Məhkəmə qərarları › İş №1(060)-592/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-592/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-592/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə , xx.xx.1976-cı ildə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Saray qəsəbəsi, Üzümlük massivi, 28 may küçəsində fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə 26 mart 2022-ci il tarixdə, saat 19:10 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 14-cü məhəllə, 110/72 nömrəli binanın arxa hissəsində Zərərçəkmiş şəxs məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” markalı avtomaşının sağ qapısının şüşəsini yerdən götürdüyü daşla sındıraraq qabaq oturacaqların arasında sonuncuya məxsus içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, məcburi köçkün vəsiqəsi, idarə etdiyi **-AA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomaşının texniki qeydiyyat şəhadətnaməsi, “Kapital Bank”-a aid olan əmək haqqı kartı, Prezident təqaüd kartı, MSK-yə aid olan əmək haqqı kartı və 1500 manat pul olan əl çantasını götürüb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə əvvəlki məhkəmə iclaslarında özünü təqsirli bilməsədə, daha sonra ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19:10 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 14-cü məhəllə, 110/72 saylı yaşayış binasının arxa hissəsində çoxlu sayda avtomobil olmuşdur. Orada avtomobil saxlayan sürücülərin əksəriyyəti “Turan” restoranına gedirlər. O da orada saxlayan avtomobilin içərisinə baxaraq qabaq oturacaqların arasında əl çantası olduğunu görmüşdür. Yerdən daş götürüb qabaq sərnişin oturan tərəfin sağ ön qapısının pəncərəsini sındırmış və orada oturacaqların arasında olan əl çantasını götürüb biraz aralaşmışdır. Bundan sonra həmin əl çantasının içində bir neçə kart və 1500 manat pul olduğunu görmüşdür. 1500 manat pulu götürüb əl çantasını kart və sənədlərlə birlikdə zibil atılan yerə atmışdır. Həmin pulu xərcləmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu Sumqayıt şəhəri, Kotec qəsəbəsinin yaxınlığında olan zaman saxlamış və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 14-cü məhəllə, 110/72 saylı yaşayış binasının arxa hissəsində saxlanılmış “Hyundai Tucson” markalı avtomobildən əl çantasını oğurlamasında şübhəli bilindiyi üçün onu polis idarəsinə dəvət etmişlər. Əvvəllər də, avtomobillərdən oğurluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Polis əməkdaşları oğurluq baş verən an onun həmin avtomobilin yanında olmağı ilə bağlı kamera görüntüsünüdə göstərmişlər. Onun niyyəti həmin əl çantasında olan pulu oğurlamaq olmuş, əl çantasının içində sənəd və ya kart olduğunu bilməmişdir. Bu səbəbdən də, əl çantasından pulu götürdükdən sonra əl çantasını içindəki sənəd və kartlarla birlikdə zibil atılan yerə atmışdır. O, törətdiyi əmələ görə peşmandır. O, qardaşının 3 uşağına baxır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı hissə-hissə olsa da ödəyəcəkdir. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadələrlə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə telegramla müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Füzuli dövlət dramteatırının direktoru vəzifəsində işləyir. Dövlət tərəfindən ona “Hyundai Tucson” markalı, **-AA-*** dövlət qeydiyyat nişanli avtomobil verilmişdir. 2022-ci ilin mart ayında qeyri iş günlərində oğlu Şahid1 Sumqayıt şəhərində yaşadığı üçün onlara qonaq getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində oğlu ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi 14-cü məhəllə, 110/72 saylı yaşayış binasının yaxınlığında yerləşən “Turan” restoranında oturmuşdur. Avtomobili də “Turan” restoranı ilə üzbəüz yolun digər hissəsində saxlamışdır. Qeyd olunan tarixdə, yəni xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində o və oğlu restorandan çıxıb avtomobilə yaxınlaşıb görmüşlər ki, avtomobilin qabaq sərnişin oturacaq tərəfin sağ ön qapısının şüşəsi sınmış vəziyyətdədir. O da avtomobildə oturacaqların arasında özünə məxsus əl çantasını qoymuşdur. Həmin əl çantasının yerində olmadığını görmüş və başa düşmüş ki, naməlum şəxs və ya şəxslər avtomobilin süşəsini sındırıaraq əl çantasını oğurlamışlar. Bundan sonra dərhal oğlu Şahid1 Azərbaycan Republikası DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və müvafiq sənədləşmə işləri aparmışlar. Həmin əl çantasının içində özünə məxsus olan bir neçə vəsiqə, kartlar və 1500 manat nağd pul olmuşdur. Sonradan ona məlum olmuş ki, onun avtomobilinin şüşəsini sındıraraq əl çantasını oğurlayan şəxs Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1, ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq göstərdi ki, zərərçəkmiş şəxs onun atasıdır. Atası işi ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilmir. Onlara dəymiş ziyan hələdə ödənilməmişdir və onlar dəymiş ziyanın ödənilməsini tələb edirlər. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİnin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Şahid1 Azərbaycan Respublikası DİN- 102 zəng mərkəzi xidmətinə zəng edərək atasına məxsus “Hyundai Tucson” markalı, 19 AA-073 dövlət qeydiyyat nişanlı avtomobildən Sumqayıt şəhəri, Turan restoranın qarşısında içərisində sənədlər və 1500 manat pul olan əl çantasının avtomaşının qabaq sağ ön şüşəsinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırılaraq oğurlanması barədə məlumat vermişdir. O və bölmənin bir neçə əməkdaşı həmin məlumatla əlaqədar hadisə yerinə getmişlər. Hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs ilə şifahi sorğu sual zamanı bildirmiş ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində oğlu Şahid1 ilə Turan restoranına daxil olmuş, avtomaşınını restoranla üzbəüz istiqamətdə saxlamış, şam yeməyi yedikdən sonra qeyd olunan tarixdə, saat 19:30 radələrində restorandan çıxıb avtomaşına yaxınlaşdıqda görmüş ki, avtomaşının qabaq sağ qapısının ön şüşəsini naməlum şəxs və ya şəxslər sındıraraq qabaq oturacaqların arasında qoyduğu əl çantasını oğurlamışlar. Əl çantasında isə 1500 manat pul, müxtəlif vəsiqə və kartlar olmuşdur. Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, həmin oğurluğu Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs etmiş və onun olduğu yer xx.xx.2022-ci il tarixdə müəyyən edilərək polis idarəsinə gətirilmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:10 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 14-cü məhəllə, 110/72 saylı yaşayış binasının arxa hissəsində saxlanılmış **-AA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomaşının qabaq sağ ön şüşəsini yerdən götürdüyü daşla sındıraraq qabaq oturacaqların arasında olan əl çantasını götürdüyünü, əl çantasında bir neçə kartın, sənədlərin və 1500 manat pulun olduğunu, həmin əl çantasından 1500 manat pul götürdüyünü, əl çantasını isə içindəki sənədlərlə birlikdə yaxınlıqda olan zibil atılan yerə atdığını bildirmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin, 4-cü PBnin əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqından protokoldan görünür ki,Zərərçəkmiş şəxs yol vərəqəsi ilə idarə etdiyi və Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 14-cü məhəllə, 110/72 saylı binanın arxa tərəfində saxladğı **-AA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomaşındır. Baxış zamanı aşkar edilmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomaşının qabaq sağ qapısının şüşəsi sındırılmış və şüşə qırıntıları avtomaşının içərisinə və çöl hissəsinə tökülmüşdür. Baxiş zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, onun idarə etdiyi avtomaşının qabaq oturacaqlarının arasında saxladığı içərisində sənədlər, bank kartları və 1500 manat pul olan əl çantası oğurlanmışdır. Baxış zamanı hadisə yerinin yaxınlığını əks etdirən müşahidə görüntüləri CD diskə köçürülmüşdür. İş üzrə Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının arxasında vət. Zərərçəkmiş şəxs məxsus “Hunday Tukson” markalı, **-AA-*** nömrəli avtomildən baş vermiş oğurluq faktı ilə bağlı avtomaşının müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.1976-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş Əsəsdov Gülağa Nüslət oğlunun sağ əlinin böyük və şəhadət (02 dəfə) əksləri ilə eynilik müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs şahid qismində ifadəsi alındıqdan sonra ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə onun ifadəsi hadisə yerlərində yoxlanılarkən ifadəsində gösdərdiklərini əyani şəkildə göstərmişdir. İbtidai istintaq zamanı əldə edilmiş videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Turan restoranının qarşısında həmin küçədə yolun hərəkət hissəsinin sağ və sol tərəfində saxlanmış avtomaşınlara şübhəli şəkildə baxaraq keçir. Həmin videogörüntünün köçürüldüyü CD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İş üzrə şübhəli məqamlara aydınlıq gətirilməsi və obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edəcək xüsusatların yoxlanması zərurəti yarandığından Sumqayıt ŞPİ- nin 4-cü PB-nə əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat tapşırığı verilmiş və alınmış cavabda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomaşında olan əl çantasından sonuncuya məxsus müxtəlif kartlar, vəsiqələr və 1500 manat nağd pulu Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması əməliyyat yolu ilə müəyyən edilmişdir. Həmin oğurluq zamanı Təqsirləndirilən şəxs kimin və ya kimlərinsə ona kömək etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs bundan başqa oğurluq hadisələrinin törədilməsində iştirakının olubolmamasına görə əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin başqa oğurluq hadisələri etməsi barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin əvvəlki məhkəmə iclaslarında özünü təqsirli bilməyərək, polis əməkdaşlarının təsiri altında oğurluğu boynuna alması barədə ifadəsinə tənqidi yanaşmış və bunu onun məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, bunun üçün 16 (on altı) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut 1 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini tələb etmiş, amma mülki iddia verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək tutularaq saxlandığı 3 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd SD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 96 (doxsan altı) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə köçürülsün. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar