Məhkəmə qərarları › İş №1(060)-591/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-591/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-591/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1986-cı ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5 otaq 39-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi yaşayış ünvanında yaşayan, barəsində 09 iyun 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında Sumqayıt şəhəri, 76-cı məhəlllə fərdi yaşayış evinin həyətində yerləşən hində istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkib-becərilməsi qadağan edilmiş təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib,torpaq sahəsini becərərək, onlardan bitən xeyli miqdarda təşkil edən 05 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətətnə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş, 07 iyun 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt ŞPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətindəki hinə baxış keçilərəkən xeyli miqdarda təşkil edən ümumi təmiz çəkisi 125 qram olan həmin 05 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri torpaq sahəsində kök üstə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir. O, 1986-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hazırda Sumqayıt şəhəri, 76-ci məhəllə fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Əvvələr Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə məhkum olmuşdur. Evlidir. Təxminən 3-4 il olar ki, narkotik vasitə qurudulmuş marixuananı yandırıb tüstüsünü qəbul edir. Qurudulmuş marixuana istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. 07 iyun 2021-ci il tarixdə saat 18 radələrində o yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gələrək özlərini ona təqdim etmişlər və həyətinə daxil olmaq üçün ondan icazə istəmişlər. O da polis əməkdaşlarına etriaz etməmiş və ərizə ilə etirazı olmaması barədə müraciət etdikdən sonra polis əməkdaşları yaşadığı evin həyətinə daxil olmuşlar və ona narkotik vasitələrin istifadəsində və həyətində əkib becərməkdə şübhəli olduğu üçün onun evinə video çəkilişlə baxış keçirəcəklərini söyləmişlər. O da etiraz etməmişdir. Bundan sonra orada ona vəkil təqdim olunmuş və da orada olmuşdur. Daha sonra polis əməkdaşları onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməli olduğunu söyləmişlər və o da üzərində heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra üzərində qanunla qadağan olan əşyanı baxış keçirib aşkar etməmişlər. Bundan sonra ona yaşadığı evdə və həyətində qanunsuz əşya və predmet olub olmaması soruşulan zaman o polis əməkdaşlarını yaşadığı evin həyətində taxtadan düzəltdiyi toyuq hininin içərisində əkib becərdiyi 05 ədəd narkotik təkibli çətənə bitkisinin kollarını polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları aqranomun iştirakı ilə həmin kollara baxış keçiridikdən sonra kolları kökündən çıxarıb onların ayrı ayrılıqda və ümumilikdə çəkilərini çəkmişlər və həmin kütlələri qablaşdıraraq ekspertizaya göndərmişlər. Qeyd edirəm ki, yaşadığı evin həyətində yerləşən toyuq hinindəki çətənə bitkisini o 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, Novxanı bağlı ərazisində yerdə tapmışdır. Öz istifadəsi üçün həyətində əkib becərmişdir. Həmin cətənə bitkilərinə daima qulluq edirmiş. Vaxtı vaxtında suyunu tökürmüş. Ara sıra isə günəş qəbul etməsi üçün çölə çıxartdını bildirmişdir.Törətdiyi əməldən peşmandır və ona məhkəmə tərəfindən yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə olunmasında vasitəçilik etməsi, yaşadığı ünvanda əkib-becərməsi, kultivasiyası ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin NMB-yə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında idarə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 07 iyun 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, CAŞ-ın kiçik inspektorları polis kiçik serjantı Şahid3 və polis baş serjantı X3 da iştirak etmişlər. İdarənin rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 18 radələrində onun yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları, aqranom və vəkilin iştirakı ilə getmişlər. Həmin evə çatan zaman Təqsirləndirilən şəxs qapını açmışdır. Onlar sonuncuya özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və yaşadığı evin həyətinə baxış keçirmək istədiylərini sonuncuya söyləmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə onun ərizəsi alındıqdan sonra həmin həyətə daxil olmuşlar. İlk növbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitki olub-olmaması barədə sual verilən zaman o giriş qapısından həyətə daxil olan zaman sol tərəfdə hasar boyu yerləşən taxtadan düzəldilmiş toyuq hininin içərisini göstərmiş və həmin yerə baxış zamanı oradan 05 ədəd əkilmiş vəziyyətdə olan bitki kolları aşkar edilmişdir. Həmin kollara aqranomun iştirakı ilə baxış zamanı xüsusi qulluq olunduğu bildirilmişdir. Həmin çətənə bitkiləri müdafiəçi və aqranomun iştirakı ilə kökündən çıxarılmış və ayrı ayrılıqda çəkiləri çəkilmiş və çəkiləri müəyyən edilmişdir. Həmin bitkilər qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərini təxminən 1 ay bundan qabaq öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətindəki hində əkdiyini,ona texniki qulluq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə olunmasında vasitəçilik etməsi, yaşadığı ünvanda əkib-becərməsi, kultivasiyası ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin NMB-yə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 07 iyun 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər,CAŞ-ın kiçik inspektorları polis kiçik serjantı Şahid3 və polis baş serjantı X3 və Sumqayıt ŞPİ-nin NBİnin əməliyyat müvəkkili Şahid1 iştirak etmişlər. İdarənin rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 18 radələrində onun yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları, aqranom və vəkilin iştirakı ilə getmişlər. Həmin evə çatan zaman Təqsirləndirilən şəxs qapını açmışdır. Onlar sonuncuya özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və yaşadığı evin həyətinə baxış keçirmək istədiylərini sonuncuya söyləmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə onun ərizəsi alındıqdan sonra həmin həyətə daxil olmuşlar. İlk növbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitki olub-olmaması barədə sual verilən zaman o giriş qapısından həyətə daxil olan zaman sol tərəfdə hasar boyu yerləşən taxtadan düzəldilmiş toyuq hininin içərisini göstərmiş və həmin yerə baxış zamanı oradan 05 ədəd əkilmiş vəziyyətdə olan bitki kolları aşkar edilmişdir. Həmin kollara aqranomun iştirakı ilə baxış zamanı xüsusi qulluq olunduğu bildirilmişdir. Həmin çətənə bitkiləri müdafiəçi və aqranomun iştirakı ilə kökündən çıxarılmış və ayrı ayrılıqda çəkiləri çəkilmiş və çəkiləri müəyyən edilmişdir. Həmin bitkilər qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərini təxminən 1 ay bundan qabaq öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətindəki hində əkdiyini,ona texniki qulluq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 da şahidlər Şərayil Quliyev və Şahid4 ifadələri ilə oxşsar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08 iyun 2021ci il tarixli, 7\529 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... Saxlanılan şəxs Təqsirləndirilən şəxs...» və s,yazıları,imzaları olan bir ədəd polietilen bağlamadakı sayı 05(beş) ədəd yaş vəziyyətdə ayrı ayrılıqda çəkiləri 35 qram, 15 qram, 20 qram, 30 qram, 25 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisidir.Ümumi çəkisi-125 qramdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin Yaşıllaşdırma İdarəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 38 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri 76-cı məhəllə fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində köküstə yaş halda olan narkotik bitki hesab olunan çətənə koluna bənzər bitkilərə idarənin baş aqronomu Həmidov Xəyyam tərəfindən baxış keçirilib və həmən çətənə bitkilərinə aqrotexniki qulluq edilməsi müəyyən edilib. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi və mənzilə baxış keçirilməsi barədə 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitki olub-olmaması barədə sual verilən zaman o giriş qapısından həyətə daxil olan zaman sol tərəfdə hasar boyu yerləşən taxtadan düzəldilmiş toyuq hininin içərisini göstərərəkhəmin yerə baxış keçirilən zamanyerdə əkilmiş 38, 50, 50, 55, 90 sm uzunluğunda 5 ədəd əkib becərdiyi bitkilər narkotik tərkibli marixuanadır və həmin bitkiləri öz şəxsi istifadəsi üçün təxminən bir ay bundan əvvəl əkildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş ambulator məhkəmə-bioloji ekspertizasının 23 iyul 2021-ci il tarixli,2438 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərin qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sumqayıt şəhər Narkoloji dispanserdən alınmış 30.06.2021-ci il tarixli 2323nömrəli arayışda Təqsirləndirilən şəxs qeydiyyatda olmadığı göstərilmişdir. Sumqayıt şəhər 2 nömrəli xəstəxandan alınmış 09 iyul 2021-ci il tarixli 615 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliknika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə qeydiyyatda yoxdur. İstintaq sənədlərindən olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş 30 iyun 2021-ci il tarixli, sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs 08.06.2016-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il A.M.E və 01 il şərti sınaq müddəti seçilmişdir.Məhkumluğu ödənilmişdir. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilərək götürülmüş 05 ədəd yaş vəziyyətdə ümumi çəkisi 125 qram olan narkotik təbiətli çətənə bitkisi maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 124,75 qram çəkidə çətənə bitkisi iş üzrə saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə görüntürüləri əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 08 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-nin 237.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixində saat 18:07-də Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Zaur Ağayev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, X2 09 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 8 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmayıb. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 06.08.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 188 və 234.2-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü bir azyaşlı və 2008-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.2-ci maddəsinə əsasən bir yetkinlik yaşına çatmayan uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasa da əvvəllər CM-nin 127-ci maddəsi ilə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal olaraq qiymətləndirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını nəzərə alaraq azadlıqdan məhrum etmə cəzası minimuma yaxın həddə müəyyən edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməldir. Məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixindən hesablanmalı və CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 124,75 qram olan 05 ədəd yaş vəziyyətdə olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli (iş № 1(060)-591/2021) qərarını icra edərək, 23 avqust 2021-ci il tarixli 977 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixindən hesablansın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 124,75 qram çəkidə 05 ədəd yaş vəziyyətdə olan çətənə kolu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar