Məhkəmə qərarları › İş №1(060)-59/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-59/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-59/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri,Masazır şössesinin şimalında qeydiyyatda olmaqla ünvan 3 küçəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Kristal ünvan 2nvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "xxxx" MMC-yə məxsus saxlanc yeri hesab edilən 19002 saylı "MilliÖn" ödəmə terminalını qırıb içərisindəki əvvəlcədən real ehtimal etdikləri xeyli miqdarda 7000 (yeddi min) manat pulu oğurlamaq qərarına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Sumqayıt şəhəri, 5ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "xxxx" MMC-yə məxsus 19002 saylı "MilliÖn" ödəmə terminalının qarşısına gələrək törədəcəkləri cinayət əməllərinin ifşa edilməsindən sığortalanmaq üçün özünün küçədə kənarda durub müşahidə etməsi, Təqsirləndirilən şəxs2 isə ödəmə terminalını qırması ilə bağlı rolların bölüşdürülməsinə dair aralarında razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs2 içərisində əvvəlcədən real ehtimal etdikləri xeyli miqdarda 7000 (yeddi min) manat pulu oğurlamaq məqsədilə özü ilə gətirdiyi dəmir alətlə qanunsuz olaraq saxlanc yeri hesab edilən və içərisində faktiki 39405 (otuz doqquz min dörd yüz beş) manat pul olan ödəmə terminalının qapısının üzərində quraşdırılmış təhlükəsizlik kəmərini sındıran zaman, həmin vaxtı yaxınlıqda yerləşən "Osmanlı" restoranın küçədə olan gözətçisinin onları görməsini zənn etdiyinə görə, cinayət əməlinin ifşa olunduğunu düşünüb öz iradəsindən asılı olmayan səbəbdən gizli talamaya yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 39405 (otuz doqquz min dörd yüz beş) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "xxxx" MMC-yə məxsus saxlanc yeri hesab edilən 19002 saylı "MilliÖn" ödəmə terminalını qırıb içərisindəki əvvəlcədən real ehtimal etdikləri xeyli miqdarda 7000 (yeddi min) manat pulu oğurlamaq qərarına gəlib, cinayətkar niyyətin həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Sumqayıt şəhəri, 5ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "xxxx" MMC-yə məxsus 19002 saylı "MilliÖn" ödəmə terminalının qarşısına gələrək törədəcəkləri cinayət əməllərinin ifşa edilməsindən sığortalanmaq üçün Təqsirləndirilən şəxs1 küçədə kənarda durub müşahidə etməsi, özünün isə ödəmə terminalını qırması ilə bağlı rolların bölüşdürülməsinə dair aralarında razılığa gəldikdən sonra, içərisində əvvəlcədən real ehtimal etdikləri xeyli miqdarda 7000 (yeddi min) manat pulu oğurlamaq məqsədilə özü ilə gətirdiyi dəmir alətlə qanunsuz olaraq saxlanc yeri hesab edilən və içərisində faktiki 39405 (otuz doqquz min dörd yüz beş) manat pul olan ödəmə terminalının qapısının üzərində quraşdırılmış təhlükəsizlik kəmərini sındıran zaman, həmin vaxtı yaxınlıqda yerləşən "Osmanlı" restoranın küçədə olan gözətçisinin onları görməsini zənn etdiyinə görə, cinayət əməlinin ifşa olunduğunu düşünüb öz iradəsindən asılı olmayan səbəbdən gizli talamaya yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 39405 (otuz doqquz min dörd yüz beş) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 1995-cı ildə Sumqayıt şəhərində doğulmuş, subaydır, valideynləri ilə birlikdə ünvan 3 küçəsi, fərdi evdə yaşayır. Hazırda işləmir. Təqsirləndirilən şəxs2 ilə təxminən bir ildir tanışdır və münasibət saxlayırlar. Cahangirlə birlikdə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində Nərimanov küçəsində yerləşən "X5" mağazasının yanında küçədə quraşdırılmış "MilliÖn" ödəmə terminalını sındırıb pul oğurlamağa cəhd etmişlər. Belə ki, hadisədən bir neçə gün əvvəl Cahangirlə Sumqayıt şəhəri, 5-ci mikrorayonda görüşüb kafedə oturub söhbət zamanı maddi problemlərindən danışmışlar, Cahangirə borcu və maddi sıxıntıda olduğunu demiş, Cahangir də 2-3 min manat borcu və sıxıntıda olduğunu bildirmişdir. Söhbət zamanı ödəmə terminallarından oğurluq etmək qərarına gəlmişlər və Cahangirə Corat qəsəbəsində olan ödəmə terminalları barədə dedikdə, Cahangir orada oğurluq etmək üçün əlverişli şərait və oğurluqdan sonra qaçıb gizlənməyə yer olmadığını demiş və söhbət zamanı qərara gəlmişlər ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "MilliÖn" ödəmə terminalından oğurluq etsinlər, həmin ödəmə terminalının ətrafında qaçıb gizlənməyə şərait vardır. Cahangir ona necə oğurluq edəcəklərini və ödəmə terminalında pul olub-olmadığını necə biləcəklərini dedikdə, o, çıxış yolu tapacağını, narahat olmamağını demişdir. Belə ki, həmin vaxtı Nigar adlı tanışı ona zəng edərək Bakı şəhərində ona bir nəfər şəxsin 8000 (səkkiz min) manat pul verəcəyini, özü rayonda oldğu üçün həmin pulu o, götürüb ödəmə terminalı vasitəsilə onun dediyi hesablara ödəməyini və ya pulu saxlayıb özü gəldikdən sonra birlikdə ödəmələrini demişdir. O, bu barədə Cahangirə demiş və razılaşmışlar ki, pulu götürdükdən sonra Nigarı həmin pulu 5-ci mikrorayon, N.Nərimanov küçəsində "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "Million" ödəmə terminalından ödəniş etməyə yönəltsin, pul ödəmə terminalına ödənildikdən sonra oradan pulları oğurlayarlar. Sonradan Nigar ona zəng edərək ona 1200 (bir min iki yüz) manat veriləcəyini və həmin pulu götürməyini demişdir. O, da Nigarın dediyi şəxslə Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında "Azərsun" şirkətinin yanında görüşüb 1200 (bir min iki yüz) manat pulu almış və Nigara demişdir. Sonra Nigar gəlib görüşmüşlər, belə alınmışdır ki, Nigarı düşündükləri ödəmə terminalına ödəniş etməyə yönəldə bilməmiş və birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Bravo" supermarketin daxilində olan ödəmə terminalı ilə Nigarın hesablarına köçürtmüşlər. Sonra bu barədə Cahangirə dedikdə aralarında mübahisə də yaranmış, Cahangir onu aldatdığını demiş və onu danlayaraq "Bravo" supermarketin içərisində ödəmə terminalında pulları oğurlaya bilməyəcəyini, ifşa olunacaqlarını bildirmişdir. Bundan sonra düşünmüşdür ki, onsuzda oğurluq etməyə qərara gəldikləri ödəmə terminalı gediş-gəliş yolu üzərində olduğundan orada pul olacaqdır, özü də 1-2 gün müşahidə aparıb həmin terminala pul götürmək üçün inkasatorların gəlmədiyini, pulun çıxarıldığını görməmişdir, real olaraq əmin imiş ki, həmin ödəmə terminalında azınnan 7000 (yeddi min) manat pul vardır. Ona görə də, xx.xx.2023-cü il tarixdə Cahangirə zəng edərək Nigarın həmin gün günorta vaxtı dedikləri ödəmə terminalına 7000 (yeddi min) manat pul köçürəcəyini özündən demiş və narahat olmamağını, pul köçürüldükdən sonra oradan pulu oğurlayacaqlarını bildirmişdir. Bir qədər sonra Cahangirə zəng edərək Nigarın pulu həmin ödəmə terminalına köçürtdüyünü özündən demiş və axşam saatlarında qərara gəlmişlər ki, həmin terminaldan pul oğurlasınlar və razılaşmışlar ki, nə məbləğdə pul oğurlasalar bölərlər. Cahangir ondan birdən boş çıxar soruşanda o, Cahangirə narahat olmamağını, pul olacağını demişdir. Cahangirlə razılaşdıqları kimi xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən "X5" dükanının qarşısında küçədə yerləşən "MilliÖn" ödəmə terminalının qarşısında olan məhəllədə görüşmüşlər. Cahangir özü ilə mismarçıxardan alət gətirmişdir. Orada olanda Cahangirin mismarçıxaranla ödəmə terminalını qıracağı, onun da yolun kənarında dayanıb ətrafı müşahidə edəcəyi ilə razılaşaraq birlikdə ödəmə terminalına yaxınlaşmışlar. Cahangir bir neçə dəfə cəhd etdikdən sonra çətinliklə ödəmə terminalının təhlükəsizlik kəmərini qıra bilmişdir. Həmin vaxtı yaxınlıqda yerləşən "Osmanlı" restoranının mühafizəçisinin çöldə əlində mobil telefonla onlara tərəf baxdığını görəndə bilmişdir ki, ifşa olunmuşlar, polisə məlumat veriləcəkdir, ona görə də, bu barədə Cahangirə deyərək oradan uzaqlaşmalarını demiş, bundan sonra onlar oradan qaçıb uzaqlaşmışlar və ödəmə terminalından pul oğurlaya bilməmişlər. Cahangir əlindəki mismarçıxaran aləti kənara tullamışdır. Oradan qaçan zaman uzaqdan avtomobil gəldiyini görəndə Cahangirə polis olduğunu demiş və sonradan oradan PPX-nin avtopatrul avtomobilin keçdiyini görmüşlər. "MilliÖn" ödəmə terminalını qırıb oradan pul oğurlamağa cəhd edərkən Cahangirlə birlikdə olmuş, başqa kimsə olmamışdır. Cahangir ödəmə terminalını mismarçıxaran əlatələ qırırmış, o, da kənarda gözdə-qulaqda olmaq üçün dayanıb müşahidə edən zaman yaxınlıqda yerləşən "Osmanlı" restoranının çöldə olan mühafizəçisinin onları gördüyünü gördükdən sonra ifşa olunduğunu və polisə məlumat veriləcəyini bilib oradan qaçıb uzaqlaşmışlar. Ödəmə terminalında konkret olaraq hansı məbləğdə pul olması barədə məlumatı olmasa da, real olaraq əmin imiş ki, ən azından orada 7000 (yedi min) manat pul vardır, çünki 1-2 gün idi ki, inkasatorlar pul görürməyə gəlməmişlər. Onun həmin ödəmə terminalında 39405 (otuz doqquz min dörd yüz beş) manat pulun olması barədə məlumatı olmamışdır. Bu hadisədən başqa digər cinayət törətməmiş, polis əməkdaşları tərəfindən mənə qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamışdır. Şirkətə vurduqları ziyanı ödəmişlər. Əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, evlidir, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayonda kirayədə yaşayır. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 ilə təxminən bir ildir tanışdır və münasibət saxlayırlar. Elşənlə birlikdə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində Nərimanov küçəsində yerləşən "X5" mağazasının yanında küçədə quraşdırılmış "MilliÖn" ödəmə terminalını sındırıb pul oğurlamağa cəhd etmişlər. Belə ki, hadisədən bir neçə gün əvvəl Elşənlə Sumqayıt şəhəri, 5-ci mikrorayonda görüşüb kafedə oturub söhbət zamanı maddi problemlərindən danışmışlar, Elşənə 2-3 min manat borcu və maddi sıxıntıda olduğunu demiş, Elşən də borcu və sıxıntıda olduğunu bildirmişdir. Söhbət zamanı ödəmə terminallarından oğurluq etmək qərarına gəlmişlər və Elşən ona Corat qəsəbəsində olan ödəmə terminalları barədə dedikdə, o, orada oğurluq etmək üçün əlverişli şərait və oğurluqdan sonra qaçıb gizlənməyə yer olmadığını demiş və söhbət zamanı qərara gəlmişlər ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "MilliÖn" ödəmə terminalından oğurluq etsinlər, həmin ödəmə terminalının ətrafında qaçıb gizlənməyə şərait vardır. O, Elşənə necə oğurluq edəcəklərini və ödəmə terminalında pul olub-olmadığını necə biləcəklərini dedikdə, Elşən çıxış yolu tapacağını, narahat olmamağını demişdir. Belə ki, həmin vaxtı Elşənə zəng gəlmiş, Elşən danışdıqdan sonra demişdir ki, tanışı olan bir qız ona zəng edərək Bakı şəhərində bir nəfər şəxsin həmin qıza 8000 (səkkiz min) manat pul verəcəyini, qız özü rayonda olduğu üçün həmin pulu onun götürüb ödəmə terminalı vasitəsilə qızın dediyi hesablara ödəməyini və ya pulu saxlayıb qız özü gəldikdən sonra birlikdə ödəmələrini dediyini bildirəndə razılaşmışlar ki, Elşən pulu götürdükdən sonra qızı həmin pulu 5-ci mikrorayon, N.Nərimanov küçəsində "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "MilliÖn" ödəmə terminalından ödəniş etməyə yönəldəcək, pul ödəmə terminalına ödənildikdən sonra oradan pulları oğurlayarlar və Elşəndən xəbər gözləmişdir. Belə ki, sonra Elşənlə görüşəndə demişdir ki, qızın dediyi şəxsdən 1200 (bir min iki yüz) manat götürdükdən sonra qızla görüşmış, qızı düşündükləri ödəmə terminalına ödəniş etməyə yönəldə bilməmiş və həmin pulu birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Bravo" supermarketin daxilində olan ödəmə terminalı ilə köçürtmüşlər. Buna görə də, Elşənlə aralarında mübahisə də yaranmış, Elşənə onu aldatdığını, "Bravo" supermarketin içərisində ödəmə terminalında pulları oğurlaya bilməyəcəklərini, ifşa olunacaqlarını demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Elşən ona zəng edərək tanışı olan həmin qızın həmin gün günorta vaxtı dedikləri ödəmə terminalına 7000 (yeddi min) manat pul köçürəcəyini, narahat olmamağını, pul köçürüldükdən sonra oradan pulu oğurlayacaqlarını bildirmişdir. Bir qədər sonra Elşən ona zəng edərək qızın pulu həmin ödəmə terminalına köçürtdüyünü demiş və axşam saatlarında qərara gəlmişlər ki, həmin terminaldan pul oğurlasınlar və razılaşmışlar ki, nə məbləğdə pul oğurlasalar bölərlər. O, Elşəndən birdən boş çıxar soruşanda ona narahat olmamağını, pul olacağını demişdir. Elşənlə razılaşdıqları kimi xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən "X5" dükanının qarşısında küçədə yerləşən "MilliÖn" ödəmə terminalının qarşısında olan məhələdə görüşmüşlər. O, özü ilə mismarçıxardan alət gətirmiş, orada olanda onun mismarçıxaranla ödəmə terminalını qıracağı, Elşənin də yolun kənarında dayanıb ətrafı müşahidə edəcəyi ilə razılaşaraq birlikdə ödəmə terminalına yaxınlaşmışlar, o, bir neçə dəfə cəhd etdikdən sonra çətinliklə ödəmə terminalının təhlükəsizlik kəmərini qıra bilmişdir. Həmin vaxtı Elşən yaxınlıqda yerləşən "Osmanlı" restoranının mühafizəçisinin çöldə əlində mobil telefonla onlara tərəf baxdığını, yüz faiz ifşa olunduqlarını, polisə məlumat veriləcəyini və qaçıb getmələrini demiş, o da mühafizəçinin onlara tərəf baxdığını görmüşdür. Bundan sonra onlar oradan qaçıb uzaqlaşmış və ödəmə terminalından pul oğurlaya bilməmişlər. O, əlindəki mismarçıxaran aləti kənara tullamışdır. Oradan qaçan zaman uzaqdan avtomobil gəldiyini görəndə Elşən polis olduğunu demiş və sonradan oradan PPX-nin avtopatrul avtomobilin keçdiyini görmüşlər. "MilliÖn" ödəmə terminalından qırıb oradan pul oğurlamağa cəhd edərkən Elşənlə birlikdə olmuş, başqa kimsə olmamışdır. O, ödəmə terminalını mismarçıxaran alətlə qırırmış, Elşən də kənarda gözdə-qulaqda olmaq üçün dayanıb müşahidə edən zaman yaxınlıqda yerləşən "Osmanlı" restoranının çöldə olan mühafizəçisinin onları gördüyünü gördükdən sonra ifşa olunduqlarını və polisə məlumat veriləcəyini bilib oradan qaçıb uzaqlaşmışlar. Elşən ona həmin ödəmə terminalına tanışı olan qızın 7000 (yeddi min) manat pul köçürtdüyünü və orada pul olduğunu əminliklə demiş, həttda Elşənə birdən boş çıxar dedikdə ona narahat olmamağını, pul olacağını dediyi üçün əmin imiş ki, ödəmə terminalında 7000 (yeddi min) manat pul vardır. Həmin ödəmə terminalında 39405 (otuz doqquz min dörd yüz beş) manat pulun olması barədə məlumatı olmamışdır. Bu hadisədən başqa digər cinayət törətməmiş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamışdır. Şirkətə vurduqları ziyanı ödəmişlər. Əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş hüquqi şəxs “Paşa Pay” MMc-nin nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ali təhsillidir, 2015-ci ildən etibarən "xxxx" MMC-nin Təhlükəsizlik Departamentinin Qrup Rəhbəri hüquqşünas vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında küçədə quraşdırılmış şirkətə məxsus 19002 saylı "MilliÖn" çöl aparatına kənar müdaxilə olunması ilə bağlı Sumqayıt ŞPİ-dən şirkətə məlumat daxil olquqdan sonra şirkətin əməkdaşları hadisə yerinə getmiş və məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında ödəmə terminalına naməlum şəxslər tərəfindən kənar müdaxilə olunaraq dəmir alətdən istifadə olunmaqla ödəmə terminalının təhlükəsizlik kəməri sındırılaraq zədələnmiş və ödəmə terminalının daxilində pul kasetində olmuş nağd pulların oğurlanmasına cəhd olunmuşdur. Bununla bağlı şirkət tərəfindən polis idarəsinə məktub göndərilmişdir. Şirkətdə araşdırma zamanı məlum olmuşdur ki, ödəmə terminalının 33 (otuz üç) manat dəyərində təhlükəsizlik kəmərinin sındırılaraq yararsız hala salınmış, eyni zamanda ödəmə terminalının təmiri üçün 140 (bir yüz qırx) manat vəsait istifadə ediləcəkdir, ümumilikdə şirkətə 173 (bir yüz yetmiş üç) manat maddi ziyan dəymişdir. Ödəmə terminalına müdaxilə olunan zaman pul kasetində 39405 (otuz doqquz min dörd yüz beş) manat nağd pul olmuş, oğurluq etmək istəyən naməlum şəxslər ödəmə terminalının qapısını aça bilməmiş və iradələrindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişlər. Ödəmə terminalından heç bir məbləğdə pul oğurlanmamışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən şirkətə vurulmuş maddi ziyan ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə avtopatrulda postaçı yoldaşı PPXT-nin 2-ci bölüyün polis nəfəri, polis serjantı X1 ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı xidmətdə olmuş, saat 04:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi ilə hərəkətdə olan zaman "Çelik qapı" mağazasının qarşısından iki nəfər şəxsin qaçıb getdiyini görmüşlər. Onlar avtopatruldan düşmüş və əraziyə gəzib baxanda "Çelik qapı" mağazasının qarşısında küçədə quraşdırılmış "MilliÖn" aparatının təhlükəsizlik kəmərinin sındırıldığını aşkar etmişlər. Sonra baş vermiş hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə məlumat vermişlər və hadisə yerinə əməliyyat qrupu gəlmişdir. Həmin iki nəfər şəxslər qaçıb getdiyindən onların kimliyini bilməmişlər. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluğa cəhd hadisəsi Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "MilliÖn" ödəmə terminalında baş vermişdir. İş materiallarında olan 27 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "MilliÖn" ödəmə terminalından xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə pul oğurlamaq məqsədilə Təqsirləndirilən şəxs2 mismarçıxaranla həmin ödəmə terminalının təhlükəsizlik kəmərini qıran zaman ətrafı müşahidə etmək məqsədilə dayandığı yeri yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 27 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında küçədə quraşdırılmış "MilliÖn" ödəmə terminalından xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə pul oğurlamaq məqsədilə özü ilə gətirdiyi mismarçıxaranla həmin ödəmə terminalının təhlükəsizlik kəmərini hansı şəraitdə qırdığını yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-838/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan olunmuş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktublarından və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişlər. İş materiallarında olan istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Sumqayıt şəhəri, 5ci mikrorayon ərazisində, N.Nərimanov küçəsində yerləşən "X5" mağazasının qarşısında yerləşən "MilliÖn" ödəmə terminalında oğurluğa cəhd edərkən onlarla başqa heç kim əlbir olmamışlar. Alınmış məlumatlara görə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd olunan ödəmə terminalından oğurluğa cəhd edərkən istifadə etdiyi mismarçıxaran aləti hadisədən sonra tulladığı üçün tapılması mümkün olmamışdır. İş materiallarında olan X2 9-cu məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2016-cı il təvəllüdlü X3 oğlu). İşmateriallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə 173 (bir yüz yetmiş üç) manat məbləğində dəymiş maddi ziyanı qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 180 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığına görə onların barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın tam ödəmələrini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməllərini səmimi etiraf etmələrini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzlarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham, müdafiə tərəfini və zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbayan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə müsadirə olunmalı əmlak, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 küçəsi, fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Kristal ünvan 2nvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar