Məhkəmə qərarları › İş №1(060)-589/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-589/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-589/2025 12.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il, Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, subay,iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış,fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,430 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, 09 may 2025-ci il tarixdə, saat 12:32-də, Sumqayıt şəhəri, Xəzər Bağları ərazisi, Qız Qalası küçəsində yerləşən 104 nömrəli evin qarşısında saxlanılaraq üzərinə baxış keçirilərkən, onun əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə 0,430 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli vaxtdır ki, metamfetamindən istifadə edir. Metamfetamini çəkmək yolu ilə qəbul edir. Sonuncu dəfə saxlanıldığı ərəfələrdə narkotik vasitədən istifadə etmişdir. 09 may 2025-ci il tarixdə səhər saatlarında Novxanıda tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata bir büküm metamfetamin almışdır. Həmin gün Sumqayıt şəhəri, Xəzər Bağları, Qız Qalası küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, üzərindən pati aşkar edilmişdir. Bir çox şey dəqiq yadında deyil. Hər şeyi istintaq zamanı olduğu kimi göstərmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməlindən peşimandır. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, həmin uşaqlarının alimentinin onun tərəfindən ödənilməsini, yaşlı valideyinlərinə də onun baxdığını, ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, təxminən saat 12:32 radələrində, Sumqayıt şəhəri, Xəzər bağları, Qız Qalası küçəsi, ev 104 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını, videoçəkilişlə onun üzərinə baxış keçiriləciyini bildirmişlər. Bundan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya, yaxud predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynində olan şalvarın sağ yan cibində içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bükümü çıxarıb təqdim etmişdir. Büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,33 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin büküm zərfə qoyulub xüsusi qaydada qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 128 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və üzərindən onun özünə məxsus şəxsiyyət vəsiqəsi, Leobank kartı, 2 manat pul, 2 ədəd şpris və 1 ədəd alışqan aşkar edilmiş, lakin həmin əşyalar iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişdir. Polis bölməsində olan zaman ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 təqdim olunmuşdur. Daha sonra isə, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Əvvəlcə, təhqiqatçı onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya, yaxud predmet vardırsa, təqdim etməsini təklif etmişdir. O, üzərində qanunla qadağan olunmuş heç bir əşya, predmet olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya, predmet aşkar olunmamışdır. Təhqiqatçı saxlanıldığı zaman onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə bükümü olan zərfi açaraq baxış keçirəcəyini bildirmişdir. Zərf təhqiqatçı tərəfindən açılmışdır. O, təhqiqatçının suallarına cavab olaraq, saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd psixotrop maddə bükümünü saxlanıldığı gün, səhər saatlarında, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 10 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra büküm elektron tərəzidə çəkilərək, çəkisinin 0,52 qram olduğu müəyyən edilmiş, büküm təhqiqatçı tərəfindən yenidən qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Sonda isə o, müdafiəçinin suallarına cavab olaraq saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Xəzər bağları, Qız Qalası küçəsi, ev 104 ünvanının qarşısında “pusqu” qurmuşlar. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüş və həmin ərazinin yaxınlığında saat 12:32-də onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa, təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı şəxs bükümün içərisində “şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyi və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,33 qram olduğu müəyyən edilmişdir. Bundan sonra saxlanılan şəxs müvafiq istintaq hərəkətlərinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təhvil verilmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 11 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Məlikəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/299 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ..” əl yazıları olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,430 qram ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddd-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (siyahı 1) daxildir. Məhkəmə-kimvəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/299 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməli və istintaq materiallarına əlavə edilməlidir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.430 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0.380 qram çəkidə psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2805 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “baxış və götürmə” və “şəxsi axtarış” istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağları, Qız Qalası küçəsi, ev 104 ünvanının qarşısında olarkən Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və onun icazəsi ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməzdən əvvəl üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyaların olubolmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bükümün ona məxsus olduğunu söyləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü saxlanıldığı gün, səhər saatlarında, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Büküm elektron tərəzidə çəkilərək çəkisinin 0.33 qram olduğu müəyyən edilmiş, qablaşdırılaraq AR DİN 128 saylı möhürü ilə möhürlənmiş, imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, Leobank kartı, 2 manat pul, 2 ədəd şpris və 1 ədəd alışqan aşkar olunmuşdur. Aşkar olunmuş əşyalar iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Daha sonra sənədləşmə işlərinin aparılması üçün şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunmuşdur. Sonda polis əməkdaşı çəkilişin dayandırılacağını bildirir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Bundan sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi X6 təqdim edir. Təqsirləndirilən şəxs vəkilə heç bir etirazının olmadığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini bildirir. Bundan öncə, ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet vardırsa, təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heç bir əşya, predmet olmadığını bildirir. Bundan sonra təhqiqatçı şəxsi axtarış keçirir. Şəxsin üzərindən heç bir qadağan olunmuş əşya, predmet aşkar edilmir. Daha sonra təhqiqatçı şəxs saxlanılarkən üzərindən aşkar olunmuş psixotrop maddə bükümü olan 01 (bir) ədəd zərfi açır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin özünə məxsus olduğunu, həmin bükümü saxlanıldığı gün, səhər saatlarında, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 10 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilərək, çəkisinin 0,52 qram olduğu müəyyən edilmişdir. Bundan sonra büküm təhqiqatçı tərəfindən yenidən qablaşdırılır, möhürlənir və onlar tərəfindən imzalanır. Əlavə olaraq, Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012 və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Beləliklə, X2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və əməlindən peşiman olmasını məhkəmə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni himayəsində azyaşlı uşaqlarının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək peşimançılıq çəkməsini, məhkumluğunun olmamasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 09 may 2025-ci il tarixdən 11 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2805 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,380 qram psixotrop maddə olan metmfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 may 2025-ci ildən 11 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,380 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar