Məhkəmə qərarları › İş №1(060)-588/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-588/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-588/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 04.04.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və 29.06.1991-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Modern Kids uşaq bağçasında dayə işləyən, əvəllər məhkum olunmamış, Qazax rayonu Qaymaqlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin fevral ayının oratalarında gizli yolla Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 7-8-12-ci məhəllədə yerləşən qarajın qapısının üzərindən oğurladığı 4 (dörd) manat dəyərindəki açarı qabaqcadan əlbir olduğu qohumu Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 29.04.2021-ci il tarixdə saat 21:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanının giriş qapısını Təqsirləndirilən şəxs2 verdiyi açar ilə açıb içəri qanunsuz daxil olaraq, yataq otağındakı termonun çəkməcəsindəki mücrüyə qoyulmuş Zərərçəkmiş şəxs məxsus üzəri briliant qaşlarla bəzənmiş 1 cüt sırqa, 1 ədəd sep, 1 ədəd klon, 1 ədəd bilərzik, 1 ədəd üzükdən ibarət, 750 əyarlı, 30 qram çəkidə dəyəri 3000 (üç min) manat olan komplekt qızıl dəsti, 750 əyarlı, 8 qram çəkidə dəyəri 760 (yeddi yüz altmış) manat olan 01 cüt qızıl sırqa, 585 əyarlı, 5 qram çəkidə, dəyəri 375 (üç yüz yetmiş beş) manat olan 01 ədəd qızıl üzük, 585 əyarlı, 5 qram çəkidə dəyəri 375 (üç yüz yetmiş beş) manat olan 01 ədəd qızıl üzük, üzərində briliant tək qaşı olan 750 əyarlı, 5 qram çəkidə, dəyəri 700 (yeddi yüz) manat olan 01 ədəd qızıl üzük, üzərində mirvari qaşları olan, 585 əyarlı, 6 qram çəkidə dəyəri 1000 (bir min) manat olan 01 ədəd qızıl boyunbağı, üzərində briliant qaşları olan, 583 əyarlı, 12 qram çəkidə, dəyəri 1200 (bir min iki yüz) manat olan 01 ədəd qızıl bilərzik, üzəri qara qaşlarla bəzədilmiş 1 cüt sırqa və 01 ədəd üzükdən ibarət, 583 əyarlı, 15 qram çəkidə, dəyəri 1125 (bir min yüz iyirmi beş) manat olan komplekt qızıl dəsti, briliant qaşlı, 583 əyarlı, 8 qram çəkidə, dəyəri 800 (səkkiz yüz) manat olan 01 ədəd qızıl üzük, 585 əyarlı, 4 qram çəkidə, dəyəri 300 (üş yüz) manat olan 01 ədəd qızıl bilərzik, 585 əyyarlı, 4 qram çəkidə, dəyəri 300 (üç yüz) manat olan 01 cüt qızıl sırqa, 585 əyarlı, 1 qram çəkidə, dəyəri 75 (yetmiş beş) manat olan 01 cüt qızıl sırqa, 585 əyarlı, 2 qram çəkidə, dəyəri 100 (bir yüz) manat olan 01 ədəd əridilmiş qızıl kütləsi, 585 əyarlı, 4,56 qram çəkidə, dəyəri 342 (üç yüz qırx iki) manat olan sarı rəngli metaldan, ulduz formalı, üzərində ağ və qara şəffaf qaşları olan 01 cüt sırqanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumlikdə 10456 (on min dörd yüz əlli altı) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qohumudur. Zərərçəkmiş şəxs isə təxminən 1 ildir ki tanıyırmış. Zərərçəkmiş şəxs onunla qohumu Sevinc tanış etmiş və aralarında normal münasibətlər olmuşdur. Təxminən il yarım öncə səhhətində yaranmış narahaçılığın müalicəsi ilə bağlı olaraq ona pul lazım olduğu üçün adını bildirmək istəmədiyi xanım tanışından 1500 manat faizə pul almışdır. Həmin pulu sonradan ödəyə bilmədiyi üçün pul şişib ümumlikdə 3700 manat borc olmuşdur. Həmin tanışı ondan borcunu geri istəsə də maddi vəziyyəti ilə bağlı olaraq pulu ödəyə bilməmişdir. Sonda həmin şəxs onu yaşadığı evə gələcəyi və olan borcu barədə əri Elsevər Baxışova məlumat verəcəyi ilə hədələmişdir. O, borca pul axtarmaq qərarına gəlmişdir. İlk olaraq bu barədə qohumu Sevincdən kömək istəmişdir. Sevincə kimə necə borcunun yaranmasını deməmişdir. Lakin Sevinc pul olmadığını bildirmişdir. 2021-ci ilin mart ayının əvvəllərində o, Sevinci yaşadığı evə dəvət etmişdir. Sevinc onlara gələn zaman bir neçə vaxt əvvəl tanışı Sevilin yaşadığı evin açarlarını qarajın üzərindən götürdüyünü, hazırda açarların özündə olduğunu o, istərsə açarları ona verə biləcəyini və onun Sevilin evinə daxil olub oradan lazım ola biləcək miqdarda nəsə oğurlaya biləcəyini deyib açarı ona təklif etmişdir. Lakin o, əvvəlcə buna etiraz etmişdir. Borcunun olmasını xatırlayıb məcbur açarı Sevincdən istəmişdir. Sevinc ona 2 ədəd açar vermişdir. Sevincin deməsinə görə açarlardan biri qarajın biri isə evin giriş-çıxış qapısının açarı olmuşdur. O, açarı Sevincdən təhvil almışdır. 29.04.2021-ci il tarixədək necə oğurluq edəcəyini düşünmüşdür. Ramazan ayı olduğu üçün Sevilə zəng edib ailəvi 3-cü mikrorayonda yerləşən Şaurma restoranına iftara dəvət etmişdir. Sevil ailəsi ilə birgə Şaurma Restoranına gəlmişdir. Təxminən 45 dəqiqə həmin şəxslərlə oturmuşdur. Sonra planı üzrə Sevilə yalandan işı olduğunu bildirib həmin şəxslərdən ayrılmışdır. 29.04.2021-ci il tarixdə təxminən saat 21:30 radələrində Sevilin yaşadığı evin həyətinə çatmışdır. Bloka daxil olub 5-ci mərtəbəyə qalxmışdır. Sol tərəfdəki Sevilə məxsus evin giriş çıxış qapısının açar yuvasına Sevincdən aldığı açarı daxil edib qapını açıb içəri daxil olmuşdur. Otaqları xəlvətcə əvvəlcə gəzmişdir. Düşünmüşdür ki, qızıllar yataq otağında olar. Odur ki, yataq otağına daxil olmuşdur. Yataq otağında girişdən sağda qoyulmuş güzgülü termonun birinci çəkməcəsini açanda balaca qara rəngli dəri materiallı mücrü görmüşdür. Həmin mücrünü açanda içərisində bir neçə sadə və briliant qaşlı cüt qızıl sırqa, qızıl üzük, qızıl bilərzik, kolye görmüşdür. Həmin zinət əşylarının hamısını mücrüdən çıxarıb cibinə yığmışdır. Dərhal evi tərk edib yaşadığı evə getmişdir. Oğurluq hadisəsi törətməyi barədə kimsəyə məlumat verməmişdir. Növbəti gün Sumqayıt şəhərində yerləşən Mərkəzi bazar deyilən yerdəki “Defakto” geyim əşylarının satışı dükanına bitişik qızıl zinət əşyalarının satışı dükanına getmişdir. Dükanda satıcı işləyən sonradan adının Bağır olduğunu bildiyi şəxsə ona məxsus qızıl-zinət əşylarının olduğunu, övladının əməliyyat olunacağını, odur ki, ona pul lazım olduğunu bu səbəbdən qızıllarını satdığını deyib həmin qızıllara yaxşı pul verərsə sataram demişdir. Bağır ona qızılları göstərməyi təklif etmişdir. O, oğurluq yolu ilə əldə etdiyi qızıllardan bir cüt sırqanı evdə qoymuşdur. Qalan qızılları Bağıra göstərmişdir. Lakin bir cüt sırqanı da cibində saxlamışdır. Bağır bütün qızıllara baxdıqdan sonra ona ağ qızıl almayacağını, ağ qızılları tanışının aldığını bildirib kiməsə zəng etmişdir. Qalan qızılları isə ondan lom qiymətinə alacağını deyib tərəzinin üzərinə qoymuşdur. Çəkiyə fikir verməmişdir. Bağır qızıllara 2110 manat verəcəyini demişdir. O, razılaşmışdır. Sonra Bağırın dəvəti ilə adının sonradan Röyal olduğunu bildiyi şəxs gəlmişdir. Ağ qızılları hesablayıb qiymətləndirib və nəticədə ona 2355 manat pul vermişdir. Həmin şəxslərdən ayrılmışdır. Yolda cibindəki qızıl sırqanı da satmaq qərarına gəlmişdir. Yolun digər tərəfinə keçib sonradan adının Şəhriyar olduğunu bildiyi şəxsə eyni səbəblə qızıl satdığını deyib qızıl sırqanı ona göstərmişdir. Şəhriyar həmin sırğanı ondan 540 manata almışdır. Qeyd etmişdir ki, qızıl alan şəxslərin heç biri ondan şübhələnməmişlər. O, əldə etdiyi gəlirdən 3700 manatını borclu olduğu şəxsə vermişdir. 200 manat pulu Sevincə yaşadığı evdə oğurluqdan əldə etdiyi gəlir barədə məlumat verib pay kimi təqdim etmişdir. Sevinc əvvəlcə qorxduğunu bildirsə də, sonra pulu ondan almışdır. 455 manat pulu hesab kartına yükləmişdir. 650 manat pulu isə özündə saxlamışdır. 455 manat pulun olduğu kartı və 650 manat nağd pulu, həmçinin oğurladığı qızllardan qalan yaşadığı evdə saxladığı bir cüt ulduz formalı qızıl sırqanı polis əməkdaşlarına təqdim etmişdir. Qızılları satdıqdan sonra Sevinci yaşadığı evə çağırmış, Sevincə Sevilin ailəsini iftara qonaq etdiyini, sonra gedib Sevilin evindən oğurluq etdiyini, əldə etdiyi qızılları satdığını bildirib gəlirdən Sevincə 500 manat verəcəyini bildirmiş, Sevinc onunla razılaşmış, ona həmin gün 200 manat pul vermiş, 300 manatını isə sonra verəcəyini bildirmişdir. Sevilin yaşadığı evinə daxil olmaqda istifadə etdiyi açarı 29.04.2021-ci il tarixdə 7-8-12-ci məhəllə ərazisində atmışdır. Törətdiyi əməldən peşmandır. Dəymiş ziyanı ödəmişdir, himayəsində dörd uşağı var. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğu üçün təxminən 11- 12 ildir ki aralarında gediş gəliş var. Zərərçəkmiş şəxs 7-8-12-ci məhəllə ev 15A, mənzil 22 ünvanında yaşayır, onlar mütəmadi olaraq əlaqə saxlayıb bir-birlərinə qonaq getmişlər. 2021-ci ilin fevral ayının əvvəllərində yaşadığı evə qonaq gəlmiş ərinin xalası qızı Təqsirləndirilən şəxs1 ona adını bildirmədiyi tanışına məbləğini bildirmədiyi, lakin böyük miqdarda borcunun olduğunu, borcu qaytara bilmədiyini, ailə üzvlərinin bundan xəbəri olmadığını, borc sahibinin yaşadığı evə gələcəyi barədə onu hədələdiyini, əgər borc sahibi gələrsə ailəsinin dağılacağını bildirib ondan 2000 manat borca pul istəmişdir. Lakin onda həmin məbləğdə pul olmadığı üçün Nərminə “xeyr” cavabı verməli olmuşdur. Təxminən 1 həftə sonra 2021-ci ilin fevral ayının oratalarında o, Sevilin evinə qonaq getmişdir. Sevil ilə həyətdə gəzmişlər. Saat 17 radələrində Sevil övladının beşiyini həyətlərindəki qaraja qoyanda qarajın açarının və əlavə başqa bir açarın qaraj qapısının üzərindəki açar yuvasında olduğunu görmüşdür. Həmin an Nərminənin ondan kömək istədiyi yadına düşmüşdür. Qərara gəlmişdir ki, açarı oğurlasın və Nərminəyə versin ki, Nərminə də bir vaxt Sevilin evinə gedib qapını rahat açmaqla içəridən lazım olacaq miqdarda oğurluq etsin. Sevilin başı qarışıq olan anda xəlvətcə açarı açar yuvasından çıxarıb cibinə atmışdır. Həmin gün heç nə olmamış kimi Sevillə sağollaşıb yaşadığı evə getmişdir. 2-3 gün sonra Sevil telefon danışığı zamanı ondan açarı görüb-görmədiyini soruşmuşdur. O, isə xəbərinin olmadığını bildirmişdir. 2021-ci ilin mart ayının əvvələrində Nərminə onların evlərinə qonaq gəlmişdir. O, Nərminəyə Sevilə məxsus evin açarlarını oğurladığını bildirib həmin açarı ona təqdim etmişdir ki Nərminə gedib Sevilin evinin qapısını asanlıqla açıb rahatlıqla daxil olub oradan istədiyini oğurlaya bilsin. Nərminə ona çox sağ ol demişdir. Lakin əldə olunan gəlirdən ona pul verəcəyini deməmişdir. 01.05.2021-ci il tarixdə Nərminə onun yaşadığı evə qonaq gəlmişdir. Nərminə ona 200 manat pul verərək “al bunu xərclik edərsən” demişdir. Həmin pulu necə əldə etdiyini Nərminədən soruşmamışdır. Aldığı 200 manat pulu yaşadığı evdə rəfə qoymuşdur. Nərminənin ona pul verməsi barədə heç kimə məlumat verməmişdir. 03.05.2021-ci il tarixdə onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etdikləri zaman Nərminənin bir neçə gün əvvəl onun oğurlayıb Nərminəyə verdiyi açarla qapını açıb Sevilin evindən təxminən 10.000 manat dəyərində qızıl zinət əşyaları oğurladığından məlumatı olmuşdur. Nərminənin ona verdiyi 200 manat pulu polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Nərminə xərclik üçün ona arada pul vermişdir, amma həmin məbləğ ən çox 20 manat olmuşdur. Nərminənin ona 200 manat pul verəndə həmin pulun oğurluq yolu ilə əldə edildiyini bilməmiş və ya bundan şübhələnməmişdir. Törətdiyi əməldən peşmandır, dəymiş ziyanı ödəmişlər, himayəsində azyaşlı uşaqları var. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 onun həmkəndlisi olduğunu, Təqsirləndirilən şəxs1 isə Sevincin tanışı kimi tanıdığını və onlara dair düşmənçilik və ya ədavət münasibətlərinin olmadığını bildirərək göstərdi ki, 26.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 onların evlərinə qonaq gəlmişdir. O, Sevinc ilə birgə həyətə düşmüşdür. Bir qədər gəzdikdən sonra Sevinc yaşadığı evinə getmişdir. Həmin gün o, qarajın və yaşayış evinin açarını itirdiyini bildirmişdir. Onlar açarın Sevincdə ola biləcəyini ehtimal edib Sevincə zəng etmək qərarına gəlmişlər. O, Sevinclə danışan zaman Sevinc açarın onda olmadığını bildirmişdir. Bir neçə gün açarı axtarsalar da tapa bilməmişlər. 29.04.2021-ci il tarixdə o, anası Zemfiraya Sevincin qohumu Nərminə adlı qızın onları ailəvi iftar üçün restorana dəvət etdiyini bildirmişdir. Həmin gün o, Anası Zemfira və həyat yoldaşı Filip ilə birgə Sumqayıt şəhəri 3-cü mikrorayonda yerləşən Şaurma restoranına getmişlər. Təxminən 30-35 dəqiqə Nərminə onlarla birgə bir stola əyləşmişdir. 30 dəqiqədən sonra Nərminə işinin çıxdığını bildirib getməli olacağını, lakin onların rahat əyləşib iftar məclisini davam etdirmələrini xahiş etmişlər. Onlar razılaşmışlar və Nərminə onlardan ayrılmışdır. Daha sonra Nərminəni görməmişlər. Həmin gün yaşadığları evə qayıdanda evdə hər hansı bir şübhəli şəraitlə qarşılaşmayıblar. 02.05.2021-ci il tarixdə onları ailəvi başqa bir tanışları qonaq çağırmışdır. O, qonaqlığa gedən zaman qızıl-zinət əşyaları taxmaq üçün yataq otağındakı termonun çəkməcəsini açıb içərəsindəki mücrünü götürüb onu da açarkən mücrünün içərisinin boş olduğunu görüb bu barədə evdəkilərə məlumat vermişdir. Həmin mücrünün daxilində ona məxsus aşağıdakı qızıl-zinət əşyaları olmuşdur: İtalya Respublikası istehsallı, üzəri briliant qaşlarla bəzənmiş 1 cüt sırqa, 1 ədəd sep, 1 ədəd klon, 1 ədəd bilərzik, 1 ədəd üzükdən ibarət, 750 əyyarlı, 30 qram çəkidə hazırda dəyəri 3000 manat olan komplekt qızıl dəst, İtaliya Respublikası istehsallı, 750 əyyarlı, 8 qram çəkidə hazırda dəyəri 600 manat olan 01 cüt qızıl sırqa, Türkiyə istehsallı, 585 əyyarlı, 5 qram çəkidə hazırda dəyəri 400 manat olan 01 ədəd qızıl üzük, Türkiyə istehsallı, 585 əyyarlı, 5 qram çəkidə hazırda dəyəri 400 manat olan 01 ədəd qızıl üzük, sifarişlə Bakı şəhərində kustar üsulla hazırlanmış, üzərində briliant tək qaşı olan 750 əyyarlı, 5 qram çəkidə, hazırda dəyəri 700 manat olan 01 ədəd qızıl üzük, Rusiya istehsallı, üzərində mirvari qaşları olan, 585 əyyarlı, 6 qram çəkidə hazırda dəyəri 1000 manat olan 01 ədəd qızıl boyunbağı, Rusiya istehsallı, üzərində briliant qaşları olan, 583 əyyarlı, 12 qram çəkidə, hazırda dəyəri 1200 manat olan 01 ədəd qızıl bilərzik, Rusiya istehsallı, üzəri qara qaşlarla bəzənmiş 1 cüt sırqa və 01 ədəd üzükdən ibarət, 583 əyyarlı, 15 qram çəkidə, hazırda dəyəri 1000 manat olan komplekt qızıl dəst, Rusiya istehsallı, briliant qaşlı, 583 əyyarlı, 8 qram çəkidə, hazırda dəyəri 800 manat olan 01 ədəd qızıl üzük, Türkiyyə istehsallı, 585 əyyarlı, 4 qram çəkidə, hazırda dəyəri 350 manat olan 01 ədəd qızıl bilərzik, Türkiyyə istehsallı, 585 əyyarlı, 4 qram çəkidə, hazırda dəyəri 350 manat olan 01 cüt qızıl sırqa, Türkiyyə istehsallı, 585 əyyarlı, 1 qram çəkidə, hazırda dəyəri 100 manat olan 01 cüt qızıl sırqa, Türkiyyə istehsallı, 585 əyyarlı, 2 qram çəkidə, hazırda dəyəri 100 manat olan 01 ədəd əridilmiş qızıl kütləsi, Rusiya istehsallı, 8 qram çəkidə, hazırda dəyəri 800 manat olan ulduz formalı 01 cüt qızıl sırqa, ümumilikdə cəm halında 10.800 manat dəyərində qızıl-zinət əşyaları. Anası Zemfira dərhal Azərbayacana Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə telefon məlumatı vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları müvafiq sənədlərşdirmə işləri aparmışlar. 03.05.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-də olan zaman onlara məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 törətmiş, Nərminənin oğurluq etməsinə isə bir neçə vaxt əvvəl onların evlərindən açarı oğurlamış Sevinc şəraiti yaratmışdır. Nərminə oğurladığı qızıllardan Rusiya istehsallı, 8 qram çəkidə, hazırda dəyəri 800 manat olan ulduz formalı 01 cüt qızıl sırqanı polis əməkdaşlarına qaytarmışdır. Qızıl-zinət əşyalarının oğurluğu nəticəsində 10.800 manat, 2 ədəd açarın oğurlanması nəticəsində 4 manat məbləğində, ümumilikdı ona 10.804 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ziyan ödənilmişdir, bu barədə istintaqa ərizə vermişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs istintaqa verdiyi 26.05.2021-ci il tarixli ərizədə göstərmişdir ki, ona dəymiş 10810 manat ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir maddi tələbi yoxdur, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Qalatasaray TM-də qızıl alqı satqısı dükanının sahibidir, orada satıcı kimi də işləyir. 30.04.2021-ci il tarixdə iş yerində olan zaman sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs gələrək övladı ağır xəstə olduğu üçün özünə məxsus olan qızılları satdığını bildirmişdir. O, qızılları göstərməsini deyəndə Nərminə cibindən bir neçə ədəd qaşlı qızllar çıxarıb ona təqdim etmişdir. Həmin qızlların sayını dəqiq olaraq bilməmişdir. Onların bəziləri üzük, bəziləri bilərzik, bəziləri sırqa, bəziləri kolye, biri isə komplekt tərkibli olmuşdur. Qızıllardan 39.1 qramı 583 əyyarlı, 33.2 qramı isə 750 əyyarlı olmuşdur. Orta bazar qiyməti 54 manat olduğundan o, hesablayıb 39.1 qram qızıla görə Nərminəyə 2110 manat pul ödəmişdir. Ağ qızılların alqı satqısı ilə məşğul olmadığı üçün tanışı qızıl alveril ilə məşğul olan Röyala zəng edib həmin şəxsi çağırmışdır. Röyal isə 33.2 qram ağ qızıla görə Nərminəyə 2355 manat pul ödəmişdir. Aldığları qızıllara görə qızıl və briliyantların alqı satqı kitabında qeydiyyat aparmışdır. Nərminənin şəxsiyyət vəsiqəsi üzrə anktet məlumatlarını götürmüşdür. 03.05.2021-ci il tarixdə polis əməkdaşları onu Sumqayıt ŞPİnin 4-cü PB-nə dəvət etdikləri zamanı öyrənmişdir ki aldığı qızıl məmulatları Nərminə tərəfindən törədilmiş oğurluq yolu ilə əldə edilmişdir. Aldığı qızıl məmumalatarını tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. O, qızıl məmulatlarını alan zaman onların oğurluq yolu ilə əldə edildiyindən qəti məlumatı olmamışdır. Şahid X2 ifadəsini şahid qismində dindirilmiş Şahid4 da təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 göstərdi ki, Sumqayıt şəhərində Mərkəzi Bazarın yaxınlığındakı dükanda zərgər işləyir. 30.04.2021-ci il tarixdə iş yerində olan zaman sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi 30-35 yaşlı hicablı qadın gələrək övladı ağır xəstə olduğu üçün özünə məxsus olan qızılları satdığını bildirmişdir. O, qızılları göstərməsini deyəndə Nərminə cibindən bir cüt qaşsız sadə 750 prob İtaliya istehsalı qızıl çıxarıb ona təqdim etmişdir. Həmin qızlın çəkisi 7,9 qram olmuş, bir qramını 69 manatdan hesablayıb Nərminəyə 545 manat pul vermişdir. 02.05.2021-ci ildə həmin sırqanı emal üçün tanışı Məhəbbətə vermişdir. Məhəbbət isə emal edib kolye yığıb tanımadığı müştəriyə satmışdır. 03.05.2021-ci il tarixdə polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etdikləri zamanı öyrənmişdir ki aldığı qızıl Nərminə tərəfindən törədilmiş oğurluq yolu ilə əldə edilmişdir. O, qızılı alan zaman oğurluq yolu ilə əldə edildiyindən məlumatı olmamışdır. İş materiallarında olan 02.05.2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs qızıl zinət əşyalarını yataq otağındakı dolaba qoyduğu mücrüdən oğurlandığını bildirməklə həmin mücrünü istintaq hərəkəti zamanı göstərmişdir. Baxış zamanı mənzilin giriş qapısının və eləcə də digər əşyaların üzərində fiziki təsir izləri aşkar edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək əksi çıxarılıb işə əlavə edilmişdir. (i.v. 1 cild, 07-11) İş materiallarında olan 03.05.2021-ci il tarixli təqdim etmə və götürmə protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında saxladığı 1 cüt qızıl sırqanı 29.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evindən gizli yolla talayaraq oğurladığını bildirməklə araşdırmaya təqdim etmişdir. Həmin 1 cüt qızıl sırqa sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. (i.v. 1 cild, 18-19) İş materiallarında olan 03.05.2021-ci il tarixli təqdim etmə və götürmə protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 29.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evindən gizli yolla talayaraq oğurladığı qızıl zinət əşyalarını satıb əldə etdiyi pulun 500 manatını plastik bank kartına yüklədiyini, 650 manat nağd pulun isə özündə olduğunu bildirməklə 500 manat pulun yükləndiyi **********301045 kesab kodlu Rabitəbanka aid plastik kart və 1 ədəd B 09394062 nömrəli 50 manatlıq, A 3431259, C 54257388, A 45045775, A 45614234, C 96278816, A 08248890 nömrəli 6 ədəd 100 manatlıq əskinaz təqdim olumuşdur. (i.v. 1 cild 20-21) İş materiallarında olan 03.05.2021-ci il tarixli təqdim etmə və götürmə protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 29.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evindən gizli yolla talayaraq oğurladığı qızıl zinət əşyalarını satıb əldə etdiyi pulun 200 manatını Təqsirləndirilən şəxs2 vermiş və Təqsirləndirilən şəxs2 C 76780117 və A 35874133 nömrəli 100 manat 2 ədəd əskinazı təqdim etmişdir. (i.v. 1 cild, 22-24) İş materiallarında olan X3 məxsus qızıl-zinət əşyalarının alqı satqı kitabına keçirilmiş baxış protokolundan görünür ki, 30.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 39,1 qram çəkidə qızıl zinət əşyalarını 2110 manata, 33,2 qram çəkidə qızıl zinət əşylarını isə 2355 manat qarşılığında satmışdır. (i.v. 1 cild, 90-96) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.06.2021-ci il tarixli 6/1987-9/3205 nömrəli rəyində göstərilmişdir ki, müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarının məlumatına və respublikada yerləşən ticarət şəbəkələrində mövcud olmuş qiymətlərə əsasən təqdim edilmiş 1 ədəd sırğa cütünün 2021-ci ilin aprel ayına olan dəyəri 342,0 manat müəyyən edilir. Təqdim olunmayan, nəzəri qiymətləndirmə üçün qərarda adları qeyd olunan məmulatların 2021-ci ilin aprel ayına olan nəzəri qiymətləri aşağıdakı kimi müəyyən olunur: üzəri brilyant qaşlarla bəzənmiş 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd kulon, 1 ədəd bilərzik, 1 ədəd üzükdən ibarət, 750 əyarlı, 30 qram çəkidə dəstin biliyant qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün qiymətləndirmə aparılmadı. 750 əyarlı, 8 qram çəkidə 1 ədəd sırğa cütü-760,0 manat, 585 əyarlı, 5 qram çəkidə 1 ədəd üzük – 375,0 manat, 585 əyarlı, 5 qram çəkidə 1 ədəd üzük – 375,0 manat, üzərində brilyant tək qaşı olan 750 əyarlı, 5 qram çəkidə 1 ədəd üzükbriliyant qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün qiymətləndirmə aparılmadı; Üzərində mirvarı qaşları olan, 585 əyarlı, 6 qram çəkidə 1 ədəd boyunbağı-450,0 manat, üzərində brilyant qaşları olan, 583 əyarlı, 12 qram çəkidə 1 ədəd qızıl bilərzik-briliyant qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün qiymətləndirilmə aparılmadı. Üzəri qara qaşlarla bəzənmiş 1 cüt sırğa və 01 ədəd üzükdən ibarət 583 əyarlı, 15 qram çəkidə dəst- 1125,0 manat, Brilyant qaşlı, 583 əyarlı, 8 qram çəkidə 1 ədəd üzük-briliyant qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün qiymətləndirilmə aparılmadı. 585 əyarlı, 4 qram çəkidə 1 ədəd bilərzik – 300,0 manat, 585 əyarlı, 4 qram çəkidə 1 cüt sırğa – 300,0 manat, 585 əyarlı, 1 qram çəkidə 1 cüt sırğa – 75,0 manat, 585 əyarlı, 2 qram çəkidə 1 ədəd əridilmiş qızıl kütləsinin – 100,0 manat, 2 ədəd açar-məlumat yetərli olmadığında qiymətləndirilmə aparılmadı. Tədqiqatın nəticəsi: təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, ulduz formalı, üzərində ağ və qara şəffaf qaşları olan sırğa cütü-üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,56 qramdır, qaşları qiymətli qaşlara aid deyil.Eksapertiza tədqiqatına təqdim olunan 1 ədəd sırğa cütünün 2021-ci ilin aprel ayına olan dəyəri 342,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim olunmayan məmulatların 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq 3860,0 manat müəyyən edilir. Qeyd edilən üzəri brilyant qaşlı məmulatların qaşlarının ölçüsü və keyfiyyəti məlum olmadığı üçün qiymətləndirilmə aparılmadı. (i.v. 1 cild 108-111) İş materiallarında olan sənədlərdəki məlumatlara əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaşadığı evindən oğurladığını bildirməklə araşdırmaya təqdim etdiyi 1 cüt qızıl sırqa, oğurluq qızıl zinət əşyalarını satıb gəlir əldə etdiyini bildirməklə, həmin gəlirdən istintaqa təqdim etdiyi 500 manat pulun yükləndiyi **********301045 kesab kodlu Rabitəbanka aid plastik kart, 1 ədəd B 09394062 nömrəli 50 manatlıq, 6 ədəd A 3431259, C 54257388, A 45045775, A 45614234, C 96278816, A 08248890 nömrəli 100 manatlıq pul əskinasları, Təqsirləndirilən şəxs2 təqdim etdiyi C 76780117 və A 35874133 nömrəli 100 manatlıq 2 ədəd pul əskinasları, X3 məxsus qızıl-zinət əşyalarının alqı-satqı kitabı maddi sübut kimi tanınmış, 1 cüt qızıl sırqa, 1 ədəd B 09394062 nömrəli 50 manatlıq, 8 ədəd A 3431259, C 54257388, A 45045775, A 45614234, C 96278816, A 08248890, C 76780117 və A 35874133 nömrəli 100 manatlıq pul əskinaslarının və **********301045 kesab kodlu Rabitəbanka aid plastik kartdan 500 manat pul çıxarılıb zərərçəkmiş Zərərçəkmiş şəxs xahişinə əsasən ona təqdim edilmiş, X3 məxsus qızıl-zinət əşyalarının alqı-satqı kitabının surətinin çıxarılıb işə əlavə edilmiş, kitabın əslinin sonuncuya qaytarılmış və **********301045 kesab kodlu Rabitəbanka aid plastik kart iş materiallarına əlavə edilmişdir. (i.v. 1 cild, 208-218) İş materiallarında olan qərara əsasən Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 16.06.2021-ci il tarixli 6/1987-9/3205 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi nəticəsində 10456 (on min dörd yüz əlli altı) manat məbləğində maddi ziyan dəyməsi əsas götürülmüşdür. (i.v. 1 cild, 206- 216) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamələrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqlarının olmadığı göstərilmişdir. (i.v. 1 cild, 204-205) İş materiallarında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 04 uşağı: 22.04.2012-ci il təvəllüdlü X6, 05.04.2014-cü il təvəllüdlü X8, 10.04.2015-ci il təvəllüdlü X7 və 26.02.2016-cı il təvəllüdlü X9 var. (i.v. 1 cild, 182-186) İş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. (i.v. 1 cild, 187) İş materiallarında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 02 uşağı: 17.05.2012-ci il təvəllüdlü X5 və 27.07.2014-cü il təvəllüdlü X10 var. (i.v. 1 cild, 189- 197) İş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. (i.v. 1 cild, 198) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1dan və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 cüt qızıl sırqa, 1 ədəd B 09394062 nömrəli 50 manatlıq, 8 ədəd A 3431259, C 54257388, A 45045775, A 45614234, C 96278816, A 08248890, C 76780117 və A 35874133 nömrəli 100 manatlıq pul əskinasları və **********301045 kesab kodlu Rabitəbanka aid plastik kartdan 500 manat pul çıxarılıb zərərçəkmiş Zərərçəkmiş şəxs xahişinə əsasən ona təqdim edilmiş, X3 məxsus qızıl-zinət əşyalarının alqı-satqı kitabının surəti çıxarılıb işə əlavə edilmiş, kitabın əsli sahibinə qaytarılmış və **********301045 kesab kodlu Rabitəbanka aid plastik kart iş materiallarına əlavə edilmişdir. Ona görə də, 1 cüt qızıl sırqa, 1 ədəd B 09394062 nömrəli 50 manatlıq, 8 ədəd A 3431259, C 54257388, A 45045775, A 45614234, C 96278816, A 08248890, C 76780117 və A 35874133 nömrəli 100 manatlıq pul əskinasları və **********301045 kesab kodlu Rabitəbanka aid plastik kartdan 500 manat pulun çıxarılıb zərərçəkmiş Zərərçəkmiş şəxs, X3 məxsus qızıl-zinət əşyalarının alqı-satqı kitabının əslinin isə X3 verilməsi nəzərə alınaraq sahiblərinə qaytarılmış hesab edilməli, **********301045 kesab kodlu Rabitəbanka aid plastik kart sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq (məhkəmə və istintaq orqanının çağırışlarına gedibgəlmək istisna olmaqla), elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar - 1 cüt qızıl sırqa, 1 ədəd B 09394062 nömrəli 50 manatlıq, 8 ədəd A 3431259, C 54257388, A 45045775, A 45614234, C 96278816, A 08248890, C 76780117 və A 35874133 nömrəli 100 manatlıq pul əskinasları və **********301045 kesab kodlu Rabitəbanka aid plastik kartdan 500 manat pulun çıxarılıb zərərçəkmiş Zərərçəkmiş şəxs verilməsi nəzərə alınaraq sahibinə qaytarılmış hesab edilsin, X3 məxsus qızıl-zinət əşyalarının alqı-satqı kitabının əslinin X3 verilməsi nəzərə alınaraq sahibinə qaytarılmış hesab edilsin, **********301045 kesab kodlu Rabitəbanka aid plastik kart sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar