Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-587/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs, xx.xx.1985-ci ildə Qazax rayonu, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd dərəsi, bağlar massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının qarışısında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,189 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 25 may 2021-ci il tarixdə saat 20:15-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olmasıyla bağlı Sumqayıt şəhəri,Corat qəsəbəsində küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq 1-ci PB-nə gətirilmiş və 1-ci X2 Xəlilovun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 25.05.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də üzərindən narkotik vasitə çıxmışdır, lakin həmin narkotik vasitə ona məxsus olmamış və cibinə kim tərəfindən qoyulduğunu bilməmişdir. Eyni zamanda narkotik vasitənin ona məxsus olması barədə verdiyi ifadə polis təzyiqi altında olmuşdur. Məhkəmədən bərasində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi həmin narkotik vasitənin ona məxsus olmamasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakılarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən və məhkəmədə ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1985-ci il tarixdə Qazax rayonu,Kosalar kəndində anadan olmuş və hazırda Sumqayıt şəhəri,Qurd dərəsi yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əvvələr Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olmuşdur və subaydır. Təxminən 3-4 ildir ki, narkotik vasitə heroini zərdə yandıraraq tüstüsünü qəbul edir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. O, 24.05.2021-ci il tarixdə səhər radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanında piyada hərəkətdə olan zaman 1 nəfər orta boylu, yaşlı, ağ saçlı şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və o, də həmin tanımadığı şəxsə 20 manat pul verərək həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə heroini alaraq cibinə qoymuşdur. 25.05.2021-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ilə piyada hərəkədə olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmış və həmin şəxslər özlərinin polis işçiləri olduqlarını bildirərək özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri onun əllərindən möhkəm yapışdıqlarına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. 1-ci PB-də xidməti otaqda onu ora gətirən polis işçiləri və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və daha sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkisi çəkilmiş, çəkisi 0,31 ( sıfır tam yüzdə otuz bir) qram olmuş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-da ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə heroindir, ona məxsusdur və həmin heroini 24.05.2021-ci il tarixdə səhər radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının qarşısından yerini və ünvanını bilmədiyi tanımadığı şəxsdən 20 manata almış və öz istifadəsi üçün üzərində gəzdirmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 25 may 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər polis baş leytenantı Şahid3, polis leytenantı Şahid2 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 20 radələrində həmin şəxsin ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra həmin şəxsi yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ilə piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq Turalı hərəkətsiz hala gətirmişlər. Sonra özlərini həmin şəxsə təqdim etmişlər və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını bildirmişlər. Bundan sonra müqavimət göstərmədən onlarla birlikdə avtomobilə mindikdən sonra 1-ci PB-nə gətirilmişdir. 1-ci PB-də Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, həmin şəxsə hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Telman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində 01 ədəd bükümdə siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və çəkisi 0,31 ( sıfır tam yüzdə otuz bir) qram təşkil etmişdir. Sonradan həmin narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 24.05.2021-ci il tarixdə səhər radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi polis baş leytenantı Şahid3, və həmin bölmənin sahə rəisi polis leytenantı Şahid2 da, əməliyyat müvəkkili polis mayoru Şahid1la eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26 may 2021-ci il tarixli, 6\2079 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» və s,yazıları,imzaları olan bir ədəd zərfədəki,1 ədəd bükümdə təmiz çəkisi -0,189 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli, 2386 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 27.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25.05.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin 2022 saylı, 24.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli hökmündən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 26.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin elan edilmiş ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 oğlu Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Ona görə də 132 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 25.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,139 qram qalıq çəkisi qalmış narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25.05.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,139 qram qalmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 oğlu Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına ((№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-587/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-587/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver