Məhkəmə qərarları › İş №1(060)-595/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-595/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-595/2022 02.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində fərdi evdə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaq məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda üzəri sellofanla sarılı 01 (bir) ədəd siqaret kağızı bükümə yerləşdirilmiş 04 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,355 qram, 0,367 qram və 0,385 qram olmaqla ümumi təmiz çəkisi -1.423 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin CAŞnin əməkdaşları tərəfindən 26 aprel 2022-ci il tarixdə saat 20:50 dəqiqədə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsində yerləşən “Mini Araz” marketin yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümlərdə olan narkotik vasitə heroin əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16-17:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon. Üzeyir Hacıbəyli küçəsində yerləşən “Mini Araz” marketin yaxınlığında mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu demişlər. Lakin narkotik vasitə istifadəçisi olsa da, tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. Sonra polis əməkdaşları birlikdə Polis İdarəsinin inzibati binasına getmişdir. Polis əməkdaşları idarədə ona fiziki və psixi təsir göstərmişlər və o da məcbur olub videoçəkiliş zamanı narkotik vasitənin onun olmasını etiraf etmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, hal-hazırda Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində fərdi evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olub qazanc əldə edir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Sumqayıt və Bakı şəhərlərində tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, son olaraq 26 aprel 2022-ci il tarixdə səhər saatlarında taksi fəaliyyəti ilə bağlı olaraq Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən avtovağzalın yaxınlığında olarkən şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsən tanımadığı şəxsdən 30 (otuz) manata, üzəri 01 (bir) ədəd sellofan bükümlə sarılmış 01 (bir) ədəd siqaret kağızı bükümün içinə yerləşdirilmiş 04 (dörd) ədəd sellofan bükümdə narkotik vasitə heroin alaraq əynindəki qara rəngli şalvarın sol yan cibinə qoyub və bundan sonra həmin şəxsdən uzaqlaşıb getmiş və “Azsamand” markalı avtomobili ilə Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün Sumqayıt şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olduqdan sonra saat 20:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsində olarkən bədənində ağrıları olduğundan aldığı narkotik vasitədən istifadə etməkdən ötrü avtomobildən ayrılıb piyada hərəkət edərək narkotik vasitə heroindən istifadə etmək üçün sakit bir yer axtarmışdır. Belə ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsində yerləşən “Mini Araz” marketin yaxınlığında piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu demişlər, Sumqayıt ŞPİnin inzibati binasına dəvət etmişlər və o da qarşılıq vermədən onlarla birlikdə Polis İdarəsinin inzibati binasına getmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sol yan cibində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis İdarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, əynindəki şalvarın sol yan cibindən üzəri 01 (bir) ədəd sellofan bükümlə sarılmış 01 (bir) ədəd siqaret kazığı bükümünün içində 04 (dörd) ədəd sellofan bükümü təqdim etmiş, həmin bükümlərin içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Aşkar olunaraq götürülmüş 04 (dörd) ədəd sellofan bükümdə narkotik vasitə heroin kütlələri elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O narkotik vasitələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı X5 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində işləyir. Polis baş serjantı rütbəsindədir. Şöbənin baş əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. İdarə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupuna daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 aprel 2022-ci il tarixdə saat 20:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mini Araz’' marketin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişdirlər. Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sol yan cibindən üzəri sellofanla sarılı 01 (bir) ədəd siqaret kağızı bükümə yerləşdirilmiş 04 (dörd) ədəd sellofan bükümlər təqdim etmişdir. Təhqiqatçı tərəfindən 04(dörd) ədəd sellofan bükümlərin içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümlərin içinə baxılıb narkotik vasitə heroin aşkarlanmışdır. Aşkar olunmuş 04 (dörd) ədəd sellofan bükümdə narkotik vasitə heroin kütlələri elektron tərəzidə bükümləri ilə birlikdə çəkilmiş, daha sonra narkotik vasitə heroin kütlələri ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərlə qoyulmuş və möhürlənmişdir. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün həmin gün, yəni 26 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Biləcəri qəsəbəsində avtovağzal dairəsinin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini, ona qarşı heç bir təzyiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, narkotik vasitətələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 öz ifadəsində şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, 26 aprel 2022-ci il tarixdə saat 20:50 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Mini Araz” marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, təhqiqatçı, polis mayoru Elsəvər Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Zülfuqar oğlunun əynindəki şalvarın sol yan cibindən içində narkotik vasitə heroinə bənzər kütlələr olan üzəri sellofanla sarılı 01 (bir) ədəd siqaret kağızı bükümə yerləşdirilmiş 04 (dörd) ədəd sellofan bükümlər aşkar olunaraq götürülmüş və 04 (dörd) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda çəkiləri 0,46 qram, 0,49 qram, 0,46 qram və 0,45 qram olmaqla birlikdə çəkiləri 1,86 qram olduğu müəyyən edilmiş, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd “Xioami” markalı qara rəngli mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, təqdim etdiyi şalvarın bel hissəsindən asılı vəziyyətdə olan 01 (bir) ədəd “Azsamand” markalı avtomobilin açarı isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Zülfuqar oğlunun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmiş, şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu və həmin gün səhər saatlarında Bakı şəhəri, Biləcəri qəsəbəsində, avtovağzal dairəsinin yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2022-ci il tarixli 6/2422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs....Təqsirləndirilən şəxs...” sözləri olan 01 (bir) ədəd zərfdəki 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,355 qram, 0,367 qram və 0,385 qram olmaqla ümumi təmiz çəkisi - 1,423 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 04 (dörd) ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,423 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq – 1,303 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 30 aprel 2022-ci il tarixli 2194 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Zülfuqar oğlunda Opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 1,423 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,303 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-325/2022 saylı, xx.xx.2022-ci il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 548 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-325/2022 saylı, xx.xx.2022-ci il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O məkmumluğu olan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,423 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,303 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 110.00 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,303 narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110.00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar