Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-596/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə İmişli rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu Bəhramtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,483 qram, -0,163 qram; 0,915 qram və 0,241 qram olan ümumi təmiz çəkisi -1,802 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0, 510 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 13 mart 2024-cü il tarixdə, saat 20:30-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayı ilə üzbəüz parkda keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yaşayır. Heç bir dövlət işində işləmir. Günəmuzd işləmək üçün bir müddətdir ki, Bakı şəhərinə gəlmiş, Şahid4la dostluq edir. Şahid4 Bakı şəhərində yaşamasına baxmayaraq İmişli rayonu Bəhramtəpə qəsəbəsində anadan olmuşdur. Son bir neçə gün ərzində “instaqram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs tərəfindən narkotik vasitə istəməsi məzmunlu mesajlar qəbul etmişdir. O, dostu Aminlə birlikdə həmin şəxslə "WhatsApp" ani mesajlaşma şəbəkəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmişdir. Onlar həmin şəxsdən şəxsi istifadələri üçün narkotik vasitə istəmişlər. Bu zaman həmin şəxs narkotik vasitəni qoyacağı ərazinin məkanını “WhatsApp” vasitəsilə onlara göndərəcəyini bildirmişdir. Onların məqsədi həmin məkana qoyulmuş narkotik vasitəni götürdükdən sonra pulunu ödəməmək olmuşdur. xx.xx.2024-cü il tarixdə özünü İİR-nın vətəndaşı kimi təqdim edən şəxslə aralarındakı razılığa əsasən həmin şəxs onlara istifadələri üçün “patı” verəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə axşam radələrində həmin şəxs ona metamfetamini qoyduğu ərazinin konumunu ona atmışdır. Həmin vaxt o, Şahid4 və digər dostları Şahid5lə birlikdə olmuşdur. Onlar Şahid5lə həmin gün axşam tərəfi Bakıxanov parkında rastlaşmış, Murad hadisədən xəbərsiz olmuşdur. O, Aminlə birlikdə taksi sifariş edərək onları həmin məkana aparmasını bildirmişlər. Murad onlardan hara getdiklərini soruşduqda ona Xırdalan şəhərinə getdiklərinə bildirərək, birlikdə getməsini təklif etmişlər. Lakin, Murad üzərində pul olmadığını bildirərək gəlməkdən imtina etmiş, sonradan Aminin təkidi ilə razılaşaraq onlarla birlikdə taksiyə əyləşmişdir. 13 mart 2024-cü il tarixdə, saat 20:30 radələrində onlar həmin əraziyə gəldikdə, ünvanın Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayı ilə üzbəüz yerləşən park olduğunu görmüşlər. O, Aminlə taksidən düşərək göndərilən məkana doğru getmişlər. Narkotik vasitənin qoyulduğu yerə çataraq, oraya qoyulmuş “Magna” markalı siqaret qutusuna götürmüşlər. O, siqaret qutusunu götürmüş və açaraq içərisindən bir bükümü Aminə vermişdir. Bu vaxt bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmiş və onlara narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirməsində şübhəli olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onları Pİ-nə dəvət etmişlər. Onlarla gəlmiş Şahid5 də Pİ-nə gətirilmişdir. Onlar polis əməkdaşlarına etiraz etməyərək Pİ-nə gəlmişlər. Pİ-də otaqlardan birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın cibindən 01 ədəd mobil telefonu, əynindəki gödəkçənin cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və “Leobank” bank kartını stolun üzərinə qoymuşdur. Daha sonra o əynindəki cins şalvarın cibindən “Magna” markalı siqaret qutusunu stolun üzərinə qoymuşdur. Siqaret qutusuna baxış keçirilən zaman orada 03 ədəd qızılı rəngli və 01 ədəd göy rəngli bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd şəffaf sellofanda kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 şəffaf rəngli sellofanda narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmişdir. Üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunaraq götürülmüş bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq üzəri möhürlənmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixoloji təzyiq edilməmişdir. Əməlindən peşmandır. Bildirir ki, onun doğma qardaşı X8 44 günlük Vətən müharibəsi iştirakçısıdır, döyüşlərdə göstərdiyi şücaətlərə görə Cənab Prezident tərəfindən “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, həmçinin Baş Nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Bundan başqa əmisi oğlu X4 da Vətən müharibə iştirakçısıdır, döyüşlərdə göstərdiyi şücaətə görə Cənab Prezident tərəfindən “Laçının azad olunmasına görə”, Baş Nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Əlavə olaraq bildirir ki, əmisi Nüslət Şirinov 16 aprel 1994-cü ildə Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid4 Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs və Şahid4 cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs və Şahid4 xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüş və onlar saat 20:30-da Sumqayıt şəhəri, H,Zeynalabdin qəsəbəsi, “Emin” şadlım qarayı ilə üzbəüz parkda saxlanılmış, onlara Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduqlarını deyərək birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və Şahid4 onlara etiraz etməyərək Pİ-nə gəlmişlər. Pİ-də Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təqdim olunduqdan sonra sonuncuya hüquq və vəzifələri izah edildi və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirildi. Şəxsi atxarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya qanula qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, sonuncu həmin vaxt əynində olan şalvarın cibindən 01 ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsini və bank kartını stolun üzərinə qoydu. Təqsirləndirilən şəxs şalvarının cibindən “Magna” markalı siqaret qutusunu çıxarıb stolun üzərinə qoydu. Siqaret qutusuna baxış keçirilən zaman orada 03 ədəd qızılı rəngli və 01 ədəd göy rəngli bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd şəffaf sellofanda kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 şəffaf rəngli sellofanda narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilir. Bükümlər elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxslə dostdur. Toğrul işləmək üçün Bakı şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə Toğrul ona “instaqram” sosial şəbəkəsindən tanımadığı səhifədən narkotik vasitə almaqda köməklik göstəriləcəyi məzmunlu mesajlar gəldiyini bildirmişdir. O, Toğrulla birlikdə həmin şəxslə “WhatsApp” ani mesajlaşma vasitəsilə əlaqə saxlamış, özünü İİR-nın vətəndaşı kimi təqdim edən şəxs onlarla xarici nömrə ilə yazışmışdır. Həmin şəxs onlara “patı” təşkil edəcəyini, həmin psixotrop madəni qoyduğu ərazinin konumunu (məkanı) onlara göndərəcəyini, psixotrop maddəni əldə etdikdən sonra onlardan pul alacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxslə Sabunçu rayonunda parkda olan vaxt həmin şəxs Toğrula konum (məkan) göndərmişdir. Həmin vaxt onların yanında digər dostları Şahid5 olmuşdur. Onlar taksi sifariş vermiş və Murada onlarla birlikdə gəlməsini təklif etmişlər. Murad ilk olaraq gəlmək istəməsə də, sonra onlarla razılaşmışdır. X14 şəhərinə gedəcəklərini bildirmişlər. Onlar Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayının qarşısında taksidən düşmüş, Murada gözləməsini bildirərək şadlıq sarayının qarşısındakı parka getmişlər. Konumun (məkan) göndərildiyi ərazidə “Magna” markalı siqaret qutusu olduğunu gördükdə, Toğrul siqaret qutusunu götürmüş və açdıqda içərisində bir neçə büküm olduğunu görmüşlər. Toğrul bükümlərdən birini ona verərərək siqaret qutusunu cibinə qoymuşdur. Həmin vaxt mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirərək onlara narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirməsində şübhəli olduqlarını bildirmiş, Pİ-nə dəvət etmiş və Birlikdə Pİ-nə gəlmişlər. İdarədə xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağını bildirilərək, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmaqla videoçəkiliş vasitəsilə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O, həmin vaxt əynində olan saxlamış olduğu 01 ədəd nəzarət aparatını, 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefonu, 01 ədəd bükümü, 01 ədəd alışqanı, 01 ədəd bank kartını və 02 ədəd metro kartını stolun üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 mart 2024-cü il tarixdə (saat 18:45) fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 13 mart 2024-cü il tarixdə, saat 20:30 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23); 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 61-62) “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 70-73); 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 74-75) “şəxsi axtarışın keçirilməsi haqqında” 14 mart 2024-cü il tarixli protokolundan görünür ki, Elnur Feyzullayev şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması və istifadə edilməsində şübhəli olduğunu üçün Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Pl-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X5 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli mobil telefonu, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və “Leobank” bank kartını stolun üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Magna” markalı siqaret qutusunu stolun üzərinə qoydu. Təhqiqatçı tərəfindən siqaret qutusuna baxış keçirilən zaman orada 03 ədəd qızılı rəngli və 01 ədəd göy rəngli bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd şəffaf sellofanda kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 şəffaf rəngli sellofanda narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən qızılı rəngli bükümlərdən hər biri müvafiq olaraq 0,75, 0,12, 0,36 qram, göy rəngli şellofan bükümün çəkisi 1,0 qram, ağ rəngli kristal kütlənin çəkisi 0,58 qram və 01 ədəd bükümdə qara rəngli kütlənin çəkisi 8,26 qram olması müəyyən olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanıldığı gün axşam saatlarında, özünü İİR-nın vətəndaşı kimi təqdim etdiyi şəxsin ona verdiyi konum üzrə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, “Emin” şadlıq sarayı ilə üzbəüz parkdan götürdüyünü, siqaret qutusunu açaraq bükümlərdən birini onunla birlikdə gəlmiş dostu Şahid4 verdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürləndi. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadığını bildirdi. (i.v 32-33). AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1505 nömrəli 14 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün N126” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs “”imza” və digər ad, soyad, imzalar qeyd edilmiş ədəd zərfdəki: 04 (dört) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,483 qram, -0,163 qram; 0,915 qram və 0,241 qram olan ümumi təmiz çəkisi -1,802 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Yuxarıda qeyd edilmiş ümumilikdə 03 (üç) ədəd bükümdəki :02(iki) ədəd üzəri qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,483 qram, -0,163 qram olan qəhvəyi rəngli heroinlər və 01 (bir) ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi -0,915 qram olan qəhvəyi rəngli heroin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 01 (bir) ədəd bükümdə təmiz çəkisi -0,510 qram ağ rəngli kristallik maddə qustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 bir) ədəd bükümdə təmiz çəkisi -8,036 qram olan tünd qəhvəyi rəngli maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir Heroin 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 43-49). AR Səhiyyə Nazirliyi Respublika X11 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 2125 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 100-101). Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxsun narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 93) xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Poco” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Mobil telefon, AA ******* seriyalı şəxsiyyət vəsiqəsi və “LeoBanka”a məxsus **********522446 nömrəli plastik kart Babayevə geri qaytarılmışdır. (i.v. 98-99) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və yaxud şifahi müraciət daxil edilməmiş, nümayəndə tərəfindən ona verilən bütün tapşırıqları vaxtında və layiqincə yerinə yetirmişdir. (i.v. 87) İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası Nərminə Əyyubova, qardaşları Ceyhun Babayev və Orxan Babayevdir. (i.v. 86) İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 müharibəsi iştirakçısıdır, döyüşlərdə göstərdiyi şücaətlərə görə Cənab Prezident tərəfindən “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, həmçinin Baş Nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əmisi oğlu X4 da Vətən müharibə iştirakçısıdır, döyüşlərdə göstərdiyi şücaətə görə Cənab Prezident tərəfindən “Laçının azad olunmasına görə”, Baş Nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əmisi Nüslət Şirinov 16 aprel 1994-cü ildə Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. “sübutların qiymətləndirilməsi haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, 6/1505 nömrəli 14 mart 2024-cü məhkəmə-kimyəvi ekspertizasının, 2125 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, Babayevin üzərindən aşkar olunmuş 01 büküm 0.510 qram psixotrop maddə metemfetamin maddi sübut kimi tanınmış və ekspertiza nəticəsində qalıq qalmış 0.460 qram psixotrop maddə metamfetamin, habelə 1.802 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza nəticəsində qalıq qalmış 1.642 qram narkotik vasitə heroin Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.113-120); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən həm heroin həm də metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, qardaşının və əmisi oğlunun Vətən Müharibəsi iştirakçıları olmasını, əmisinin 1-ci Qarabağ müharibəsi şəhidi olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisinin 1.802 qram olmasını, qeyd olunan miqdarın şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına baxmayaraq sonuncunun ilk dəfə cinayət əməli törətməsini, gənc olmasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları-xüsusən qardaşı X6 Azərbaycanın Respublikasının suverenliyi və ərazi bütovlüyünün bərpası uğurda gedən 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə 5 ədəd medalla təltif edilməsini, həmçinin əmisi oğlu Allahverdi Babayevin də Vətən Müharibəsi iştirakçısı olmasını, əmisinin 1-ci Qarabağ müharibəsi şəhidi olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0.460 qram psixotrop maddə metamfetamin və 1.642 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli rayonu Bəhramtəpə qəsəbəsi, fərdi ev ünvanında çəkməli, təyin edilmiş cəzanın çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə İmişli rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı İmişli rayonu Bəhramtəpə qəsəbəsi, fərdi ev ünvanını tərk etməmək, İmişli rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.460 qram psixotrop maddə metamfetamin və 1.642 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-596/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-596/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver