Məhkəmə qərarları › İş №1(060)-59/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-59/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-59/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X18 Y/M, ev 5, mənzil 9 ünvanında qeydiyyatda olan və yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(060)-109/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 06 (altı) gün müddətə tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırkı iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 01 sentyabr 2022ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, X10 qəsəbəsi, K.Kərimov küçəsində Zərərçəkmiş şəxs1 məxsus avtomobil təmiri sexinin kilidini sındırmaqla, qanunsuz olaraq başqa saxlanc yeri hesab edilən sexə daxil olub, həmin sexdən Zərərçəkmiş şəxs1 məxsus 05 ədəd 1990-cı illərdə istehsal edilmiş, Rusiya Federasiyası istehsalı, həmin vaxtdan istifadə edilməklə diametri 25 sm, hündürlüyü 130 sm, işlək vəziyyətdə dəmir metaldan hazırlanmış hər biri 60 manat olmaqla cəmi 300 manat dəyərində “Oksigen” balonlarını gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 22 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi H.Kərimov küçəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 39.5ci kilometrliyinə gələrək, həmin yerdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yolunun sağ və sol kənarlarına quraşdırılmış hərəkətin təhlükəsizliyini təmin edən və yol qurğularına aid 3844 manat 98 qəpik dəyərində qalınlığı 3 millimetr, uzunluğu 4 metr olan 20 ədəd metal səddləri gizli talayıb, zərərçəkmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3844 manat 98 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi olmadan qanunsuz olaraq 0,906 qram olmaqla xeyli miqdar təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində daşıyaraq saxlamış, 04 may 2023-cü il tarixdə Sumqayıt şəhər polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saat 12:30 dəqiqədə Sumqayıt şəhəri, X10 qəsəbəsi, Ə.Vahid küçəsində saxlanılaraq 2-ci polis bölməsinə gətirilib, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki mavi rəngli köynəyinin sol döş cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,906 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 iyul 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən yaşayış sahəsi hesab olunan nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdə olan mətbəx kimi istifadə olunan tikilidən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 40 manat dəyərində “Altın Başak Mega” yazısı olan böyük ölçülü qazanı, 01 ədəd 10 manat dəyərində üzərində “Alizz A85A 2L” professional yazısı olan su qızdırıcısını, bir ədədinin qiyməti 15 manat olmaqla 10 ədəd ümumilikdə 150 manat dəyərində əzilmiş vəziyyətdə olan alüminium materialından hazırlanmış, müxtəlif ölçülü ləyənlər və qazanları, 01 ədəd 5 manat dəyərində böyük ölçülü plastmas ləyəni, 04 ədəd hər biri 20 manat olmaqla cəmi 80 manat dəyərində üzərində PMT yazısı olan Türkiyə istehsalı qazanları, 01 ədəd 10 manat dəyərində orta ölçülü tavanı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 150 manat dəyərində ət çəkən maşını gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 445 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o azadlıqda olduğu vaxt narkotik istifadəçisi olmuş və buna görə də üç dəfə üzərində narkotik vasitə gəzdirməsinə görə saxlanılaraq polis aparılmış və müvafiq rəsmiləşdirmə olmuşdur. Qeyd edilən hadisələrə görə isə Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki iş üzrə ona əsassız olaraq CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, aşkar edilmiş narkotik vasitənin ona heç bir aidiyyəti olmamış, təsir və təzyiq altında etirafedici izahat və ifadə vermişdir. Bundan əlavə bildirmişdir ki, o azadlıqda olan zaman səyyar metal qəbulu ilə məşğul olaraq ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs1 məxsus Oksigen balonlarını oğurlamamışdır. O, həmin oksigen balonlarını yolun kənarından tapmış və metal kimi aparıb satmışdır. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan metal səddlərin oğurlanmasında da onun hər hansı iştirakı olmamışdır. Həmin metalları oğurlayan şəxslərin video görüntüləri çıxarılarsa onun bu hadisəyə heç bir aidiyyətinin olmaması müəyyən edilər. Həmin hadisəni X11 və metal qəbul edən şəxs birlikdə törətmişlər. Zərərçəkmiş şəxs2 məxsus əşyaları da o oğurlamamışdır. Belə ki, o səyyar metal qəbulu ilə məşğul olduğu üçün həmin əşyaları ona satmışlar, o da metal kimi aldığı məişət əşyalarının bir qismini metal qəbulu məntəqəsinə vermiş, rəngli qazan və su qızdırıcısını isə evdə saxlamış və sonradan polislərə təhvil vermişdir. Qeyd etdiyi kimi həmin əşyaları oğurlamamış, başqa şəxsdən almış və oğurluq olmasından məlumatsız olmuşdur. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, sonuncuya qarşı hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. O, səyyar metal qəbulu ilə məşğul olaraq ailəsini dolandırmışdır. Belə ki, küçə-küçə gəzib harada metal görürsə, həmin metalları aparıb metal qəbulu məntəqələrinə təhvil vermişdir. O, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsində olan zaman orada avtomobil təmiri sexi olduğunu görmüşdür. Sexin qapısının üzərində olan qıfılı əli ilə dartıb açmış və içəri daxil olmuşdur. İçəridə 5 ədəd oksigen balonu olmuş, lakin həmin balonlar ağır olduğu üçün onları tək götürə bilməmişdir. Buna görə də məcbur olaraq əvvəldən tanıdığı və onun kimi metal axtarışı ilə məşğul olan Fərhad adlı tanışının yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Qayıbov küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Fərhadla görüşdükdən sonra sonuncuya K.Kərimov küçəsində yerləşən avtomobil sexində 5 ədəd Oksigen balonların olduğunu demiş və birlikdə həmin balonları oğurlayıb metal qəbulu məntəqəsinə təhvil verməyi təklif etmişdir. Fərhad onunla razılaşmış və onlar birlikdə yenidən həmin sexin yanına qayıtmışlar. Fərhadla birlikdə sexə daxil olub orada olan 5 ədəd Oksigen balonunu çölə çıxartmışlar. Balonları metal qəbulu məntəqəsinə təhvil vermək üçün onlara avtomobil gərək olmuş, lakin gətirəcəkləri avtomobilin sürücüsü balonların oğurluq olmasını bilməməsi üçün onlar daşıyaraq balonları Bakı-Quba yolunun Bakı şəhəri istiqamətinə gedən hissəsinin sağ tərəfinə yığmışlar. O, taksi tapmaq üçün H.Z.Tağıyev qəsəbəsində olan bazara gəlmiş, orada yolun kənarında ağ rəngdə olan “Qaz 3110” markalı avtomobilin sürücüsünə yaxınlaşmış, Bakı-Quba yolunun üzərində olan 5 ədəd dəmir balonları oradan götürdüyü stansiya Sumqayıt ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmaq istədiyini demişdir. Adını bilmədiyi taksi sürücüsü ondan balonların oğurluq olub-olmadığını soruşmuşdur. O isə həmin metalların onun özünə məxsus olduğunu və oğurluq olmadığını demişdir. Taksi sürücüsü 20 manat müqabilində onu dediyi yerlərə apara biləcəyini demiş və o, sürücüylə razılaşmışdır. O, “Qaz 3110” markalı avtomobilə əyləşib Fərhadın olduğu yerə getmişlər. Orada balonları avtomobilə yükləmiş və Stansiya Sumqayıt ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Orada işləyən bir nəfər şəxs balonları tərəziyə qoyaraq çəkmiş və balonları 139 manata ala biləcəyini demişdir. O, həmin şəxslə razılaşmış və 139 manat pulu alaraq 5 ədəd Oksigen balonlarını həmin şəxsə təhvil vermişdir. O, həmin pulun 50 manatını Fərhada, 20 manatını isə taksi sürücüsünə vermiş və yaşadığı ünvana qayıtmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Fariz Mahmudov onunla qəsəbədə görüşərək metal oğurlamaq istədiyini və birlikdə bu oğurluğu həyata keçirməyi təklif etmişdir. O da Farizlə razılaşmışdır. Fariz ona Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, K.Kərimov küçəsi ərazisində Bakı-Quba yolunun kənarında, avtomobil yolunun kənarına bərkidilmiş məhəccərlərin oğurlamağı təklif etmiş, o da razılaşmışdır. O, Farizlə birlikdə həmin yerə getmişlər. Fariz 24-lük açarla dəmir məhəccərlərin arxasından boltları açmışdır. Onlardan 6 ədədini bir tərəfdən, 10 ədədini bir tərəfdən, 4 ədədini isə orta tərəfdən açmaqla Bakı- Quba yolunun Bakı istiqamətində yolun kənarına yığmışlar. Daha sonra onlar gecə maşın olmadığı üçün səhər aparmağı qərara almışlar. Saat təxminən 19 radələrində Farizlə birlikdə Şahid4 işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişlər. Metal qəbulu məntəqəsində Rinata metal aldıqlarını, onu satmaq istədiklərini bildirmişlər. Ağır olduğu üçün həmin metalları qazellə aparmaq lazım olduğunu bildirmişlər. Rinat bununla razılaşmışdır. Beləcə Rinatın idarə etdiyi Qazel markalı yük maşını ilə K.Kərimov küçəsi ərazisinə getmişlər və orada 20 ədəd məhəccəri avtomobilə yükləyərək Rinatın metal qəbulu sexinə gəlmişlər. Onlar yük maşınından bir ədəd dəmir məhəccəri çıxarıb tərəziyə qoymuşlar və alınmış çəkini 20-yə vurmaqla ümumi çəkinin 280 kiloqram olduğunu müəyyən etmişlər. Bunun qarşılığında dəmir məhəccərlərə görə Şahid4 Farizə 80 manat pul vermişdir. Fariz həmin puldan 40 manatı ona vermişdir. O, 22 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Farizlə birlikdə 20 ədəd dəmir məhəccər açıb oğurlamışlar. Bundan başqa, onun Zərərçəkmiş şəxs2la heç bir düşmənçilik və qəsd-qərəzliyi olmamışdır. 16 iyul 2023-cü il tarixdə pulu olmadığı üçün Zərərçəkmiş şəxs2 məxsus evin açıq sahəyə tərəf olan hissəsində metal qırıntısı olmasını zənn etmiş və həmin istiqamətə getmişdir. Saat təxminən 03 radələrində həyətin sakit olduğunu görmüş və dəmir torlu qapıdan həyətə daxil olmuşdur. Həyətə daxil olandan sonra həyətə tərəf olan mətbəxin pəncərəsinin açıq olduğunu və mətbəxin pəncərəsinə yaxın yerdə kağız qutunun içində bir qazan və ona yaxın yerdə isə aliminium qazan olduğunu görmüşdür. O, qazanları götürüb həyətə yaxın açıq sahəlikdə qoyub təzədən ora qayıtmış və mətbəxin açıq pəncərəsindən içəri daxil olub oradan bir neçə ədəd alüminium qazan, tava və ləyəni götürmüşdür. Götürdüyü əşyaları da əvvəl götürdüyü əşyaların yanına qoyub təzədən ora qayıtmışdır. Yenidən həmin açıq pəncərədən içəri daxil olaraq 4 ədəd rəngli qazanları, bir ədəd su qızdırıcını, 1 ədəd ət çəkən maşını və bir ədəd plastmas materialdan olan ləyəni götürüb təkrar həmin yerdə qoymuşdur. Oraya yaxın yaşadığı üçün həmin əşyaları 3 dəfəyə olmaqla yaşadığı ünvana daşımışdır. Həm də sol ayağı 4-5 ay əvvəl öz ehtiyatsızlığından sındığı üçün yükü bir dəfəyə apara bilməmişdir. Həmin tarixdə oğurladığı alüminium qabları həyətində əzib tanımadığı taksi sürücüsü ilə Yaşma bağları ərazisində Anar adlı şəxsin metal qəbulu məntəqəsinə 21 manata təhvil vermişdir. O, ətçəkən maşını tanımadığı şəxsə satmış, rəngli qazan və su qızdırıcını isə evində saxlamışdır. Sonradan həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Oğurluğu tək etmiş, yanında heç kim olmamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə səhər saat 06:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev əsəbəsi, Ə.Vahid küçəsində Şahin adlı şəxsin ayaqqabı təmir yerinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, buna görə də Sumqayıt ŞPİ 2-ci Polis bölməsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Bölmədə xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan mavi rəngli köynəyin sol döş cibindən saxlamış olduğu bir ədəd qara rəngli siqaret kağız bükümündə olan heroini təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni səhər saatlarında Bakı şəhəri, 20 Yanvar adlanan ərazidə tanımadığı bir şəxsdən 15 manata aldığını bildirmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Saxlanılarkən və daha sonra hər hansı təsir və ya təzyiqə məruz qalmamışdır. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Rinata məhəccərlərin oğurluq olduğunu deməmiş, sonuncuya onların istifadəyə yararsız olduğunu deyib, yol idarəsindən aldıqlarını demişlər. Həmin balonları o, oğurlamışdır. Belə ki, 5 ədəd Oksigen balonlarını tanışı Fərhadla birlikdə xx.xx.2022-ci il tarixdə oğurlayaraq 139 manat müqabilində metal qəbulu məntəqəsinə təhvil vermişlər. Lakin, qalan 3 ədəd balonları o, tək xx.xx.2022-ci il tarixdə sexin içərisindən deyil, sexin yanından götürmüş və 60 manat müqabilində metal qəbulu məntəqəsinə təhvil vermişdir. İş yeri olmadığından və maddi sıxıntılar yaşadığından oğurluq etmək qərarına gəlmiş və Fərhada da bu barədə demişdir. xx.xx.2022-ci il tarixdə oğurladığı balonları ağ rəngdə “Qaz 3110” markalı, xx.xx.2022-ci il tarixdə isə oğurladığınız balonları qırmızı rəngdə “Opel” markalı avtomobillə metal qəbulu məntəqəsinə aparmış, həmin sürücülərə balonların özünə məxsus olmasını demişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 1990-cı illərdə hərbçi olmuş və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində K.Kərimov küçəsində yerləşən hərbi şəhərcikdə yaşamışdır. Təxminən 1990-cı illərdən K.Kərimov küçəsində avtomobil təmiri sexi açmışdır. Bir neçə il olar ki, müştəri azlığı və səhhəti ilə əlaqədar sexi işlətmir. Lakin, mütəmadi olaraq sexə nəzarət edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində sexə baxış keçirən zaman sexin qapısına vurulmuş qəfılın açıldığını və sexdə olan 5 ədəd oksigen hava balonun yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin gün Xaçmaz rayonuna getdiyi üçün bu barədə polisə məlumat verə bilməmişdir. 05 sentyabr 2022-ci il tarixdə oğurluq barədə polisə məlumat verdikdən sonra sexə baxış keçirən zaman 2 ədəd karbit balonunun və 1 ədəd propan balonunun da oğurlandığını aşkar etmişdir. Bu səbəbdən yenidən polisə gələrək bu barədə məlumat vermişdir. Sonradan oğurlanmış balonları və hadisəni törədən şəxslər polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Hadisənin dəqiq tarixini bilmir. O, sexə ilk dəfə 01 sentyabr 2022-ci il tarixdə baxmış və sexdə 05 ədəd oksigen balonunun olmadığını aşkar etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş 300 manatın ödənilmədiyini, lakin həmin zərəri təqsirləndirilən şəxsdən tələb etmədiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanmış, evin həyətində, evə bitişik olan və yay aylarında istifadə etdikləri mətbəx otağına daxil olmuş və həmin mətbəx otağından məişət əşyalarının oğurlandığını aşkar etmişdir. Daha sonra evin ətrafını gəzmiş, lakin başqa hər hansı bir əşyanın oğurlandığını aşkar etməmişdir. Lakin, evdən təxminən 60 metr aralıda bir ədəd qazanın qapağını aşkar etmiş və mətbəx otağından məişət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Daha sonra o, Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ilə hadisə yerinə baxış keçirilmişdir. Mətbəx otağından 10 ədəd təxminən 200 manat dəyərində alüminium materialdan olan ləyən və qazanlar, 01 ədəd 50 manat dəyərində «Altın Başak Mega» adlı böyük ölçülü qazan, 01 ədəd 20 manat dəyərində üzərində «Alizz A85A 2L Professional» yazılmış su qızdırıcısı, 01 ədəd 10 manat dəyərində böyük ölçülü plastmas materialdan olan ləyən, 04 ədəd hər biri 20 manat dəyərində olan üzərində «PMT» yazısı olan Türkiyə istehsallı qazanlar, 01 ədəd 15 manat dəyərində orta ölçülü tava, 01 ədəd markasını bilmədiyi 150 manat dəyərində ət çəkən maşın oğurlanmışdır. Oğurluq nəicəsində ona xeyli məbləğdə maddi zərər dəymiş, həmin zərər istintaq orqanı tərəfindən aşağı qiymətləndirilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, təxminən 4 ildir ki, Azərbaycan Avtomobil Yollan X6 Yolların İstismarı MMC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis işləyir. 25 yanvar 2023-cü il tarixdə xidmət tərəfindən Sumqayıt şəhər polis İdarəsinə müraciət olunmuşdur. Müraciətdə M-1 Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 39.5-ci kilometrliyinə əməkdaşları tərəfindən 23 yanvar 2023-cü il tarixdə baxış keçirilən zaman 20 ədəd hərəkətin təhlükəsizliyini təmin edən və yol qurğularına aid olan təhlükəsizlik çəpərlərin naməlum şəxs və ya şəxslər tərəfindən açılaraq oğurlanması qeyd olunmuşdur. Baş vermiş oğurluq nəticəsində Azərbaycan Avtomobil Yollan X7 Yollarının Mühafizə Xidmətinə 4.272 manat 20 qəpik maddi ziyan vurulmuşdur. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı hər hansı bir məlumatları yoxdur, hadisə baş verən ərazidə isə müşahidə kameraları yoxdur. Oğurlanmış təhlükəsizlik çəpərləri 10 il əvvəl oraya quraşdırılmışdır. Hal-hazırda təmsil etdiyi Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinə dəymiş zərər ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, o, metal qəbulu sexi işlədir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işdə olduğu zaman əvvəllər tanımadığı Babək adlı şəxs yanında bir nəfər şəxslə məntəqəyə gələrək kislorod balonu satdığını bildirmişdir. O, Babək adlı şəxsdən həmin balonları tərəziyə qoymağını istəmişdir. Həmin şəxs QAZ 3110 markalı avtomaşınla gəlmişdir. Kislorod balonlarını tərəziyə qoyduqdan sonra o, Təqsirləndirilən şəxs 139 (yüz otuz doqquz) manat pul vermişdir. Bundan sonra onlar oradan uzaqlaşıb getmişlər. Babək adlı şəxs özünə məxsus olan sexi bağladığını və orada olan malları satdığını bildirmişdir. Həmin şəxs əvvəllər ona bundan başqa metal verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında 1 nəfər əvvəllər tanımadığı şəxs onun yanına gəlmişdir. Ondan qara metal olduğunu, onu aparmaq köməklik göstərməyi xahiş etmişlər. O, həmin şəxsə metal oğurluq olduğu halda aparmayacağını demişdir. Həmin şəxs ona metalın oğurluq olmadığını və ona özünə məxsus şəxsiyyət vəsiqəsini göstərmişdir. Həmin şəxsin adı Babək olmuşdur. Bundan sonra o, heç bir etiraz etmədən metalı aparacağını bildirmişdir. O, həmin şəxsi maşını ilə ötürmüşdür. Onlar H.Zeynalabdin qəsəbəsi K.Kərimov küçəsinə gedən yolda düşmüşlər. Orada yerləşən hərbi hissənin qarşısında üzü Bakı istiqamətinə bir qədər keçdikdən sonra yolun kənarında onu saxlamağı demişlər. O, maşını saxlayıb yerə düşdükdə onunla əks istiqamətdə qara rəngli DAEVOO markalı avtomobil dayanmışdır. Həmin avtomobildən bir nəfər şəxs onların yanına yaxınlaşmış və ona avtomobilin xarab olduğunu bildirmişdir. O, onunla gələn şəxsə mala baxdıqdan sonra həmin malı 20 manata aparacağını bildirmişdir. Bundan sonra həmin şəxslər yerdə olan kislorod balonlarını maşına yükləmişlər. Maşına yüklədikdən sonra Sumqayıt şəhərinin çıxışına tərəf sürməyi xahiş etmişlər. Sumqayıt şəhər Stansiya Sumqayıt qəsəbəsinə gedən yolda yolun sağ tərəfində yerləşən metal qəbulu sexinə getmişlər. Orada balonları yerə düşürtmüşlər. Pul hesablandıqdan sonra ona 20 manat pul vermişlər. Həmin şəxslər onunla birlikdə yenidən H.Zeynalabdin qəsəbəsinə qayıtmışlar. H.Zeynalabdin qəsəbəsi parkının qarşısında maşından düşmüşlər. O, daha sonra öz işlərinin dalınca getmişdir. Təqsirləndirilən şəxs yanında olan şəxsin adını bilməmiş və eyni zamanda sonuncu malın özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Yaşma bağları ərazisində metal qəbulu sexi işlədir. 16 iyul 2023-cü il tarixdə günorta saatlarında bir nəfər Babək adlı şəxs sexə gələrək alüminium qazan və ləyənləri satmaq istədiyini bildirmişdir. O, həmin alüminium əşyalara baxdıqda onların əzilmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin şəxs qeyd olunan əşyaları özünün əzdiyini və onları satmaq istədiyini bildirmişdir. O, həmin Babək adlı şəxsdən alüminium əşyaların kimə məxsus olduğunu soruşduqda, sonuncu həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, həmin əşyaları almağa razılıq vermiş və onları tərəzidə ölçmüşdür. Sonra Babək adlı şəxsə həmin əşyalara görə 21 manat pul verə biləcəyini demişdir. Babək adlı şəxs də razılaşmış və o, 21 manat pul verib həmin əşyaları almışdır. Sonra Babək adlı şəxs gəldiyi taksi ilə çıxıb getmişdir. Növbəti gün isə sexə polis əməkdaşları gəlmişlər və həmin vaxt Babəkin ona satdığı əşyaların oğurluq olduğunu öyrənmiş və həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. O, Babəkdən aldığı alüminium əşyaların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından etibarən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində Bazarın yaxınlığında qara və əlvan metal qəbulu məntəqəsi işlədir. Qara metal və əlvan metal qəbul edir. xx.xx.2023-cü il tarixdə Fariz adlı şəxs ona yaxınlaşaraq metal olduğunu, yolun kənarına yığıldığını, onları götürmək lazım olduğunu demişdir. O da razılaşmışdır. Özünə məxsus Qazel markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Fariz və Babək adlı şəxslərlə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, K.Kərimov küçəsi istiqamətində Bakı-Quba yolunun kənarına getmişlər. O, həmin yerə gəlmiş və həmin şəxslər metalların onlara məxsus olduğunu demişlər. Həmin metallar magistral yolun kənarlarına bərkidilmiş dəmir məhəccərlər olmuşdur. O, Babək və Farizə bu metalların avtomobil yollarına məxsus olduğunu demişdir. Onlar isə təkidlə həmin metalları X15 Agentliyi işçilərindən aldıqlarını, istifadəyə yararsız olduğunu və yenisi ilə əvəz olunacağından tullantı kimi aldıqlarını demişlər. O da yolun kənarında insanların çox olduğu yerdə onların oğurluq etməyəcəklərini düşünərək inanmışdır. Daha sonra onlar həmin məhəccərləri ona məxsus yük maşınına yükləmişlər. O, yük maşını ilə həmin məhəccərləri metal qəbulu məntəqəsinə gətirmişdir. Biri təxminən 4.5 metr olan, ümumi 20 ədəd dəmir məhəccərlərin çəkisi 280 kiloqram olmuşdur. O, bir kiloqramına 0.30 manat pul ödəməklə ümumi 80 manat pul ödəyərək həmin metalları almışdır. O, 80 manat pulu Fariz adlı şəxsə ödəmişdir. O, Fariz kimi tanıdığı şəxsin çağırışı ilə onların yığdığı dəmir məhəccərləri Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, K.Kərimov küçəsi istiqamətdində Bakı-Quba yolunun kənarından götürmüşdür. O, həmin əmlakların oğurluq olduğunu bilməmişdir. Hadisə zamanı Farizin yanında Təqsirləndirilən şəxs da olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxsla söhbət edib metal olduğunu və onu açıb oğurlamaq istədiyini bildirmiş və birlikdə bu oğurluğu etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. O, Babəkə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, K.Kərimov küçəsi ərazisində Bakı- Quba yolunun kənarında, avtomobil yolunun kənarına bərkidilmiş məhəccərlərin olduğunu demişdir. Babək də onunla razılaşmışdır. O, Babəklə birlikdə həmin yerə getmiş və özü ilə apardığı 24-lük açarla dəmir məhəccərlərin arxasından boltları açmışlar. Onlara dəmir maneələrin yolun həm kənarlarında həm də ortasında bərkidildiyi məlum olmuşdur. Onlardan 6 ədədini bir tərəfdən, 10 ədədini bir tərəfdən, 4 ədədini isə orta tərəfdən açmaqla Bakı-Quba yolunun Bakı istiqamətində yolun kənarına yığmışlar. Gecə maşın olmadığı üçün səhər aparmağı qərara almışlar. Saat təxminən 19 radələrində o, Babəklə birlikdə Şahid4 işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişlər. Metal qəbulu məntəqəsində Rinata metal aldıqlarını, onu satmaq istədiklərini bildirmişlər, lakin metalların ağır olduğunu və qazellə aparmaq lazım olduğunu demişlər. Rinat bununla razılaşmışdır. Beləcə Rinatin idarə etdiyi Qazel markalı yük maşını ilə K.Kərimov küçəsi ərazisinə getmişlər və orada olan məhəccərləri avtomobilə yükləmişlər və Rinatin metal qəbulu sexinə gəlmişlər. Həmçinin bildirmişdir ki, onlar ümumilikdə 20 ədəd dəmir məhəcər açaraq yol kənarına yığsalar da, təkrar gedən zaman onların bir qismi orada olmamış, yalnız altı ədədi qalmışdır. Ona görə də yalnız altı ədəd məhcəri oğurlayıb sata bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili işləmişdir, hazırda təqaüddədir. Əməliyyat müvəkkili işlədiyi vaxt xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilən tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsində Şahin adlı şəxsin ayaqqabı təmiri yerinin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət etmişlər. Babək Nərirovun üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis idarəsinə vəkil dəvət edilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxsn hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan köynəyin cibində saxladığı bir ədəd bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Babək Nərirov üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni həmin tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı bir şəxsdən 15 manata aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra hər hansı etiraz etməmiş, törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid6 və Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin kiçik inspektoru X9 digər Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan köynəyin cibində saxladığı maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 235-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 254-255-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 90-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 127-128-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 97-98-ci vərəqələrində olan “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntülərdən görünür ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli köynəyin sol döş cibindən çıxarıb bir ədəd bükümü təqdim etmiş, bükümün içərisinə baxış keçirilərkən qəhvəyi rəndli narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin varkotik vasitə olan “kakos” olduğunu, onu həmin tarixdə saat 06:30 radələrində Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 1,13 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq narkotik vasitənin özünə məxsus olduğunu, ona qarşı hər hansı təsir və ya təzyiq olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 216-219-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6452 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və tədqiqata təqdim edilən fotoşəkillərdə göstərilən malların yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 5 ədəd 1990-cı illərdə istehsal edilmiş, Rusiya Federasiyası istehsalı, həmin vaxtdan istifadə edilən, diametri 25 sm, hündürlüyü 130 sm, işlək vəziyyətdə olan, dəmir metaldan hazırlanmış “Oksigen” balonları — 300,00 manat (5 ədəd x 60 manat); - 1 ədəd 1990-cı illərdə istehsal edilmiş, Rusiya Federasiyası istehsalı, həmin vaxtdan istifadə edilən, hazırda işlək vəziyyətdə oran, diametri 30 sm, hündürlüyü 0,80 sm, çəkisi 20 kq olan “Propan” balonu - 40,00 manat; - 2 ədəd istifadəyə yararsız, əsas hissəsi deformasiya etmiş “Karbit” balonları dəmir qırıntı kimi — 10,00 manat (2 ədəd x 5manat). Cinayət işinin 2-ci cild 31-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli, 9/5547 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların (ümumilikdə 10 ədəd zədələnmiş qazanlar və ləyənlər zədələnməmişdən əvvəl normal vəziyyətdə) istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 295,00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: - “Altın başak mega” yazısı olan böyük ölçülü qazan - 40 manat; - üzərində “Alizz A85A 2L” Professional yazısı olan su qızdırıcısı - 10 manat; - əzilmiş vəziyyətdə olan alüminium materialından hazırlanmış, müxtəlif ölçülü ləyənlər və qazanlar təyinatı üzrə istifadəyə yararlı vəziyətdə - 150 manat; - böyük ölçülü plastmas ləyən - 5 manat; - 04 ədəd üzərində PMT yazısı olan Türkiyə istehsalı qazan - hər biri 20 manat olmaqla 80 manat; - orta ölçülü tava - 10 manat. Cinayət işinin 1-ci cild 171-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 9/798 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məktubdan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş nümunəyə əsasən 20 ədəd qalınlığı 3 mm, hər birinin uzunluğu 4 metr olan metal təhlükəsizlik səddlərinin 2023cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4272 manat, 2010cu il tarixdə quraşdırılması nəzərə alınaraq 3.844,98 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 108-109-cu vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasının 04 may 2023-cü il tarixli, 6/2591 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Arayışlar üçün №126” dairəvi möhür əksi olan, “saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,906 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin ümümi təmiz çəkisi 0,906 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 0,806 qram. Cinayət işinin 1-ci cild 107, 172 və 217-ci, 2-ci cild 32-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərcləri müvafiq olaraq 80, 50, 50 və 50 manat, ümumilikdə 230 (iki yüz otuz) manat təşkil edir. Cinayət işinin 2-ci cild 162-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 1589 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 163-181-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,806 qram çəkidə narkotik vasitə olan heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Altın başak mega” yazısı olan böyük ölçülü qazan, 01 ədəd üzərində “Alizz A85A 2L” professional yazısı olan su qızdırıcısı, 10 ədəd əzilmiş vəziyyətdə olan alüminium materialından hazırlanmış ləyənlər və qazanlar, 01 ədəd böyük ölçülü plastmas ləyən, 04 ədəd üzərində PMT yazısı olan Türkiyə istehsalı qazanlar, 01 ədəd orta ölçülü tava maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Cinayət işinin 2-ci cild 87-ci vərəqəsində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ona məxsus olan 01 ədəd “Altın başak mega” yazısı olan böyük ölçülü qazan, 01 ədəd üzərində “Alizz A85A 2L” professional yazısı olan su qızdırıcısı, 10 ədəd əzilmiş vəziyyətdə olan alüminium materialından hazırlanmış ləyənlər və qazanlar, 01 ədəd böyük ölçülü plastmas ləyən, 04 ədəd üzərində PMT yazısı olan Türkiyə istehsalı qazanlar və 01 ədəd orta ölçülü tavanı maddi təhvil almışdır. Cinayət işinin 2-ci cild 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 105-109-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli 1(060)-109/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsə əsasən Təqsirləndirilən şəxs tutulduğu ümumilikdə 06 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməsə də, onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə ilkin olaraq törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Yalnız istintaqın son mərhələsində özünü təqsirli bilmədiyini qeyd edərək ona təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin biri ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli 1(060)-109/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsə əsasən Təqsirləndirilən şəxs tutulduğu ümumilikdə 06 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-ci il tarixli 1(060)-109/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-109/2023 saylı cinayət işi üzrə tutulduğu 06 (altı) gün, həmçinin hazırki iş üzrə 30 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və 05 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, ümumilikdə isə 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2023-cü il tarixdən hesablanmalı, hazırkı iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və hazırda başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,806 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Altın başak mega” yazısı olan böyük ölçülü qazan, 01 ədəd üzərində “Alizz A85A 2L” professional yazısı olan su qızdırıcısı, 10 ədəd əzilmiş vəziyyətdə olan alüminium materialından hazırlanmış ləyənlər və qazanlar, 01 ədəd böyük ölçülü plastmas ləyən, 04 ədəd üzərində PMT yazısı olan Türkiyə istehsalı qazanlar, 01 ədəd orta ölçülü tavanın saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(060)-103/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-109/2023 saylı cinayət işi üzrə tutulduğu 06 (altı) gün, həmçinin hazırki iş üzrə 30 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və 05 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, ümumilikdə 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,806 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Altın başak mega” yazısı olan böyük ölçülü qazan, 01 ədəd üzərində “Alizz A85A 2L” professional yazısı olan su qızdırıcısı, 10 ədəd əzilmiş vəziyyətdə olan alüminium materialından hazırlanmış ləyənlər və qazanlar, 01 ədəd böyük ölçülü plastmas ləyən, 04 ədəd üzərində PMT yazısı olan Türkiyə istehsalı qazanlar, 01 ədəd orta ölçülü tavanın saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar