Məhkəmə qərarları › İş №1(060)-585/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-585/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-585/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs “X6” İctimai Birliyinin nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, İİ paralel küçəsi, məhəllə 9-da qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 19.05.2021-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında yerləşən “X6” İctimai Birliyinin ofisinin sanitar qovşağının kiçik nəfəsliyindən qanunsuz içəri daxil olub oradan bir ədədinin qiyməti 5 (beş) manat olan ümumilikdə dəyəri 20 (iyirmi) manat 04 ədəd “Modi” markalı”, “MD- PLQ3120R” model, 20 VV-luq təzə vəziyyətdə olan led paneləri, qiyməti 25 (iyirmi beş) manat olan 01 ədəd Çin istehsalı “Ya-Xun” markalı, “DT-9205+” model, təzə vəziyyətdə elektron ölçü cihazı, bir metrinin qiyməti 0,25 (iyirmi beş qəpik) manat olan ümumilikdə dəyəri 25 (iyirmi beş) manat olan 100 metr uzunluğunda, 5 mm diametrində qara rəngli izolasiyalı istifadə olunmuş naqil, bir ədədinin qiyməti 30 (otuz) manat olan ümimilikdə dəyəri 60 (altmış) manat olan 02 ədəd Türkiyə istehsalı olan “Kumtel” markalı, “LX-7011” model, boz rəngli, təzə vəziyyətdə elektrik soba (plitə), qiyməti 150 (bir yüz əlli) mant olan 01 ədəd “Jaki” markalı, “JR-125” model, 350 VV-luq təzə vəziyyətdə olan parçakəsən aparat, bir ədədinin qiyməti 200 (iki yüz) manat olan ümumilikdə dəyəri 400 (dörd yüz) manat olan 02 ədəd Vyetnam istehsalı olan “Singer Simple” markalı, “3210” model, istifadədə olmuş tikiş maşın aparatını, qiyməti 15 (on beş) manat olan tikiş maşınına məxsus, istifadədə olmuş qara rəngli pedalı, qiyməti 180 (bir yüz səksən) manat olan “Ya- Xun” markalı, “YX-AK10” model istifadədə olmuş mikroskopu, qiyməti 5 (beş) manat olan üzərində “B.E.M” yazıları olan təzə vəziyyətdə trapı, qiyməti 5 (beş) manat olan 01 ədəd üzərində “Punch” yazıları olan təzə vəziyyətdə düymə açmaq üçün kəlbətini, 02 ədəd “Jask A” markalı tikiş maşnına məxsus ümumilikdə dəyəri 730 (yeddi yüz otuz) manat olan idarəetmə mərkəzi (beyni) və elektrik şunur dəsti, 03 ədəd “Yamata” markalı tikiş maşınına məxsus ümumilikdə dəyəri 1095 (bir min doxsan beş) manat olan idarəetmə mərkəzi (beyni) və elektrik şunur dəsti, 02 ədəd “Overlok 757D” markalı tikiş maşınına məxsus ümumilikdə dəyəri 730 (yeddi yüz otuz) manat olan idarəetmə mərkəzi (beyni) və elektrik şunur dəsti, “737 D” tikiş maşınına məxsus ümumilikdə dəyəri 205 (iki yüz beş) manat olan idarəetmə mərkəzi (beyni) və elektrik şunur dəsti, “781 D” petlə vuran tikiş maşınına məxsus ümumilikdə dəyəri 365 (üç yüz altmış beş) manat olan idarəetmə mərkəzi (beyni) və elektrik şunur dəsti, dərzi üçün “ütü super”ə məxsus ümumilikdə dəyəri 25 (iyirmi beş) manat olan elektrik şunur dəsti, qiyməti 240 (iki yüz qırx) manat olan 01 ədəd yuvarlaq kəsim, qiyməti 110 (bir yüz on) manat olan 01 ədəd telefon qaynağı üçün fen, qiyməti 258 (iki yüz əlli səkkiz) manat olan 01 ədəd telefon üçün sensor qızdırıcı ütü, qiyməti 40 (qırx) manat olan 01 ədəd dərzi sap rulonu, bir ədədinin qiyməti 15 (on beş) manat olan ümumilikdə dəyəri 45 (qırx beş) manat olan 03 ədəd overlok sap rulonu, qiyməti 25 (iyirmi beş) manat olan 01 ədəd şahmat lövhəsi, qiyməti 65 (altmış beş) manat olan 01 ədəd nərd taxtası, qiyməti 35 (otuz beş) manat olan 01 ədəd telefon ustası üçün burğu dəsti, bir ədədinin qiyməti 05 (beş) manat ümumilikdə dəyəri 20 (iyirmi) manat olan 04 ədəd 3 gözlü elektrik uzadıcı, bir ədədinin qiyməti 12 (on iki) manat ümumilikdə dəyəri 60 (altmış) manat olan 05 ədəd tikiş maşını üçün yağları gizli talayaraq zərərçəkmiş “X6” İctimai Birliyinə ümumilikdə 4798 (dörd min yeddi yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, əvvəllər də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Maddi vəziyyəti çox aşağıdır, həmdə narkotik vasitələrin qəbulu ilə məşğul olmuşdur. Ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 19.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində olan zaman oğurluq niyyətini qətiləşdirmişdir. Bu məqsədlə Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsi ərazisində olan X6na məxsus sexə sanitar qovşağın kiçik nəfəsliyindən içəri daxil olmuşdur. Bundan sonra içəridən 01 ədəd Singer markalı tikiş aparatı, 01 ədəd parça kəsən aparat, 03 ədəd Led işıqlar, 01 ədəd kanalizasiya qapağını, 01 ədəd elektrik ölçəni, 01 ədəd tikiş maşının əyləcini, 01 ədəd kəlbətini, 01 ədəd elektrik peçini və həmin avadanlıqlara məxsus elektrik kabellərini, top şəkilində elektrik kabellərini, 01 ədəd mikroskopu, sayını bilmədiyi təxminən 15 ədəd razetkanı oğurlamışdır. Bundan sonra oradan çıxıb oğurladığı əşyaları oradan götürdüyü torbaya yığaraq yaşadığı evə aparmışdır. Onunla yaşayan ailə üzvlərindən heç kim həmin əşyaları o gizlədən vaxtı görməmişlər və oğurluq etməyi barədə məlumatları olmamışdır. Oğurladığı kabeli və razetkaları səhəri gün səhər saatlarında tanımadığı şəxslərə 40 manata satmışdır və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Qalan bütün əşyaları öz evində saxlamış və polislər onu saxlayan zaman təqdim etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X6” İctimai Birliyinin nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 19.05.2021-ci il tarixdə təxminən saat 09:00 radələrindən 21.05.2021-ci il saat 15:00 radələrinədək olan müddət ərzində ona məxsus ünvan 2 ünvanında yerləşən üç otaq, bir mətbəx və bir sanitar qovşaqdan ibarət evə təxminən 20 gün əvvəl sədri olduğu “X6” İctimai Birliyininin xətti ilə əlil qadınların işlə təmin olunması məqsədi ilə təşkil olunmuş layihə ilə əlaqədar orada quraşdırılmış avadanlıqlardan 02 ədəd “Singer” tikiş maşını, digər tikiş maşınlarından 04 ədədinin idarəetmə beyninin və digər avadanlıqların, elektrik kabellərinin, bundan əlavə orada olan iş üçün lazım olan və məişət əşyaları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı tərəfindən müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06.07.2021-ci il tarixli, 9/3868 saylı rəyindən görünür ki, zərərçəkmiş hüquqi şəxs “X6” İctimai Birliyinə məxsus oğurlanmış və ekspertizaya təqdim olunmuş “Modi” markalı”, “MD-PLQ3120R” model, 20 VV-luq təzə vəziyyətdə olan led pane, Çin istehsalı olan “Ya-Xun” markalı, “DT- 9205+” model, təzə vəziyyətdə elektron ölçü cihaz, təxminən 4,80 metr uzunluğunda, 5 mm diametrli qara rəngli izolasoyalı istifadə olunmuş naqil, Türkiyə istehsalı olan “Kumtel” markalı, “LX-7011” model, boz rəngli, təzə vəziyyətdə elektrik soba (plitə), “Jaki” markalı, “JR-125” model, 350 VV-luq təzə vəziyyətdə olan parçakəsən aparat, “Vyetnam istehsalı olan “Singer Simple” markalı, “3210” model, istifadədə olmuş tikiş maşın, Tikiş maşınına məxsus, istifadədə olmuş qara rəngli pedal, “Ya-Xun” markalı, “YX-AK10” model istifadədə olmuş mikroskop, üzərində “B.E.M” yazıları olan təzə vəziyyətdə trap və üzərində “Punch” yazıları olan təzə vəziyyətdə düymə açmaq üçün kəlbətin təzə və istifadədə olduğunu nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 626,20 (altı yüz iyirmi altı manar iyirmi qəpik) manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən mallar tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (markası, modeli, texniki göstəriciləri, istismar müddəti, həcmi, təyinatı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı İş üzrə 04 ədəd “Modi” markalı”, “MD-PLQ3120R” model, 20 VV-luq təzə vəziyyətdə olan led panelər, 01 ədəd Çin istehsalı olan “Ya-Xun” markalı, “DT-9205+” model, təzə vəziyyətdə elektron ölçü cihazı, təxminən 4,80 metr uzunluğunda, 5 mm diametrli qara rəngli izolasoyalı istifadə olunmuş naqil 01 ədəd Türkiyə istehsalı olan “Kumtel” markalı, “LX-7011” model, boz rəngli, təzə vəziyyətdə elektrik soba (plitə), 01 ədəd “Jaki” markalı, “JR-125” model, 350 VV-luq təzə vəziyyətdə olan parçakəsən aparat, 01 ədəd Vyetnam istehsalı olan “Singer Simple” markalı, “3210” model, istifadədə olmuş tikiş maşın aparatı, tikiş maşınına məxsus istifadədə olmuş qara rəngli pedal, “Ya-Xun” markalı, “YX-AK10” model istifadədə olmuş mikroskopu, üzərində “B.E.M” yazıları olan təzə vəziyyətdə trap, üzərində “Punch” yazıları olan təzə vəziyyətdə düymə açmaq üçün kəlbətini sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 26.05.2021-ci il tarixli, 4(060)-243/2021 saylı qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 22.09.2021-ci il tarixli 223877 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixə çəkilməmiş 10 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsi məhkəmə istintaqı və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar ilə öz təsdiqini tapır. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 saat vaxt sərf etmişdir. Ona görə də 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 10 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 24.05.2021ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə ekspertiza xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə 04 ədəd “Modi” markalı”, “MD-PLQ3120R” model, 20 VV-luq təzə vəziyyətdə olan led panelər, 01 ədəd Çin istehsalı olan “Ya-Xun” markalı, “DT-9205+” model, təzə vəziyyətdə elektron ölçü cihazı, təxminən 4,80 metr uzunluğunda, 5 mm diametrli qara rəngli izolasoyalı istifadə olunmuş naqil 01 ədəd Türkiyə istehsalı olan “Kumtel” markalı, “LX-7011” model, boz rəngli, təzə vəziyyətdə elektrik soba (plitə), 01 ədəd “Jaki” markalı, “JR-125” model, 350 VV-luq təzə vəziyyətdə olan parçakəsən aparat, 01 ədəd Vyetnam istehsalı olan “Singer Simple” markalı, “3210” model, istifadədə olmuş tikiş maşın aparatı, tikiş maşınına məxsus istifadədə olmuş qara rəngli pedal, “Ya-Xun” markalı, “YX-AK10” model istifadədə olmuş mikroskopu, üzərində “B.E.M” yazıları olan təzə vəziyyətdə trap, üzərində “Punch” yazıları olan təzə vəziyyətdə düymə açmaq üçün kəlbətini sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalı və zərərçəkmiş hüquqi şəxs “X6” İctimai Birliyinin nümayəndəsi Qanuni nümayəndə vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatında məhkəmədə iddia qaldırması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 10 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası 05 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 08 ( səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 24.05.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə ekspertiza xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə 04 ədəd “Modi” markalı”, “MD-PLQ3120R” model, 20 VV-luq təzə vəziyyətdə olan led panelər, 01 ədəd Çin istehsalı olan “Ya-Xun” markalı, “DT-9205+” model, təzə vəziyyətdə elektron ölçü cihazı, təxminən 4,80 metr uzunluğunda, 5 mm diametrli qara rəngli izolasoyalı istifadə olunmuş naqil 01 ədəd Türkiyə istehsalı olan “Kumtel” markalı, “LX-7011” model, boz rəngli, təzə vəziyyətdə elektrik soba (plitə), 01 ədəd “Jaki” markalı, “JR-125” model, 350 VV-luq təzə vəziyyətdə olan parçakəsən aparat, 01 ədəd Vyetnam istehsalı olan “Singer Simple” markalı, “3210” model, istifadədə olmuş tikiş maşın aparatı, tikiş maşınına məxsus istifadədə olmuş qara rəngli pedal, “Ya-Xun” markalı, “YX-AK10” model istifadədə olmuş mikroskopu, üzərində “B.E.M” yazıları olan təzə vəziyyətdə trap, üzərində “Punch” yazıları olan təzə vəziyyətdə düymə açmaq üçün kəlbətini sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxs “X6” İctimai Birliyinin nümayəndəsi Qanuni nümayəndə vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatında məhkəmədə iddia qaldırması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar