Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-592/2023 20.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Kəlbihüseyn oğlunun Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1978-ci ildə Ermənistan Respublikası, Stepanavan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs vəkil kimi fəaliyyət göstərməsi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək sonuncunun yaşadığı Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 20-ci məhəllə ərazisində yerləşən evinə çıxarış almasına köməklik edəcəyi barədə yalandan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs hissə-hissə olmaqla yəni, 2021-ci ilin fevral ayının əvvəllərindən sonuna kimi olan müddət ərzində qudası Şahid vasitəsi ilə sonuncunun yaşadığı ünvan 3 ünvanında ümumilikdə 1200 (bir min iki yüz) manat, 25 fevral 2021-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən notariat ofisinin yaxınlığında Zərərçəkmiş şəxs aldığı 150 (bir yüz əlli) manat və 15 mart 2021-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhər avtovağzalının yaxınlığında aldığı 5000 (beş min) manat, ümumilikdə 6350 (altı minüç yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2021-ci ilin fevral ayından etibarən Ərsalamm qohumu Şahid vasitəsilə tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Qurban təxminən 2017-ci ildə ondan yaşadığı evə çıxarış alınması üçün köməklik göstərməsini xahiş etmişdir. Qurbanla yaxşı münasibəti olduğundan sonuncuya bu işdə köməklik göstərmiş və Qurban evinə çıxarış almışdır. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Qurban ona qohumu Ərsalamın da yaşadığı Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 20-ci məhəllə ərazisində yerləşən evinə çıxarış almaq istəyini bildirmişdir. Bundan sonra isə Qurban ondan onun qohumuna bu işdə köməklik göstərməyi xahiş etmişdir. O da Qurbana razılıq vermiş və birlikdə Ərsalamın yaşadığı evə getmişlər. Orada söhbət zamanı Ərsalam özü bir daha ona yaşadığı evə çıxarış almaq istədiyini, lakin hansı qurumlara və necə müraciət etmək olduğunu bilmədiyini, ondan köməklik göstərməyi xahiş etmişdir. O, Ərsalamdan yaşadığı evə dair sənədləri istəmiş və sonuncu da həmin sənədləri ona təqdim etmiş, sənədlə baxdıqdan sonra Ərsalama köməklik göstərəcəyini, bunun üçün isə 2500 (iki min beş yüz) manat pul lazım oldugunu demişdir. Ərsalam isə onu həmin məbləğdə pulunun olmadığını və həmin pulu hissə-hissə verəcəyini demiş və o da Ərsalamla razılaşmışdır. Ərsalamdan pul istəməkdə məqsədi həmin pulu müvafiq sənədlərin toplanması zamanı dövlət rüsümlarına ödəmək və özünün yol xərclərinə sərf etmək olmuşdur. Bu söhbətdən bir neçə gün sonra Qurban onunla əlaqə saxlayıb özündə 1200 (bir min iki yüz) manat pul olduğunu və həmin pulu ona vermək istədiyini bildirmişdir. O da Qurbanla razılaşmış və sonuncudan həmin pulu hissə-hissə alacağını bildirmişdir. Bundan sonra 2021-ci ilin fevral ayının əvvəllərindən sonuna kimi olan müddət ərzində o, Qurbandan sonuncunun yaşadığı evdə 350 (üç yüz əlli) manat, 350 (üç yüz əlli) manat və 500 (beş yüz) manat olmaqla cəmi 1200 (bir min iki yüz) manat pulu almışdır. O, həmin pulları Qurbandan alan zaman sonuncuya hüquqi yardım göstərməsilə bağlı vergilərdə qeydiyyatdan keçmiş VÖEN əsasında qəbz yazaraq təqdim etmişdir. Belə ki, həmin vaxtlar ona müraciət etmiş şəxslərə hüquqi yardım göstərmişdir. Qurban ona 1200 (bir min iki yüz) manat pulu verdikdən sonra o, Ərsalamın evinə çıxarış alınması üçün müvafiq sənədləri toplamağa və digər işləri görməyə başlamış və Ərsalamın adından sənədləşmə aparmaq üçün notarial qaydada təsdiq edilmiş etibarnamə verməsini istəmişdir. Təxminən 25 fevral 2021-ci il tarixdə o, Ərsalamla Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən notariat ofisində görüşmüş, orada Ərsalam ona etibarnamə və 150 (bir yüz əlli) manat pul vermişdir. Sənədləşmə işlərini görən zaman bəzi çətinliklərlə qarşılaşdığından və daha çox xərci çıxdığına görə Qurbanla əlaqə saxlayıb bu barədə bildirmiş və daha 5000 (beş min) manat pul istəmişdir. Qurban da Ərsalamla danışdıqdan sonra sonuncunun onunla razılaşdığını demişdir. Sonradan Ərsalam onunla əlaqə saxlayıb 15 mart 2021-ci il tarixdə, təxminən 20:00 radələrində onunla Sumqayıt şəhər avtovağzalının yaxınlığında görüşmüş və orada özünə məxsus avtomobildə ona 5000 (beş min) manat pulu vermişdir. Ərsalamla sonuncunun evinə çıxarış almaq üçün köməklik göstərəcəyi barədə danışan zaman Ərsalam ona yaşadığı evin mərhum sahibinin bir qız övladı olduğunu demişdir. Lakin o, sənədləşmə işləri ilə məşğul olan zaman ona evin mərhum sahibinin bir oğlan övladı, yəni digər vərəsəsi də olduğunu və həmin şəxsi xarici dövlətdə yaşadığını bildirmişdir. Buna görə də, o, Ərsalama evinin çıxarış məsələsi ancaq məhkəmə qaydasında və təxminən bir il ərzində öz həllini tapa biləcəyini demişdir. Lakin evin onun adına keçirilməsinə görə notariat orqanına və ya məhkəməyə vərəsəliyin qəbul edilməsi üçün müraciət etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ərsalam onun barəsində polisə şikayət etmişdir. O, Ərsalamın işi ilə bağlı ona vermiş olduğu 6350 (altı min üç yüz əlli) manat pulun bir hissəsini müvafiq sənədləşmə işlərinə və yol xərclərinə xərclədiyindən həmin vaxt pulu qaytara bilməmişdir. İstintaq zamanı isə o, Ərsalamın pulunu hissə-hissə toplayaraq tam şəkildə ödəmişdir. Ərsalamın pulunu ələ keçirmək məqsədi olmamış, sonuncunu aldadaraq pulunu ələ keçirməmiş, maddi imkanı yaxşı olmadığından həmin vaxt pulu qaytara bilməmiş, lakin sonradan Ərsalamış pulunu tam şəkildə ödəmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Kəlbihüseyn oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qudası Şahid Bavraməli oğlunun vasitəsi ilə tanımış, Tofiqlə ədavət və ya düşmənçiliyi olmamışdır. Hazırda yaşadığı Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 20-ci məhəllə ərazisində olan evin yerləşdiyi torpaq sahəsini təxminən 1997-ci ildə almışdır. Həmin torpaq sahəsini aldıqdan sonra orada hazırda yaşadığı evi tikmişdir. Evin çıxarışı olmadığından evi özəlləşdirib çıxarış almaq qərarına gəlmişdir. Belə ki, qudası Şahid Sumqayıt şəhəri, 16-mikrorayon ərazisində yerləşən fərdi evi üçün çıxarış alındığını bildiyindən bu barədə ondan maraqlanmışdır. Söhbət zaman Qurban ona bildirmişdir ki, özünə məxsus evin çıxarışını almaqda ona tanışı Təqsirləndirilən şəxs köməklik göstərmişdir. O da Qurbandan bu barədə Tofiqlə danışmasını və ona da köməklik göstaməsini xahiş etmişdir. Təxminən 2021-ci fevral ayının əvvəllərində Qurban tanışı Tofiqla birlikdə yaşadığı evə gəlmişlər. Söhbət zamanı o, Tofiqə yaşadığı evi özəlləşdirib çıxarış almaq istədiyini demişdir. Tofiq özünü ona vəkil kimi təqdim edərək işini düzəldə biləcəyini, nüfuzlu tanışlarının olduğunu demiş, sonra isə ondan evin sənədlərini istəmişdir. O, Tofiqə evin sənədlərini verəndən sonra sonuncu ona 1-2 ay ərzində evinin çıxarış məsələsini düzəldəcəyini və sənədlərin düzəlməsi üçün ona 2500 (iki min beş yüz) manat pul verməli olacağını demişdir. O da Tofiqə həmin məbləğdə pulunun olmadığını, həmin pulu sonuncuya hissə-hissə verəcəyini demiş və onlar razılaşmışlar, Tofiq də çıxıb getmişdir. Bu söhbətdən bir neçə gün sonra Qurban onunla əlaqə saxlayıb özündə 1200 (bir min iki yüz) manat pul olduğunu, əgər istəsə həmin pulu onun adından Tofiqə verə biləcəyini demişdir. O, da Qurbanla razılaşmışdır. Təxminən 2021-ci ilin fevral ayının sonuna kimi hissə-hissə Qurban 1200 (bir min iki yüz) manat pulu Tofiqə onun evinin çıxarış məsələsi ilə bağlı işini görmək üçün vermişdir. Bundan sonra təxminən 25 fevral 2021-ci il tarixdə Tofiq ona zəng vuraraq bildirmişdir ki, evin sənədləşmə məsələsi üçün etibarnamə versin və onlar razılaşıb həmin gün Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən notariat ofisində Tofiqlə görüşmüşlər. Orada o, Tofiqə etibarnamə vermiş və həmin vaxt sonuncu ondan sənədləşmə işlərinə görə 150 (bir yüz əlli) manat pul istəmişdir. O da həmin notariat ofisinin yanında Tofiqə 150 (bir yüz əlli) manat pulu vermişdir. Təxminən bir həftə sonra Qurban ona zəng vuraraq Tofiqin evin sənədləşmə işinə görə 4000 (dörd min) manat pul istədiyini demişdir. Tofiqlə əvvəlcədən ümumilikdə 2500 (iki min beş yüz) manata razılaşdıqlarından sonradan əlavə olaraq 4000 (dörd min) manat pul verməyə əvvəlcə razılaşmamış və bu barədə də Qurbana demişdir. Sonra övladları ilə məsləhətləşdiyi zaman razılığa gəlmişlər ki, həmin pulu Tofiqə versin. Bu söhbətdən təxminən bir həftə keçdiyindən o, Qurbana zəng vurub Tofiqə 4000 (dörd min) manat pulu vermək istədiyini və bu barədə sonuncuya məlumat verməsini istəmişdir. Qurban da Tofiqlə danışandan sonra ona bildirmişdir ki, Tofiq hazırda 4000 (dörd min) manat yox 5000 (beş min) manat istəyir, o da razılaşmışdır. Sonra isə Tofiqlə əlaqə saxlayıb təxminən 15 mart 2021-ci il tarixdə, təxminən saat 20:00 ralələrində Sumqayıt şəhər avtovağzalının yaxınlığına getmişdir. Bir neçə dəqiqə sonra Tofiqlə orada görüşmüş və sonuncunun idarə etdiyi avtomobilə əyləşmişdir. Avtomobildə 5000 (beş min) manat pulu sayaraq Tofiqə vermişdir. Tofiq pulu aldıqdan sonra ona bildirmişdir ki, 2021-ci ilin mart ayının sonuna kimi onun evinin çıxarış məsələsini düzəldəcəkdir. O, 2021-ci ilin mart ayının sonuna kimi gözləmiş, lakin Tofiqin evinin sənədini düzəltmədiyini görüb sonuncu ilə əlaqə saxlamağa və işi barədə maraqlanmağa başlamışdır. Tofiq isə ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Tofiqin onu aldatdığını başa düşüb pulunu tələb etmişdir. Tofiq isə pulunu da qaytarmayıb onu yenə də aldatmağa, yalan vədlər verməyə davam etmişdir. Bundan sonra o, Tofiqin barəsində polisə şikayət etmişdir. Yaşadığı Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, 20-ci məhəllə ərazisində olan evin çıxarışını almaqda ona köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs 1200 (bir min iki yüz) manat pul ona borc olaraq vermiş qohumu Qurban onun əvəzində 2021-ci ilin fevral ayının əvvlərindən sonuna kimi olan müddət ərzində vermişdir. Bundan sonra o, 25 fevral 2021-ci il tarixdə Tofiqə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən notariat ofisinin qarşısında 150 (bir yüz əlli) manat, 15 mart 2021-ci il tarixdə təxminən 20:00 radələrində Sumqayıt şəhər avtovağzalının yaxınlığında isa 5000 (beş min) manat pul vermişdir. Bununla da Tofiq ona ümumilikdə 6350 (altı min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. 150 (bir yüz əlli) manat pulu notariat ofisinin yanında Tofiqə verən zaman eləcədə avtovağzalın yanında Tofiqlə görüşüb sonuncuya 5000 (beş min) manat pulu verən zaman da onların yanında başqa heç kim olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir. Ona görə də, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs Kəlbihüseyn oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid Baraməli oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Seyidməhəmmədin yeznəsi olması ilə bağlı olaraq tanımışdır. Tanıdığı müddətdə də Tofiqin vəkilliklə məşğul olmasını eşitmişdir. Həmin vaxt da o, yaşadığı ünvana çıxarış almaq istəmişdir. Bu barədə Tofiqə müraciət etmiş, sonuncu da müəyyən bir məbləğ qarşılığında onun yaşadığı ünvana çıxarış almağa köməklik etmişdir. Həmin müddətdə də o, qudası Zərərçəkmiş şəxs Kəlbihüsevin oğlunun da yaşadığı ünvan üçün çıxarışa almaq istədiyini bilmişdir. Buna görə də Ərsalama tanışı Tofiq barədə məlumat vermiş, Ərsalam da onunla razılaşmışdır. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Tofiqlə birlikdə Ərsalamın yaşadığı ünvana getmişlər. Ərsalamın yaşadığı ünvanda Tofiq lazım olan sənədləri Ərsalamdan istəmiş, Ərsalam da evi tikdiyi torpaq sahəsinin əvvəlki sahibinin adına olan çıxarışı, MKS-dən arayışları və digər sənədləri Tofiqə vermişdir. Tofıqdə bir ay ərzində evə çıxarış alınaraq Ərsalama təqdim edəcəyini və bunun üçün də 2500 (iki min beş yüz) manat pul lazım olacağını demişdir. Ərsalam həmin məbləğdə pulunun olmadığını, həmin pulu Tofiqə hissə-hissə verə biləcəyini demiş və onlar razılaşmışlar. Tofiq də çıxıb getmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra Tofiq onunla əlaqə saxlayıb evin sənədlərini düzəltmək üçün pul lazım olduğunu demişdir. Özündə 1200 (bir min iki yüz) manat pulu olduğundan Ərsalama zəng vurub bu barədə məlumat vermiş və həmin pulu onun əvəzində Tofiqə verə biləcəyini demişdir. Ərsalam da 1200 (bir min iki yüz) manat pulu əvəzində Tofiqə verməsini və həmin pulu qaytaracağını bildirmişdir. Bundan sonra təxminən 2021-ci ilin fevral ayının əvvəllərindən sonuna kimi olan müddət ərzində yaşadığı evdə Tofiqlə görüşüb sonuncuya hissə-hissə olmaqla, yəni 350 (üç yüz əlli) manat, 350 (üç yüz əlli) manat və 500 (beş yüz) manat olmaqla ümumilikdə 1200 (bir min iki yüz) manat pulu vermişdir. Pul verməsinə səbəb də Ərsalamın həmin müddətdə əlində pulunun olmaması olmuşdur. Belə ki, Ərsalam ondan əvəzində pul verməyi xahiş etmişdir. Sonradan isə Ərsalamın əvəzində Tofiqə vermiş olduğu 1200 (bir min iki yüz) manat pulu ona geri qaytarmışdır. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində Tofiq ona zəng vuraraq evin sənədləşmə məsələsinə gorə daha 4000 (dörd min) manat pul lazım olduğunu deyib bu barədə Ərsalama məlumat verməsini istəmişdir. O, Ərsalamla bu barədə danışıb Tofiqin ona dediklərini demiş, Ərsalam əvvəlcə 4000 (dörd min) manat pul verməyə razılaşmamışdır. Bir müddətdən sonra isə Ərsalam ona Tofiqə həmin pulu verəcəyini demişdir. O, da Tofiqlə danışıb bu barədə ona deyəndə Tofiq artıq 5000 (beş min) manat pul lazım olduğunu bildirmişdir. O da bu barədə Ərsalama məlumat vermiş və Tofiqlə əlaqə saxlamasını demişdir. Sonradan Ərsalam özü ona demişdir ki, Tofiqlə əlaqə saxlayıb 15 mart 2021-ci il tarixdə təxminən 20:00 radələrində Sumqayıt şəhər avtovağzalının yaxınlığında görüşmüş və sonuncuya 5000 (beş min) manat pulu vermişdr. Tofiq pulu aldıqdan sonra 2021-ci ilin man ayının sonuna kimi evin işini düzəldəcəyini demiş, Tofiqin dediyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ərsalamın işim düzəltmədiyini görəndə bu barədə Tofiqdən maraqlanmağa başlamışlar. Tofiq isə müxtəlif bəhanələr gətirib Ərsalamın işini düzəltməmiş və pulunu da qaytarmamışdır. Tofiqə 1200 (bir min iki yüz) manat pulu verən zaman onların yanında başqa heç kim olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək vermiş olduğu ifadəsində öz müdafiəsi üçün dəlil gətirməklə göstərmişdir ki, Zərərçəkmiş şəxs 6350 (altı min üç yüz əlli) manat məbləğində pulu alan zaman sonuncunu aldatmaq, onun pulunu ələ keçirmək niyyəti olmamış, Zərərçəkmiş şəxs evinə çıxarış alınması məsələsini düzəldə bilmədiyindən və sonuncunun vermiş olduğu pulun bir hissəsini işlə bağlı bir hissəsini isə yol xərclərinə xərclədiyindən həmin pulu qaytara bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin göstərdikləri işdə olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim etmiş, həmçinin zərərçəkmiş şəxsdən 6350 manat pulu hüquqi yardıma görə götürərək evin vərəsənin adına keçirilməsi üçün vərəsəliyin müəyyən olunması barədə notariat orqanına və ya məhkəməyə vərəsəliyin qəbul edilməsi üçün müraciət etməmişdir. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs kimi Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq istəyir. Çünki onun əməli qanuni yolla əldə edilmiş və mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4cü maddələri CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin müstəntiqi, polis kapitanıYusif Süleymanovun cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən olunanadək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin müstəntiqi, polis kapitanıYusif Süleymanovun cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin rəisi, polis polkovniki Fəqan Azadəliyevə ünvanlanmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs barəsində axtarış verilib-verilməməsi, verildiyi təqdirdə ona dair sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə 732566 nömrəli axtarış işi açılmış, xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin İŞ-nə təhvil verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1(060)-592/2023 saylı axtarış qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə 733865 nömrəli axtarış işi açılmış və xx.xx.2023-cü il tarixdə xitam verilmiş, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 tərtib edirəm protokolu ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs könüllü olaraq istintaq xidməti otağına gələrək Sumqayır şəhəri ərazisində olmadığından istintaqa gələ bilmədiyini bildirmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəini dinləyərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o həmin maddə üzrə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, ev 140 ünvanı tərk etməmək, Abşeron rayonu və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-592/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-592/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver