Məhkəmə qərarları › İş №1(060)-599/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-599/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-599/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13.05.2021-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhər X3 Yardım Stansiyasının inzibati binasının dəhlizində əvvəllər qey-əsmi münasibətdə olmuş X2 başqa şəxslə münasibətdə olmasını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun sol gözaltı nahiyyəni tutan qançırı, sağ saidin qançırı, sol əlin İİİ barmağının sıyrığından ibarət xəsarətlər yetirməklə dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki,, tanıyır. Belə ki, onlar birlikdə Sumqayıt şəhər X6 Stansiyasında çağırışçı sanitar vəzifəsində çalışmışlar və 2018-ci ildən aralarında sevgi münasibətləri yaranmış, onlar bir neçə il dini kəbinlə nikahdan kənar qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Lakin 2020-ci ilin sonlarından Ceyhunə ona heç bir izah vermədən digər iş yoldaşı Adil Yusifovla münasibət saxlamağa başlamış, o bu barədə eşidib Ceyhunədən izah tələb etdikdə o bunu inkar etmiş, onunla da münasibət saxlıamayacağını bildirmişdir. O, neçə aydır ki, Ceyhunədən ona qarşı etdiyi hərəkətə görə izah tələb etmiş, o isə hər dəfə onu kobud şəkildə özündən uzaqlaşdırmışdır. 2021-ci ilin yanvar ayının 25-də o Sumqayıt şəhər TTYS-dən işdən çıxmışdır. Son vaxtlar isə ona xəbər çatmışdır ki, Ceyhunə onun barəsində yaxşı sözlər işlətməmiş, onu narkoman adlandırmışdır. Bu söhbət ona çox pis təsir etmiş və bu səbəbdən 13.05.2021-ci il tarixdə saat 09 radələrində o, Ceyhunə ilə söhbət etmək üçün onun işlədiyi Sumqayıt şəhər TTYS-nin inzibati binasına getmiş və dəhlizdə Ceyhunəni görüb onunla söhbət etmək istədiyini bildirmişdir. Ceyhunə isə ona kobud surətdə cavab verərək ondan uzaq olmasını tələb etdikdə, o özünü saxlaya bilməyib təpiklə bir dəfə sifətinə burun nahiyəsinə vurmuşdur, başqa onu vurmamışdır. Həmin vaxt orada olan Taleh adlı keçmiş yoldaşı onu Ceyhunədən ayırmışdır. Hadisə təxminən 3-5 dəqiqə davam etmiş, hadisə vaxtı orada onlardan başqa dəhlizdə Taleh olmuş, başqa şəxs olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 14.09.2021-ci il tarixli ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o 2017-ci il tarixdən Sumqayıt şəhər TTYS-də tibb bacısı işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, o da onunla birlikdə işləmiş, onun keçmiş iş yoldaşıdır, onunla əvvəllər münasibəti normal olmuş, aralarında heç bir düçmənçilik və ədavət olmamışdır. Orxanın əvvəllər ona qarşı isti hissləri olmuş, onu sevdiyini demiş, lakin o onun təkliflərini rədd edərək ona qarşı heç bir hissinin olmadığını bildirmişdir. 2020-ci ilin axırlarında Orxan işdən çıxarılmış, lakin yenə də arada-bir xəstəxanaya gələrək onunla yaxın münasibət qurmağa çalışmış, o isə ondan uzaq durmuşdur. 13.05.2021-ci il tarixdə saat 09 radələrində o, iş yerində olarkən Orxan iş yerinə gəlmiş və onu dəhlizdə görüb üstünə qışqıraraq guya onun iş yoldaşı Adil Yusifovla münasibətlərinin olduğunu bildirmişdir. O isə ona dediklərinin yalan olduğunu, bundan başqa nə edirsə onun şəxsi işi olduğunu, ona heç bir aidiyyatının olmadığını dedikdə, Orxan onun üstünə gələrək onu söyüb təhqir edərək Adillə münasibətdə olmasını eşitsə onun başına oyun açacağını deyib hədələmiş, yumruq və təpiklə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona bədən xəsarətləri yetirmişdir. Orxan onu vurarkən ətrafda heç kim olmamış, sonradan onun səsinə tanımadığı şəxslər yığışmışlar. Orxan yenə də onu vurmaq üçün onun qolundan tutarkən iş yoldaşı Taleh onlara yaxınlaşıb Orxanı ondan ayrırıb özü ilə aparmışdır. Sonra o DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları gələrək Orxanı özləri ilə aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Şahid göstərmişdir ki, 2017-ci ildən hal-hazıradək Sumqayıt şəhəri ərazisində yerləşən Sumqayıt şəhər TTYS-də sanitar işləyir. Zərərçəkmiş şəxs tanıyır, o onun iş yoldaşıdır. Təqsirləndirilən şəxs da tanıyır, o da Sumqayıt şəhər TTYS-də sanitar işləməklə bir yerdə işləmişlər, onun münasibətləri normal olmuş, aralarında heç bir düçmənçilik, ədavət olmamışdır. 13.05.2021-ci il tarixdə saat 09 radələrində o, iş yerinə gəldikdə dəhlizdə səs-küy eşidib, həmin yerə yaxınlaşdıqda görmüşdür ki, Orxan Ceyhunədən əli ilə yapışıb onu hədələyir, ünvanına söyüş söyür, Ceyhunənin burun nahiyəsindən qan gəlir. Hansı formada hədələdiyini hazırda xatırlamır. O dərhal onlara yaxınlaşıb Orxanı Ceyhunədən ayırmış, Orxanı götürüb xıdməti otağına aparmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib Orxanı götürüb aparmışlar. Ceyhunədən nə baş verdiyini soruşduqda demişdir ki, bir az əvvəl Orxan onu dəhlizdə yumruq və təpiklə vurmuşdur. X5 vurduğunu görməmişdir. Hadisə vaxtı səsə stansiyanın başqa əməkdaşları toplaşsa da, konkret olaraq onların kimlikləri yadında qalmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31.05.2021-ci il tarixli 521 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun sol gözaltı nahiyəni tutan qançırı, sağ saidin qançırı, sol əlin İİİ barmağının sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruq və təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 13.05.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan saölamlığa az ağır zərərvurmaya aid edilir.(i.v 17-18) İş materiallarında olan 06.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v 31) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında2 07.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 53) İş materiallarında olan 01.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 63) Beləliklə, Təqsirləndirilən şəxs oğlunun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar