Məhkəmə qərarları › İş №1(060)-595/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-595/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-595/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 0,143 qram, 1, 247 qram, ümumi təmiz çəkisi 1,390 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,026 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 24 aprel 2023-cü il tarixdə saat 11:15 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi 11 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmiş və Sumqayıt ŞPİ-nin 2-ci PB-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sol yan cibindən “Arqo” markalı siqaret qutusunun içərisindən 02 (iki) ədəd kağız bükümlərdə təmiz çəkiləri 0,143 qram, 1, 247 qram, ümumi təmiz çəkisi 1,390 qram olan xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,026 qram ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2000-ci ildən narkotik vasitələrdən istifadə edir. 24 aprel 2023-cü il tarixdə saat 11:15 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11-in qarşısında yolun kənarı ilə piyada keçən zaman polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək, onu narkotik vasitələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Sumqayıt ŞPİ-nin 2ci PB-nə dəvət etmişlər. Bölmədə hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 ona təqdim olunmuşdur. Sumqayıt ŞPİnin 2-ci PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt özü əynində olan boz rəngli gödəkçənin sol yan cibindən qırmızı rəngli “Arqo” markalı siqaret kağızının içərisində olan göy rangli siqaret kağızının içərisində ağ sellofona bükülmüş qəhvəyi rəngli 02 (iki) büküm kütləni, 01 (bir) ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş ağ rəngli kütləni, plastmas qabda olan limon duzunu, boz rəngli gödəkçəsinin sağ yan cibindən göy rəngli “Argo” markalı siqaret kağızının içərisində olan 04 (dörd) ədəd şprisi, 02 (iki) ədəd qırmızı və qızılı siqaret kağızına bükülmüş falqanı, 02 (iki) ədəd üzərində voda sözü yazılmış şüşə flakonu, 01 (bir) ədəd siqaret kağızına bükülmüş pambığı təqdim etmişdir. 02 (iki) ədəd falqadan narkotik vasitəni istifadə edərkən çəkdiyini, 04 (dörd) ədəd şprisdən narkotik vasitəni yığarkən istifadə etmiş, 02 (iki) ədəd üzərində "voda" sözü yazılmış şüşə flakonun narkotik vasitəyə aid olduğunu bildirmişdir. Bundan sonra həmin bükümlər açılmış, göy rəngli siqaret kağızına bükülmüş bükümdəki kütlənin narkotik vasitə olan "kakos", qırmızı siqaret kağızına bükülmüş kütlənin şüşə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 Yanvar ərazisindən tanımadığı şəxsdən 01 (bir) gün əvvəl xx.xx.2023-cü il tarixdə 50 (əlli) manata almış, üstündə gəzdirdiyini etiraf etmişdir. Bundan sonra bükümlər açılmış, bükümdəki narkotik vasitəni nəzərdən keçirmişlər və yenidən büküm qablaşdıraraq, üstündən aşkar edilib götürülmüş 03 (üç) ədəd narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkilmişdir. Vəkil X4 ondan bölməyə gətirilərkən polis əməkdaşları tərəfindən döyülüb döyülmədiyini, narkotik vasitənin özünə məxsus olub-olmadığını soruşarkən döyülmədiyini, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Üzərindən şəxsi axtarış zamanı götürülmüş 03 (üç) büküm kütlə, 04 (dörd) ədəd şpris, 02 (iki) ədəd şüşə flakon, 02 (iki) ədəd falqa kağızı, 01 (iki) ədəd siqaret kağızına bükülmüş pambıq Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. PB-nə gətirilən zaman və PB-də olarkən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə qeyri insani rəftara, işgəncələrə məruz qalmamış, PB-nə gətirilməyi ilə bağlı olaraq heç bir şikayət və tələbi olmamış, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, yalnız istifadəçisi olmuşdur. Əməlindən peşman olmasını və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitənin qəbulu, satışı, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 24 fevral 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 da iştirak edirmiş, bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra həmin gün əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 11:00 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 11-in qarşısında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış, yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim edib üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə aparılacağını Bəhruza bildirmişlər. Bundan sonra Bəhruz müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs təhqiqatçı Fərhad Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən qırmızı rəngli “Arqo” markalı siqaret kağızının içərisində olan göy rangli siqaret kağızının içərisində ağ sellofona bükülmüş qəhvəyi rəngli 02 (iki) büküm kütləni, 01 (bir) ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş ağ rəngli kütləni, plastmas qabda olan limon duzunu, boz rəngli gödəkçənin sağ yan cibindən göy rəngli “Argo” markalı siqaret kağızının içərisində olan 04 (dörd) ədəd şprisi, 02 (iki) ədəd qırmızı və qızılı siqaret kağızına bükülmüş falqanı, 02 (iki) ədəd üzərində voda sözü yazılmış şüşə flakonu, 01 (bir) ədəd siqaret kağızına bükülmüş pambığı təqdim etmişdir. 02 (iki) ədəd falqadan narkotik vasitəni istifadə edərkən çəkdiyini, 04 (dörd) ədəd şrpisdən narkotik vasitəni yığarkən istifadə etdiyini, 02 (iki) ədəd üzərində "voda" sözü yazılmış şüşə flakonun narkotik vasitəyə aid olduğunu bildirmişdir. Bundan sonra həmin bükümlər açılmış, göy rəngli siqaret kağızına bükülmüş bükümdəki kütlənin narkotik vasitə olan "kakos", qırmızı siqaret kağızına bükülmüş kütlənin şüşə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 Yanvar ərazisindən tanımadığı şəxsdən 01 (bir) gün əvvəl xx.xx.2023-cü il tarixdə 50 (əlli) manata aldığını və üstündə gəzdirdiyini etiraf etmişdir. Bundan sonra bükümlər açılmış, bükümdəki narkotik vasitəni nəzərdən keçirmişlər və yenidən büküb qablaşdıraraq, üstündən aşkar edilib götürülmüş 03 (üç) ədəd narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə tərəzidə çəkilmişdir. Sonradan həmin kütlələr ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tərdbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, 24 aprel 2023-cü il tarixdə Sumqayıt şəhərində Bəhruz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 11:15 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 11 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-ə gətirilmiş və bölmədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş apanlmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Fərhad Bayramov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edir, saxlanılmasının səbəbini bildirir. Bəhruz İbrahimov da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Fərhad Bayramov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Leyla Bədəlova təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən qırmızı rəngli “Arqo” markalı siqaret kağızının içərisində olan goy rangli siqaret kağızının içərisində ağ sellofona bükülmüş qəhvəyi rəngli 02 (iki) büküm kütləni, 01 (bir) ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş ağ rəngli kütləni, plastmas qabda olan limon duzunu, 01 (bir) ədəd alışqanı, boz rəngli gödəkçəmin sağ yan cibindən göy rəngli “Argo” markalı siqaret kağızının içərisində olan 04 (dörd) ədəd şprisi, 02 (iki) ədəd qırmızı və qızılı siqaret kağızına bükülmüş falqanı, 02 (iki) ədəd üzərində voda sözü yazılmış şüşə flakonu, 01 (bir) ədəd siqaret kağızına bükülmüş pambığı, 01 (bir) ədəd alışqanı, əynində olan boz rəngli şalvarının sol yan cibindən isə 02 (iki) ədəd 10 (on) manatlıq, 07 (yeddi) ədəd 01 (bir) manatlıq əskinası təqdim etmişdir. 02 (iki) ədəd alışqan, 27 (iyirmi yeddi) manat pul sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, 02 (iki) ədəd falqadan narkotik vasitəni istifadə edərkən çəkdiyini, 04 (dörd) ədəd şrpisdən narkotik vasitəni yığarkən istifadə etdiyini, 02 (iki) ədəd üzərində "voda" sözü yazılmış şüşə flakonun narkotik vasitəyə aid olduğunu bildirmişdir. Bundan sonra həmin bükümlər açılmış, göy rəngli siqaret kağızına bükülmüş bükümdəki kütlənin narkotik vasitə olan "kakos", qırmızı siqaret kağızına bükülmüş kütlənin şüşə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 Yanvar ərazisindən tanımadığı şəxsdən 01 (bir) gün əvvəl xx.xx.2023-cü il tarixdə 50 (əlli) manata aldığını və üstündə gəzdirdiyini bildirir. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr və aşkar edilmiş digər əşyalar tərəzidə çəkilərək qablaşdırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2023-cü il tarixli, 6/2380 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №176” dairəvi möhür əksi və “ ... Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, Təhqiqatçı: F.Bayramov -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri 0,143 qram, 1,247 qram, ümumi təmiz çəkisi 1,390 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vaistə heroindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,026 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 ədəd 1 ml həcmli boş şpris, 02 ədəd balıq hissəsi sınmış vəziyyətdə ampulalar, 02 ədəd falqa kağızı və 01 ədəd pambıq tamponunda narkotik vaistə olan heroinin izləri vardır. Heroin iş şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,390 qram, tədqiqata sərf edildi – 0,07 (0,05 qram və 0,02 qram) qram, qalıq – 1,320 qram. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,026 qram, tədqiqata sərf edildi – 0,01 qram, qalıq – 0,16 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 10.05. 2023-cü il tarixli, 2761 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU(NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat rədd edilərək dərhal həbsdən azad edilmiş, həmin qərardan apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-36/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 1,390 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,320 qram heroin və 0,026 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,016 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 564 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2023-cu il tarixli əməliyyat tapşırığına cavab verilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olsa da, lakin onun kim və ya kimlərə narkotik vasitə satması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəni hansı şəxsdən əldə etməsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin şəxsiyyəti müyyən olunmamış və heç bir müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2010-cu il təvəllüdlü X10 oğlu və xx.xx.2014-cü il təvəllüdlü X5). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 1.1ci bəndində əsasən çəkilməmiş 02 (iki) ay 02 (iki) gün cəzadan edilmiş, Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, məkmumluğu olan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri seçilməli və onun Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,390 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,320 qram heroin və 0,026 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,016 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 92.00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri seçilsin və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-276/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılanqalıq çəkisi 1,390 qram heroin və 0,016 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 92.00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar