Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-584/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regioal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 358-də qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,240 qram çəkidə narkotik vasitəsi olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16:45-də Sumqayıt şəhəri Corat qəsəbəsi, Səttar Əliyev küçəsi, 358 saylı fərdi yaşayış evinin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibatı binasına gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, 01 ədəd qızılı rəngli kağız bükümün içərisində 07 ədəd qızılı rəngli kağıza bükülmüş, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,223 qram, 0,198 qram, 0,149 qram, 0,167 qram, 0,179 qram, 0,166 qram, 0,158 qram ümumi xalis çəkisi 1,240 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 11 radələrində o, Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində olarkən bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə söhbət əsnasında onda narkotik vasitə olan heroin olduğunu öyrənmiş, həmin şəxs də onun narkotik vasitə olan heroin çəkdiyini bilmiş və ona 20 manata 7 büküm narkotik vasitə olan heroin təklif etmişdir. Ehtiyyacı olduğu üçün ondan 20 manata şəxsi istifadəsi üçün 20 manata 7 bükümdə narkotik vasitə olan heroin almışdır. Aldığı 7 ədəd bükümlər 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün içərisində olmuşdur. Eyni zamanda həmin vaxt onun üzərində elektron tərəzi də olmuş, o, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində elektron tərəzi saxlamış ki, narkotik vasitə alanda və istifadə edəndə artıq istifadə etməsin. O, işlərini qurtarıb xx.xx.2022-ci il tarixdə saat 16:45 radəlində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən Səttar Əliyev küçəsində yaşadığı evə gedərkən evin qarşısında polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsinə şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Daha sonra ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Videoçkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, o, da özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd NOKİA markalı mobil telefonu, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünü, əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd boz rəngli markası olmayan elektron tərəzini təqdim etmişdir. Onun təqdim etdiyi 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü açılan zaman həmin bükümün içərisində ayrı ayrılıqda 5 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin hər birinin içərisində narkotik vasitə olan “heroin” olduğu müəyyən olunmuşdur. O, bükümün içərisində 5 ədəd yox, 7 ədəd xırda büküm olduğuu bildiyi üçün 5 büküm heorin çıxandan sonra təhqiqatçı bir-bir həmin bükümləri açıb onlara baxış keçirirmiş, o isə əlini cibinə salıb görmüş ki, cibində 2 ədəd də xırda bükümlər qalmış və düşünmüş ki, təhqiqatçı hər bir halda üzərinə baxış keçirib üzərindən həmin 2 bükümü də aşkar edəcək. Bu səbəbdən o, cibində saxladığı digər 2 bükümü də çıxardıb masanın üzərinə qoymuşdur. Videoçəkilişi aparan şəxs həmin 2 bükümü də görüb ümumi bükümlərin sayının 5 ədəd yox, 7 ədəd olduğunu bildirmiş, təhqiqatçı da həmin 2 bükümü də 5 ədəd bükümə əlavə etmişdir. Üzərindən aşkar olunmuş 7 ədəd bükümdə olan maddələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmiş, üzərindən aşkar edilmiş NOKİA markalı telefon qablaşdırılıb protokola əlavə edilmişdir. Narkotik vasitəni aldığı şəxsin adını bilməmiş, həmin şəxslər hər hansı əlaqəsi olmamış, anket məlumatlarını bilməmişdir. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tədbiq etməmiş, o, heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Hazırda əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 16:45-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi Səttar Əliyev küçəsi ərazisində olan zaman Sumqayıt şəhər Pİ-nin NMB-in əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə saxlamışlar, özlərini təqdim edərək narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satışında şübhəli bilindiyi üçün saxlanıldığını bildirib İlkini Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər, İlkin də heç bir müqavimət göstərmədən onlarla Sumqayıt şəhər polis idarəsinə gəlməyə razılaşmışdır. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra bu barədə rəhbərliyə məruzə olunmuş və İlkinə üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhəli olduğu üçün üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı deyilmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilən zaman buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Videoçəkiliş Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektorkriminalisti Şahid3 tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmək təklif olunmuş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd NOKİA markalı mobil telefonu, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünü, əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd boz rəngli markası olmayan elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünə baxış keçirdikdə içərisində ayrı ayrılıqda 5 ədəd qızılı rəngli siqaret kağızı bükümləri aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən aşkar olunmuş 5 ədəd bükümlərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs cibindən daha 2 ədəd büküm çıxardıb masanın üzərinə qoymuşdur. Həmin vaxt videoçəkilişi aparan ekspert kriminalist Şahid3 təhqiqatçının hərəkətlərini çəkdiyi üçün həmin an videogörüntüyə qeydə alınmamışdır. Videoçəkilişi aparan ekspert kriminalist Şahid3 Təqsirləndirilən şəxs 5 ədəd yox, 7 ədəd büküm aşkar olunduğunu qeyd etmiş və masanın üzəridə daha 2 ədəd büküm olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin 2 ədəd büküm də 5 ədəd bükümün yanına əlavə edimiş, həmin bükümlər daha sonra hamısı açılaraq onlara baxış keçirilmiş və həmin bükümlərin hər birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”nə bənzər olan maddələrin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərində aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddələri Sumqayıt şəhəri Novxanı qəsəbəsin ərazisində tanımadığı şəxsdən səhər saatlarında şəxsi istifadəsi üçün 20 manata aldığını, üzərində aşkar olunmuş elektron tərəzi vasitəsilə istifadə etdiyi narkotik vasitələrin çəkisini ölçdüyünü bildirmişdir. Maddələrin qızılı rəngli siqaret kağızı ilə birlikdə ümumi çəkisi 1,51 qram olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddələr və elektron tərəzi qablaşdırılıb möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd NOKİA markalı mobil telefon ona qaytarılmayaraq götürülmüşdür. İlkin Əlyevin hər hansı bir şəxsə narkotik vasitə satması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin NMB-in əməliyyat müvəkkili vəzifəsində işləyən polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Səttar Əliyev küçəsi 358 saylı evin qarşısında xx.xx.2022-ci il tarixdə, saat 16:45-də tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı iş üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd NOKİA markalı mobil telefonu, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünü, əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli markası olmayan elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü açılan zaman həmin bükümün içərisində ayrı-ayrılıqda 7 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin hər birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı X8 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddələri Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən səhər saatlarında şəxsi istifadəsi üçün 20 manata aldığını, üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsilə istifadə etdiyi narkotik vasitələrin çəkisini ölçdüyünü bildirmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin qızılı rəngli siqaret kağızı ilə birlikdə ümumi çəkisinin 1,51 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan İş materiallarında olan məhkəmə ekspertizasının xx.xx.2022ci il tarixli 6/1993 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan 02 ədəd kağız paketdən birindəki 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,223 qram, ,198 qram, 0,149 qram, 0,167 qram, 0,179 qram, 0,166 qram, 0,158 qram, ümumi təmiz çəkiləri 1,240 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 07 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təçkil edirləər, digər paketdəki elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzninin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,14 qram sərf edildikdən sonra 1,100 qram qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş səthində metamfetamin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd markası oxunmayan boz rəngli elektron tərəzi və 1 qızılı rəngli siqaret kağızı bükümdə ümumi təmiz çəkisi 1,240 qram (ekspertizaya təqdim olunduqdan sonra qalıq qalmış 1,100 qram) kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respubliaksı Səhiyyət Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 2339 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər X1 yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ondan götürülmüş və özünə məxsus 1 ədəd “Nokia 1202” markalı mobil telefona Sumqayıt ŞPİ-nin İŞ-də baxış keçirilmişdir. Baxış zamanı təqdim olunan telefon yandırıldıqda ekranda mobil nömrənin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus üzərində şəxsi axtarış keçirilən zaman götürülmüş “Nokia 1202” markalı mobil telefona baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edəcək telefon danışıqlar, sms mübadilələri, fotoşəkillər və videogörüntülər müəyyən edilməmişdir. Mobil telefonun fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 894 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 895 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında anası-xx.xx.1953-cü il təvəllüdlü X3 və bacısı-xx.xx.1985-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3099 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan MP4 formatlı videogörüntü, açıldıqda 15 dəqiqə 08 saniyədən ibarət olduğu müəyyən olunmuşdur. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirildikdən sonra inzibati binanın xisməti otaqların birində inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salır, şəxsi axtarış zamanı iştirak edən şəxslər özlərini təqdim edirlər, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim edilir və öncədən ona təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunur. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd Nokia markalı mobil telefonu, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünü, əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 1 ədəd boz rəngli markası olmayan elektron tərəzini təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızılı rəngli siqaret kağızı bükümləri aşkar olunur. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərdə kakos olduğunu bildirir. Təhqiqatçı tərəfindən bükümlər açılıb baxıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddənin olduğu müəyyən olunur. Təhqiqatçı tərəfindən aşkar olunmuş 5 ədəd bükümlərə baxış keçirilən zaman videoçəkilişi aparan ekspert kriminalist Şahid3 Təqsirləndirilən şəxs 5 ədəd yox, 7 ədəd büküm aşkar olduğunu qeyd edərək masanın üzərindən daha 2 ədəd büküm olduğunu qeyd edir. Təhqiqatçı tərəfindən həmin 2 ədəd büküm də 5 ədəd bükümün yanına əlavə edilir və həmin bükümlər açılaraq içərisinə baxılır, bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddələr aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddələri Sumqayıt şəhəri, Novxanı qəsəbəsinin ərazisində tanımadığı şəxsdən səhər saatlarında şəxsi istifadəsi üçün 20 manata aldığını, narkotik vasitəni lalarkən narkotik vasitələrin xırda bükümlərə bükülmüş formada olduğunu, üzərindən aşkar olunmuş elektron tərəzini tapdığını, həmin tərəzi ilə aldığı bükümləri və artıq istifadə etməmək üçün istifadə etdiyi narkotik vasitənin miqdarını ölçdüyünü bildirdi. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilir, lakin onun üzərindən hər hansı bir əşya aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 7 ədəd bükümdə olan maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin qızılı rəngli siqaret kağızı ilə birlikdə ümumi çəkisi 1,51 qram olduğu müəyyən edilir və Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respubliaksı ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman onun üüzərindən aşkar edilmiş 01 ədəd Nokia markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyi üçün götürülür. Daha sonra sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və Təqsirləndirilən şəxs elan edilmiş ittihamın dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,100 qram narkotik vasitə olan heroinin saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətini əks etdirən 01 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefon maddi sübut kimi tanınmayaraq onun ailə üzvlərinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün müddətinə, yəni 09 iyul 2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,100 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-584/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 935 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,100 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-584/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-584/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver