Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-586/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs X4 və qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 03 avqust 1985-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X14 massivi, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 133.2.4, və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayının ortalarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X14 massivində yerləşən fərdi evdə aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı qızı xx.xx.2012-ci il təvəllüdlü X4 baş nahiyəsini heç bir əsaslı səbəb olmadan odun sobasına salmaq istəyən zaman sağ çiyninin sobaya dəyməsi nəticəsində sonuncuya sağ çiyin nahiyəsinin yanıqdan sonrakı çapıq toxuması ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bir müddət sonra yəni, 2023-cü ilin noyabr ayının sonlarında yaşadığı həmin ünvanda heç bir əsaslı səbəb olmadan Xədicə İbadovanın sağ ayağının baş barmağındakı dırnağı kəlbətinlə çəkib sonuncuya güclü fiziki ağrı verməklə təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs Xədicə İbadovaya bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə əzab vermişdir. Bundan başqa o, 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X14 massivində yerləşən fərdi evdə aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı qızı xx.xx.2012-ci il təvəllüdlü Xədicə İbadovanın baş nahiyəsini heç bir əsaslı səbəb olmadan su dolu verdəyə salıb-çıxarmış, daha sonra onu hündürə qaldırıb yerə çırpmaqla Xədicə İbadovaya sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerdəyişən sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş Xədicə İbadovanın qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa o, qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,705 qram narkotik vasitə olan heroini, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,05 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib narkotik vasitə olan heroini üzərində satış məqsədi ilə qanunsuz olaraq daşıyaraq saxlamış, narkotik vasitə olan qurdulmuş marixuananı isə yaşadığı evdə satış məqsədi ilə qanunsuz gizlədərək saxlamış, 06 fevral 2024-cü il tarixdə, saat 21:40 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin qarşısında saxlanılıb 2-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sol yan cibindən pul kisəsinin içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,705 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əməliyyat tədbirinin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X14 massivində yerləşən həyət evində olan əl damı deyilən yerə baxış keçirilən zaman otağın divarında asılmış sellofan paketin içərisindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram, 0,27 qram, 0,43 qram, ümumi təmiz çəkisi 1,05 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.2.2, 133.2.4-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə isə yox, 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, himayəsində 5 övladı olmaqla Tağıyev qəsəbəsində yaşayır. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X14 massivində evinin qarşısında olarkən 2-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq narkotik maddələrin istifadəsində, satmasında və üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək onu bölməyə dəvət etmiş, onlar bir yerdə 2-ci PB-nə gəlmişlər. PB-də ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi təqdim edilmiş, sonuncunun iştiraki ilə üzərinə videoçəkilişlə axtarış keçirilən zaman o, hərbi gödəkçənin cibində olan pul kisəsinin içərisindən 01 ədəd kağıza bükülmüş narkotik vasitəni təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilmişdir. O, həmin maddəni həmin gün günorta saatlarında Bakı şəhərində 20 Yanvar ərazisindən tanımadığı şəxdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Qeyd edir ki, yaşadığı evdə də narkotik vasitənin olduğunu polis əməkdaşlarına bildirmiş, öz ərizəsi əsasında yaşadığı ünvana, yəni H.Z.Tağıyev qəsəbəsi, X14 massivində olan fərdi evinə baxış keçirilmiş, baxış zamanı evin əl damı deyilən yerindən divardan asılmış qara rəngli sellofan torbanın içərisində olan siqaret qutularından 03 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Həmin maddələrin “nəşə” olduğunu bildirmişdir. Həmin 03 bükümdə olan marixuana elektron tərəzidə çəkilmiş daha sonra bükümlər qablaşdırılaraq götürülmüşdür. Bundan başqa evindən qanunsuz heç bir predmet aşkar olunmamışdır. O, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, hətta kiməsə pay belə verməmişdir. Pulu ilə əldə etdiyi narkotiki yalnız evində tək istifadə etmişdir. Qeyd edir ki, üzərindən və evindən aşkar olunan narkotik maddələr ona məxsusdur və özü onu 3 hissəyə gözəyarı bölərək evində saxlamışdır, lakin indiyədək nə narkotik satmamış, nə də satmaq niyyəti belə olmamışdır. Əlavə olaraq bildirir ki, keçmiş həyat yoldaşı Qanuni nümayəndə ilə birgə nikahda olduqları dövrdə 3 övladları doğulmuş, bir müddətdən sonra boşansalar da, daha sonra barışmış və ona məxsus evdə bir yerdə yaşamışlar. Bundan sonra daha 2 övladları dünyaya gəlmişdir. Bildirir ki, əsəbi olduğu zamanlarda nə etdiyini bilməmişdir. Bir neçə dəfə qızı Xədicəni döymüş, özündə olmadığı zaman bir dəfə onun çiyin nahiyəsini yandırmış, bir dəfə əsəbi olduğundan qızının ağzını qanadıb yerinə duz basmış, bunları edəndən sonra peşman olmuş, ancaq qızını həkimə aparmayaraq özü müalicə etmişdir. Bildirir ki, xx.xx.2024-cü il tarixdə qızına əsəbləşmiş, ancaq nə üçün əsəbləşdiyini xatırlamır. Əsəbi olan zaman Xədicənin başını suya salmış, daha sonra qaldırıb yerə vurmuş, həmin vaxt Xədicənin ayağı qırılmışdır. Bundan sonra aptekə gedib gips alaraq qızının ayağını gipsə qoymuş, ancaq Xədicəni həkimə aparmamışdır. O, Xədicəni döyən zaman ona kimsə mane ola bilməmiş. Qeyd edir ki, qızı Xədicə çox nadinc uşaq olmuş, özü evdə olmayanda uşaq anasını incitmiş, evə gəldikdə arvadı Günay Xədicədən şikayətlədiyi üçün sonuncuya əsəbləşmiş və nə etdiklərini bilmədən bu hərəkətləri etmişdir. Əməlindən çox peşmandır. Ozü qaynaqçı işləyərək ailəsini dolandırmışdır. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alınaraq barəsində yüngül cəza verilməsini və əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Xədicə İbadova ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. O, evin ən böyük uşağıdır, ondan başqa 4 qardaşı vardır. Hazırda o, ana babası ilə bir yerdə yaşayır. Atası tutulana qədər isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində fərdi evdə yaşamışlar. Atası Soltan narkotik vasitələrdən evdə istifadə etmiş, bundan başqa hər sadə şey üstə onu həmişə döyüb işgəncələr vermişdir. 2023-cü ilin təxminən qış aylarında atası onun başını odun sobasına salmaq istəyən zaman sağ çiyni yanmış, bundan sonra onu həkimə aparmamış və evdə müalicə olunmuşdur. Atası ona əzab verəndən sonra həkimə getməsinə də icazə verməmiş, bundan başqa xatırlamadığı vaxt atası heç bir səbəb olmadan əlini onun ağzına salmış, ağzından qan gəlməyə başlamış, bundan sonra qanayan yerə duz gətirib basmış və o, ağlamağa başlamışdır. Atası Soltan onu bir dəfə də keçən ilin xatırlamadığı ayı sağ ayağının baş barmağının dırnağın kəlbətinlə çəkib çıxarmış, bundan sonra da onu həkimə aparmamışdır. Anası ilə o, qorxduqlarından heç kimə bu barədə məlumat verə bilməmişlər. xx.xx.2024-cü il tarixində axşam saatlarında atası yenə heç nədən əsəbiləşib onu döyməyə başlamış, bu zaman başını su dolu vedrəyə salıb-çıxarmış, bundan sonra onu hündürə qaldırıb yerə çırpmış, həmin vaxt onun sol ayağı sağ ayağının üzərinə düşmüş və sağ ayağı qırılmışdır. Yenə də atası onu xəstəxanaya getməyə qoymamış və özü aptekdən gips və sarğı alaraq onun ayağına gips qoymuşdur. Bundan bir müddət keçəndən sonra anası ilə bir yerdə 2-ci PB-nə gedib şikayət etmişlər. O, həmçinin atasının evdə narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Hazırda atası ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən Qanuni nümayəndə Niayazalı qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Belə ki, 2010-cu il tarixdə o, Soltanla ailə qurmuş, 2019-cu il tarixdə rəsmi olaraq boşanmışlar. Birgə nikahdan 3 övladı var, boşandıqdan sonra yenidən birgə yaşamağa başlamış və daha 2 övladları da olmuşdur. Övladlarından üçü, yəni 2012ci il təvəllüdlü Xədicə İbadova, 2020-ci il təvəllüdlü Qalib İbadov və 2021-ci il təvəllüdlü MirTəqsirləndirilən şəxs onlara yaşayır, digər iki övladı isə qayınatasıgillə yaşayır. Soltan tutulana qədər onlar Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X14 massivində fərdi evdə yaşamışlar, hazırda isə Şirvan şəhərində atasıgildə yaşayır. Təqsirləndirilən şəxs mütəmadi olaraq münaqişə etmiş, onu və övladlarını təhqir etmiş, fiziki ağrılar yetirmiş və Xədicəyə işgəncələr yetirmişdir. Belə ki, Soltan evdə hər şeyə görə münaqişə yaratmış, Xədicəni döymüşdür. Qeyd edir ki, Soltan evdə narkotik vasitəni onların gözü qarşısında istifadə etmiş, bu adi hala çevrilmişdir. Hətta evdə də narkotik saxlamışdır. Belə ki, 2023cü ilin təxminən qış aylarında heç bir səbəb olmadan Soltan qızı Xədicənin başını odun sobasına salmaq istəyən zaman sağ çiyni yanmış, bundan sonra Soltan Xədicəni həkimə aparmamış və evdə müalicə etmişdir. Soltan onu da Xədicəni həkimə aparmağa qoymamışdır. Soltan Xədicəyə əzab verəndən sonra belə həkimə getməsinə imkan verməmişdir. Bundan başqa Soltan xatırlamadığı vaxt heç bir səbəb olmadan əlini Xədicənin ağzına salmış və Xədicənin ağzından qan gəlməyə başlamış, bundan sonra qanayan yerə duz gətirib basmışdır. Bundan başqa Soltan bir dəfə də keçən ilin xatırlamadığı ayı Xədicənin sağ ayağının baş barmağının dırnağını kəlbətinlə çəkib çıxarmış, lakin uşağı həkimə aparmamışdır. O, qorxduğundan ona heç nə deyə bilməmiş, dəfələrlə yalvarıb qızına əzab verməməsini demiş, həmin vaxt Soltan onu da təpik və sillə ilə vuraraq xəsarət yetirmişdir. O da qorxduğundan heç kimə bu barədə məlumat verə bilməmişdir. xx.xx.2024-cü il tarixində axşam saatlarında Soltan heç bir səbəb olmadan yenə heç nədən əsəbiləşib Xədicəni döyməyə başlamış, Xədicənin başını su ilə dolu vedrəyə salıb-çıxarmış, daha sonra Xədicəni öz boyundan hündürə qaldırıb yerə çırpmış, həmin vaxt Xədicənin sol ayağı sağ ayağının üzərinə düşmüş və sağ ayağı qırılmışdır. Lakin yenə də Soltan qızını xəstəxanaya getməyə qoymayaraq özü aptekdən gips və sarğı alaraq Xədicənin ayağına gips qoymuşdur. Bundan sonra edilən işgəncələrdən bezib 2-ci PB-nə gedərək şikayət etmişdir. Soltanın digər uşaqlarla da kobud danışsa da, ancaq onlara xəsarət yetirməmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs evdə narkotik vasitə saxlamasından və istifadə etməsindən məlumatı olmuşdur, daima onların gözü qarşısında istifadə ertmişdir, hətta ondan da narkotik almaq üçün pul istəmişdir, lakin Soltanın kiməsə narkotik satmasının şahidi olmamışdır. Əminliklə qeyd edir ki, Soltan narkotik istifadəçisi olsa da, o, heç vaxt narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, hətta onun kiminləsə bir yerdə narkotik istifadə etməsini görməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışlar, ona qaşı şikayət və tələbləri yoxdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 06 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddənin qəbulu, üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması və yaşadığı ünvanda saxlaması barədə məlumat daxil olmuş, bundan sonra rəhbərliyə raportla müraciət edildikdən sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Eyni zamanda həmin vaxt Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə ərizə ilə müraciət edərək ərinin azyaşlı qızına işgəncələr verdiyini, ayağını qırdığını və yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə, saat 21:40 radələrində yaşadığı evin qarşısında saxlanılaraq həmin tarixdə 2-ci PB-nə gətirilmiş, vəkil dəvət olunmuş, müdafiəçi gələndən sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində olan pul kisəsindən 01 ədəd bükümü təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirdiyi üçün onun yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı evdə əl damı adlandırdığı bir otağa baxış zamanı İbadov özü otaqda asılan qara rəngli sellofan paketi təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmiş, sellofan torbaya baxdıqda işərisində 01 ədəd siqaret qutusunda 02 bükümdə yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmçinin torbanın içərisində olan digər siqaret qutusunun içərisindən 01 ədəd bükülüdə yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmin bükümlər içərisindəki yaşıl rəngli bitki ilə birlikdə tərəzidə çəkilmiş, daha sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X8 şahid Elmir Hüseynzadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 16:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 06 fevral 2024-cü il tarixdə, saat 22:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.30); 08 fevral 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v.72); 08 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.74-75); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini deyil, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.83-85); Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmışdır.(i.v.95-98); xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi, üzərində gəzdirməsi, alqı-satqısı və yaşadığı ünvanda saxlaması ilə əlaqədar 2-ci PB-nə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qeyd olunmuşdur. (i.v.4); “Şəxsi axtarışın keçirilməsi barədə” 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iştirakçıların və müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun əynində olan gödəkcənin sol yan cibindəki pul qabının içərisindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş heroinə bənzər maddəni təqdim edir. Təqsirləndirilən şəxs sorğu zamanı həmin maddənin heroin olduğunu, tutulduğu gün 20 Yanvar metrosu yaxınlığından tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Həmin büküm elektron tərəzidə çəkilir, çəkisinin 0,95 qram olması müəyyən edilir. (i.v.33-34); “Baxışın keçirilməsi barədə” 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X14 massivi, fərdi evə baxış keçirilmiş, baxış zamanı evin əl damı deyilən yerdə qara rəngli sellofan torba aşkar edilir, həmin paketin içərisində “Argo” yazılmış siqaret qutusunun içərisindən 02 ədəd, “Vant” yazılmış siqaret qutusunun içərisindən isə 01 ədəd bükümdə marixuanaya bənzər maddə aşkar edilir. Həmin bükümlər elektron tərəzidə çəkilir, çəkilərinin 0,63 qram, 0,67 qram və 0,44 qram olmaqla ümumilikdə çəkisi 1,73 qram olduğu müəyyən edilir. (i.v.37-38); Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının 07 fevral 2024-cü il tarixli 3-16-16/2-6/790 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 126 dairəvi möhür əksi olan, Saxlanılan şəxs: Təqsirləndirilən şəxs sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,705 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,705 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,655 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 49-53); “Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 07 fevral 2024-cü il tarixli 3-16-16/2-7/201 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs.” yazısı və imzalar olan kağız paketdəki 03 ədəd kağız bükülüdə ayrı-ayrı təmiz çəkiləri 0,35 qram, 0,27 qram, 0,43 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1,05 qramdır. Mariuxuananın ümumi çəkisi 1,05 qram, tədqiqata istifadə olundu 0,15 qram, qalıq 0,9 qram. (i.v. 54-57); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2024-cü il tarixli, 1225 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.129-130); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 610 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktələrinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v.131-133); İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X10 xx.xx.2024-cü il tarixli, 466 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Xədicə İbadovanın bədəni üzərində sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerdəyişən sınığı, sağ çiyin nahiyəsinin yanıqdan sonrakı çapıq toxuması xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlərdən sağ bud sümüyünü orta 1/3-nin qəlpəli yerdəyişən sınığı küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin göstərdiyi tarixdə yəni xx.xx.2024-cü il tarixdə, digər xəsarət yəni çağ çiyin nahiyəsinin yanıqdan sonrakı çapıq toxuması yüksək hərarətin (qızmış metalın) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir ilə qədər olmaqla əmələ gələ bilərdi və dərəcəsinə görə sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerdəişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sağ çiyin nahiyəsinin yanıqdan sonrakı çapıq toxuması isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v.135-138); Sumqayıt ŞPİ 4-cü PB-nin rəisi, polis polkovnik letenantı Bəhruz Musayevin CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına vermiş olduğu xx.xx.2024-cü il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroni və qurudulmuş marixuananı satış məqsədi ilə saxlaması ilə bağlı əməliyyat məlumatları əldə edilmiş, lakin sonuncunun kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. (i.v.128); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. 30 aprel 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Xədicə İbadova ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.144); 30 aprel 2024-cü il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Xədicə İbadovanın qanuni nümayəndəsi qismində Qanuni nümayəndə təyin olunmuşdur. (i.v.146); 30 aprel 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə üzləşdirilmiş və Təqsirləndirilən şəxs Qanuni nümayəndə və övladlarını dəfələrlə təhqir etdiyini, fiziki ağrılar yetirdiyini, qızı Xədicəyə isə özündə olmadığı üçün işgəncə verdiyini etiraf etmişdir. (i.v.158-160); 10 may 2024-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, birinci fotoşəkildə zərərçəkmiş Xədicə İbadovanın çarpayıda ayağı gipsli vəziyyətdə uzanması görünür. Həmin şəkildə Xədicə İbadovanın sağ ayağının barmaqlarında xəsarətlər aşkar edilir. İkinci şəkildə də Xədicə İbadovanın xəstəxanada çarpayıda uzanması əks olunur. Üçüncü fotoşəkildə Xədicə İbadovanın sağ ayağının barmaqları yaxından görünür. Bu zaman sağ ayaqda olan baş barmaqda və digər barmaqlarda xəsrətlər aşkar olunur. (i.v.180-182); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 126-127); Elekton məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 5 azyaşlı övladı var. “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 127.2.2, 133.2.4 və 234.2-ci maddələrinə tövsif olunmuş, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə 08 fevral 2024-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilərək ona həmin Məcəllənin 127.2.2, 133.2.4 və 234.2-ci maddələri ilə ittiham olunmuş, Təqsirləndirilən şəxs barəsində CM-nin 221 və 134-cü maddələri ilə və Qanuni nümayəndə döyməsi faktı üzrə cinayət təqibinin başlanması rədd olunmuş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/790 nömrəli xx.xx.2024-cü il tarixli və məhkəmə bioloji ekspertizasının 7/201 nömrəli xx.xx.2024-cü il tarixli rəyləri, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1225 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,705 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,655 qram olan narkotik vasitə heroin və ilkin təmiz çəkisi 1,05 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,9 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v. 192-204); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər və əlavələr edilərək ona CM-nin 133.2.4, 127.2.2 və 234.2-ci maddələri yeni məzmunda ittiham elan edilərək həmin maddələrlə təqsirləndirlən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prossesual Məcələsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il tarixli, 8 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Ali Məhkəmənin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 8-ci bəndinə görə Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı AR Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən marixuananın 5 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdardan artıq miqdar hesab edilir. Həmin siyahıya əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, lakin əldə etmə və saxlama satış məqsədi üçün edilməmişdir. Göstərilənlərə əsasən tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin cinayət işinin materiallarından görünür ki, ona qarş irəli sürülmüş bu ittihamın əsasını yalnız sonuncunun evindən aşkar edilmiş 3 ədəd bükümdə qurudulmuş marexuananın bükümlərinin sayı təşkil etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik vasitəni məhz özü şəxsi istifadəsi üçün gözəyarı xırda bükümlərə ayırdığını səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq kimi niyyəti olmuş olsaydı aşkar olunmuş narkotik vasitəni xırda bükümlərə bölünmüş şəkildə aldığını bildirərdi. Lakin İbadov belə niyyəti olmadan, heç bir halı gizlətmədən hətta narkotik vasitəni xırda bükümlərə şəxsən ayırdığını səmimi olaraq etiraf etmişdir. Məhkəmə bu xüsusatı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti olmamış, bu məzmunda vermiş olduğu ifadəsi səmimi olaraq qəbul edilməlidir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin dəlillərini, işin hallarını nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslı olmasını gücləndirəcək əlavə heç bir sübut əldə etməmişdir. Məhkəmə hesab edir ki, narkotik vasitənin bükümlərinin sayı (3 ədəd) özüözlüyündə satışıla bağlı hər hansı başqa sübut əldə etmədən Təqsirləndirilən şəxs məqsədinin məhz satış məqsədi olmasının həlledici meyarı kimi qəbul edilə bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik maddənin satış olmasını təsdiq edən hər hansı sübut iş materialında müəyyən edilməmişdir. Deyilənlərin təsdiqi kimi nəzərə almaq lazımdır ki, müstəntiq tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, müsbət halda kimlərə narkotik vasitə satmasını müəyyən edərək istintaqa məlumat verilməsi barədə əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığına 4-cü PB-nin rəsi tərəfindən xx.xx.2024-cü il tarixli cavabda Təqsirləndirilən şəxs kimlərəsə narkotik vasitə satmasının müəyyən etməyin mümkün olmadığını məktubda bildirmişdir. Müstəntiq “Sübutların qiymətləndirilməsi haqqında qərar”-da Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsinin yeganə əsası kimi onun narkotik maddə heroin və qurudulmuş marexuananın satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olması ilə əsaslandırmışdır. Halbuki bu məzmunda əməliyyat məlumatının daxil olması nəticədə şəxsə həmin maddə ilə ittiham irəli sürülməsinə əsas vermir. Hər hansı sübuta söykənməyən yalnız ehtimala əsaslanan fikirlə şəxsə CM-nin 234.2-ci maddəsi ilə ittiham verilə bilməz. Təqsirləndirilən şəxs narkotik maddəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən, ən əsası onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı sübut istintaq orqanı tərəfindən əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun müəyyən edilmədiyi halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə ədalətsiz olmaqla yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Belə ki, cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şəxsi mülahizələrə, ehtimal və şübhələrə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CMnin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 127.2.2 və 133.2.4-cü maddələrə münasibətdə qeyd edir ki, təqsiləndirilən şəxsin əməli həm onun ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, o cümlədən zərəçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 127.2.2-ci maddəsinə əsasən xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 133.2.4-cü maddəsinə əsasən təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 127.2.2, 133.2.4 və 234.2-ci maddələrindən həmin məcəllənin 127.2.2, 133.2.4 və 234.1 maddələrinə tövsif edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 05 azyaşlı övladının olmasını, zərəçəkmiş şəxs və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxsdən şikayətçi olmamasını CM-nin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, qəsdin obyektini, eyni zamanda aşkar olunmuş narkotik maddələrin iki növdə olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 127.2.2, 133.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın həmin məcəllənin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 03 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 143 (bir yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin vəsait Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,655 qram olan narkotik vasitə heroin və 0,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 127.2.2, 133.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin məcəllənin 133.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,655 qram olan narkotik vasitə heroin və 0,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-586/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-586/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver