Məhkəmə qərarları › İş №1(060)-593/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-593/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-593/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tarıyel qızının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Gərgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Gərgər ərazi dairəsi, Gərgər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Quşçuluq Y\M, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində birgə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olmadığı yoldaşı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu bel kəməri ilə rəsmi nikahda olmadığı həyat yoldaşı Zərərçəkmiş şəxs sağ və sol qol nahiyyələrinə, həmçinin sol çiyin nahiyyəsinə qəsdən vuraraq ona sol çiyin nahiyyəsinin, sdbbazunun orta 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin arxa səthinin, sağ bazunun orta 1/3-nin arxa səthinin geniş ölçülü qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İlhamə onun həyat yoldaşıdır. Onlar həmin şəxslə 2015-ci ildə ailə həyatı qurmuşlar, lakin rəsmi nikahları olmamışdır. Onların bu evlilikdən iki oğlan övladları olmuşdur. Həmin şəxslə ailə qurduqları dövrdən başlayaraq münasibətləri çox da yaxşı olmasa da, lakin övladlarına görə bu günə kimi o, hər əziyyətə qatlanmışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində o, yoldaşı və azyaşlı övladı Dünyamin Məmmədli ilə birlikdə yaşadığı evdə olan zaman İlhamə ona hamamlanmağını bildirmiş, o, isə hamamlanmaq istəmədiyini bildirmişdir. Bu zaman İlhamə ona digər övladları olan Məmmədli Yusifin çöldə velosiped sürdüyünü və onun gedib gətirməyini və tamamlanmasını bildirmiş, o, isə heç bir cavab verməmişdir. Həmin vaxt qonşuluqda yaşayan Nailə adlı qadının nəvəsi oğlu Yusiflə birlikdə velosiped sürdüyündən İlhamə həmin qadına yanında azyaşlı Dünyaminin olduğunu və uşaqları gətirmələrini xahiş etmişdir. Daha sonra o, özüdə Yusifin ardıyca getmiş, onun icazəsiz həyətdə velosiped sürməsinə əsəbiləşərək onu sillə ilə vurmuşdur. Bu zaman İlhamə ona yaxınlaşıb evə getməklərini və evdə məsələni həll etməklərini bildirdikdə o, daha əsəbiləşərək İlhaməni də əl zərbələri ilə döyərək oğlu Yusiflə birlikdə evə gətirmişdir. Artıq evdə olan zaman isə belində olan kəməri çıxarıb dəmir başlıq olan hissəsi ilə azyaşlı övladlarının qarşısında İhaməyə bir neçə dəfə zərbələr endirdi. İlhamə azyaşlı övladlarının ağladığından onları da götürüb qaçaraq yataq otağına getmiş və qapını kilidləmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə isə o, məlumat almışdır ki, İlhamə onun barəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-yə ərizə ilə müraciət etmişdir. Hazırda əməlindən peşmandır, aralarında barışıq olmuş, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yoldaşıdır. O, həmin şəxslə 2015-ci ildə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Onların bu evlilikdən iki oğlan övladları olmuşdur. Həmin şəxslə ailə qurduqları dövrdən başlayaraq münasibətləri çox da yaxşı olmasada, lakin övladlarına görə bugünə kimi o, hər əziyyətə qatlanmışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində o, yoldaşı və azyaşlı övladı Dünyamin Məmmədli ilə birlikdə yaşadığı evdə olan zaman o, İlqara onun hamamlanmasını bildirmiş, o isə hamamlanmaq istəmədiyini bildirmişdir. Bu zaman o, İlqara digər övladları olan Məmmədli Yusifin çöldə velosiped sürdüyünü və onu gedib gətirməsini və hamamlanmasını bildirmiş, İlqar isə heç bir cavab verməmiş, həmin vaxt qonşuluqda yaşayan Nailə adlı qadının nəvəsi oğlu Yusiflə birlikdə velosiped sürdüyündən o, həmin qadına yanında azyaşlı Dünyaminin olduğunu və uşaqları gətirmələrini xahiş etmişdir. Daha sonra evə doğru qayıtdıqda yoldan oğlu Yusifin qışqırıq səslərini eşitmiş və ilqarın da evdə olmadığını görmüşdür. Bu zaman qaçaraq yola çıxmış və bu an İlqarın oğlu Yusifi döydüyünü və velosipedini kənara atdığını görmüşdür. Həmin vaxt o, İlqara yaxınlaşıb ona evə getməklərini və evdə məsələni həll etməklərini bildirdikdə ilqar sakitləşmək əvəzinə onu və oğlum Yusiflə birlikdə döyə-döyə evə gətirmişdir. Artıq evdə olan zaman isə İlqar belində olan kəməri çıxarıb dəmir başlıq olan hissəsi ilə azyaşlı övladlarının qarşısında ona bir neçə dəfə zərbələr endirmişdir. Artıq o, onun zərbələrinə dözmədiyindən, həmçinin azyaşlı övladları ağladığından o, onları da götürüb qaçaraq yataq otağına getmiş və qapını kilidləmişdir. Bundan sonra onlar gecə saat 12 radələrinədək həmin otaqda qalmışlar. Daha sonra xx.xx.2025-ci il tarixdə o, məsələ barəsində polisə şikayət etmək istəsə də lakin həmin gün İlqar işə gedib tez qayıtdığından o, çölə çıxmaq üçün imkan tapmamışdır. xx.xx.2025-ci il tarixdə səhər saat 07 radələrində isə İlqar artıq fəhləlik etdiyi Bakı şəhərinə getdiyindən o, bir qədər sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı ödəmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1046 saylı ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol çiyin nahiyyəsinin, sol bazunun orta 1/3-nin ön səthinin sol bazunun aşağı 1/3-nin arxa səthinin, sağ bazunun orta 1/3-nin arxa səthinin geniş ölçülü qançırı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdır, törənmə müddətinin zərərçəkənin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2025- tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tarıyel qızının məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar