Məhkəmə qərarları › İş №1(060)-598/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-598/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-598/2025 28.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 1(060)-563/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə 04 (dörd) günə bər bər tutularaq həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərində çəkilməmiş 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası olan, hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, 10 ədəd ağ rəngli kağız bükümdə ümumi çəkisi 8,729 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,668 qram, 1,062 qram, 1,010 qram, 1,014 qram, 1,084 qram, 1,050 qram, 0,764 qram, 0,71 1 qram, 0,846 qram, 0,520 qram tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və üzərində marixuana izləri olan elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, 13 iyun 2025-ci il tarixdə saat 14:11-də Sumqayıt ŞPİ-nin X3 əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində və satışında şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, Corat qəsəbəsi. Hacıbaba Salayev küçəsi “Hikmət” marketin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq onun üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf sellefonun içərisində olan hər biri ağ rəngli kağıza bükülmüş 10 ədəd bükümdə 0,668 qram, 1,062 qram, 1,010 qram, 1,014 qram, 1,084 qram, 1,050 qram, 0.764 qram, 0,711 qram, 0,846 qram, 0,520 qram çəkidə qurudulmuş marixunana və həmin şalvarın arxa sol cibində üzərində marixunan qalıqları olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində hər hansı narkotik vasitə olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 11-12 radələrində yaşadığı evdə yatarkən Orxan və Şaiq adlı polis əməkdaşları anidən evlərinə daxil olaraq onu yaşadığı evdən çıxarmışlar. Həmin vaxt evdə tək olmuşdur. Polis əməkdaşları ona məxsus olan və üzərində ********** saylı nömrə olan mobil telefonu da götürmüşlər. Bundan sonra onu avtombilə mindirərək təxmini 15-20 dəqiqə Corat qəsəbəsi ərazisində gəzdirmişlər. Həmin vaxt ona təzyiq edərək üzərində narkotik vasitə olmasını etiraf etməsini təklif etmişlər, əks halda külli miqdarda narkotik vasitə ilə bağlı barəsində rəsmiləşdirmə aparılacağını bildirmişlər. Ona qeyd etdiyi formada təzyiqlər olsa da hər hansı fiziki təzyiq olmamışdır. Bundan sonra onu çəkiliş olan əraziyə gətirmişlər, orada digər polis əməkdaşı da olmuşdur. Çəkiliş zamanı daha öncədən polis əməkdaşlarının ona təqdim etdiyi narkotik vasitəni və elektron tərəzini təqdim edərək guya ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini, narktoik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1998-ci il tarixdə ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvələr məhkum olmuşdur və subaydır. Təxminən 3-4 il olar ki, narkotik vasitələr qəbul edir. Narkotik vasitələr istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Hikmət” marketin yaxınlığında piyada hərəkətdə olan zaman ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla üzərinə baxış keçirtmişlər. Baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o da əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində 10 büküm, hər biri ağ rəngli kağıza bükülmüş halda olan, hər birinin içərisində yaşıl rəngli bitki mənşəli ot kütlələrini və şalvarının arxa sol cibində saxladığı bir ədəd gümüşü rəngli elektron tərəzini və şalvarının arxa sağ cibində olan 5 manatlıq pııl əskinazım polis əməkdaşlarına çıxarıb təqdim etmişdir. Həmin maddəni şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Corat abidəsi yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 70 manata əldə etdiyini, elektron tərəzini isə narkotik vasitələri alarkən miqdarlarını dəqiq bilməyim üçün və narkotik vasitələrdən çox istifadə etməmək üçün çəkisini bilməkdən ötrü özündə saxladığını bildirmişdir. Həmin maddələr elektron tərəzi vasitəsilə çəkiləri müəyyən edildikdən sonra zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin üzərinə o da imza etmişdir. Daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü onu polis idarəsinə gətirmişlər. O da etiraz etməyib onlarla birlikdə idarəyə gəlmişdir. İdarəyə gətirildikdən sonra ona şübhəli qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X6 ona təqdim olunmuşdur. Bundan sonra idarədə xidməti otaqların birində üzərindən aşkar edilmiş maddələrin və tərəzinin qablaşdırıldığı zərflər təhqiqatçıya təqdim oldunmuşdur. Sorğu zamanı bir daha həmin vasitələrin özünə məxsus olduğunu, saxlanıldığı gün, səhər saatlarında Sumqayıt şəhəri, Corat abidəsi yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 70 manat pul verməklə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, şahid ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, əvvəllər Sumqayıt ŞPİ-nin X2 əməliyyat müvəkkili vəifəsində işləmişdir, hazırda isə təqaüdə çıxmışdır. Həmin vəzifədə işləyən vaxt xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında günorta saatlarında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Hikmət” marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq onu narkotik vasitələri əldə etmə, saxlama və gəzdirməkdə şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibində olan bir ədəd sellofanı və elektron tərəzini təqdim etmişdir. Həmin sellofan açılan zaman 10 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan qurudulmuş marixunaya oxşar bitiki mənşəli kütlə aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixunaya oxşar bitiki mənşəli kütlə elektron tərəzidə çəkilmiş, daha sonra həmin kütlə və elektron tərəzi xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra müvafiq sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. İdarədə ona hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmişdir. Vəkilin və onların iştirakı ilə narkotik vasitənin olduğu 02 (iki) ədəd zərf təhqiqatçıya təqdim edilmişdir. Bundan sonra müvafiq protokol tərtib olunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etdilər. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya müqavimət göstərməmişdir. Törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 və Şahid2 məhkəmə iclasında ifadə vermiş digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı 10 (on) ədəd bükümdə olan bitki kütləni və bir ədəd elektron tərəzini təqdim edərək həmin 10 ədəd bitki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və elektron tərəzini isə narkotik vasitələrin çəkisini ölçmək üçün üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 82-85-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, “Hikmət” marketin yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan torba və arxa cibindən çıxarıb 01 ədəd elektron tərəzi təqdim etmişdir. Həmin sellofan torba açılarkən orada 10 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr birlikdə elektron tərəzidə çəkilmiş, onların bükümü ilə birlikdə çəkisinin 11,48 qram olması müəyyən edilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Coraq qəsəbəsində tanımadığ şəxsdən 70 manat alıb üzərində saxlamasını, elektron tərəzini isə narkotik istifadə edərkən artıq istifadə etməməsi üçün onun çəkisinin ölçülməsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan “şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs özünün, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd elektron tərəzi kağız zərfə qablaşdırılmış formada təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Coraq qəsəbəsində tanımadığ şəxsdən 70 manat alıb üzərində saxlamasını, elektron tərəzini isə narkotik istifadə edərkən artıq istifadə etməməsi üçün onun çəkisinin ölçülməsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş 14 iyun 2025-ci il tarixli 20/481 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” yazılar və imzalar olan kağız paketi açdıqda içərisində, 10 (on) ədəd dəftər vərəqi kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,668 qram, 1,062 qram, 1,010 qram, 1,014 qram, 1,084 qram, 1,050 qram, 0,764 qram, 0,711 qram, 0,846 qram, 0,520 qram, ümumi təmiz çəkisi 8,729 qram bitki mənşəli kütlələr tərkibində narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “İçərisində 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində marixuana izləri vardır. Bu izlər mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmu və muqaisəli tədqiqatını aparmak mümkün deyil. Qeyd: Marixuananın təmiz çəkisi 8,729 qram olmuş, tədqiqata 0,2 qram (hər ob.0,02 qram tədqiqata götürüldü) sərf edilmiş, 8,529 qram (1-10№-li ob.) qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 123-128-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 8,529 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elketron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işninə əlavə edilmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimıılyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə 5 il ərzində dispanser qeydiyyatdadır. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum xx.xx.2024-cü ildən şöbənin qeydiyyatına götürülmüş, cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 10 (on) ay 01 (bir) gün hissəsini çəkmiş, çəkilməmiş cəzası isə 09 (doqquz) ay 25 (iyirmi beş) gün təşkil edir. Məhkəmə iclasında "xxxx" MMC-dən götürülmüş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ********** saylı mobil nömrənin anten məlumatları xx.xx.2025-ci il tarixdə müvafiq olaraq saat 01:14, 04:14, 07:14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 180, 397 saylı evdə göstərilmişdir. Həmin tarixdə bundan sonraya aid hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeyə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə və elektron tərəzi olmaması, həmin narkotik vasitə və elektron tərəzinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeyə alınmış video görüntülər, həmin prosessual hərəkətlərin protokolları, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, onun hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özü də bildirmişdir ki, ona qarşı kənar fiziki təsir olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə və elektron tərəzi olmaması, həmin narkotik vasitə və elektron tərəzinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İndiki halda isə narkotik vasitələrin xırda bükümlərdə olmasından əlavə, həmin narkotik vasitələrin çəkisinin müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin üzərindən bir ədəd elektron tərəzi də aşkar edilmişdir. Qeyd edilən halların birgə mövcudluğu, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyəti ilə əldə edərək üzərində saxlamasını bir daha təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs “Vətən müharibə”si iştirakçısı olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsin “Vətən müharibə”si iştirakçısı olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 1(060)-563/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə 04 (dörd) günə bər bər tutularaq həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır və hazırda üzərində çəkilməmiş 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 1(060)-563/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin 13 iyun 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4482 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 8,529 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixana və 01 ədəd elketron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 29 saata görə 319 (üç yüz on doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 1(060)- 563/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,529 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 29 saata görə 319 (üç yüz on doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar