Məhkəmə qərarları › İş №1(060)-59/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-59/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-59/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi –X12 oğlunun, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri Sumqayıt Regional Vəkidl Bürosunun vəkili X4 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi1,Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi -Sumqayıt Regional Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, subay, ali təhsilli, Azərbayjan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər X13 Xəstəxanasının neyrocərrahiyə şöbəsində həkim neyrocərrah vəzifəsində işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 39, mənzil 11-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, ali təhsilli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər X13 Xəstəxanasının terapiya şöbəsində həkim terapevt vəzifəsində işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20 B, mənzil 24də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 14 fevral 2020-ji il tarixdə, saat 09:00-dan, saat 21:00-dək Sumqayıt şəhər X14 Xəstəxanasında həkim neyrojərrah kimi növbədə olarkən, saat 19:25-də xəstəxananın qəbul şöbəsinə multipli qıjolma ilə müşayiət olunan epileptik statusla daxil olmuş xəstə Zərərçəkmiş şəxs1, qanunverijiliyə və xüsusi qaydalara müvafiq olaraq kömək etməyə borjlu olduğu halda, üzürlü səbəblər olmadan onun vəziyyətini düzgün qiymətləndirməmiş, zəruriyyətlə bağlı diaqnozun təyin edilməsi üçün müvafiq müayinə planı verməmiş və qüsurlu tibbi xidmət göstərməsi nətijəsində Namiq Həsnovun, bir saat otuz beş dəqiqədən sonra, kəskin işemik xəstəliyi nətijəsində baş vermiş miokard infarktından ölümünə səbəb olmuşdur. Bundan başqa, istintaq zamanı müəyyən olunmuşdur ki, X3 14 fevral 2020-ci il tarixdə, saat 09:00-dan, saat 21:00-dək Sumqayıt şəhər X13 Xəstəxanasında həkim terapevt kimi növbədə olarkən, saat 19:25-də xəstəxananın qəbul şöbəsinə multipli qıcolma ilə müşayiət olunan epileptik statusla daxil olmuş xəstə Zərərçəkmiş şəxs1, qanunvericiliyə və xüsusi qaydalara müvafiq olaraq kömək etməyə borclu olduğu halda, üzürlü səbəblər olmadan onun vəziyyətini düzgün qiymətləndirməmiş, zəruriyyətlə bağlı diaqnozun təyin edilməsi üçün müvafiq müayinə planı verməmiş və qüsurlu tibbi xidmət göstərməsi nəticəsində Namiq Həsnovun, bir saat otuz beş dəqiqədən sonra, kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokard infarktından ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası CM-nin 142.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirkar bilməyərək, ifadəsində göstərdi ki, 2014 – 2019-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində ali təhsil alandan sonra, 27 dekabr 2019-cu il tarixdə Sumqayıt şəhər X13 Xəstəxanasının neyrocərrahiyə şöbəsinə həkim neyrocərrah vəzifəsinə təyin edilmiş, 07 yanvar 2020-ci il tarixdən işə çıxmış və hal-hazırdada həmin vəzifədə çalışır.14 fevral 2020-ci il tarix, saat 09:00-dan, saat 21:00-a kimi Sumqayıt şəhər X13 Xəstəxanasında həkim neyrocərrah kimi növbədə olmuş və ondan başqa, həmin gün növbədə bir neçə həkim, orta və kiçik tibbi personalda olmuşdur. 14 fevral 2020-ci il tarixdə, saat 19:25 radələrində, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə xəstə Zərərçəkmiş şəxs1 qəbul edilmişdir. Həmin vaxt xəstəxananın qəbul şöbəsinin orta tibb işçisi, tibb bacısı Şahid3, xəstə Zərərçəkmiş şəxs1 müayinə etmək üçün, onu, xəstəxananın qəbul şöbəsinə çağırmışdır. Xəstəxanaya gətirilərkən, xəstə Zərərçəkmiş şəxs1 artıq miqdarda alkoqol qəbul etmiş, bundan sonra, vəziyyəti pisləşmiş və ambulans avtomobili ilə Sumqayıt şəhər X13 Xəstəxanasına gətirilmişdir. Ambulans həkiminin bildirdiyinə görə, xəstə Zərərçəkmiş şəxs1 qıcolma müşahidə edilmiş, lakin, xəstəxananın qəbul şöbəsində müayinə zamanı o, xəstə Zərərçəkmiş şəxs1 qıcolma müəyyən etməmişdir. Belə ki, o, xəstə Zərərçəkmiş şəxs1 klinik-nevroloji müayinə edərək, onun huşunun aydın olduğunu, onda, qıcolma olmadığını, ümumi beyin əlamətinin və məhəlli əlamətlərin olmadığını müəyyən etmişdir. Bundan başqa, o, xəstə Zərərçəkmiş şəxs1 barəsində, həmin vaxt xəstəxananın qəbul şöbəsində olan onun oğlu X12 oğlundan anamnestik məlumat toplamış və oğlu, atasının, bir neçə ildir ki, «xroniki alkoqolizm» xəstəliyindən əziyyət çəkdiyini, buna görə stasionar müalicə aldığını və xəstəxanaya gətirilən gündə yüksək miqdarda spirtli içki qəbul etdiyindən, vəziyyətinin pisləşdiyini bildirmişdir. Ona görə də, xəstə Zərərçəkmiş şəxs1, ümumi beyin əlamətləri və ocaqlı əlamətlər oldmadığından, onun kompyuter tomoqrafiyası müayinəsindən keçməsinə ehtiyac olmamış, lakin, onda, alkoqol iyi hiss olunduğu üçün, o, növbətçi tibb bacısına, xəstə Zərərçəkmiş şəxs1 müayinə etmək üçün, həmin gün növbədə olan xəstəxananın növbətçi həkim terapevtini çağırmasını bildirmiş və növbətçi tibb bacısı Şahid3, həmin gün növbədə olan xəstəxananın terapiya şöbəsinin növbətçi həkim terapevti Təqsirləndirilən şəxs2 çağırmışdır. Bundan sonra, xəstəxananın növbətçi həkim terapevti Təqsirləndirilən şəxs2 gələrək, xəstə Zərərçəkmiş şəxs1 müayinə etməyə başlamışdır. Onu isə həmin vaxt xəstəxananın reanimasiya şöbəsində yatan başqa ağır xəstə ilə bağlı reanimasiya şöbəsinə çağırmışlar və o, xəstə Zərərçəkmiş şəxs1 həkim terapevt Təqsirləndirilən şəxs2 təhvil verərək, həmin xəstəyə tibbi yardım göstərmək məqsədi ilə reanimasiya şöbəsinə getmişdir. Bundan başqa, o, Sumqayıt şəhər TTYX-nın qəbul jurnalına yanlışlıqla, səhvən ambulans həkiminin çıxartdığı diaqnozu qeyd etmiş, yəni, ambulans həkiminin, xəstə Zərərçəkmiş şəxs1 qoyduğu «multipl qıcolma müşahidə olunmaqla, epileptik status» yazısını yazmış, bu texniki səhv olmuş, hal bu ki, o, həmin jurnala öz müayinəsinin nəticəsini, yəni, xəstə Zərərçəkmiş şəxs1, qıcolmanın və ümumi beyin və ocaqlı əlamətlərin olmadığını qeyd etməli olmuş və bundan sonra, növbətçi həkim terapevt gəlib, xəstəyə diaqnoz qoymalı olmuşdur.Tərəfindən xəstəyə relanium iynəsi vurulmamışdır. Daha sonra isə ona məlum olmuşdur ki, xəstə Zərərçəkmiş şəxs1, xəstəxananın qəbul şöbəsinə daxil olandan 1 saat 35 dəqiqə sonra, xəstəxananın qəbul şöbəsində ölmüşdür. O, xəstə Zərərçəkmiş şəxs1 klinik-nevroloji müayinə etmiş, yəni, onun huşunu və davranışını araşdırmış, göz bəbəklərinin işığa reaksiyasını yoxlamış, yuxarı və aşağı ətraflarında hərəkət və hissiyyatın həcmini araşdırmış, vətər-sümük üstlüyü reflekslərini yoxlamış və xəstə Zərərçəkmiş şəxs1 oğlu Sahib Həsənovdan onun barəsində anamnestik, yəni, şifahi məlumat toplamışdır. Xəstə Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə daxil olduqda, onun huşu aydın olduğundan, ümumi beyin və ocaqlı əlamətlər, kəskin neyrocərrahi patoloqiya olmadığından, onun tərəfindən həmin xəstənin instrumental müayinəsinə, yəni, kompyuter tomoqrafiyası, rentgen müayinəsi və digər müayinələrdən keçirilməsinə ehtiyac olmamışdır. Xəstə Zərərçəkmiş şəxs1 alkoqol intoksikasiyası fonunda ağ ciyər və ürək problemləri olduğundan şübhələndiyi üçün, qəbul şöbəsində olan tibb bacısı Şahid3 növbətçi həkim terapevti çağırmasını bildirmiş və növbətçi həkim terapevt Təqsirləndirilən şəxs2 qəbul şöbəsinə gəldikdə, onada, xəstə Zərərçəkmiş şəxs1 barəsində olan eyni fikirləri şifahi olaraq bildirmişdir. Tibb işçisinin peşə fəaliyyətinin pozulmasına dair komisyon məhkəmə-tibbi ekspertizasının 13.06.2020-ci il tarixli, 221/KEŞ saylı rəyində göstərilənlərlə razı deyildir, çünki, o, xəstə Zərərçəkmiş şəxs1 klinik-nevroloji müayinə etmiş, ümumi beyin əlamətləri və ocaqlı əlamət aşkar edilmədiyi üçün, instrumental müayinənin aparılmasına ehtiyac bilməmiş, xəstədə kəskin neyrocərrahi patologiya aşkar etməmiş, ekspertiza rəyində göstərilən ölümün səbəbinin miokard infarktından baş verdiyinin göstərilməsidə bunu təsdiq edir, ölümün səbəbinin neyrocərrahın, yəni, onun ixtisasına aid olmadığını bildirmişdir. Xəstə Zərərçəkmiş şəxs1 diaqnozunun dəqiqləşdirilməsi və ona zəruri yardımın göstərilməsi üçün, növbətçi həkim terapevt Təqsirləndirilən şəxs2 çağırtdırmışdır. Ona görə də, o, 14 fevral 2020-ci il tarixdə, saat 19:25-də, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs1 düzgün diaqnoz qoymamaqla, ona, lazımı tibbi xidmət göstərməyərək, ölümündə özünü təqsirkar bilmir. Bəli, ola bilsin ki, o, xəstə Zərərçəkmiş şəxs1 bundanda artıq tibbi xidmət göstərə bilərdi, lakin, gənc mütəxəssis olduğu üçün, ola bilsin ki, lazımı nəticəyə nail ola bilməmişdir.Təqsirləndirilən şəxs1 hadisənin onun daha gənc və təcrübəsiz olduğu vaxtlarda baş verdiyini, həmin vaxtı heç xəstəxananın özünə tam bələd olmadığını bildirərək Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-nin 142.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirkar bilməyərək, ifadəsində göstərdi ki, 1969 – 1975-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində ali təhsil almış, 06 oktyabr 1975-ci il tarixdən Sumqayıt şəhər X13 Xəstəxanasının terapiya şöbəsində həkim terapevt vəzifəsində işləyir, 2015-ci ildən həmin vəzifədə əmək müqaviləsi əsasında çalışır. 14 fevral 2020-ci il tarix, saat 09:00-dan, saat 21:00-a kimi Sumqayıt şəhər X13 Xəstəxanasında həkim terapevt kimi növbədə olmuş və ondan başqa, həmin gün növbədə bir neçə həkim, orta və kiçik tibbi personalda olmuşdur. 14 fevral 2020-ci il tarixdə, saat 19:25 radələrində, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə xəstə Zərərçəkmiş şəxs1 ambulans avtomobili ilə daxil olmuşdur. Ambulans həkiminin bildirdiyinə görə, xəstə Zərərçəkmiş şəxs1 qıcolma müşahidə edilmiş, ona görə də, bu həkim neyrocərrahın sahəsinə aid olduğundan, ilkin olaraq, həmin vaxt növbədə olan xəstəxananın neyrocərrahiyə şöbəsinin həkim neyrocərrahı Təqsirləndirilən şəxs1 xəstəni müayinə etməyə xəstəxananın qəbul şöbəsinin tibb bacısı Şahid3 tərəfindən qəbul şöbəsinə çağırılmışdır. Həkim nevropatoloq Təqsirləndirilən şəxs1 xəstə Zərərçəkmiş şəxs1 müayinə edərək, onda, qıcolma müəyyən etmədiyindən, lakin, həmin xəstədə alkoqol intoksikasiyası olduğundan şübhələndiyinə görə və bu, onun sahəsinə aid olduğundan, tibb bacısı Şahid3 vasitəsi ilə onu, xəstəxananın qəbul şöbəsinə çağırtdırmışdır. O, xəstəxananın qəbul şöbəsinə gedərək, xəstə Zərərçəkmiş şəxs1 yaxınlaşıb, ona baxdıqdan sonra, onda alkoqol iyi və alkoqoldan zəhərlənməsini, yəni, intoksikasiya hiss etməmiş və həkim neyrocərrah Təqsirləndirilən şəxs1lə məsləhətləşib, Təqsirləndirilən şəxs1, xəstə Zərərçəkmiş şəxs1 oğluna, atasını, xəstəxanaların birinin nevrologiya şöbəsində, ya da, evdə ambulator şəraitdə müalicə etmək məsləhət bildiyini bilmişdir. Həmin vaxt xəstənin oğlu, atasını evə aparmaq istədiyini bildirmiş, o da, işlədiyi terapiya şöbəsinə öz otağına qalxmış və xəstəxananın reanimasiya şöbəsinə dəm qazından zəhərlənmiş başqa xəstə daxil olduğundan, həmin xəstəyə tibbi yardım göstərmək üçün, reanimasiya şöbəsinə getmişdir. Daha sonra isə ona, xəstə Zərərçəkmiş şəxs1, xəstəxananın qəbul şöbəsinə daxil olandan 1 saat 35 dəqiqə sonra, xəstəxananın qəbul şöbəsində öldüyü məlum olmuşdur. 14 fevral 2020-ci il tarixdə, saat 19:25-də, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs1 baxdıqdan sonra, o, ondan alkoqol iyinin gəlmədiyini hiss etmiş və buna görə də, onun alkoqoldan zəhərlənmədiyi nəticəsinə gəlmiş, həm buna görə, həm də, xəstə huşsuz olduğuna görə, əslində Təqsirləndirilən şəxs1 özü tərəfindən həmin xəstənin müayinə edilməli olduğunu hesab edib, öz otağına qayıtmış və daha sonra, xəstəxananın reanimasiya şöbəsinə daxil olmuş dəm qazından zəhərlənmiş digər xəstəyə tibbi yardım göstərməyə getmişdir. O ki qaldı, xəstə Zərərçəkmiş şəxs1 alkoqol sərxoşluğuna, o, həmin xəstədə spirtli içkinin iyini hiss etməmişdir. Ola bilsin ki, xəstəxanaya daxil olarkən, Zərərçəkmiş şəxs1 yüngül dərəcəli alkoqol sərxoşluğu olmuş, lakin, o, bunu hiis etməyə bilərdi. O, xəstə Zərərçəkmiş şəxs1 xaricdən, yəni, vezual müayinə etmiş və onun təziqini ölçmüş, görmüşdür ki, Zərərçəkmiş şəxs1 xəstəliyi onun sahəsinə aid deyil, ona görə də, başqa heç bir müayinə etməmişdir. Xəstə Zərərçəkmiş şəxs1 həkim neyrocərrah Təqsirləndirilən şəxs1 ətraflı müayinə etməli olmuş, çünki, bu, onun sahəsinə aid olmuşdur. Xəstə Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə huşsuz halda daxil olduğundan və onda qıcolma əlamətləri olduğundan, onun tərəfindən Zərərçəkmiş şəxs1 instrumental müayinəsinə ehtiyac olmamış, Zərərçəkmiş şəxs1 növbətçi həkim neyrocərrah Təqsirləndirilən şəxs1 instrumental müayinə etməli olmuş, yəni, kompyuter tomoqrafiyası, rentgen müayinəsi və digər müayinələrdən keçirilməli olmuşdur. Tibb işçisinin peşə fəaliyyətinin pozulmasına dair komisyon məhkəmə-tibbi ekspertizasının 13.06.2020-ci il tarixli, 221/KEŞ saylı rəyi ilə razı deyil, çünki, onu, xəstə Zərərçəkmiş şəxs1 olan alkoqol intoksikasiyası ilə əlaqədar xəstəxananın qəbul şöbəsinə çağırmışlar, o isə Zərərçəkmiş şəxs1 alkoqol sərxoşluğun əlamətlərini hiss etməmiş və ona görə də, xəstə Zərərçəkmiş şəxs1 ətraflı instrumental müayinəsi növbətçi həkim neyrocərrah Təqsirləndirilən şəxs1 sahəsinə aid olduğundan, həmin xəstəni Təqsirləndirilən şəxs1 ixtiyarına qoyub getmişdir. Ona görə də, 14 fevral 2020-ci il tarixdə, saat 19:25-də, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs1 düzgün diaqnoz qoymamaqla, ona, lazımı tibbi xidmət göstərməyərək, ölümündə özünü təqsirkar bilmir, çünki, Zərərçəkmiş şəxs1 müalicəsi onun sahəsinə aid olmadığından, o, Zərərçəkmiş şəxs1 həkim neyrocərrah Təqsirləndirilən şəxs1 öhtəsinə buraxmışdır.Təqsirləndirilən şəxs2 46həkim təcrübəsinin olduğunu. İndiyənədək bir dəfə də olsa töhmət belə almadığını, xəstə Zərərçəkmiş şəxs1 ölümündən dolayı təəssüf hissi keçirtdiyini bildirərək ona bəraət verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 oğlu ifadəsində göstərdir ki, mərhum atası Zərərçəkmiş şəxs1 ilə münasibətləri həmişə yaxşı olmuş, atası fərdi qaydada rəngsaz işləməklə, ailələrini dolandırmışdır. 14 fevral 2020-ci il tarixdə, günorta radələrində, atası Zərərçəkmiş şəxs1 evdə bir qədər spirtli içki qəbul etdikdən sonra, dincəlmək üçün, öz otağına keçmişdir. Saat 18:00 radələrində atası Zərərçəkmiş şəxs1 vəziyyəti pisləşmiş, belə ki, atası qıcolma vəziyyətinə düşmüşdür. Həmin vaxt evdə ondan başqa anası Zülfiyyə Paşayevada olmuşdur. O, qorxduğundan, X13 Stansiyasına zəng etmiş və təxminən yarım saatdan sonra, TTYS-nın əməkdaşları gəlmişlər. Onlar, atası Zərərçəkmiş şəxs1 özünə gətirmək üçün, bir neçə iynə-dərman vurmuşlar, lakin, həmin dərmanların adını yadında saxlamamışdır. X13 Stansiyasının əməkdaşları, atası Zərərçəkmiş şəxs1 vəziyyəti pis olduğu üçün, onu, Sumqayıt şəhər X13 Xəstəxanasına gətirmişlər. Həmin vaxt atası Zərərçəkmiş şəxs1 sərbəst ünsiyyətə daxil ola bilməmişdir. Saat 19:25-də atası Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər X13 Xəstəxanasına gətirmişlər. Xəstəxanaya daxil olanda, orada nevropatoloq olan Tural adlı həkim olmuşdur. Həkim nevropatoloq Tural sadəcə yaxınlaşaraq, kənardan atası Zərərçəkmiş şəxs1 müşahidə etmiş və səthi olaraq, atasını üzdən müayinə etmişdir. O, həkim nevropatoloq olan Turaldan, atası Zərərçəkmiş şəxs1 tibbi yardım göstərməsini xahiş etdikdə, Tural bundan imtina edərək, qıcolma vəziyyətində atasına heç bir kömək göstərilməyəcəyini, həmin vəziyyət aradan qalxdıqdan sonra, atasının müşahidə altında saxlanıla biləcəyini bildirmiş, lakin, bununla əlaqədar heç bir tədbir görməmiş və növbətçi həkim terapevt Təqsirləndirilən şəxs2 çağırmışdır. Təqsirləndirilən şəxs2 xəstəxananın qəbul şöbəsinə düşdükdən sonra, Turalla aralarında mübahisə olmuş və Təqsirləndirilən şəxs2, onun atası Zərərçəkmiş şəxs1, onun sahəsinə aid xəstə olmadığını bildirib, atasına tibbi kömək göstərməkdən imtina edərək, yuxarı mərtəbədə yerləşən xidməti otağına qayıtmışdır. Həmin vaxt həkim neyrocərrah Turalda çıxıb getmişdir. Bir qədər sonra, atası Zərərçəkmiş şəxs1 sakitləşmiş və atasında qıcolma vəziyyəti dayanmışdır. O, əmisi Fəyyar Həsənovla birlikdə həkim terapevt Təqsirləndirilən şəxs2 otağına getmişlər və Təqsirləndirilən şəxs2, bir daha atası Zərərçəkmiş şəxs1 kömək göstərməsini xahiş etmişlər, çünki, atası danışa bilməmiş və huşsuz vəziyyətdə olmuşdur. Həkim terapevt Təqsirləndirilən şəxs2 onlarla kobud danışaraq, atası Zərərçəkmiş şəxs1 spirtli içkiyə görə bu vəziyyətə düşdüyünü, onların, atasını narkoloji dispanserə aparmalı olduqlarını, lakin, həmin vaxt narkoloji dispanserin bağlı olduğunu, ona görə də, həmin vaxt atasını evə aparmasını və növbəti gün səhər narkoloji dispanserə aparmasını bildirmişdir. Bundan sonra, o, aşağı düşmüş və bir qədər sonra, atası Zərərçəkmiş şəxs1 yaxınlaşdıqda, artıq atasının xərəkdə huşsuz vəziyyətdə olduğunu görmüşdür. Saat 21:00-da xəstəxananın qəbul şöbəsində olan tibb bacıları atsı Zərərçəkmiş şəxs1 yaxınlaşıb, nəbzinə baxdıqda, artıq atasının keçindiyini bildirmişlər. O da, saat 19:25-dən etibarən 1 saat 35 dəqiqə ərzində həkimlərin, atası Zərərçəkmiş şəxs1 heç bir tibbi yardım göstərməmələrinə, müayinə etmədiklərinə əsəbləşərək, DİN-nin «102» xidmətinə şikayət etmişdir. Həm Təqsirləndirilən şəxs1, həmdə, Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu, onların, növbətçi həkimlər olduqları halda, saat 19:25-də xəstəxanaya gətirilərək, huşsuz vəziyyətdə olan atası Zərərçəkmiş şəxs1 müayinə və müalicə etməkdən imtina etdiklərini, nəticədə atasının, ona tibbi kömək göstərilməməsi ilə əlaqədar vəfat etdiyini bildirmişdir. Ona görə də, həkim neyrocərrah Təqsirləndirilən şəxs1, atası Zərərçəkmiş şəxs1 heç bir kömək göstərə bilməyəcəyini bildirməklə, üzərində komyuter tomoqrafiyası, rentgen və digər müayinələr keçirmədiyinə görə, həkim terapevt Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə atasını müayinə etmədiynə görə, onların hər ikisinin cinayət məsuliyyətinə cəlb edilmələrini tələb etmişdir.Hazırda hər iki təqsirləndirilən şəxslə barışmışdır və onlara yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 2007-ci ildən Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsində kiçik tibb işçisi kimi xadimə (sanitarka) vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 TTYX-nın neyrocərrahiyə şöbəsinin həkim neyrocərrahı vəzifəsində, Təqsirləndirilən şəxs2 isə xəstəxananın terapiya şöbəsinin həkim terapevti vəzifəsində işləyirlər.14 fevral 2020-ci il tarix, saat 08:00-dan, saat 20:00-a kimi o, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsində kiçik tibb işçisi, sanitarka kimi növbədə olmuşdur. Həmin gün, saat 09:00-dan, saat 21:00 kimi xəstəxananın neyrocərrahiyə şöbəsində həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və terapiya şöbəsində həkim terapevt Təqsirləndirilən şəxs2 növbədə olmuşlar. 14 fevral 2020-ci il tarixdə, saat 19:30 radələrində, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə xəstə Zərərçəkmiş şəxs1 huşsuz və sərxoş vəziyyətdə daxil olmuş, sonrada, onda qıcolma əlamətləri olmuşdur. Ona görə də, həmin vaxt onunla birlikdə növbədə olan xəstəxananın qəbul şöbəsinin tibb bacısı Şahid3 Əlisabir qızı, xəstə Zərərçəkmiş şəxs1 müayinə etmək üçün, növbətçi həkimlər, həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və həkim terapevt Təqsirləndirilən şəxs2 qəbul şöbəsinə çağırmışdır. Bundan sonra, o, növbəsini xəstəxananın qəbul şöbəsinin digər kiçik tibb işçisi xadimə (sanitarka) vəzifəsində işləyən Şahid2 təhvil verib getmişdir. Bir neçə gündən sonra, xəstəxananın qəbul şöbəsinə növbəyə gələrkən, 14 fevral 2020-ci il tarixdə, saat 19:30 radələrində, xəstəxanamızın qəbul şöbəsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs1, daxil olduqdan bir neçə saat sonra, kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokardın infarktından xəstəxananın qəbul şöbəsində öldüyü ona məlum olmuşdur. 14 fevral 2020-ci il tarixdə, saat 19:25-də, Sumqayıt şəhər TTYX-nın qəbul şöbəsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs1 növbətçi həkimlər – həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və həkim terapevt Təqsirləndirilən şəxs2 tərəfindən müayinə edilməli olmuş və Zərərçəkmiş şəxs1 həmin həkimlər düzgün diaqnoz qoymalı olmuşlar, çünki, buna görə onlar məsuliyyət daşıyırlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 1986-cı ildən Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsində kiçik tibb işçisi kimi xadimə (sanitarka) vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 TTYX-nın neyrocərrahiyə şöbəsinin həkim neyrocərrahı vəzifəsində, Təqsirləndirilən şəxs2 isə xəstəxananın terapiya şöbəsinin həkim terapevti vəzifəsində işləyirlər.14 fevral 2020-ci il tarix, saat 20:00-dan, 15 fevral 2020-ci il tarix, saat 08:00-a kimi o, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsində kiçik tibb işçisi, sanitarka kimi növbədə olmuşdur. Həmin gün, saat 09:00-dan, saat 21:00 kimi xəstəxananın neyrocərrahiyə şöbəsində həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və terapiya şöbəsində həkim terapevt Təqsirləndirilən şəxs2 növbədə olmuşlar. 14 fevral 2020-ci il tarixdə, saat 19:30 radələrində, o, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə növbəyə gəlmiş və növbəni qəbul etməyə hazırlaşmışdır. Həmin vaxt X13 avtomobili ilə xəstəxananın qəbul şöbəsinə xəstə Zərərçəkmiş şəxs1 huşsuz və sərxoş vəziyyətdə gətirilmiş, sonrada, xəstə Zərərçəkmiş şəxs1 qıcolma əlamətləri olmuşdur. Ona görə də, həmin vaxt növbədə olan xəstəxananın qəbul şöbəsinin tibb bacısı Şahid3 Əlisabir qızı, xəstə Zərərçəkmiş şəxs1 müayinə etmək üçün, həkimlər, həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və həkim terapevt Təqsirləndirilən şəxs2 qəbul şöbəsinə çağırmışdır. Bundan sonra, o, xəstəxananın qəbul şöbəsinin kiçik tibb işçisi kimi xadimə (sanitarka) vəzifəsində işləyən Şahid1 növbəni qəbul etmiş, Səxavət isə evinə getmişdir. Bundan sonra, həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və həkim terapevt Təqsirləndirilən şəxs2 xəstə Zərərçəkmiş şəxs1 müayinə etmişlər və xəstə Zərərçəkmiş şəxs1 huşsuz vəziyyətdə olduğu üçün, onun qohumlarından, onu evə apara bilib-bilməyəcəklərini soruşmuşlar. Növbətçi həkimlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstə Zərərçəkmiş şəxs1 qohumları ilə danışan zaman Zərərçəkmiş şəxs1 dünyasını dəyişmişdir. Xəstə Zərərçəkmiş şəxs1 xəstəxananın qəbul şöbəsinə gətiriləndən təxminən bir saat yarım sonra, kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokardın infarktından qəbul şöbəsində ölmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdir ki, 2000-ci ilin yanvar ayından Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə kiçik tibb işçisi kimi xadimə (sanitarka) vəzifəsinə qəbul olunmuş, 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Əziz Əliyev adına tibb texnikumunu bitirəndən sonra, 2005-ci ilin dekabr ayında Sumqayıt şəhər TTYX-nın qəbul şöbəsinə orta tibb işçisi, tibb bacısı vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs1 TTYX-nın neyrocərrahiyə şöbəsinin həkim neyrocərrahı vəzifəsində, Təqsirləndirilən şəxs2 isə xəstəxananın terapiya şöbəsinin həkim terapevti vəzifəsində işləyirlər.14 fevral 2020-ci il tarix, saat 08:30-dan, saat 20:30-a kimi o, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsində orta tibb işçisi, tibb bacısı kimi növbədə olmuş, kiçik tibb işçisi kimi isə, xadimə (sanitarka) Şahid1 onunla birlikdə növbədə olmuşdur. Həmin gün, saat 09:00-dan, saat 21:00 kimi xəstəxananın neyrocərrahiyə şöbəsində həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və terapiya şöbəsində həkim terapevt Təqsirləndirilən şəxs2 növbədə olmuşlar. 14 fevral 2020-ci il tarixdə, saat 19:30 radələrində, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə X13 avtomobili ilə xəstə Zərərçəkmiş şəxs1 huşsuz və sərxoş vəziyyətdə daxil olmuş, sonrada, həmin xəstədə qıcolma əlamətləri olmuşdur. Ona görə də, həmin vaxt o, xəstə Zərərçəkmiş şəxs1 müayinə etmək üçün, birinci növbədə, növbətçi həkim neyrocərrah Təqsirləndirilən şəxs1 qəbul şöbəsinə çağırmışdır. Həkim neyrocərrah Təqsirləndirilən şəxs1, xəstə Zərərçəkmiş şəxs1 ilkin müayinə edəndən sonra, növbətçi həkim terapevti çağırmağı məsləhət bilmiş və o, həmin vaxt növbədə olan növbətçi həkim terapevt Təqsirləndirilən şəxs2 qəbul şöbəsinə çağırmışdır. Bundan sonra, o, növbəsini, xəstəxananın qəbul şöbəsinin digər orta tibb işçisi, tibb bacısı Şahid4 təhvil verib getmişdir. Bir neçə gündən sonra, xəstəxananın qəbul şöbəsinə növbəyə gələrkən, 14 fevral 2020-ci il tarixdə, saat 19:30 radələrində, xəstəxananın qəbul şöbəsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs1, daxil olduqdan bir neçə saat sonra, kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokardın infarktından xəstəxananın qəbul şöbəsində öldüyü ona məlum olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, 1993-cü ildə Sumqayıt şəhər Əziz Əliyev adına tibb texnikumunu bitirəndən sonra, həmin ilin oktyabr ayından Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə orta tibb işçisi, tibb bacısı vəzifəsinə təyin edilmişdir.14 fevral 2020-ci il tarix, saat 20:00-dan, 15 fevral 2020-ci il tarix, saat 08:00-a kimi o, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsində orta tibb işçisi, tibb bacısı kimi növbədə olmuşdur. Həmin gün, saat 09:00-dan, saat 21:00 kimi Sumqayıt şəhər TTYX-nın neyrocərrahiyə şöbəsində həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və terapiya şöbəsində həkim terapevt Təqsirləndirilən şəxs2 növbədə olmuşlar. 14 fevral 2020-ci il tarixdə, saat 19:30 radələrində, o, Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə növbəyə gəlmiş və növbəni qəbul etməyə hazırlaşmışdır. Həmin vaxt Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsinə X13 avtomobili ilə xəstə Zərərçəkmiş şəxs1 huşsuz və sərxoş vəziyyətdə daxil olmuş, sonrada, onda qıcolma əlamətləri olmuşdur. Ona görə də, həmin vaxt növbədə olan xəstəxananın qəbul şöbəsinin tibb bacısı Şahid3 Əlisabir qızı, xəstə Zərərçəkmiş şəxs1 müayinə etmək üçün, həkimlər, həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və həkim terapevt Təqsirləndirilən şəxs2 qəbul şöbəsinə çağırmışdır. Bundan sonra, o, xəstəxananın qəbul şöbəsinin orta tibb işçisi kimi tibb bacısı vəzifəsində işləyən Şahid3 Əlisabir qızından növbəni qəbul etmiş, Səmayə isə evinə getmişdir. Həmin vaxt həkim neyrocərrah Təqsirləndirilən şəxs1 və həkim terapevt Təqsirləndirilən şəxs2 xəstə Zərərçəkmiş şəxs1 müayinə etmişlər və xəstə Zərərçəkmiş şəxs1 huşsuz vəziyyətdə olduğu üçün, qohumlarından, onu evə apara bilibbilməyəcəklərini soruşmuşlar. Növbətçi həkimlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstə Zərərçəkmiş şəxs1 qohumları ilə danışan zaman Zərərçəkmiş şəxs1 dünyasını dəyişmişdir. Xəstə Zərərçəkmiş şəxs1 xəstəxananın qəbul şöbəsinə gətiriləndən təxminən bir saat yarım sonra, kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokardın infarktından qəbul şöbəsində ölmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş X5 ifadəsində göstərdi ki, qardaşı oğlu Həsənov Sahib ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs1 vəziyyətinin pis olduğunu və xəstəxanaya aparıldığını bildirmiş,X13 xəstəxanasına getdikdə qardaşının dəhlizdə olduğunu və heç kimin onunla maraqlanmadığını gördüyünü, qardaşı oğlu Zərərçəkmiş şəxs1lə həkim Təqsirləndirilən şəxs2 otağına getdiklərini, onun isə xəstəltiyin onun sahəsinə aid olmadığını və şəxsin narkoloji dispanserə aparılmalı olduğunu bildirdiyini, aşağı düşdükdə isə artıq qardaşı Namiqin öldüyünü, orada həkim Təqsirləndirilən şəxs1ı görmədiyini, xəstəxanaya gəldikdə hələ qardaşının sağ olduğunu və nəfəs aldığını, xəstəxanaya gəldikdən yarım saat sonra isə qardaşının öldüyünü bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Babaşova Gülnarə Məmiş qızı ifadəsində 14 fevral 2020-ci il tarixində çağırış gəldiyini və çağırış yerinə getdiklərini, orada olduqda xəstənin vəziyyətinin orta ağır olduğunu gördüklərini və ona qlükoza,maqnezium,furaselin vurduqlarını , relanium dərmanı vurmadıqlarını, xəstəxanada olarkən isə ona Tural Həkmin baxdığını və onların başqa çağırışla bağlı getdiklərini bildirdi. Cinayət işinin materiallarına əlavə olunmuş, məhkəmə-tibbi ekspertizasının 14.02.2020-ci il tarixli, 14 nömrəli rəyindən müəyyən olunmuşdur:1. Zərərçəkmiş şəxs1 meyiti üzərində xəsarət aşkar edilməmişdir.2. Zərərçəkmiş şəxs1 ölümünə səbəb ürəyin kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı olmuşdur. İlkin meyit əlamətlərinə əsasən, ölüm meyitin meyitxanada müayinəsindən (14.02.2020-ci il tarixdə, saat 23:30-da) 2-4 saat əvvəl baş vermişdir.3.Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı – 1,46 %-dır ki, bu da, müvafiq cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna aid edilir. Cinayət işi üzrə təyin edilmiş tibb işçisinin peşə fəaliyyətinin pozulmasına dair komisyon məhkəmə-tibb ekspertizasının 13.06.2020-ci il tarixli, 221/KEŞ nömrəli rəyindən müəyyən olunmuşdur:1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və meyitinin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, ekspertiza qarşısında qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: 1.4. İş materiallarına əlavə edilmiş qeydiyyat curnalından görünür ki, Zərərçəkmiş şəxs1 14.02.2020-ci il tarixdə, saat 19:25-də Sumqayıt şəhər X13 Xəstəxanasına daxil olmuşdur. Xəstə qəbul şöbəsinin həkimi Təqsirləndirilən şəxs1 tərəfindən müayinə edilmiş, müayinə zamanı multipli qıcolma müşahidə olunduğu və epileptik status keçirdiyi qeyd edilmişdir. Zərərçəkmiş şəxs1 TTYXna gətirildikdən 1 saat 35 dəqiqə sonra ölmüşdür. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmətibbi müayinəsinə əsasən, onun ölümünə səbəb kəskin işemik xəstəliyi nəticəsində baş vermiş miokard infarktının olduğu müəyyən edilmişdir.Beləliklə, qeyd olunanları nəzərə alaraq, Zərərçəkmiş şəxs1 14.02.2020-ci il tarixdə, saat 19:25-də Sumqayıt şəhər X13 Xəstəxanasına qəbul edilməsi zamanı onun vəziyyəti düzgün qiymətləndirilməmiş, hərhansı bir instrumental müayinə aparılmamış və diaqnoz təyin edilmişdir. Qeyd olunanlar səhiyyə sisitemində mövcud olan 2012-ci il tarixli, 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və qəbul şöbəsində xəstəyə göstərilmiş qüsurlu tibbi xidmətlə onun ölümü arasında səbəbli əlaqə vardır. Buna məsul şəxslər növbətçi həkimlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dır. 2.3. Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər X13 Xəstəxanasının qəbul şöbəsində onun vəziyyəti düzgün qiymətləndirilməli, zəruriyyətlə bağlı diaqnozun təyin edilməsi üçün müvafiq müayinə planı verilməli və tibbi yardım göstərilməli idi. Qeyd olunanlar vaxtında təmin edilmiş olsaydı, onun ölümünün qarşısı alına bilərdi. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 07 iyul 2020-ci il tarixində Sumqayıt şəhər Prokurorluğunda araşdırılan 117-c20 saylı araşdırma materialı üzrə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin əlamətləri ilə Sumqayıt şəhər Prokuroru tərəfindən başlanılmış və müstəntiq Hüseyn Mustafayev tərəfindən icraata qəbul olunmuşdur. Cinayət işinin materiallarında olan sənədlərə baxış keçirilməsinə dair 18 fevral 2020-ci il tarixli protokoldan görünür ki,xəstələrin qəbulu və qeydiyyatı kitabında 1363 saylı sıra xəstəsi qrafasında xəstənin adı Zərərçəkmiş şəxs1 kimi qeyd edilmiş, xəstənin yaşayış yeri Sarıqaya yaşayış massivi , əlvan metal pansionatı kimi qeyd edilmiş, işləmədiyi, xəstənin TTYŞ-nə əməkdaş Babaşova tərəfindən gətirilməsi qeyd olunmuşdur. Həmçinin xəstənin xəstəxanaya qəbulu və görülən tədbirlər qrafasında xəstə müayinə edildi, multipl qıcolmalar müşahidə olunmaqla, epileptik status keçirdiyi qeyd edilmiş və ilkin yaordım edildiyi və ambulator müayinə və müalicə üçün tövsiyyələri verildiyi qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan TTYX-nin Baş həkimi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan TTYX-nin Baş həkimi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanıma haqqında 27 avqust 2020-ci il tarixli qərardan görünür ki,X7 Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsinə dair 27 avqust 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 124.1-ci maddəsindən 142.3-cü maddəsinə tövsif olunmuşvə istintaqın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. Sumqayıt şəhər narkoloji Dispanseri tərəfindən verilmiş 2485 və 2486 saylı 04.09.2020-ci il tarixli arayışlardan görünür ki, Mutafayev Tural sənan oğlu və Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda yoxdur. Sumqayıt şəhər 3 nömrəli şəhər polklinikası tərəfindən verilmiş 380 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 poliklinikanın psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. DİN BƏSİİ tərəfindən verilmiş 03.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. DİN BƏSİİ tərəfindən verilmiş 03.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. 15 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 6 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 16 sentyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 124-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17.09.2020-ci il tarixində Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 17.09.2020-ci il tarixində Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki,Sumqayıt şəhər Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 142.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılması ilə bağlı olaraqbu qəbildən olan işlərə eyni cür baxılmasının təmin etmək, vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün Cinayət Məcəlləsinin 56-cı maddəsinin tətbiqi baxımından Cinayət Məcəlləsinin 142-ci maddəsinin şərh olunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən 07.05.2021-ci il tarixində Sumqayıt şəhər Məhkəməsinə daxl olmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarından görünür ki,Azərbaycan Respulblikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin mənasına görə zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurulmasına, habelə ölümünə səbəb olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardımın göstərilməməsi təqsirin ehtiyyatsızlıq formasında törədilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, öz müdafiəsi üçün, 14 fevral 2020ci il tarixdə, saat 19:25-də, Sumqayıt şəhər TTYX-nın qəbul şöbəsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs1 klinik-nevroloji müayinə etdiyi zaman ümumi beyin əlamətləri və ocaqlı əlamətlər, kəskin neyrocərrahi patologiya aşkar etmədiyi üçün, instrumental müayinənin aparılmasını ehtiyac bilmədiyi və ölümünün səbəbinin neyrocərrahın, yəni, onun ixtisasına aid olmadığı barədə gətirdiyi dəlill xəstələrin qəbulu və qeydiyyatı kitabına baxış keçirilməsinə dair protkol, tibb işçisinin peşə fəaliyyətinin pozulmasına dair komisyon məhkəmə-tibb ekspertizasının 13.06.2020-ci il tarixli, 221/KEŞ nömrəli rəyi, şahid ifadələri və cinayət işinin digər materialları ilə tam təkzib olunmuşdur. Belə ki, xəstə Zərərçəkmiş şəxs1 qıcolma əlamətlərinin olması iş üzrə şahidlər Şahid4, Şahid3, Təqsirləndirilən şəxs2 ifadələri ilə və eyni zamanda xəstələrin qəbulu və qeydiyyatı kitabında Təqsirləndirilən şəxs1 tərəfindən aparılmış qeydlərlə də tam təsdiqini tapır. X2 təqsirliliyi cinayət işinin materialları ilə kifayət qədər sübutlarla yetirilmişdir və təqsirləndirilən şəxsin verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır. Məhkəmə hesab eddir ki, Təqsirləndirilən şəxs2, öz müdafiəsi üçün, 14 fevral 2020ci il tarixdə, saat 19:25-də, Sumqayıt şəhər TTYX-nın qəbul şöbəsinə daxil olmuş xəstə Zərərçəkmiş şəxs1 vizual müayinə edərkən, onun təziqini ölçüb, xəstədə alkoqol sərxoşluğunun əlamətlərini hiss etmədiyindən, onun alkoqoldan zəhərlənmədiyi nəticəsinə gəldiyi, həm buna görə, həm də, xəstə huşsuz olduğuna görə, xəstə Zərərçəkmiş şəxs1 ətraflı instrumental müayinəsinin onun ixtisasına aid olmadığı və həmin xəstənin ölümünün onun, terapevt kimi fəaliyyət göstərdiyi ixtisasla əlaqəli olmadığı barədə gətirdiyi dəlill tibb işçisinin peşə fəaliyyətinin pozulmasına dair komisyon məhkəmə-tibb ekspertizasının 13.06.2020-ci il tarixli, 221/KEŞ nömrəli rəyi, şahid Həsənov Fəyyar, zərərçəkmiş şəxsin hüquqi varisi Sahib Həsənovun və digər şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam təkzib olunmuşdur və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir.Təqsirləndirilən şəxsin verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və X1 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X12 oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi deyildir və gələcəkdə də onlaraq qarşı şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi və 59.2-ci maddəsinə əsasən yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi azadlıqdan məhrumetmə növündə cəza, əlavə cəza olaraq isə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən təyin olunacaq cəzanı məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması və 71 yaşının olması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi azadlıqdan məhrumetmə növündə cəza, əlavə cəza olaraq isə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ahıl yaşdadır. O, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayətçi deyildir. Məhkəmə Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi azadlıqdan məhrumetmə növündə cəza, əlavə cəza olaraq isə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaş xüsusiyyətlərini, qadın olmasını, törətdiyi cinayət əməlinin xarakterini, onun ailə şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkündür. Beləliklə Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edib barəsində CM-nin 70-ci maddəsi tətbiq edib, sınaq müddəti müəyyən etməklə təyin edilmiş cəzanı şərti hesab edilməsini qanuni, ədalətli və şəxsiyyətinə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi müəyyən edilməli.Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli (iş № 1(060)470/2020) qərarını icra edərək, 06 oktyabr 2020-ci il tarixli 339/2021 saylı orderə əsasən vəkil Zərərçəkmiş şəxs2 onun vəkili təyin etmişdir. Müdafiəçi Zərərçəkmiş şəxs2 Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01(bir) il 06 (altı) ay müddətinə tibb sahəsində fəaliyyət göstərən dövlət və kommersiya təşkiilatlarında vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin o, 01(bir) il 06 (altı) ay müddətinə tibb sahəsində fəaliyyət göstərən dövlət və kommersiya təşkiilatlarında vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin.Təqsirləndirilən şəxs2 üzərinə vəzifə qoyulsun ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin.Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar