Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-595/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25.05.2021-ci il tarixdə saat 19:30-da Corat qəsəbəsi ərazisində Sumqayıt şəhəri 33 nömrəli marşrut üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs əl çantasının içərisindən 130 (bir yüz otuz) manat məbləğində pulu gizli talayaraq Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,297 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 01 iyun 2021-ci il tarixində, saat 17:47-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,297 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitələr qəbul edir. 25.05.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri ərazisində hərəkət edən 33 saylı xətt avtobusunda yaşadığı evə getmişdir. Avtobusda onnn dayandığı yerə yaxın tanımadığı bir xanım əyləşmişdir. Həmin qadının sağ çiynində qara rəngli çanta asılmışdır. O narkotik vasitə qəbul etdiyi üçün həmin narkotik vasitəni almaq üçün pul əldə etmək məqsəd ilə qadının çantasından pul oğurlamaq qərarına gəlmişdir. Bir neçə saniyə avtobusda olan digər sərnişinlərin ona olan diqqətini və nəzərini yoxlamışdır. Oğurluq etmək üçün tam əmin olduqdan sonra həmin qadının çiynindən asılmış olan qara çantanı zamoqunu açaraq içərisindən pul götürmüşdür. Sonra 17-ci mikrorayon ərazisində olan “Səda Store” mağazasının yaxınlığında avtobusdan düşmüşdür. Oğurladığı pulu saymışdır və 130 (bir yüz otuz) manat olduğunu bilmişdir. Sonra əldə etdiyi pula narkotik vasitə və yeyinti məhsulları almışdır. Bundan başqa, 31.05.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə olan heroini almışdır. Lakin ağrıları olmadığı üçün həmin narkotik vasitəni istifadə etməmişdir və üzərində gəzdirmişdir. 01.06.2021-ci il tarixdə saat 17:45-də Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman iki nəfər mülki geyimdə və bir nəfər polis geyimində olan şəxslər onu saxlayaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyi xahiş etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun hüquq və vəzifələrimi izah edərək, üzərində narkotik vasitələrin qanunsuz saxlamaq, daşımaqda, əldə edilməsində vasitəçilik etməkdə və satmaqda şübhəli olduğu üçün saxlanmağını ona bildirmişdirlər. Sonra şəxsi axtarış aparılmasından ötrü onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Polis əməkdaşları öz razılığı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını, axtarış aparılmazdan əvvəl üzərində hər hansısa qanunsuz əşya və ya maddənin olub-olmamasını soruşaraq olduğu halda təqdim etməyini bildirmişlər. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni bir gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən, 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilərək, çəkisinin 0,47 qram olması müəyyən olunmuşdur. Həmin büküm zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuşdur və o da protokolu, eyni zamanda zərfi imzalamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir, amma törətdiyi əməldən peşmandır, xahiş edir barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 25 may 2021-ci il tarixdə yaşadığı evdən çıxmışdır və sonra Suqmayıt şəhəri ərazisində olan Hiper marketin yaxınlığında “Beynəlxalq” banka məxsus plastik kartdan 130 (bir yüz otuz) manat pul çıxarmışdır. Bundan sonra evə getmək üçün 33 nömrəli marşruta minmiş, yaşadığı evin yaxınlığında avtobusdan düşmüşdür. Avtobusdan düşdükdən sonra əl çantasının açıldığını, bankomatdan çıxardığı 130 manat pulun oğurlandığını aşkar etmişdir. Bir neçə dəqiqə pulu axtarmış, tapa bilmədiyi üçün baş verən hadisə ilə bağlı polisə məlumat vermişdir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis baş leytenantıdır. 01.06.2021-ci il tarixdə ünvan 1da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nın əməliyyat müvəkkili, polis kiapitanı Şahid2, sahə rəisi, polis mayoru Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı Ruslan Vəliyevdən, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişdir və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı təmin edilmişdir. Saat 17:40 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsinə gəlmişdirlər və orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salmışdır. Saat 17:47 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşdürlər. Onlar Təqsirləndirilən şəxs görüb onu saxlamış və özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək sonuncudan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli siqaret kağızı bükülünün içərisində nə olduğu soruşulmuş, sonuncu həmin 01 ədəd qızılı rəngli siqaret kağızı bükülünün içərisində narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Həmin 01 ədəd qızılı rəngli siqaret kağızı bükülünün içərisinə baxarkən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni 31.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını, aldığı narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək və protokol tərtib olunmasına şərait olmadığından həmin kütlə tərəflərindən götürülmüşdür və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmişdir, çəkisinin gümüşü rəngli siqaret kağızları ilə birlikdə 0,47 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır, möhürlənmişdir və iştirakçılar tərəfindən imzalanmışdır, sonra protokol tərtib olunmuşdur, ucadan oxunmuşdur və onlar həmin protokolu imzaları ilə təsdiq etmişdirlər. Bundan başqa, Təqsirləndirilən şəxs onlara 25.05.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində hərəkətdə olan 33 sayl xətt marşrutu ilə evə gedən zaman marşrutda olan tanımadığı qadının üzərində olan əl çantasının içərisindən 130 (bir yüz otuz) manat pulu gizli yolla talayaraq oğurladığını, əldə etdiyi 130 manat pulu isə özü üçün narkotik vasitə və yeyinti məhsulları aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq etmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 01 iyun.2021-ci il tarixli protokolda Sumqayıt Şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 23) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02.06.2021-ci il tarixli, 6/2217 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №244” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram qəhvəyi rəngli maddə kütlsi kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir. (tədqiqatdan sonra qalıq çəkisi 0,247 qramdır). (i.v. 29-33) Cinayət işi materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” 01 iyun.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il, saat 17:47-də tutulmuşdur. (i.v. 17) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-265/2021 saylı, 03.06.2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 01 iyun 2021-ci ildən hesablanmışdır. (i.v.72-74) İş materiallarında olan məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin 1-ci Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olan heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 97-99) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 03 iyun 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,297 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,247 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntülərin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir.. (i.v. 76) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.96) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 92) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01.07.2021-ci il tarixli, 2127 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 115-116) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 23 sentyabr 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180 və 234.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir.. (i.v. 118-123) Beləliklə, təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqı zamanı özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,247 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanın əvvəli 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,247 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-595/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-595/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver