Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-586/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 25-də qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını tələb etmə niyyəti ilə 2021-ci ilin mart ayın axırlarında Zərərçəkmiş şəxs «TİK-TOK» sosial şəbəkəsində profilində olan intim şəkillərini götürüb öz adına profil yaradıb Zərərçəkmiş şəxs intim şəkillərini həmin profildə yerləşdirib barəsində rüsvayedici məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək Zərərçəkmiş şəxs şəkillərin silinməsi üçün 200(iki yüz) manat tələb etmiş, Təqsirləndirilən şəxs bu tələbindən sonra Zərərçəkmiş şəxs tərəfindən 31.03.2021-ci il tarixdə saat 11:49-da Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «Grandmart» marketində «Emanat» ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında Şahid1 adına olan **********900011 bank kartına köçürülmüş 200(iki yüz) manatı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ələ keçirmişdir. Bundan başqa, o 24.05.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 06 ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 1,807 qram, 1,859 qram, 1,806 qram, 2,116 qram, 1,356 qram, 1,770 qram, ümumi təmiz çəkisi 10,714 qram və sarı rəngli sellofon torbada təmiz çəkisi 440,0 qram, ümumilikdə təmiz çəkisi 450,714 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 24 may 2021-ci il tarixdə saat 14:40 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli olmasıyla bağlı Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində saxlanılaraq bölməyə gətirilmiş və 4-cü X2 Abdullayevin üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torbada təmiz çəkisi 440,0 qram, əynində olan boz rəngli cins şalvarın sağ və sol yan ciblərindən 06 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,807 qram, 1,859 qram, 1,806 qram, 2,116 qram, 1,356 qram, 1,770 qram, ümumi təmiz çəkisi 10,714 qram, ümumilikdə təmiz çəkisi 450,714 qram eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə özünü qismən təqsirli bildiyini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərdi və bildirdi ki, üzərində narkotik vasitə olmamışdır. Amma sonda verilən ittiham üzrə özünü tam təqsirli bildi və göstərdi ki, 2021-ci ilin mart ayının axırlarında “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə özünü ona Samirə kimi təqdim etmiş şəxslə tanış olmuş, onunla sosial şəbəkə vasitəsi ilə yazışmalar zamanı özünü ona Emil kimi təqdim etmişdir. Samirənin sosial şəbəkəsində olan profilində intim şəkillərini görərək həmin şəkillərdən istifadə edib ondan pul tələb etmək qərarına gəlmişdir. Bu məqsədlə o öz adına yeni profil açmış və Samirənin profilindən intim şəkillərini onun icazəsi olmadan götürüb yaratdığı profilə yerləşdirmişdir. Həmin şəkillərin altında həmin qadının müxtəlif məbləğ müqabilində intim əlaqədə olmaq məqsədi ilə görüşdüyünü qeyd etmişdir. 31 mart 2021-ci il tarixdə Samirə adlı qadınla sosial şəbəkələrdə yazışaraq, yarıçılpaq şəkillərinin profildən silinməsi adı ilə ondan 200 manat tələb etmişdir. Samirə onunla razılaşmış, bundan sonra o, tanışı Şahid1 adına olan kartın şəkilini Samirəyə göndərmiş və pulu həmin karta köçürməsini tələb etmişdir. Samirə də 200 manat pulu qeyd edilən karta köçürmüşdür. Sonra tanışı Şahid1 həmin 200 manat pulu taksi vasitəsi ilə Ceyranbatan qəsəbəsinə göndərmiş və o pulu götürmüşdür. Samirə hesaba pul köçürdükdən sonra o ona məxsus şəkilləri profilindən götürmüşdür. Bundan başqa o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə məhkum olunmuşdur. O, narkotik aludəçisi olduğu üçün 24.05.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsin narkotik vasitə olan “nəşə” satdığını bilib ondan 100 manata şəxsi istifadəsi üçün təxminən 500 qrama yaxın narkotik vasitə olan nəşə almış, o həmin nəşədən bir qisimini 06 ədəd kibrit qutularına doldurub ciblərinə qoymuş, həmin kibrit qutularında olan “nəşə”ni lazım olduqca özü istifadə etməyi fikirləşmiş, qalan nəşəni isə elə aldığı sarı sellofanda olmaqla başqa göy sellofona qoyaraq əlində saxlamışdır. O həmin torbada olan “nəşəni”də hardasa gizlədərək daha sonra ciblərində olanlar qurtardıqdan sonra istifadə etməyi fikirləşmiş, daha sonra Sumqayıt şəhərində olduqda 24.05.2021-ci il tarixdə saat 14:40 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində piyada hərəkətdə olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını, onun ərazidə baş verən oğurluq hadisələrində şübhəli bilindiyi üçün saxlanıldığını deyərək onu Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla bölməyə getmiş, bölməyə getdikləri zaman onsuz da üzərində olan nəşənin bilinəcəyini bildiyi üçün polis əməkdaşlarına üzərində narkotik vasitə olan “nəşə” olduğunu demişdir. Onlar bölməyə çatdıqdan sonra xidməti otaqların birində video çəkilişlə onun üzərində axtarış keçiriləcəyini demişlər. Xidməti otaqların birində video çəkiliş işə salınmaqla polis formasında olan şəxs özünü təqdim edərək təhqiqatçı olduğunu söyləmiş və ona da özünü təqdim etməsini söyləmişdir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, daha sonra digər şəxslər də özlərini təqdim etmişlər. Təhqiqatçı ona Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində oğurluq hadisələrində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və bura gətiriləndə üzərində narkotik vasitə olduğunu dediyini söyləmişdir. O da təhqiqatçıya üzərində narkotik vasitə olduğunu söylədiyini demişdir. Sonra təhqiqatçı üzərində qanunsuz olaraq narkotik vasitə olduğu üçün üzərində çəkilişlə şəxsi axtarış keçiriləcəyini deyərək onu hüquq və vəziləri ilə tanış etmişdir. O, hüquq və vəzifələri ilə tanış olduqdan sonra onun hüquqlarını Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili Vüqar Nəsirovun müdafiə edəcəyini deyərək vəkili də ona təqdim etmişdir. Sonra təhqiqatçı ona üzərində qanunsuz olan əşyaları təqdim etməsini söyləmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, özü sağ əlində saxladığı göy rəngli sellofan torbanı habelə əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 3 ədəd kibrit qutusunu, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibində saxladığı 3 ədəd kibrit qutusunu, əynində olan qara rəngli jiletin sağ yan cibində olan bir ədəd “Pall MALL” markalı siqareti çıxardaraq təqdim etmişdir. Təhqiqatçı sonra göy rəngli sellofonı onun iştirakı ilə açaraq içərisində olan sarı rəngli sellofonı da çıxartmışdır. Sonra həmin sellofonın içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsinin nə olduğunu soruşmuş və o da ona həmin kütlənin nəşə olduğunu, özüqəməxsus olduğunu söyləmişdir. Sonra 6 ədəd kibrit qutusunun da içərisində nəşə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torbanın içərisində olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman onun sellofanla birlikdə çəkisi 450 qram olduğu müəyyən edilmişdir. 6 ədəd kibrit qutusunda olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman hər birinin ayrılıqda kibrit qutusu ilə birlikdə çəkisi 5 qram, ümumilikdə isə 35 qram olduğu müəyyən edilmiş, sarı rəngli sellofan torbanın içərisində olan bitki kütləsi ilə 6 ədəd kibrit qutusunda olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi birlikdə tərəziyə qoyulub çəkilən zaman sarı rəngli sellofan və 6 ədəd kibrit qutusu ilə birlikdə ümumilikdə çəkisinin 485 qram olduğu müəyyən olunmuşdur. Sonra təhqiqatçı ona haradan, neçəyə, kimdən aldığını soruşduqda o bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi “Nəşə”dir, həmin kütənin hamısını birlikdə 24.05.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamış, həmin kütləni almaqda satış məqsədi olmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş siqaret araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır.Sonra vəkil ondan həmin nəşənin özünün olub-olmadığını, ona qarşı hər hansı təzyiq göstərilib-göstərilmədiyini soruşmuş, o da ona nəşənin özünün olduğunu, ona qarşı hər hansı təzyiq göstərilmədiyini bildirmişdir. Sonra üzərinə yenidən baxıldıqda üzərindən əlavə heç nə aşkar olunmamışdır. Sonda üzərindən aşkar edilmiş həmin yaşıl rəngli, spesifik iyə malik olan kütlə ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona qeyd edilərək videoçəkiliş dayandırıliışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, polis bölməsinə gətirildiyi müddətdə, habelə polis bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz olaraq heç bir hərəkət edilməmişdir. O heç bir oğurluq hadisəsi törətməmiş və iştirakçısı olmamışdır. Zərərçəkmiş şəxs ilə əvvəllər görüşməmiş, sadəcə olaraq onunla sosial şəbəkələrdə danışmışlar. Şahid1 onun Zərərçəkmiş şəxs hədə qorxu ilə 200 manat tələb etməsi barədə heç bir xəbəri olmamışdır. Onun bank kartı olmadığından tanışı Şahid1 müraciət edib ona borclu olan şəxsin pul göndərməli olduğunu, həmin pulu çıxardıb ona göndərməsin demiş, o da onunla razılaşıb Samirənin köçürtdüyü pulu ona göndərmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı 24.05.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 100 (yüz) manata almışdır. Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində təsadüfən onunla söhbət əsnasında onun narkotik vasitə satdığını bilmiş və o da narkotik aludəçisi olduğu üçün 100 (yüz) manat verərək narkotik vasitə olan qurudulmuş marixuananı almışdır. O narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış və yalnız özü istifadə edir. Əməlindən peşmandır, Zərərçəkmiş şəxs qarşı düz hərəkət etmədiyini dərk edir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Tik- tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü ona Emil kimi təqdim etmiş şəxs, onun profilindən şəkillərini götürərək öz adına profil yaratmış, həmin şəkilləri öz profilində yerləşdirərək altında nalayiq ifadələr yazaraq onun şərəf və ləyaqətini alçaltmışdır. Emil adlı şəxs ona məxsus olan şəkilləri öz profilindən götürmək üçün ondan 200 manat tələb etmiş, o da onun tələb etdiyi pulu ona 31.03.2021-ci il tarixdə Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən “Grandmart” supermarketində yerləşən ödəmə terminalı vasitəsi ilə köçürdükdən sonra o şəkilləri profilindən götürmüş lakin sonradan ondan əlavə olaraq pul tələb etməyə başlamış, əks təqdirdə şəkillərini sosial şəbəkələrdə yayacağını bildirmişdir. Emil adlı şəxsin ona təqdim etdiyi hesab nömrəsi Şahid1 adına olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Emil adlı şəxslə əvvəllər görüşməmiş, sadəcə olaraq onunla sosial şəbəkədə danışmışlar, Emil adlı şəxsin ondan tələb etdiyi 200 manatdan puldan başqa onun hesabına əlavə pul köçürməmiş, həmin şəxs ondan təkrar olaraq pul tələb etməyə başladıqdan sonra, bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, Emil adlı şəxsin anket məlumatlarını bilməsə də, onun mobil nömrəsi 050- 824- 53-53 olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, şikayətini geri götürmür, Təqsirləndirilən şəxs cəzasını çəkməsini istəyir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 göstərdi ki, 24.05.2021-ci il tarixdə saat 14:40-da Sumqayıt ŞPİnin 4-cü PB-nin baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid4, polis kapitanı Şahid2 ilə birlikdə xidmətdə olarkən Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində bir nəfər şəxsi saxlayıb ona Sumqayıt şəhəri 4-cü Polis Bölməsinin inzibati ərazisində oğurluq hadisələri etməkdə şübhəli olduğunu deyərək bölməyə dəvət etmiş, o da etiraz etməmişdir. Həmin şəxs onlar bölməyə gedərkən üzərində narkotik vasitə olduğunu demiş, bölməyə çatdıqdan sonra xidməti otaqların birində video çəkiliş işə salınmaqla təhqiqatçı Səyyad Hacəhmədov özünü təqdim etmiş, ona da özünü təqdim etməsini söyləmiş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Təhqiqatçı ona Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində oğurluq hadisələrində şübhəli olduğu üçün onlar tərəfindən saxlanıldığını və bura gətiriləndə üzərində narkotik vasitə olduğunu dediyini söyləmiş, o da təhqiqatçıya üzərində narkotik vasitə olduğunu söylədiyini demişdir. Sonra təhqiqatçı onun üzərində qanunsuz olaraq narkotik vasitə olduğu üçün üzərində çəkilişlə şəxsi axtarış keçiriləcəyini deyərək ona hüquq və vəzifələri barədə bildirişlə tanış etmişdir. O hüquq və vəzifələri ilə tanış olduqdan sonra, təhqiqatçı Səyyad Hacəhmədov onun hüquqlarını Sumqayıt Regional Vəkil bürosunun vəkili Vüqar Nəsirovun müdafiə edəcəyini deyərək vəkili də ona təqdim etmiş, o vəkilə etiraz etməmişdir. Vəkilin iştirakı və Təqsirləndirilən şəxs icazəsi ilə videçəkiliş vasitəsi ilə üzərinə və sağ əlində olan göy rəngli sellofan torbaya şəxsi axtarışa başlanmaşdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş maddi sübütun olub-olmadığı, olduğu halda onları təqdim edilməsi bildirildikdə, Təqsirləndirilən şəxs özü sağ əlində saxladığı göy rəngli sellofan torbanı habelə əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 3 ədəd kibrit qutusunu, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibində saxladığı 3 ədəd kibrit qutusunu, əynində olan qara rəngli jiletin sağ yan cibində olan bir ədəd “Pall MALL” markalı siqareti çıxardaraq təqdim etmişdir. Təhqiqatçı sonra göy rəngli sellofonı açaraq içərisində olan sarı rəngli sellofanı da çıxartmışdır. Sonra həmin sellofonanın içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsinin nə olduğunu soruşmuş və o da həmin kütlənin nəşə olduğunu, özünə məxsus olduğunu söyləmiş, sonra 6 ədəd kibrit qutusunun da içərisində nəşə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torbanın içərisində olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman onun sellofanla birlikdə çəkisi 450 qram olduğu müəyyən edilmişdir. 6 ədəd kibrit qutusunda olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman hər birinin ayrılıqda kibrit qutusu ilə birlikdə çəkisi 5 qram, ümumilikdə isə 35 qram olduğu müəyyən edilmişdir. Sarı rəngli sellofan torbanın içərisində olan bitki kütləsi ilə 6 ədəd kibrit qutusunda olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi birlikdə tərəziyə qoyulub çəkilən zaman sarı rəngli sellofan və 6 ədəd kibrit qutusu ilə birlikdə ümumilikdə çəkisinin 485 qram olduğu müəyyən olunmuşdur. Sonra təhqiqatçı ona həmin kütlələri haradan, neçəyə, kimdən aldığını soruşduqda, o da bildirmişdir ki, üzərindən aşkar olunan həmin yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi “Nəşə”dir, həmin kütənin hamısını birlikdə 24.05.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamış, həmin kütləni almaqda satış məqsədi olmamışdır.Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş siqaret araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Sonra vəkil ondan həmin nəşənin özünün olub-olmadığını, ona qarşı hər hansı təzyiq göstərilib-göstərilmədiyini soruşmuş, o da ona nəşənin özünün olduğunu, ona qarşı hər hansı təzyiq göstərilmədiyini bildirmişdir. Sonra üzərinə yenidən baxıldıqda üzərindən əlavə heç nə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş həmin yaşıl rəngli, spesifik iyə malik olan kütlə ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona qeyd edilərək videoçəkiliş dayandırılmış, bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan başqa, Orxan Şuliyev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin kütlənin haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o da bildirmişdir ki, üzərindən aşkar olunan həmin yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi “Nəşə”dir, həmin kütənin hamısını birlikdə 24.05.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamış, həmin kütləni almaqda satış məqsədi olmamış. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində onlar tərəfindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 da Şahid3lə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 da Şahid3lə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü ona Emil Eyvazov kimi təqdim etmiş şəxslə tanış olmuş, onunla bir neçə müddət sosial şəbəkə vasitəsi ilə danışdıqdan sonra, bir-birlərinə mobil nömrələrini təqdim etmişlər. Bir müddət Emil adlı şəxslə danışmışlar, lakin heç vaxt görüşməmişlər. 31.03.2021-ci il tarixdə Emil ona zəng edərək bildirmişdir ki, özünün kartı olmadığına görə və kiminsə ona borclu olduğu 200 manat onun kart hesabına köçürülsün. O, ona inanıb öz kart məlumatlarını ona təqdim etmişdir. Bundan sonra onun kart hesabına 200 manat köçürülmüş, O kartına köçürülmüş 200 manat pulu Emilin göndərdiyi taksi vasitəsi ilə Sumqayıt şəhərində yerləşən “Asan Xidməf’in qarşısından Ceyranbatan qəsəbəsinə göndərmişdir. Emil adlı şəxsin onu aldatdığını bilməmiş, əgər bilsəydi ki, o kiməsə hədə-qorxu gəlmək yolu ilə həmin şəxsdən 200 manatın onun kartına köçürülməsini tələb edir, o heç vaxt ona kart məlumatlarını təqdim etməzdi. Bundan başqa, Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü Emil Eyvazov kimi təqdim etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu bilməmiş, həmin şəxslə heç vaxt görüşməmiş, sadəcə olaraq onunla sosial şəbəkələrdə və mobil telefon vasitəsi ilə danışmışlar, üzünü görməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24.05.2021-ci il tarixli, 7/483 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 06 ədəd kibrit qutusunun içərisində ...” sözləri yazılmış birinci göy rəngli polietilen bağlamada 06 ədəd kibrit qutusunda ayrı-ayrı təmiz çəkiləri: 1)1,807 qram, 2)1,859 qram, 3)1,806 qram, 4) 2,116 qram, 5) 1,356 qram, 6)1,770 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 10,714 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sarı rəngli sellofan torbanın içərisində...” sözləri yazılmış ikincit göy rəngli polietilen bağlamada bir ədəd sarı rəngli sellofanda təmiz çəkisi 440 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 06 altı kibrit qutusunda və sarı rəngli sellofanda olan marixuanının ümumi çəkisi 450,714 qramdır. Tədqiqata təqdim olunmuş 06 ədəd kibrit qutusunda və sarı rəngli sellofanda olan marixuanalar tərkiblərinə görə eynidirlər. (i.v.29-32) İş materiallarında olan məhkəmə-texniki ekspertizasının 31.05.2021-ci il tarixli, 5/449 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 7.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A5” markalı “SM- A510F” modelli ******************************” “imeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A5” markalı “SM-A510F” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaklar,zənglər,”SMS” mesajlar, foto, video, audio və sairə fayllar) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə). Rəyin «Tədqiqi hissəsi»nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «Samsung Galaxy A5» markalı «SM-A510F» modeli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, «SMS» mesaj, «Whatsapp» proqram təminatı vasitasi ilə aparılmış çat seansı, foto, video, audio və sairə fayllar) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A5” markalı “SM-A510F” modelli mobil smartfonun yaddaşına quraşdırılmış Whatsapp» proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, audio, foto fayllar, qəbul olunmuş, çıxan, buraxılmış səsli və video zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin «Tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanınan təqdim etmək mümkün olmadı. (i.v.195- 199) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15.07.2021-ci il tarixli, 2342 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub.Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.200-201) İş materiallarında olan baxış və götürmə haqqında 05.04.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus yaşıl rəngli «Honor» markalı mobil telefonunun «Qalereya» bölməsində sonuncunun 02 ədəd yarıçılpaq şəkilləri müəyyən olundu. Zərərçəkmiş şəxs sözügedən fotoşəkilləri Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonunun “watsapın”a göndərmiş, Təqsirləndirilən şəxs də həmin şəkillərlə Zərərçəkmiş şəxs hədələmişdir. Həmin fotoşəkillər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v.111-113) Şahid1 adına olan **********900011 bank kartının və eləcə də onun bank kartına köçürülmüş 200 (iki yüz) manat məbləğində pulun qəbzinin kserosurətləri də cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (126-127) İş materiallarında olan 24.05.2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və sarı rəngli sellofan torbadan götürülmüş ümumi təmiz çəkisi 450,714 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (i.v.20-21) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 24.05.2021-ci il tarixdə saat 14:40-da Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində saxlanılaraq Sumqayıt şəhəri 4-cü Polis Bölməsinin inzibati ərazisində oğurluq hadisələri etməkdə şübhəli olunması səbəbindən 4-cü bölməyə gətirilən şəxsin bölməyə gələrkən yolda üzərində narkotik vasitə olduğunu dediyindən, bölmədə xidməti otaqların birində çəkiliş işə salınmaqla təhqiqatçı Səyyad Hacəhmədov özünü ona təqdim edir, ona da özünü təqdim etməsini söyləyir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Təhqiqatçı ona Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində oğurluq hadisələrində şübhəli olduğu üçün saxlanıldığını və bura gətiriləndə üzərində narkotik vasitə olduğunu dediyini söyləyir. O da təhqiqatçıya üzərində narkotik vasitə olduğunu söylədiyini deyir. Sonra təhqiqatçı onun üzərində qanunsuz olaraq narkotik vasitə olduğu üçün üzərində çəkilişlə şəxsi axtarış keçiriləcəyini deyərək ona hüquq və vəzifələri barədə bildirişlə tanış edir. O da hüquq və vəzifələri ilə tanış olduqdan sonra, təhqiqatçı Səyyad Hacəhmədov onun hüquqlarını Sumqayıt Regional Vəkil bürosunun vəkili Vüqar Nəsirovun müdafiə edəcəyini deyərək vəkili də ona təqdim edir. O vəkilə etiraz etmir. Vəkilin iştirakı və Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsi ilə üzərinə və sağ əlində olan göy rəngli sellofan torbaya şəxsi axtarışa başlanmaşdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş maddi sübütun olub-olmadığı, olduğu halda onları təqdim edilməsi bildirildikdə, Təqsirləndirilən şəxs özü sağ əlində saxladığı göy rəngli sellofan torbanı habelə əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 3 ədəd kibrit qutusunu, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibində saxladığı 3 ədəd kibrit qutusunu, əynində olan qara rəngli jiletin sağ yan cibində olan bir ədəd “Pall MALL” markalı siqareti çıxardaraq təqdim edir. Təhqiqatçı sonra göy rəngli sellofonı açaraq içərisində olan sarı rəngli sellofanı da çıxardır. Sonra həmin sellofonanın içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsinin nə olduğunu soruşur və o da həmin kütlənin nəşə olduğunu, özünə məxsus olduğunu söyləyir. Sonra 6 ədəd kibrit qutusunun da içərisində nəşə olduğunu bildirir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torbanın içərisində olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman onun sellofanla birlikdə çəkisi 450 qram olduğu müəyyən edilir. 6 ədəd kibrit qutusunda olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman hər birinin ayrılıqda kibrit qutusu ilə birlikdə çəkisi 5 qram, ümumilikdə isə 35 qram olduğu müəyyən edilir. Sarı rəngli sellofan torbanın içərisində olan bitki kütləsi ilə 6 ədəd kibrit qutusunda olan yaşıl rəngli spesifik iyə malik olan bitki kütləsi birlikdə tərəziyə qoyulub çəkilən zaman sarı rəngli sellofan və 6 ədəd kibrit qutusu ilə birlikdə ümumilikdə çəkisinin 485 qram olduğu müəyyən olunur. Sonra təhqiqatçı ona həmin kütlələri haradan, neçəyə, kimdən aldığını soruşduqda, o da bildirir ki, üzərindən aşkar olunan həmin yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi “Nəşə”dir, həmin kütənin hamısını birlikdə 24.05.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlayıbdır, həmin kütləni almaqda satış məqsədi olmayıbdır.Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş siqaret araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılır. Sonra vəkil ondan həmin nəşənin özünün olub-olmadığını, ona qarşı hər hansı təzyiq göstərilib-göstərilmədiyini soruşur, o da ona nəşənin özünün olduğunu, ona qarşı hər hansı təzyiq göstərilmədiyini bildirir. Sonra üzərinə yenidən baxıldıqda üzərindən əlavə heçnə aşkar olunmur. Üzərindən aşkar edilmiş həmin yaşıl rəngli, spesifik iyə malik olan kütlə ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona qeyd edilərək videoçəkiliş dayandırılır. (i.v.92-93) Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan qərarlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və sarı rəngli sellofan torbadan götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 450,364 qram narkotik vasitə olan marixuana maddi sübut kimi tanınmış saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk, eləcə də Zərərçəkmiş şəxs 02 ədəd fotoşəkilləri, Şahid1 adına olan **********900011 bank kartının və eləcə də onun bank kartına köçürülmüş 200(iki yüz) manat məbləğində pulun qəbzinin kserosurətləri, həmçinin «Samsung Galaxy A5» markalı mobil telefon və sonuncu telefonda olan məlumatlar köçürülmüş 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v.70, 208-219) İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.11.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.11.2017-ci il tarixli qərarı ilə əməli CM-in 234.1-ci maddəsinə tövsif edilərək cəzası 02 il 06 aya endirilmiş və o, 19.01.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab edilir. (i.v.178-191) İş materiallarında olan “tutma haqqında” 11.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.139) İş materiallarında olan qərardan və digər sənədlərdən görünür ki, 12.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSYdən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.164-168) İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 24.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (i.v.13, 68-69) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. (i.v.192) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı özünü təqsirli bilməməsi, narkotik vasitənin ona aid olmaması və. s. ilə bağlı xüsusatlara dair ifadəsinin əvvəlində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, bunlar təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdidir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, təqsirləndirilən şəxsin göstərdiyi hallar işdəki başqa sübutlarla müqayisəli şəkildə qiymətləndirilmiş, amma təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də sonradan dediklərini təsdiq etməyərək istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, təqsirini tam etiraf etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs 24.05.2021-ci il il tarixdən həbsdə olduğundan cəzanın əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 450,364 qram narkotik vasitə olan marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk, eləcə də Zərərçəkmiş şəxs 02 ədəd fotoşəkilləri, Şahid1 adına olan **********900011 bank kartının və eləcə də onun bank kartına köçürülmüş 200 (iki yüz) manat məbləğində pulun qəbzinin kserosurətləri, həmçinin «Samsung Galaxy A5» markalı mobil telefonda olan məlumatlar köçürülmüş 01 ədəd DVD-R disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş «Samsung Galaxy A5» markalı mobil telefon iş materiallarına əlavə edilməmiş, Sumqayıt ŞPİ-nin İŞ-də qalmışdır. Təqsirləndirilən şəxs məxsus həmin telefonun müsadirə edilməsi üçün əsas yoxdur və özünə qaytarılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 149 (bir yüz qırx doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə profılaktiki qeydiyyata alınmalıdır. Cinayət işi materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 11.04.2021-ci ildə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməyərək 12.04.2021-ci il tarixdə həbsdən azad edilmişdir. Onun həbsdə saxlanıldığı bir gün müddət təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.04.2021-ci il tarixdən 12.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 24 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə profılaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 149 (bir yüz qırx doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 450,364 qram narkotik vasitə olan marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk, eləcə də Zərərçəkmiş şəxs 02 ədəd fotoşəkilləri, Şahid1 adına olan **********900011 bank kartının və eləcə də onun bank kartına köçürülmüş 200 (iki yüz) manat məbləğində pulun qəbzinin kserosurətləri, həmçinin «Samsung Galaxy A5» markalı mobil telefonda olan məlumatlar köçürülmüş 01 ədəd DVD-R disk cinayət işinin istintaq materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş «Samsung Galaxy A5» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-586/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-586/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver