Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-582/2022 16.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 1,794 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımış, 09 aprel 2022ci il tarixdə, saat 22:35-də Sumqayıt şəhəri, 5-ci mikrorayon, 134 nömrəli binanın qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan idman şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbada qızılı rəngli siqaret kağızma bükülmüş ayrı-ayrılıqda içərisində 0,142 qram, 0,177 qram, 0,164 qram, 0,134 qram, 0,120 qram, 0,149 qram, 0,160 qram, 0,133 qram, 0,133 qram, 0,150 qram, 0,160 və 0,172 qram olmaqla ümumilikdə 1,794 qram çəkidə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və səthində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd "AUSAİ" markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun üzərindən heç bir narkotik vasitə çıxmayıb, belə ki, polis bölməsində polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulub. O, heç kimə narkotik vasitə satmayıb, narkotik vasitəni ancaq istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları onu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində evinin qarşısında saxlamış və sonra 3cü polis bölməsinə aparmışlar. O, bölməyə getdikdən 1 saat sonra üzərinə baxış keçirilmiş, orada “boks” deyilən ayrıca otaq olmuş və onu orada saxlamışlar. O, saxlanılan zaman üzərində narkotik vasitə olmayıb. 11-12 ildir ki, narkotik vasitə istifadəçisidir. Kakos adlı narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən almış və özü heç bir kəsə narkotik vasitə satmamışdır. İttihamda qeyd olunan 12 büküm narkotik vasitə onun olmamışdır. İttihamda qeyd olunan tərəzi də ona məxsus deyil, onun tərəzidən anlayışı yoxdur. 6 nəfər polis əməkdaşı onu döymək istəmiş, o da onların dedikləri ilə razılaşmışdır. O, narkotik vasitəni hər zaman almış və hissələrə bölmüşdür. Ümumiyyətlə ittihamda qeyd olunan narkotik vasitələr onda olmayıb. Onun üzərindən götürülmüş ***-***- **-** mobil nömrəsi olan 1 ədəd “Samsung” markalı köhnə buraxılış mobil telefonu ona məxsusdur. Həmin mobil nömrə ilə narkotik vasitəni almaq üçün mesajlaşmışdır. O, heç bir cinayət əməli törətməmişdir, narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 (on iki) ilə yaxındır ki, narkotik vasitə istifadə edirmiş. Əsasən “kakos” adlanan narkotik vasitədən damara inyeksiya yolu ilə istifadə edirmiş. O, xx.xx.2022-ci il tarixdə, saat 22:35 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, 134 saylı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib 3-cü PB-yə gətirilmiş və tutulduğu zaman ona təzyiq göstərilməmişdir. PB-yə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 ona təqdim olunmuşdur. Bundan sonra, PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın və predmetin olub olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməyini təklif edən zaman özü əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 1 (bir) ədəd “Samsung” markalı köhnə buraxılış mobil telefonu, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş, içərisində ümumi sayı 12 (on iki) ədəd qızılı siqaret kağızı bükümlərini və şalvarının sağ yan cibindən 01(bir) ədəd üzərində “Ausai” sözü yazılmış qara rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş 12 (on iki) ədəd qızılı rəngli bükümlərə açılıb baxıldıqda həmin bükümlərin hər birində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunan 12 (on iki) ədəd bükümlərdəki tünd qəhvəyi rəngli maddənin narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitə “kakos”-u xx.xx.2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 01 (bir) qramını 30 (otuz) manat olmaqla, cəmi 60 (altmış) manata aldığını və yaşadığı ünvana gəldikdən sonra istifadəsini rahatlaşdırmaq üçün ayrı-ayrı bükümlərə böldüyünü qeyd etmişdir. Həmçinin, üzərindən aşkar edilmiş tərəzini çoxdan əldə etdiyini, əldə etdiyi narkotik vasitələri öz istifadəsi üçün bölmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 12 (on iki) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş tündqəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin kağız bükümlərlə birlikdə çəkisinin 2,71 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, o cümlədən tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin, üzərindən aşkar edilən 01 (bir) ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı köhnə buraxılışlı mobil telefon da müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X6, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 134 saylı binanın yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 22:35-də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 134 saylı binanın yaxınlığına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət olunmuş və Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişlər. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd “Samsung” markalı köhnə buraxılış mobil telefonu, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş, içərisində ümumi sayı 12 (on iki) ədəd qızılı siqaret kağızı bükümlərini və şalvarının sağ yan cibindən 01 (bir) ədəd üzərində “Ausai" sözü yazılmış qara rəngli elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlərdə qəhvəyi rəngli maddələrin olduğunu görmüşlər. Sorğu zamanı həmin maddələrin narkotik vasitə heroin (kakos) olduğunu demişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 01 (bir) qramını 30 manat olmaqla, cəmi 60 manata aldığını və yaşadığı ünvana gəldikdən sonra istifadəsini rahatlaşdırmaq üçün ayrı- ayrı bükümlərə böldüyünü demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 12 ədəd qızılı rəngli siqaret kağızlarına bükülmüş, içərisində qəhvəyi rəngli maddələr olan bükümlər, eləcə də, aşkar edilən tərəzi və 01 bir ədəd “Samsung” markalı, üzərində (051) ***-**-** mobil nömrəsi olan telefon müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:35-də Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-in təhqiqatçısı, polis mayoru Zamiq Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(060)-191/2022 saylı qərarı ilə 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 aprel 2022-ci ildən hesablanmışdır. İş materiallarında olan “diskə baxış keçilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı cinayət işi materiallarına ağ rəngli kağız zərfdə əlavə edilmiş gümüşü rəngdə 01 (bir) ədəd disk “HP” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “00194” adlı xx.xx.2022-ci il tarixdə çəkilmiş, 1,68 qb həcmində faylın olduğu müəyyən olunmuşdur. “00194” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 19 dəqiqə 50 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxılan zaman Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 03 (üç) nəfər şəxsin mülki geyimli və bir nəfər gündəlik geyim formasında olan polis əməkdaşını görmək olurmuş. Həmin vaxt Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı X7 orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə narkotik tərkibli maddələri qanunsuz əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah etmiş, həmçinin digər 03 (üç) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edilmiş, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Sahil Allahverdiyevin dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verilmiş, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünürmüş. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilmiş, polis əməkdaşının təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd “Samsung” markalı köhnə buraxılış mobil telefonu, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş, içərisində ümumi sayı 12 (on iki) ədəd qızılı siqaret kağızı bükümlərini və şalvarının sağ yan cibindən 01 (bir) ədəd üzərində “Ausai” sözü yazılmış qara rəngli elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlərdə qəhvəyi rəngli maddələrin olduğunu görmək olurmuş. Sorğu zamanı, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin (kakos) olduğunu demiş, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 01 (bir) qramını 30 manat olmaqla, cəmi 60 manata aldığını və yaşadığı ünvana gəldikdən sonra istifadəsini rahatlaşdırmaq üçün ayrı-ayrı bükümlərə böldüyünü demişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 12 ədəd qızılı rəngli siqaret kağızlarına bükülmüş, içərisində qəhvəyi rəngli maddələr olan bükümlər, eləcə də, aşkar edilən tərəzi və 01 bir ədəd “Samsung” markalı, üzərində (051) ***-**-** mobil nömrəsi olan telefon müfaviq qaydada qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalar ilə təsdiq edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2011 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 №-li zərfdəki 12 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,142 qram, 0,177 qram, 0,164 qram, 0,134 qram, 0.120 qram, 0.149 qram. 0,160 qram, 0,133 qram, 0,133 qram, 0,150 qram, 0,160 qram, 0,172 qram, ümumi təmiz şəkisi 1,794 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 №-li zərfdəki 01 (bir) ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır.Qeyd: (Heroinin ümumi təmiz çəkisi 1.794 qram, tədqiqata sərf edildi-0.120 qram, qalıq-1.674 qram). Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2771 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 446 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, Sumqayıt şəhəri 5-ci mikrorayon “bina 134 ünvanının qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 22:35-də saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş, gətirildikdən sonra tərəfimdən CPM-nin 147-148ci maddələrinə əsasən şübhəli şəxs qismində tutulmuş, onun müdafiə hüquqları təmin edilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə, saat 23:40- da PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və predimetin olub-olmaması, əgər vardırsa həmin əşyanı könüllü şəkildə çıxarıb təqdim etməsini təklif etdim. Təklif əsasında Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd Samsung markalı köhnə buraxılış mobil telefonu, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində ümumi sayı 12 ədəd olan qızılı siqaret kağızı bükümlərini və şalvarının sağ yan cibindən 01 (bir) ədəd üzərində Ausai sözü yazılmış qara rəngli elektron tərəzini çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12 ədəd qızılı rəngli bükümlər açılıb baxıldıqda həmin bükümlərin hər birində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan 12 ədəd bükümlərdiki tünd qəhvəyi rəngli maddənin narkotik vasitə "kakos” olduğunu bildirdi. Aşkar olunmuş narkotik vasitə “kakos”u xx.xx.2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri 20 yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir qramını 30 manata olmaqla cəmi 60 manata almış və yaşadığı ünvana gəldikdən sonra istifadəsini rahatlaşdırmaq üçün ayrı-ayrı bükümlərə bölmüşdür. Həmçinin üzərindən aşkar edilmiş tərəzini çoxdan əldə etdiyini, əldə etdiyi narkotik vasitələri öz istifadəsi üçün bölmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 12 (on iki) ədəd qızılı rəngli siqaret kağızma bükülmüş tünd-qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin kağız bükümlərlə birlikdə çəkisinin 2,71 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, o cümlədən tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin, üzərindən aşkar edilən 01 (bir) ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı köhnə buraxılış mobil telefon da müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 5(060)-380/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan, çıxan zənglərin və SMS mətnlərinin siyahısının, həmçinin göstərilən mobil nömrə sahibinin anket məlumatlarının və qeyd olunan mobil nömrənin anten əhatə dairəsi haqqında məlumatları əks etdirən sənədlərin götürülərək ələ keçirilməsinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin məktubu ilə ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı məlumatlar disk şəklində təqdim edilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 9648 saylı məktuba əlavə edilmiş CD tipli diskə kompüterin diskləri oxudan qurğusu (“diskovod”) vasitəsilə baxış keçirərkən müəyyən edilir ki, həmin diskdə “**********4.txt”, “abunechiler.xls”, “antena” və “**********54 sms” 04 ədəd fayıl vardır. “**********54 sms ” adlı faylı açıldıqda orada Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonu vasitəsi ilə qəbul etdiyi və göndərdiyi sms mətnlərini görmək olur. İş materiallarına əlavə edilmiş həmin mesajlarla Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitələrin alqı-satqısı, əldə edilməsi, yayılması barədə yazışmaları müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf rəngli sellofan torbada qızılı rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda içərisində 0,142 qram, 0,177 qram, 0,164 qram, 0,134 qram, 0,120 qram, 0,149 qram, 0,160 qram, 0,133 qram, 0,133 qram, 0,150 qram, 0,160 və 0,172 qram olmaqla ümumilikdə 1,794 qram çəkidə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və səthində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd "AUSAİ" markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitəni öz istifadəsi üçün almış, asan istifadə etmək üçün bükümlərdə saxlamış, tərəzidən xəbəri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması, tərəzinin səthində narkotik maddələrin izləri olması və narkotik maddələrin alqı-satqısına dair mesajları onun satış məqsədini təsdiq edir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.674 qram narkotik vasitə heroin və cinayətin aləti olan səthində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd "AUSAİ" markalı elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan 01 (bir) ədəd CD disk, eləcə də, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 9648 saylı məktuba əlavə edilmiş CD tipli disk iş materiallarında saxlanılmalı və bir ədəd "Samsung" markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.674 qram narkotik vasitə heroin və cinayətin aləti olan səthində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd "AUSAİ" markalı elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan 01 (bir) ədəd CD disk, eləcə də, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 9648 saylı məktuba əlavə edilmiş CD tipli disk iş materiallarında saxlanılsın və bir ədəd "Samsung" markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-582/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-582/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver