Məhkəmə qərarları › İş №1(060)-591/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-591/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-591/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində yaşadığı Sumqayıt şəhəri, 9cu mikrorayon 71 saylı binanın həyətində şəxsi münasibətlərin pozulması zəmnində aralarında baş verən mübahisə zamanı övladlığı Zərərçəkmiş şəxs sifətinin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə qəsdən bir neçə dəfə vuraraq, ona burun sümüyünün xətti sınığı, burun nahiyəsinin, sol alt göz qapağı və gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasına qansızma, sol əlin arxa səthinin sıyrığından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddəətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ögey oğludur. Abgül onun ikinci həyat yoldaşı Sahibənin oğludur. O, Sahibə ilə 8 il olar ki, rəsmi qaydada ailə qurmuşdur. Onlar ailə quran zaman Abgülün 9 yaşı olmuş, sonuncunu o böyüdüb boya-başa çatdırmışdır. 2025-ci ilin yanvar ayından onlar Sahibə ilə faktiki ayrılmışlar. Lakin, əlaqələri davam edir. Sahibə həm onun yanında, həm də Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən evlərində oğlanlarının yanında qalır. xx.xx.2025-ci il tarixdə axşam radələrində öz evində spirtli içki qəbul etmiş, xx.xx.2025-ci ıl tarixdə gecə saat 01 radələrində Sahibənin olduğu evə getmişdir. Sahibəgilin mənzillərinin qapısını nə qədər döysə də, heç kim açmamışdır. Daha sonra o, həyətə düşərək binanın qarşısında səkidə oturmuşdur. Bu zaman onun oğulluğu Abgül gəlmiş və onun üstünə qışqıraraq nə üçün gəldiyini soruşmuşdur. Elşənin onun üstünə qışqırması ona toxunmuş və özünü yığışdırması üçün ata kimi Abgülə bir sillə vurmuşdur. Lakin, Abgül özünə gəlmək əvəzinə ona nalayiq ifadələr işlətmiş və əlləri ilə onun bədənini qucaqlamışdır. Abgülün tərbiyəsiz davranışı onu özündən çıxartmış və əsəbləşərək onun sifət nahiyəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Sonda əsəbi soyumuş və aralaşıb kənara getmişdir. Təxminən 3-5 dəqiqə sonra PPX əməkdaşları gəlmişlər. Hazırda əməlindən peşmandır, aralarında barışıq olmuş, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey atasıdır. Anası Sahibə ilə Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, rəsmi qaydada birlikdə yaşamışlar. 2025-ci ilin yanvar ayından onların xasiyyətləri uyğun gəlmədiyi və ögey atası Elşənin spirtli içkiyə meyilli olması səbəbindən faktiki ayrılmışlar, daha sonra onlar rəsmi qaydada boşanmışlar. Hazırda o, anası Sahibə və qardaşı Elçin 9cu mikrorayonda yaşayırlar. Atalığı Elşən isə 7-8-12 birləşmiş məhəllə ərazisində qalır. xx.xx.2025-ci ildə gecə saatlarında işdən çıxıb Fəxri marketin ətrafında olan zaman anası ona zəng vuraraq atalığı Elşənin sərxoş halda onlara gəldiyini bildirmişdir. Anası Elşənin problem yaratmasından qorxduğu üçün ona zəng vurmuşdur. O da dərhal yaşadıqları binanın həyətinə gəlmişdir. Binanın qarşısında atalığı Elşəni səkinin üzrində oturan görmüşdür. O, Elşənin üstünə acıqlanaraq nə üçün gəldiyini soruşmuşdur. Elşən isə ona cavabında əcəb etdiyini bildirmişdir. Buna görə onlar arasında mübahisə baş vermişdir. Həmin vaxt atalığı Elşən yumruq zərbələri ilə onun sifətinin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Elşən tərəfindən onun burun nahiyəsinə dəyən zərbələr nəticəsində onun burnundan qan açılmışdır. Təxminən 1-2 dəqiqəlik davadan sonra onlar aralaşmışlar. O, burnunun qanını yumaq üçün su kranına tərəf getmişdir. Dava başa çatdıqdan təxminən 3-5 dəqiqə sonra binanın qabağına PPX əməkdaşları gəlmişlər. Polis əməkdaşları onun üst-başının qan olduğunu gördükləri üçün ondan nə baş verdiyni soruşmuşlar O da baş verənləri danışdıqdan sonra onu və atalığı Elşəni 3-cü Polis Bölməsinə gətirmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı ödənimiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1067 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun sümüyünün xətti sınığı, burun nahiyyəsinin, sol alt göz qapağı və gözaltı nahiyyənin qançırları.Sol gözün ağıl qişasını qansızma, sol əlin arxa səthinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 20.07.25-ci il tarixdə yumruqla yetirilən zərbələrin təsirindən yama bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xısarətlərin vətəndaş Zərərçəkmiş şəxs Xıdır oğlunn özü-özünə yetirməsi az inandırıcıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 aya endirilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qızına qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmiş, sonuncunun ona qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar