Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-598/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1955-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hacıbəyov küçəsi, ev 60-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,421 qram çəkidə narkotik vasitə olan heroini əldə edib bir hissəsini üzərində saxlamaqla daşımış, qalan hissəsini yaşadığı mənzildə saxlamış, 11 may 2021-ci il tarixdə saat 15:12 radələrində Sumqayıt ŞPİ 2-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarında yerləşən hərbi hissənin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 3 (üç) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,014 qram, 0,091 qram və 0,059 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 15:44 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman yataq otağında olan xalçanın altından 1 (bir) ədəd şəffaf rəngli selofan bükülmüş vəziyyətdə 0,257 qram ümumilikdə 4 ədəd bükümdə təmiz çəkisi 0,421 qram kustar üsulla hazırlanmış tərkiblərinə görə eynitərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 ay əvvəl şəxsi işləri ilə bağlı Bakı şəhərində olan zaman təsadüfən tanış olduğu, adını və harada yaşamasını bilmədiyi şəxsə 20 manat verərək şəxsi istifadəsi üçün 4 (dörd) büküm kakos (heroin) almışdır. Özü narkotik vasitədən mütəmadi istifadə etmədiyi üçün həmin aldığı maddələrin bir bükümünü evdə saxlamış, qalan üç bükümünü isə üzərində gəzdirmişdir. 11 may 2021-ci il tarixdə saat 15:10 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun kənarı ilə piyada hərəkət edən zaman orada yerləşən hərbi hissənin yaxınlığında mülki və polis geyimində olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona özünü təqdim etməsini söyləmişlər və özünü polis əməkdaşlarına təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, saxlamada və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər və ona saxlanıldığı yerdə şərait olmadığına görə Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqların birində hüquqlarını müfadiə etmək üçün təqdim ediləcək vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağını bildirmişlər və üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə xidməti avtomobilə əyləşmiş və onların müşayiəti ilə 2-ci PB-yə getmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı ona orada təkrar izah olunmuşdur. O, polis əməkdaşlarına videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməsini bildirmişlər. O, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 3 (üç) ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş vəziyyətdə içərisində narkotik vasitə kakos (heroin) olan bükümləri çıxardaraq təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin kakos (heroin) olduğunu və həmin maddələri təxminən 1 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bükülülər açılaraq baxış keçirilmiş və elektron tərəziyə qoyulub çəkildikdən sonra qablaşdırılmışdır. Daha sonra sorğu zamanı o, evində də narkotik vasitə olduğunu könüllü olaraq polis əməkdaşlarına söyləmiş və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 1 ünvanına getmişlər. O, yaşadığı evin yataq otağında kilimin altında saxladığı bir büküm sellofan bükülmüş vəziyyətdə olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt mənzilindən aşkar olunmuş bükülü açılaraq baxış keçirilmiş və elektron tərəziyə qoyulub çəkildikdən sonra qablaşdırılmışdır. Üzərində şəxsi axtarış keçirilməsi barədə, həmçinin yaşadığı mənzilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin vaxt o və digər iştirakçılar protokolu imzalamışlar. Əməlindən peşmandır, yaşını, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, o , Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 11.05.2021-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, daşıması və gəzdirməsi etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkilləri Ramin Cəfərov və Şahid1 ibarət əməliyyat qrupu yaradılaraq 11.05.2021-ci il tarixdə saat 15.12-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı-Quba yolunun kənarında Hərbi Hissənin yaxınlığında piyada hərəkət edən zaman saxlamışlar, həmin şəxsə özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nə dəvət etmişlər, o da heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra ilk növbədə Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçənin sol yan cibindən 03 ədəd siqaret kağızına bükülmüş qəhvəyi rəngli maddələr aşkar olunmuş, sorğu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra özünün iştirakı ilə üzərindən aşkar olunmuş 03 büküm elektron tərəzi vasitəsilə çəkilmişdir. Həmin bükümlərdən birincisinin çəkisi 0.16 qram, ikincisinin çəkisi 0.19 qram, üçüncüsünün çəkisi isə 0.11 qram olduğu müəyyən edilmişdir. Bundan başqa yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş və çəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar, həmçinin müdafiəçi İftixar Əhmədovla birlikdə onun yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı evin həyətinə oradan isə evə daxil olmuşlar. Həyətdə sıra ilə yan yana otaqlar yerləşdiyini görmüşlər, qonaq otağından başqa bir yataq otağına daxil olmuşlar, bu zaman Təqsirləndirilən şəxs həmin otağın onun otağı olduğunu bildirmişdir. Birlikdə həmin otağa daxil olmuş, divarın yan tərəfindən yerə qoyulmuş stulu götürmüş və otağın həmin hissəsində xalçanı qaldırmış, xalçanın altında şəffaf sellofan bükümü götürmüş və təqdim etmişdir. Həmin sellofan da təhqiqatçı tərəfindən açılaraq içərisinə baxıldığı zaman sellofan bükülünün içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin (kokos) olduğunu bildirmiş və tanımadığı şəxsdən satış məqsədi ilə aldığını demişdir. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə ölçüldükdə çəkisinin 0.40 qram olması müəyyən edilmişdir və Təqsirləndirilən şəxs bundan başqa yaşadığı evdə hər hansısa narkotik vasitə olmadığını qeyd etmiş, yaşadığı evə yenidən baxış keçirilmiş və hər hansısa qanunla qadağan olunmuş maddə dərman və ya narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Həmin bükümü zərfə qoyaraq iştirakçılar tərəfindən möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Ramin Cəfərov Şahid2 ilə eyny məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyny məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” 11.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdə saat 15:12-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun kənarı, Hərbi Hisssənin yaxınlığında tutulmuşdur.(i.v 19) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 11.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.05.2021-ci il tarixdə təxminən saat 15:12 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun kənarı, Hərbi Hissənin yaxınlığında narkotik vasitənin gəzdirilməsində, saxlanılmasında şübhəli bilindiy üçün Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmişdir. Orada onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 3 ədəd bükümdə siqaret kağızına bükülmüş ümumi təmiz çəkisi 0.45 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. (i.v.26) İş materiallarında olan 11.05.2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, saxlanması, daşınması və gəzdirilməsində şübhəli bilinməsi ilə əlaqədar olaraq onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman yataq otağında olan xalçanın altından 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, soruğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik asitə olan heroin olmasını bildirdikdən sonra təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çkildiyi zaman büküm ilə birlikdə əkisinin 0.40 qram olması müəyyən edilmiş, zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 28) İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11.05.2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs oğlunun üzərində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı Fərhad Bayramov tərəfindən, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Elman Qasımov, Fərid Ağayev, Elşən Əmrahov və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs Əli oğlunu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində qara rəngli gödəkçənin sol yan cibindən 03 ədəd siqaret kağızına bükülmüş qəhvəyi rəngli maddələr aşkar olunur, sorğu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülülərin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra özünün iştirakı ilə üzərindən aşkar olunmuş 03 büküm elektron tərəzi vasitəsilə çəkilir. Həmin bükümlərdən birincisinin çəkisi 0.16 qram, ikincisinin çəkisi 0.19 qram üçüncüsünün çəkisi isə 0.11 qram olduğu müəyyən edilir. Bundan başqa o, yaşadığı evdə də narkotik vasitə olduğunu bildirir və çəkiliş dayandırılır. İkinci görüntü Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından başlanılır, o və digər iştirakçılar, həmçinin müdafiəçi İftixar Əhmədovla birlikdə onun yaşadığı evin həyətinə oradan isə evə daxil olnur. Həyətdə sıra ilə yan yana otaqlar var görünür, iştirakçılar qonaq otağından başqa bir yataq otağına daxil olur, bu zaman Təqsirləndirilən şəxs həmin otağın onun otağı olduğunu bildirir. Həmin otaqda divarın yan tərəfindən yerə qoyulmuş stulu götürür və xalçanın həmin hissəsində xalçanı qaldırır, xalçanın altında şəffaf sellofan büküm götürür və təqdim edir. Həmin sellofan da təhqiqatçı tərəfindən açılaraq içərisinə baxıldığı zaman sellofan bükülünün içərisində qəhvəyi rəngli tozşəkilli maddə var görünür, sorğu zaman Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin (kokos) olduğunu bildirir və tanımadığı şəxsdən satış məqsədi ilə aldığını qeyd edir. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə ölçüldükdə çəkisinin 0.40 qram olması müəyyən edilir və Təqsirləndirilən şəxs bundan başqa yaşadığı evdə hər hansısa narkotik vasitə olmadığını qeyd etdi və yaşadığı evə yenidən baxış keçirildi, hər hansısa qanunla qadağan olunmuş maddə dərman və ya nakotik vəsitə və psixotrop maddə aşkar olunmayır. Həmin büküm zərfə qoyaraq iştirakçılar tərəfindən imzalanır. (i.v. 85-86) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 14.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 104) İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 13.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən 13.05.2021-ci il tarixdə azad edilmişdir. (i.v.66-68) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 11.05.2021-ci il tarixli,6/1893 №li rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində “üzərinə şəxsi axtarış zamanı götürülən 03 ədəd kütlə” yazısı olan zərfdəki 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,014 qr, 0,091 qr və 0,059 qr ümumi təmiz çəkisi 0,164 qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla alınmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “evə baxış zamanı götürülən 1 büküm kütlə” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,257 qr qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla alınmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş şəxsi axtarış və evə baxış zamanı götürülən heroinin ümumi təmiz çəkisi 0,421 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v.35-41) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29.05.2021-ci il tarixli, 1630 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmasını nəzərə alaraq həmçinin Təqsirləndirilən şəxs Əli oğlunun əlil olması və yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 119-120) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserin 2324 saylı, 30.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v. 108) İş materiallarında olan Sumqayıt Şəhər 3 saylı Xəstəxanasının 485 saylı, 30.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 3 saylı Xəstəxanasının poliklinika şöbəsində, psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. (i.v. 108) İş materiallarında olan ƏƏSMN-nin 6 saylı Zona TSEK-in arayışından görünür ki, Təqsirləndirilən şəxs ümumi əsasla 3-cü qrup əlildir. (i.v.106) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 122) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 03.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsəməlində Azərbaycan RespublikasıCM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ekspert rəyində göstərildiyi kimi ümumi təmiz çəkisi 0,421 qram əsas götürülmüş, üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,301 qram narkotik vasitə olan heroinin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.124-132) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd bükümdə təmiz çəkisi 0,421 qram kustar üsulla hazırlanmış tərkiblərinə görə eynitərkibli narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, 3-cü qrup əlil olmasını, ilk dəfə cinarət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, yaşını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkündür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,301 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokollardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdən 13 may 2021-ci il tarixədək tutulub iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdən 13 may 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,301 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-598/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-598/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver