Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-587/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olınıış. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri. Xətai rayonu, NZS yaşayış sahəsi, A.Qurban küçəsi, ev 25-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qzının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.301 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 17 iyun 2025-ci il tarixdə saat 20:15-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri 5-ci mikrorayon, 15 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılıb üzərinə keçirilən baxış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,301 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, üç aya yaxın vaxtdır ki, metamfetamindən istifadə edir. Təxminən iki ay əvvəl iyun ayının ortalarında onun işlədiyi gözəllik salonuna gələn Lamiyyə adlı qadından öz şəxsi istifadəsi üçün 10 manata bir büküm metamfetamin almışdır. Səhv etmirsə Lamiyyə Məhərrəmovadır. Dəqiq ünvanını bilmirəm. 5-ci mikrorayon ərazisində yaşayır. Həmin metamfetamini arıqlamaq üçün istifadə etmiş, lakin onun psixotrop maddə olmasını, qadağan olmasını bilmişdir. 17 iyun 2025-ci il tarixdə Sumqayıt şəhərində 5-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, özü könüllü həmin maddəni çıxarıb təqdim etmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. İbtidai istintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. İfadəsini tam təsdiq edir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir, əvvəllər məhkum olunmamışdır. 17 iyun 2025-cı il tarixdə saat 20:15 dəqəqədə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib ona hüquq və vəzifələri izah olunaraq, videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olab tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd içərisində psixotrop maddə olan büküm aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkilərək 0,42 qram olduğu müəyyən edilmiş, sonra həmin büküm zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra möhürlənmiş, o, və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuş. Polis Bölməsində üzərindən aşkar edilmiş kütləyə dair protokol tərtib olunmuş, o, və iştirakçılar tərəfindən imzalanmış, sonra Polis Bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən imza hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün müdafiəçi - vəkil təqdim olunmuş, sonra videoçəkiliş aparılaraq üzərindən aşkar olunmuş bükümün içərisində nə olması barədə soruşduqda içərisində olan kütlənin «patı» olmasını, həmin bükümün içərisində olan kütləni tutulduğu günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat verib, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmiş, sonra həmin büküm zərfə qoyulub möhürlənərək, o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılan və Polis Bölməsinə aparılan vaxtı ona qarşı heç bir zor və ya təzyiq olunmamasını bildirmişdir. Təqsirləndirilən şəxs X3 təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat tədbirləri həyata keçirilmişdir. 17 iyun 2025-ci il tarixdə saat 20:15 dəqiqədə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Sonra əməliyyat qrupunun iştirakı ilə videoçəkiliş aparılaraq, Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd ağ rəngli kağızın içərisində kütlə olan bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda «patı» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilmiş və 0.42 qram olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxsnun üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm zərfə qoyulub qablaşdırılaraq, möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs polis bölməsinə təqdim edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-67-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş «əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması haqqında» protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:15 dəqiqədə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq, ona qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub-olmaması və könüllü təqdim etməsi təklif olunmuş, sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 (bir) ədəd ağ rəngli kağızın içərisində kütlə olan bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda «patı» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümün elektron tərəzidə çəkilmiş və 0.42 qram olması, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilərək, şübhəli şəxsin üzərinə baxış keçirilən vaxtı həmin prosesin videoçəkiliş vasitəsi ilə qeydə alınaraq, Ul ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olubolmaması və könüllü təqdim etməsi təklif olunması, sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 (bir) ədəd ağ rəngli kağızın içərisində kütlə olan bükümü çıxardıb təqdim etməsi, həmin büküm barədə soruşduqda «patı» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirməsi, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümün elektron tərəzidə çəkilməsi və 0,42 qram olması, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri-qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılması, lakin heç bir qeyri-qanuni əşya, predmetin aşkar olunmaması müşahidə olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasında qeydə alınaraq, 1 (bir) ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Rzayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan, sonra dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 savlı Vəkil bürosunun vəkili X9 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş 1 (bir) ədəd zərfdə qablaşdırılmış kütlənin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin kütlənin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs «patı» kimi bildiyi psixotrop maddə metamfetaminin onun üzərindən aşkar olunmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb əldə etməsini bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalarla təsdiq olunması, sonra müdafiəçi X9 tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxtı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalıb-qalmaması barədə sual verdikdə ona qarşı heç bir təsir və ya təzyiqin olunmadığını bildirməsi və bununla da baxışın başa çatdırılması müşahidə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/510/2025 ksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə: Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: AR DİN «Zərflər üçün № 127» möhür ə: /imza/ Q.Məcidov; Təhqiqatçı /imza/ O.Rzayev» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,301 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,301 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,251 qram. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X5nın xx.xx.2025-ci il tarixli 4224 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, X3 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və əməlindən peşiman olmasını məhkəmə yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni məhkumluğunun olmamasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 iyun 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4224 nömrəli rəyinə əsasən X3 barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,251 qram psixotrop maddə olan metmfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış ) manat təqsirləndirilən şəxs X2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 17 iyun 2025-ci ildən 19 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qsəbəsiində yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilmin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,251 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-587/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-587/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver