçi X5 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-581/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-581/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver