Məhkəmə qərarları › İş №1(060)-590/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-590/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-590/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1957-ci ildə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 24 yanvar 2023-cü ildə saat 17:50-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı kilometrində texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 330210” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 70 km/saat sürətlə hərəkətdə olarkən «X6» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib yolun solundan sağına doğru iti yerişlə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə yolun sağ ehtiyat hissəsi üzərində vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs başın küt travması, subdural hematoma, baş-beyinə və beyin kötüyünə qansızma, təpə-ənsə nahiyyəsinin dərialtı hematoması və əzilmiş-cırılmış yarası, sağ said sümüklərinin qapalı sınıqları, sağ qaş nahiyyəsinin səthi əzilmiş-cırılmış yarası, sağ göz qapaqlarının dərialtı hematoması, sağ diz oynağı nahiyyəsinin sıyrığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.1997-ci il tarixdən “B” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Sürücülük vəsiqəsi “B1,B” kateqoriyalıdır. Avtomobil idarə etdiyi uzun müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdi, o özünü təcrübəli sürücü hesab edir. Mülkiyyətində olan «QAZ 330210» markalı, 40-BH-l 96 dövlət qeydiyyat nişanlı yük avtomobilini xx.xx.2015-ci il tarixdən idarə edir. 24 yanvar 2023-cü il tarixdə saat 17:50-də texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «QAZ 330210» markalı, 40-BH-l96 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə 70 km/saat sürətlə düzünə hərəkətdə olarkən avtomobilin kabinasında sağ tərəfdə sərnişin Şahid əyləşmişdir. İdarə etdiyi avtomobilin yük yerində 1,8 ton almadan ibarət yük olmuşdur. Yolun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı kilometrində Bakı istiqamətində hərəkətdə olduğu zaman qarşıda, hərəkəti istiqamətində yolun sol tərəfindən, yəni yolun Quba və Bakı istiqamətlərindəki hərəkət hissələrini ayıran beton təhlükəsizlik sədləri tərəfdən, bir kişi piyadanın yolu soldan sağa keçmək üçün yolun hərəkət hissəsinə doğru iti yerişlə hərəkət etdiyini görmüş, o, həmin piyadanı yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində görəndə onu idarə etdiyi avtomobillə vurmamaq üçün əyləci basmaqla avtomobili hərəkəti istiqamətində sağ tərəfə manevr etdirmiş, buna baxmayaraq o, piyadanı idarə etdiyi yük avtomobilinin kabinasının qabaq sol tərəfi ilə Bakı istiqamətində yolun sağ ehtiyat hissəsi üzərində vurmuş və piyada yerə yıxılmışdır. Bundan sonra idarə etdiyi yük avtomobili Bakı istiqamətində yolun sağ ehtiyat hissəsinin sağ kənarındakı nisbətən çökək sahəyə düşüb dayanmışdır. Avtomobildən düşərək dərhal vurduğu piyadaya yaxınlaşmışdır. Yaxınlaşanda görmüşdür ki, piyada hadisə nəticəsində ağır bədən xəsarətləri alması səbəbindən ölmüşdür. Arxadan Quba istiqamətindən gələn avtomobillər piyadanın meyitini vurmasınlar deyə idarə etdiyi avtomobili yolun hərəkət hissəsinə çıxarıb meyitin olduğu yerdən arxada saxlamış və qəza işıqlarını qoşmuşdur. Bundan sonra o, öz mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və təcili tibbi yardım üçün“ 103” zəng xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət surəti 70 km/saatdaıı çox olmamışdır. Qəzadan əvvəl həmin anda onun avtomobilini “Tir” yük avtomobili ötüb keçdiyindən və piyada həmin avtomobilin arxasından çıxaraq iti addımlarla hərəkət etdiyindən o ani olaraq fikirləşmişdir ki, piyada dayanar, lakin piyada dayanmadığından hadisənin qarşısını ala bilməmişdir. Həmin hadisə baş verərkən öz səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfaltbeton olmuş, hadisə nəticəsində o və avtomobildə olan sərnişin Şahid heç bir xəsarət almamış, piyada yolu iti yerişlə keçmiş, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə olaraq ehtiyyatsızlıqdan cinayət əməli törətdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, gələcəkdə də olmayacağını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, mərhum atası Zərərçəkmiş şəxs və anası Sevgili Gülmaliyevlə birlikdə yaşamışdır. Atası Zərərçəkmiş şəxs 1940-cı ildə Kürdəmir rayonunun Ərəbxana kəndində dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ali təhsilli və hərbi mükəlləfiyyətli olmuşdur. Mərhum atası Adil vaxtı ilə Sumqayıt şəhərində yerləşən Boru prokat zavodunda usta işləmişdir, 1992-ci ildən təqaüdə çıxmışdır. Mərhum atası Adil fiziki cəhətdən tam sağlam olmuş, heç bir xroniki xəstəliyi olmamışdır. 24 yanvar 2023-cü il tarixdə saat 19:20-də Sumqayıt şəhərində olarkən ona telefon zəngi ilə xəbər verilmişdir ki, həmin gün saat 18 radələrində Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atası Zərərçəkmiş şəxs ölmüşdür, meyiti məhkəmə tibbi müayinədən keçirilməsi üçün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinin meyitxanasına göndərilmişdir. O, bunu bilən kimi dərhal həmin meyitxanaya getmişdir. Ora çatandan sonra ona məlum olmuşdur ki, 24 yanvar 2023-cü il tarixdə saat 17:50-də Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı kilometrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «QAZ 330210» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu eyni istiqamətdə soldan sağa keçən atası Zərərçəkmiş şəxs vurmuş, nəticədə atası Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. Mərhum atası Zərərçəkmiş şəxs meyiti Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinin meyitxanasmda məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün həmin gün saat 21 radələrində onlara təhvil verilmişdir. Mərhum atası Adilin cənazəsini 25 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Sumqayıt şəhər qəbristanlığmda dini adətlərə uyğun dəfn etmişlər. Cinayət işinin 57-ci vərəqində olan notarial qaydada təsdiq olunmuş ərizədən də müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, 24 yanvar 2023-cü il tarixdə saat 17:50də Təqsirləndirilən şəxs idarə etdiyi «QAZ 330210» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə 70 km/saat sürətlə düzünə hərəkətdə olarkən avtomobilin kabinasında sağ tərəfdə əyləşmiş, avtomobilin yük yerində 1,8 ton almadan ibarət yük olmuş, yolun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı kilometrində Bakı istiqamətində hərəkətdə olduğu zaman qarşıda, yolun sol tərəfindən, yəni yolun Quba və Bakı istiqamətlərindəki hərəkət hissələrini ayıran beton təhlükəsizlik sədləri tərəfdən, bir kişi piyadanın yolu soldan sağa keçmək üçün yolun hərəkət hissəsinə doğru iti yerişlə hərəkət etdiyini görmüşlər. Sürücü Təqsirləndirilən şəxs həmin piyadanı yolun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində görəndə onu idarə etdiyi avtomobillə vurmamaq üçün tormozu basmaqla avtomobili hərəkətləri istiqamətində sağ tərəfə manevr etdirmiş, buna baxmayaraq piyada avtomobilin kabinasının qabaq sol tərəfi ilə Bakı istiqamətində yolun sağ ehtiyat hissəsi üzərində vurulmuş və yerə yıxılmışdır. Bundan sonra idarəetmədən çıxmış yük avtomobili Bakı istiqamətində yolun sağ ehtiyat hissəsinin sağ kənarındakı nisbətən çökək sahəyə düşüb dayanmışdır. Onlar avtomobildən düşərək dərhal piyadaya yaxınlaşmışlar. Yaxınlaşanda görmüşlər ki, piyada hadisə nəticəsində ağır bədən xəsarətləri alması səbəbindən ölmüşdür. Arxadan, Quba istiqamətindən gələn avtomobillər piyadanın meyitini vurmasınlar deyə sürücü Bəhram avtomobili yolun hərəkət hissəsinə çıxarıb meyitin olduğu yerdən arxada saxlayaraq qəza işıqlarını qoşmuşdur. Bundan sonra Bəhram öz mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və təcili tibbi yardım üçün“ 103” zəng xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Hadisə vaxtı sərnişini olduğu avtomobilin hərəkət surəti 70 km/saatdan çox olmamış, hadisə nəticəsində heç bir xəsarət almamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında baxılmış Azərbaycan Respublikası DİN-nin X2 xidmətindən daxil olmuş bir ədəd diskə baxış zamanı videogörüntüdə bir nəfər kişi cinsinə mənsub piyadanın Bakı-Quda- Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsinin eyni istiqamətdə sağ ehtiyat hissəsindən Quba istiqamətindəki hərəkət hissəsinə daxil olaraq yolun hərəkət hissələrini ayıran beton təhlükəsizlik sədləri arasındakı keçiddə dayandığı, oradan yenidən hərəkətə başlayaraq yolun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil olub yolun Bakı istiqamətindəki hərəkət hissəsini soldan sağa keçmək üçün hərəkətini davam etdirdiyi, həmin vaxtı yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət edən yük avtomobili ilə vurulduğu müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Sumqayıt şəhər şöbəsinin 20 fevral 2023-cü il tarixli 14 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər başın küt travması, subdural hematoma, baş-beyinə və beyin kötüyünə qansızma, təpə- ənsə nahiyyəsinin dərialtı hematoması və əzilmiş-cırılmış yarası, sağ said sümüklərinin qapalı sınıqları, sağ qaş nahiyyəsinin səthi əzilmiş-cırılmış yarası, sağ göz qapaqlarının dərialtı hematoması, sağ diz oynağı nahiyyəsinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər, baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində təpəənsə nahiyyəsinin subdural hematoması, baş-beyinə və beyin kötüyünə qansızına olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən (24,01.2023-cü il, saat 20:30-da) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 19 aprel 2023-cü il tarixli 8/833 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “QAZ 330210” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 24 yanvar 2023-cü il tarixli, 433 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (xx.xx.2023-ci il tarixdə, saat 19:50-də) alkoqol sərxoşluğu əlaməti olmayıb. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək qüvvədə olan BC457797 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan ACN seriyalı 562741 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ““QAZ 330210” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili sahibi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-16416/23 nömrəli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən (xx.xx.2027-ci il tarixədək etibarlı olan) BC457797 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının göstərdiyi 18 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 108 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar