Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-594/2021 11.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş və qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 0,234 qram çəkidə narkotik vasitə olan heroini və 1,619 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, 19.05.2021-ci il tarixdə saat 17:30-da Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada xidməti otaqların birində, üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı kibrit qutusundan, içərisində 0,234 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 01 ədəd qızılı rəngli kağız büküm, 02 ədəd şəffaf rəngli sellafon bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,397 qram və 1,222 qram, ümumi xalis çəkisi 1,619 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Tutulmazdan təxminən 10 gün öncə Sumqayıt şəhəri Corat bağlar massivi, 33 saylı xətt sərnişin marşrut yolunda hasarın dibindən 01 ədəd kibrit qutusu tapmışdır. Həmin qutunun içərisində isə 1 ədəd qızılı, 2 ədəd şəffaf rəngli bükümlər olmuşdur. Maraqlı gəldiyi üçün orada bükümləri açıb içərisinə baxmışdır. Qızılı bükümün içərisində heroin digər bükümlərin içərisində isə metamfetamin olmuşdur. 19 may 2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbiristanlığının yaxınlığında evə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona özünü təqdim etməyi bildirdikdə, özünü polis əməkdaşlarına təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlandığını izah etmişlər və ərazi aidiyyatı üzrə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-də xidməti otaqların birində hüquqlarını müdafiə edəcək müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirib etirazının olub-olmamasını soruşmuşlar. O, da öz növbəsində polis əməkdaşlarına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti otaqların birində videoçəkilişlə Sumqayıt şəhər Şəhər 1 saylı Vəkil Bürosunun müdafiəçisi X4 ilə tanış edib və vəkilin iştirakı ilə ona üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək tələb olunmuşdur. O, isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 2 (iki) büküm metamfetamin və 1 (bir) büküm “heroin” olan kibrit qutusunu, eləcə də 1 (bir) ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Bükümlərdə olan kütlələrin nə olduğunu ondan soruşmuşlar və o, həmin kütlələrin 2 (iki) ədədinin metamfetamin, 1 (bir) ədədinin isə “heroin” olduğunu, həmin bükümləri Sumqayıt şəhəri, Corat bağlar massivi, 33 saylı xətt sərnişin daşıma marşrutun yolunda divarın kənarından tapdığını, bəzilərini arasıra ehtiyacı olanlara verdiyini, qalanlarını isə xəstə olduğu üçün ağrılarını götürmək məqsədi ilə istifadə etməkdən ötrü üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlələr onun və müdafiəçinin iştirakları ilə birlikdə elektron tərəziyə qoyulub, birinci metamfetamin bükümü 1,78 qram, ikinci metamfetamin bükümü 0,47 qram müəyyən edilmişdir. Sonra iki metamfetamin büküm tərəziyə qoyulub ümumilikdə çəkisinin 2,23 qram olması müəyyən edilmişdir. Daha sonra heroin bükümü tərəziyə qoyulub, çəkisinin 0,37 qram olması müəyyən edilmişdir. Maddi sübutlar qablaşdırılmış, sənədləşmə işləri aparılmış, od sənədlərə imza etmişdir. Ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamış, tutulduğu anadək heç kimə narkotik vasitə satmamış, satmaq məqsədi olmamış, bəzi hallarda tanışlarının ağrısı olan zaman onlara vermişdir, özü narkotik vasitələri istifadə etdiyi üçün və həmin maddələri alarkən onu aldatmasınlar deyə tərəzini üzərində gəzdirmişdir. Hazırda narkotok vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşmandır, ailə vəziyyəti ağırdır, səhhətində problemlər var. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq onun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif etməyi və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və həmin şəxsə dair düşmənçilik eləcə də ədavət münasibətləri olmadığını bildirərək işin mahiyyəti üzrə göstərdi ki, 19.05.2021-ci il tarixdə qərəzsiz və etirbarlı mənbədən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 402-də yaşayan 1987-ci il təvəllüdlü Əlfüqar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq qrup yaradılıb və o, həmin qrupa daxil edilmişdir. Həmin gün saat 17:30-da Sumqayıt şəhəri Corat qəsəbəsi, Corat qəbiristanlığı ərazisində Əlfüqar İskəndərovun gələcəyi yerdə pusqu qurmuşlar. Corat qəbiristanlığının yaxınlığında əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşıb və özlərini təqdim edib həmin şəxsə özünü təqdim etməyi xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığı üçün sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə dəvət olunub və sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etirazının olmamasını bildirib xidməti avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin əməkdaşlarının müşayəti ilə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə gətirilmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də xidməti otaqlarının birində təhqiqatçı Pərvin Allahverdiyev özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirmişdir. O və digər polis əməkdaşları bir daha özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib və bildiriş təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkillər bürosunun vəkili X3 təyin olunduğunu və Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs sağ əlini əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə salıb oradan bir ədəd elektron tərəzi, kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuşdur. Təhqiqatçı kibrit qutusunun içindəkiləri stolun üzərinə boşaldan zaman şəffaf və gümüşü rəngli bükümlərin çıxdığı müşahidə olunmuşdur. Təhqiqatçı bükümlərin daxilində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs bükümlərin daxilində “heroin” və “metamfetamin” olduğunu bildirmişdir. Təhqiqatçı həmin maddələri haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin maddələri bağdan, 33-ün yolundan tapdığını bildirmişdir. Təhqiqatçı elektron tərəzini haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin tərəzinin çoxdan olduğunu, narkotik vasitələri alarkən çəkib aldığını və həmin şəxsi aldatmasınlar deyə gəzdirdiyini bildirmişdir. Vəkil Günay Cəfərova satışı ilə məşğul olduğunu soruşduqda Təqsirləndirilən şəxs satışı ilə məşğul olmadığını amma dost tanışlarının ehtiyacı olduğunda həmin şəxslərə pay kimi verdiyini bildirmişdir. Təhqiqatçı ilk olaraq 2 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər açılıb və hər bir bükümün daxilində ağ rəngli kristal hissəciklər olan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr müşahidə edilmişdir. Bükümlər bir-bir açıldıqca elektron tərəzinin üzərinə qoyulmuşdur. Birinci bükümün 1,78 qram, ikinci bükümün 0,47 qram olduğu və ikisi ümumilikdə tərəzinin üzərinə qoyulduqda 2,23 qram olduğu müşahidə edilmişdir. Sonra qızılı rəngli kağıza bükülmüş büküm açılıb və həmin bükümün daxilində qəhvəyi rəngli toz şəkilli maddə müşahidə edilmişdir. Büküm açılıb və tərəzinin üzərinə qoyulmuşdur. Həmin bükümün 0,37 qram olduğu müşahidə edilmişdir. Təhqiqatçı vəkil Günay Cəfərovaya və Təqsirləndirilən şəxs hər hansı bir sualın və ya etirazlarının olması barədə soruşmuşdur. Vəkil Günay Cəfərova və Təqsirləndirilən şəxs heç bir etirazlarının olmadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş içərəsində narkotik vasitə heroinə bənzər kütlələr olan bükümlər bükümündə istifadə edilən materiallarla birgə və 01 ədəd elektron tərəzi qablaşdırılıb DİN-in möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış istintaq hərəkətlərinə dair tərtib olunmuş protokol o və digər iştiarkçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması barədə ona məlumat daxil olmuş, bu istiqamətdə o, müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirmiş, lakin həmin şəxsin kimə, harada, hansı məbləğdə pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdilər. 19.05.2021-ci il tarixdə saat 17:30-da Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(i.v 17) 21.05.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hakimi Elçin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində 19.08.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir.(i.v 77-79) İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: görüntülənən video görüntünün 01-ci saniyəsində Sumqayıt şəhər Pİ-nin 1-ci PB də xidməti otaqlarının birində təhqiqatçı Pərvin Allahverdiyev özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və Polis idarəsinə gətirildiyini bildirir.Görüntünün 00:27-ci saniyəsində 3 nəfər mülki geyimdə olan Polis əməkdaşları özlərini təqdim edirlər. Görüntünün 00:40-ci saniyəsində təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verir və bildiriş təqdim edir. Görüntünün 00:50-ci saniyəsində təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkillər bürosunun vəkili X3 təyin olunduğunu və Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşur.Görüntünün 01:10-cu saniyəsində Təqsirləndirilən şəxs sağ əlini əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə salıb oradan bir ədəd elektron tərəzi, kibrit qutusunu çıxardıb stolun üzərinə qoyur. Görüntünün 01:20-ci saniyəsində təhqiqatçı kibrit qutusunun içindəkiləri stolun üzərinə boşaldan zaman şəffaf və gümüşü rəngli bükümlərin çıxdığı müşahidə olunur. Təhqiqatçı bükümlərin daxilində nə olduğunu soruşur. Təqsirləndirilən şəxs bükümlərin daxilində “heroin” və metamfetamin olduğunu bildirir. Təhqiqatçı həmin maddələri haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin maddələri bağdan, 33-ün yolundan tapdığını bildirir. Təhqiqatçı elektron tərəzini haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin tərəzinin çoxdan olduğunu, narkotik vasitələri alarkən çəkib aldığını və onu aldatmasınlar deyə gəzdirdiyini bildirir. Görüntünün 02:46-cı saniyəsində vəkil Günay Cəfərova satışı ilə məşğul olduğunu soruşduqda Təqsirləndirilən şəxs satışı ilə məşğul olmadığını amma dost tanışlarının ehtiyacı olduğunda həmin şəxslərə pay kimi verdiyini bildirir. Görüntünün 03:15-ci saniyəsində təhqiqatçı İlk olaraq 2 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər açılır və hər bir bükümün daxilində ağ rəngli kristal hissəciklər olan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr müşahidə edilir. Bükümlər bir-bir açıldıqca elektron tərəzinin üzərinə qoyulur. Birinci bükümün 1,78 qram, ikinci bükümün 0,47 qram, olduğu və ikisi ümumilikdə tərəzinin üzərinə qoyulduqda 2,23 qram olduğu müşahidə edilir. Sonra qızılı rəngli kağıza bükülmüş büküm açılır və həmin bükümün daxilində qəhvəyi rəngli toz şəkilli maddə müşahidə edilir. Büküm açılır və tərəzinin üzərinə qoyulur. Həmin bükümün 0,37 qram olduğu müşahidə edilir. Təhiqatçı aşkarlamış kütlələrin qablaşdırılıb məhkəmə-kimyəvi ekspertizasına təqdim ediləcəyini bildirir. Təhqiqatçı çəkilişin dayandırmasını deyir. Şəxsi axtarış istintaq hərəkəti yekunlaşır. Baxış zamanı sübut əhəmiyyətli digər fakt növü aşkar edilmədi.(i.v 80-81) Məhkəmə iclasında da həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan heroinin aşkar edilməsini özündə əks etdirən 01 ədəd CD Compact disk maddi sübut kimi tanınraq, cinayət işi materiallarına əlavə edilmişdir.(i.v 131) İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20.05.2021-ci il tarixli 6/1986 №-li rəyində göstərilmişdir ki, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 1(bir) ədəd elektron tərəzi, 3(üç) ədəd bükümdə maddələr yazısı olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,397 qr və 1,222 qr, ümumi təmiz çəkisi 1,619 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,234 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki bir ədəd arxasında “QC PASS 200g/0,01g” yazıları olan elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər.(i.v 33-39) İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 1,619 qram psixotrop maddə metamfetamindən, tədqiqatdan sonra qalıq qalmış 1,519 qram olan psixotrop maddə metamfetamin və 0,234 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,184 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir.(i.v 82-83, 131) Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının 20.05.2021-ci il tarixli 6/1986 №li rəyi əsas götürülərək Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetminin təmiz çəkisi 1,619 qram miqdarında, narkotik vasitə olan heroinin təmiz çəkisi 0,234 qram miqdarında qiymətləndirilmişdir.(i.v 131) İşə əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 22.07.2021-ci il tarixli 2418 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlunda OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 123-124) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 01.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21.08.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı ACDİU məhkəməsinin 29.02.2012-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 180.2.1, 180.2.2, 66.3, 67.1-ci maddələri ilə 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin 15.12.2016-ci il tarixli qərarı ilə sonuncu cəzası 6 ilə endirilmişdir. 04.11.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (99-100, 106) İş materiallarında olan Sumqayıt 4 nömrəli şəhər poliklinikasının 443 nömrəli, 04.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada qeydiyyatda yoxdur və müraciət etməmişdir.(i.v 101) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2031 saylı, 04.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 04.2006-cı ildən “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır.(i.v 102) İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03.06.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İsgəndər oğlu yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 104) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən içərisində 0,234 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 01 ədəd qızılı rəngli kağız büküm, 02 ədəd şəffaf rəngli sellafon bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,397 qram və 1,222 qram, ümumi xalis çəkisi 1,619 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitəni özü istifadə etmiş, asan istifadə etmək üçün bükümlərdə saxlamış, həmin narkotik maddə və psixotrop maddələri heç kimə satmamış, bəzi hallarda tanışlarının ağrısı olan zaman onlara vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin hallarına uyğun və inandırıcı deyildir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərindən iki növ narkotik vasitə aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması, tərəzinin səthində heroinin izləri olması onun satış məqsədini təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 0,234 qram çəkidə narkotik vasitə olan heroini və 1,619 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq, üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, narkotok vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 19.05.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,519 qram çəkidə olan psixotrop maddə metamfetamin və 0,184 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 19 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,519 qram çəkidə olan psixotrop maddə metamfetamin və 0,184 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-594/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-594/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver