Məhkəmə qərarları › İş №1(060)-585/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-585/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-585/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal hazırda AR ƏN PX 3 saylı İT-da saxlanılan, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 16-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, bina 3, mənzil 21-də kirayədə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,325 qram xarici əlamət və kimyəvi komponentlərinə görə fərqli olan, xarici əlamət və kimyəvi komponentlərinə görə bir-biri ilə eyni olan 0,394 qram və 0,402 qram, ümumi təmiz çəkisi 1,121 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,328 qram olan ağ rəngli kristallik formada maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edtb üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər, 8-ci mikrorayon, Koroğlu prospekti, 9\25 saylı yaşayış binasının yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-cİ PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,325 qram xarici əlamət və kimyəvi komponentlərinə görə fərqli olan, xarici əlamət və kimyəvi komponentlərinə görə bir-biri ilə eyni olan 0,394 qram və 0,402 qram, ümumi təmiz çəkisi 1,121 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,328 qram olan ağ rəngli kristallik formada maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatdadır, lakin Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, bina 3, mənzil 21-də kirayədə yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon məhkəməsinin qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmışdır. xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. O, narkotik vasitə aludəçisidir. narkotik vasitə heroindən 10 ildir ki, demək olar ki, hər gün çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi istifadəsi üçün üstündə saxlayır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 8ci mikrorayon, Koroğlu prospekti, 9\25 saylı yaşayış binasının yaxınlığında küçədə iki nəfər tanışı Şahid5 və Şahid1 ilə birlikdə söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşmış, onlarla söhbət əsasında yaxınlaşmalarının səbəbini izah etmişlər, bundan sonra o, polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, hal-hazırda üzərində narkotik vasitə var. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmədən onu və yanında olan tanışları Ceyhun və Zauru da polis bölməsinə dəvət etmişlər. Onlar etiraz etməmiş, birlikdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gəlmişlər. Bölmənin xidməti otaqlarının birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, vəkiİ təqdim olunmuş, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 4 ədəd şəffaf sellofan bükümü və mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Həmin 4 ədəd bükümlər açılan zaman bükümlərin içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə və metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar olunmuş 4 ədəd bükümdə olan maddələr narkotik vasitə olan heroin və metamfetamindir, həmin bükümlərdə olan maddələri Bakı şəhəri, 20 yanvar metrosunun yanında dairənin yaxınlığında olan zaman tanımadığı bir şəxsdən səhər saatlarında 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş 4 ədəd şəffaf sellofan bükümlərdə olan maddələr üzərində olan sellofan ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin çəkisinin 0,47, 0,48, 0,40, 0,42 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X3 tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənərək götürülmüş, bu barədə protokol tərtib olunmuş, o da imzalamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri, polis serjantıdır, xx.xx.2023-cü il tarixdə 9175 çağırışlı avtopatrulda post yoldaşı manqa komandiri 9188 çağırışlı polis baş serjantı Şahid4 və polis serjantı Şahid2 ilə birlikdə qonşu marşrut olan 9186 çağırışlı avtopatrul rəisi istirahətdə olduğu üçün ərazini müayinə edərkən saat təxminən 23 radələrində 8-ci mkr daxilində xidmət apararkən 3 nəfər şəxsin Koroğlu prospekti, bina 9\25-in yaxınlığında durduğunu, onları görərək qaranlığa çəkildiyini müşahidə etmişlər. Onların bu şübhəli davranışı diqqətlərindən yayınmamış, həmin 3 nəfər şəxsə yaxınlaşmışlar, onlarla söhbətlər apardıqları zaman suallarına qeyri-səmimi cavab vermişlər və onlardan üstlərində qanunla qadağan olunmuş əşya, predmet olub-olmadığını soruşmuşlar. Bu zaman onlardan biri, Faiq adlı şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin 3 nəfər şəxsi üzərlərinə baxış keçirilmədən saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs, Şahid1 və Şahid5dur. Şahid1 və Şahid5 üzərlərindən qanunla qadağan olunan əşya və ya predmetin olmadığını bildirmişlər, həmin şəxslərin izahatları alınmış və çıxıb getmişlər, lakin Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu bildirdiyindən bölmədə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə vəkil dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən saxlamış olduğu 4 ədəd şəffaf sellofan büküm və mobil telefon aşkar olunmuşdur. Həmin 4 ədəd bükümlər açılan zaman bükümlərin içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə və metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 4 ədəd bükümdə olan maddələr narkotik vasitə olan heroin və metamfetamindir, həmin bükümlərdə olan maddələri Вakı şəhəri, 20 yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı bir şəxsdən səhər saatlarında 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd şəffaf sellofan bükümlərdə olan maddələr üzərində olan sellofan ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin çəkisinin 0,47, 0,48, 0,40, 0,42 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X3 tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri, polis serjantı Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 15\8, mənzil 2-də qeydiyyatla yaşayır. xx.xx.3023-cü il tarixdə axşam saatlarında 8-ci mikrorayon, Koroğlu prospektində yerləşən qardaşının evində imiş, həmin vaxt siqaret almaq üçün evdən çıxıb dükana getmişdir. Orada 9\25 saylı yaşayış binasının yaxınlığında küçədə tanışı Faiqin yanında bir nəfər şəxslə söhbət etdiyini görmüşdür. Onlar birlikdə orada dayanıb söhbət etmişlər, söhbət əsasında bilmişdir ki, Faiqin yanında olan şəxsin adı Ceyhundur. Bir qədər sonra post patrulun polis əməkdaşları onlara yaxınlaşıb burada niyə durduqlarını və üzərlərində qanunla qadağan olunmuş əşya və predmet olub olmadığını soruşmuşlar, o və Ceyhun üzərlərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişlər, lakin Faiq isə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları üzərlərində axtarış aparmadan onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək müvafiq sənədləşmə aparılması üçün 1-ci polis bölməsinə dəvət etmişlər, onlar etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə 1-ci polis bölməsinə gəlmişlər. Bölmədə onun və Ceyhunun üzərindən heç nə aşkar olunmamış, lakin Faiq bildirmişdir ki, onun üzərində narkotik vasitə vardır. Ona görə də o və Ceyhun bölmədə izahat verdikdən sonra çıxıb evə getmişlər, Faiq isə sənədləşmə üçün bölmədə qalmışdır. Faiqin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu prospekti, ev 9/25-in yaxınlığında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” və “Diskə baxış keçirilməsi haqqənda” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu prospekti, 9\25 saylı yaşayış binasının yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş, bölmədə Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün əməkdaşlarının və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakı ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən saxlamış olduğu 4 ədəd şəffaf sellofan büküm və mobil telefon aşkar olunmuşdur. Həmin 4 ədəd bükümlər açılan zaman bükümlərin içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə və metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 4 ədəd bükümdə olan maddələr narkotik vasitə olan heroin və metamfetamindir, həmin bükümlərdə olan maddələri Bakı şəhəri, 20 yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı bir şəxsdən səhər saatlarında 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd şəffaf sellofan bükümlərdə olan maddələr üzərində olan sellofan ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin çəkisinin 0,47, 0,48, 0,40, 0,42 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X3 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2502 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №125” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,325 qram, 0,394 qram, 0,402 qram ümumi təmiz çəkisi 1,121 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,328 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/2653 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR ƏN Məhkəmə Ekspertiza mərkəzinə məxsus “Tədqiqat obyekti №63” ştamp əksi, “Ekspert rəyi 6/2502... 01 may 2023-cü il...Sumqayıt ŞPİ 1-ci PB...” və s. Yazılar olan bir ədəd kağız paketin içərisində bir ədəd zərfdə olan Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümdə qalıq təmiz çəkiləri 0,344 qram, 0,352 qram heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidir, 1 ədəd bükümdə qalıq təmiz çəkisi 0,275 qram olan heroin digər bükümlərdə olan heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,121 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,971 qram heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq gətürülmüş təmiz çəkisi 0,328 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,278 qram metamfetamin tədqiqatdan sonrakı qalıq çəkisi maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-ninxx.xx.2023-cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Xəlilov X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2021-ci ildə cəza sonu ilə azad edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 19.0.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2607 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,121 qram olan narkotik vasitə heroin və 0,328 qram olan psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 160 (yüz altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,971 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,278 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 30 aprel 2023-cü il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,971 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,278 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar