Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-597/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 04.06.2021-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 04.06.2021-ci il tarixdə saat 19:15-də Sumqayıt şəhəri Betonzavod ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən oğurluq hadisəsində şübhəli bilindiyindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı “Classic” markalı siqaret qutusundan 01 ədəd qara rəngli siqaret kağızı bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 0,361 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 04.06.2021-ci il tarixdə saat 19:15 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisində piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Onun oğurluq hadisələri törətməkdə şübhəli bilindiyi üçün Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis Bölməsinə dəvət etmişlər. Bölməyə getdikləri müddətdə yolda olduğu zaman o, polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını demişdir. Bölməyə getdikdən sonra onu xidməti otaqların birinə dəvət etmişdirlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələr barədə bildiriş təqdim edilmiş və vəkil təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşaiyyəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarışa başlamazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş predmetin olub-olmadığı soruşulan zaman o, öz əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı “Classic” markalı siqaret qutusunun içərisində olan qara rəngli siqaret kağızında olan bükümün içərisindəki qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin özünə məxsus olduğunu demişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan həmin maddə tərəziyə qoyulub çəkilmiş, çəkisinin 0,49 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar olunan həmin qəhvəyi rəngli maddə “Kokos”dur, həmin maddəni 04.06.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 25 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin maddəni almaqda satış məqsədi olmamışdır. Sonda üzərindən aşkar edilmiş həmin qəhvəyi rəngli maddə ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona qeyd edilərək videoçəkiliş dayandırılmışdır. Üzərindən aşkarlanmış büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Betonzavod ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisəni törtəmiş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış təqdbirləri keçirən zaman 04.06.2021-ci il tarixdə saat 19:15-də Təqsirləndirilən şəxs görüb onu saxla özünü təqdim etmişdir. Ətrafda baş vermiş oğurluq hadisəsi ilə bağlı söhbət edən zaman həmin şəxsin şübhəli davranışları onun diqqətini cəlb etmişdir. O Əbülfətə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməyini təklif etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onların idarə etdikləri avtomobilə əyləşmişdir. Yolda olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirdiyi üçün o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin NH-nə çatan kimi bu barədə raport tərtib etmişdir. Raportu üzrə araşdırılma Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçı Səyyad Hacəhmədova həvalə edilmişdir. Xidməti otaqda videçəkişilə Əbülfətin üzərinə şəxsi axtarış keçrilməli olmuşdur. Əbülfətin razılığı ilə videoçəkiliş işə salınmışdır. Təhqiqatçı özünü təqdim edib Səyyad Hacəhmədov olduğunu bildirmişdir. Sonra onlar özlərini təqdim etmişlər. Təhqiqatçı saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs oluğunu, Sumqayıt şəhəri, Betonzavod ərazisifərdi evdə yaşadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Betonzavod ərazisində oğurluq hadisələrini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirlərkən, üzərində narkotik vasitə olduğunu etiraf etməsini bildirib-bildirməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs etirafının doğru olduğunu bildirmişdir. Təhqiqatçı S.Hacəhmədov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını deyib üzərinə şəxsi axtarış istintaq hərəkətini keçirəcəyini bildirərək həmin şəxsə hüquq və vəzifləri ilə bağlı bildiriş verərək vəkili ona təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir. S.Hacəhmədov Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı “Classic” markalı siqaret qutusunun içərisindən çıxardığı 1 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində olan qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin özünə məxsus olduğunu söyləmişdir. Aşkar olunan büküm elektron tərəzinin üzərinə qoyularkən çəkilmiş və təhqiqatçının müavfiq sualı əsasında Təqsirləndirilən şəxs həmin bükümün içərəsindəki maddənin “Kokos” olduğunu bildirmişdir. Növbəti suala uyğun olaraq cavabında Təqsirləndirilən şəxs həmin maddəni özünün istifadəsi üçün üzərində saxladığını və Novxanı qəsəbəsində sübh saatlarında 25 manata aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Büküm zərfdə qablaşdırılaraq möhürlənmiş və şəxsi axtarışın nəticəsinə dair tərtib olunmuş protokol onlara uca səslə oxunduqdan sonra, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin CAŞ üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, bölmənin digər baş əməliyyat müvəkkili Şahid1 ilə Sumqayıt şəhəri Betonzavod ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisəni törtəmiş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış təqdbirləri keçirən zaman 04.06.2021-ci il tarixdə saat 19:15-də Təqsirləndirilən şəxs görüb Şahid1 onu saxlayaraq özünü təqdim etmişdir. Ətrafda baş vermiş oğurluq hadisəsi ilə bağlı söhbət edən zaman həmin şəxsin şübhəli davranışları onun diqqətlərini cəlb etmişdir. O Əbülfətə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməyini təklif etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onların idarə etdikləri avtomobilə əyləşmişdir. Yolda olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirdiyi üçün Şahid1, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin NH-nə çatan kimi bu barədə raport tərtib etmişdir. Raportu üzrə araşdırılma Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçı Səyyad Hacəhmədova həvalə edilmişdir. Xidməti otaqda videoçəkişilə Əbülfətin üzərinə şəxsi axtarış keçrilməli olmuşdur. Əbülfətin razılığı ilə videoçəkiliş işə salınmışdır. Təhqiqatçı özünü təqdim edib Səyyad Hacəhmədov olduğunu bildirmişdir. Sonra onlar özlərini təqdim etmişlər. Təhqiqatçı saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs oluğunu, Sumqayıt şəhəri, Betonzavod ərazisifərdi evdə yaşadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Betonzavod ərazisində oğurluq hadisələrini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirlərkən, üzərində narkotik vasitə olduğunu etiraf etməsini bildirib-bildirməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs etirafının doğru olduğunu bildirmişdir. Təhqiqatçı S.Hacəhmədov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını deyib üzərinə şəxsi axtarış istintaq hərəkətini keçirəcəyini bildirərək həmin şəxsə hüquq və vəzifləri ilə bağlı bildiriş verərək vəkili ona təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir. S.Hacəhmədov Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı “Classic” markalı siqaret qutusunun içərisindən çıxardığı 1 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində olan qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin özünə məxsus olduğunu söyləmişdir. Aşkar olunan büküm elektron tərəzinin üzərinə qoyularkən çəkilmiş və təhqiqatçının müavfiq sualı əsasında Təqsirləndirilən şəxs həmin bükümün içərəsindəki maddənin “Kokos” olduğunu bildirmişdir. Növbəti suala uyğun olaraq cavabında Təqsirləndirilən şəxs həmin maddəni özünün istifadəsi üçün üzərində saxladığını və Novxanı qəsəbəsində sübh saatlarında 25 manata aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Büküm zərfdə qablaşdırılaraq möhürlənmiş və şəxsi axtarışın nəticəsinə dair tərtib olunmuş protokol onlara uca səslə oxunduqdan sonra, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir, görüntünün ilk saniyəsində polis baş leytenantı rütbəsində olan şəxs özünü Sumqayıt ŞPİnin 4-cü PB-nin təhqiqatçısı kimi təqdim edib Səyyad Hacəhmədov olduğunu bildirir. Onun ardı ilə mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim edirlər. 00:14 anında təhqiqatçı əynində açıq göy rəngli qısa qol köynək, onun üzərində göy-boz rəngli jilet, ağzında parça materallı tibbi maska olan şəxsdən özünü təqdim etməsini tələb edir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, ünvan 3 ünvanında yaşadığını bildirir. Görüntünün 00:23 saniyəsində təhqiqatçı Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Beton Zavod ərazisində oğurluq hadisələrini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirlərkən, üzərində narkotik vasitə olduğunu etriaf etməsini bildirib-bildirməməsini soruşur. Təqsirləndirilən şəxs etirafının doğru olduğunu bildirir. Təhqiqatçı S.Hacəhmədov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını deyib üzərinə şəxsi axtarış istintaq hərəkətini keçirəcəyini bildirirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri üzərində əks olunmuş A4 kağızı təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifləri ilə tanış olur və heç bir etirazının olmadığını bildirir. S.Hacəhmədov araşdırma müddətində hüquq və vəziflərini İlkin Musatafanın müdafiə edəcəyini Təqsirləndirilən şəxs bildirir. Görüntünün 01:22 anında S.Hacəhmədov Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif edir. 01.29 anında Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı “Classic” markalı siqaret qutusunun içərisindən çıxardığı 1 ədəd qara rəngli siqaret kağızı bükümünün içərisində olan qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin özünə məxsus olduğunu deyir. Görüntünün 02:05 saniyəsində aşkar olunan büküm elektron tərəzinin üzərinə qoyularkən çəkisinin 0,49 qram olması müəyyən edilir. Təhqiqatçının müvafiq sualı əsasında Təqsirləndirilən şəxs həmin bükümün içərəsindəki maddənin “Kokos” olduğunu bildirir. Növbəti suala uyğun olaraq cavabında Təqsirləndirilən şəxs həmin maddəni özünün istifadəsi üçün üzərində saxladığını və Novxanı qəsəbəsində sübh saatlarında 25 manata aldığını bildirdi. Görüntünün 02:50 saniyəsində təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdi. Təqsirləndirilən şəxs üzərində aşkar olunan 1 ABŞ dolları, 1 manat və siqaretlər qutusu ilə birlikdə araşdırma üçün heç bir əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Vəkil İlkin Mustafa şübhəli şəxsə saxlaılarkən polis əməkdaları tərəfindən ona hər hansı bir fiziki zorakı hərəkət üsulunun tətbiq olunub-olunmamasını soruşur. Təqsirləndirilən şəxs ona qarşı hər hansı qanunsuz hərəkət tətbiq edilmədiyini bildirir. Görüntünün 04:20 saniyəsində videoçəkiliş yekunlaşır. Cinayət işinin materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroini aşkar edilməsini özündə əks etdirən CD Compact disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınıb, iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05.06.2021-cu il tarixli 6/2260 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,361 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan işə əlavə edilmiş şəxsi axtarış protokolunda Təqsirləndirilən şəxs 0,49 qram çəkidə narkotik vasitə olan heroin aşkarlandığı göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin təqdim etdiyi 05.06.2021-ci il tarixli 6/2260 nömrəli rəyinə əsasən sonuncunun üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,361 qram çəkidə qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə ekspertiza tərəfindən tədqiq olunmuş 0,361 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,311 qram olan narkotik vasitə heroin sübut kimi tanınmaqla, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X1 12.06.2021-ci il tarixli 1874 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2021-ci il tarixində saat 19:15-də Sumqayıt şəhəri Betonzavod ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Səyyad Hacəhmədov tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2021-ci il tarixli qərarı ilə təmin edilmədiyindən həmin tarixdə barəsində polsin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 1 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmayıb. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 03.08.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal əvvəllər ümumiyyətlə məhkumluğunun olmaması, törətdiyi əməldən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04-06 iyun 2021-ci il tarixlərində şübhəli şəxs kimi tutulmuş, 06 iyun 2021-ci il tarixində isə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək tutulma müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,311 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli (iş № 1(060)-975/2021) qərarını icra edərək, 23 avqust 2021-ci il tarixli 975 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı, ünvan 4 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,311 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-597/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-597/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver