Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-593/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5A, otaq 32 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində yaşadığı Sumqayıt şəhəri, 15-ci məhəllə, 5A nömrəli yataqxana, otaq 32 ünvanında həyat yoldaşı X3 onun iradına etirazını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsinə kəllə və sillə ilə vuraraq ona sol göz qapaqları və gözaltı nahiyyənin qançırı, sol üst göz qapağının şişkinliyi və həmin gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Sevda Fətəliyevanın qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sevda Fətəliyeva həyat yoldaşıdır. 2020-ci ildə ailə həyatı qurmuş, 2022-ci ildən rəsmi olaraq nigaha girmişlər. Birgə nigahdan 2021-ci il təvəllüdlü Sevil və 2022-ci il təvəllüdlü Məhəmməd adlı övladları var. Rəsmi olaraq heç bir yerdə işləmir və gündəlik olaraq tikintilərdə fəhləlik edir. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində səhhətində problem olduğu üçün həyat yoldaşı Sevdaya özünü pis hiss etdiyini, gedib işdən icazə alıb evə gələcəyini demiş, həmin gün saat 10 radələrində işdən icazə alıb evə gəlmişdir. Həmin vaxtda uşaqlar az yaşlı olduqları üçiin ağlamışdır. Bundan başqa həyat yoldaşı Sevda qızı Sevilin ayağının altına eyvandan aşağı baxması üçün stul qoymuş, yuxudan oyanıb bunu görəndə Sevdaya irad bildirmiş və yenidən uzanmışdır. Həmin vaxt qızı Sevil yatağını silkələdiyi üçün Sevili tənbeh etmişdir. Həmçinin Sevdaya uşaqların səsindən yata bilmədiyini demişdir. Bu zaman Sevda ona uşağı niyə tənbeh etdiyini demiş və onunla mübahisə etməyə başlamışdır. Sevdanın ona cavab qaytarmasına görə özündən çıxmış, yuxulu və yorğun olduğu üçün xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Sevdanın üz nahiyyəsinin sol tərəfinə 2 dəfə sillə ilə vurmuşdur. Daha sonra sol gözünün üzərindən 1 dəfə özündən aslı olmayaraq başıyla vurmuşdur. Bundan sonra yorğun olduğu üçün yerinə gedib yenidən uzanmışdır. O oyandıqdan sonra Sevdanın və uşaqlarının evdə olmadığını görmüşdür. Mübahisə təxminən 5 dəqiqə davam etmiş və orada ikisi olmuş, bundan başqa 2022-ci ilin sentyabr ayında Sevda ilə aralarında münaqişə olmuş, həmin araşdırma Sumqayıt ŞPİ-nin İŞ-də Yusif Süleymanov tərəfindən aparılmış və sonradan barışdıqları üçün cinayət işinə xitam verilmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, Miri həyat yoldaşıdır, 2020-ci ildə ailə həyatı qurmuş, 2022-ci ildən rəsmi olaraq nigaha girmişlər. Birgə nigahdan 2021-ci il təvəllüdlü Sevil və 2022-ci il təvəllüdlü Məhəmməd adlı övladları var. Miri son vaxtlar onunla heç bir səbəb olmadan münaqişələr etmiş və onu döymüşdür. Bu barədə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Yusif Süleymanov da araşdırma aparmış və sonra məcbur olub Miriylə barışmışdır. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində həyat yoldaşı Miri özünü pis hiss etdiyini, gedib işdən icazə alıb evə gələcəyini bildirmiş, həmin gün saat 10 radələrində Miri evə gəlib yatmışdır. Həmin vaxtda uşaqlar az yaşlı olduqları üçün ağlamışdır. Bundan başqa qızı Sevilin ayağının altına eyvandan aşağı baxması üçün stul qoymuşdur. Miri yuxudan oyanıb bunu ona irad bildirmişdir Həmçinin uşaqların səsindən yata bilmədiyini demişdir. Qızı Sevili tənbeh emişdir. Miri bu səbədən xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində 1 dəfə kəllə zərbəsi ilə onu vurmuşdur. Miri heçnə olmamış kimi yerinə gedib yenidən uzanmışdır. Miri yatanda uşaqlarını da götürüb atasının yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi evə getmişdir. Evdə bacısı Nurcahan qapını açmış və bacısı onun sol gözünün qaraldığını görüb nə baş verdiyini soruşduqda Mirinin onu döydüyünü demiş və 30 mart 2023cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Mübahisə təxminən 5 dəqiqə davam etmiş və orada ikisi olmuşdur. Zərərçəkmiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, oa qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəzası təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Sevda Fətəliyeva onun doğma bacısıdır. Sevda 2020-ci ildən Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladları vardır. Bacısı Sevdanın evli olduğu müddətdə son 2 ildə tez-tez həyat yoldaşı Miriylə arlarında münaqişələri olmuş və Sevda münaqişədən sonra hər dəfə onların evinə çıxıb gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində evdə olarkən bacısı Sevda uşaqlarını da götürüb onlara gəlmişdir. Həmin vaxt o evdə tək olmuşdur. O Sevdanın ağladığını və sol gözünün altının qaraldığını görmüş, Mirinin onu döydüyünü təxmin etmiş və bu barədə Sevdadan soruşduqda təxminən 1 saat əvvəl evdə Mirinin onun üz nahiyyəsinə sillə və kəllə ilə vurduğunu demişdir. Sevda 2 gün sonar xx.xx.2023-cü il tarixdə 3-cü PB-nə getmiş və bu barədə ərizə ilə müraciət etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 433 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol göz qapaqları və gözaltı nahiyyənin qançırı, sol üst göz qapağının şişkinliyi və həmin gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 5-7 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kəllə və yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Y.Süleymanov xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 40.3 və 73.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd edilən müddəa 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ciil tarixli Qanunu əsasında Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, əgər hər hansı şəxs 1 dekabr 2017-ci il tarixdən sonra CM-in 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azayşlı uşaqları-2021-ci il təvəllüdlü X7 və 2022-ci il təvəllüdlü X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əməlidən peşiman olması və himçayəsində iki azyaşlı uşağının olması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5A, otaq 32 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-593/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-593/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver