Məhkəmə qərarları › İş №1(060)-599/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-599/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-599/2023 18.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, X4, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Cəlilabad şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 yanvar 2023-cü il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs1 və X4 Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən kirayədə yaşadıqları bir otaqlı fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 30 manat dəyərində bir ədəd “Samsung J-1”, 80 manat dəyərində bir ədəd ’’Redmi note 2 lite" markalı mobil telefonları və 350 manat pulu, eləcə də Bahadur Rzayevə məxsus 40 manat dəyərində bir ədəd “Samsung S3” markalı mobil telefonu və 400 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 460 manat və Bahadur Rzayevə isə 440 manat mıəbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, təxminən saat 12:00 radələrində əvvəldən tanıdığı Şahid3 yaşadığı ünvan 3 ünvanında yaşayan evinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus 450,0 manat dəyəri olan 01 ədəd təzə vəziyyətdə, işlənməmiş, "Redmi Not-11" markalı, 128 GB yaddaşlı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda – 01 ədəd bükümdə 1,551 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış, 05 may 2023-cü il tarixdə saat 18:50 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 45 saylı yaşayış binasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİnin 2-ci PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən göy rəngli siqaret kağız bükülüdə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində, dəniz kənarında yerləşən Aftandilin kafesində çay içərkən görmüşdür ki, Bəhruz çayxanaya gəlmiş, o, onun yanında oturmuş, bir neçə dəqiqə sonra Bahadur da çayxanaya gəlib onların yanında oturmuşdur. Həmin vaxt söhbət əsnasında Bəhruz ona demişdir ki, “sənin telefonundan xoşum gəlir”. O da ona demişdir ki, “istəyirsənsə sənə satım”. O, da 80 manata razılaşaraq Redmi markalı telefonunu ona satmışdır. Bundan sonra 10 yanvar 2023-cü il tarixdə, təxminən saat 15:30 radələrində o, baş çəkməkdən ötrü Bəhruzla Bahadurun qaldığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi dəniz kənarında yerləşən kirayədə yaşadıqları evə doğru yola düşmüşdür. O, qapının açıq olduğunu görüb evə daxil olmuşdur. Onların hər ikisinin yatdığını görmüşdür. Otaqdan kəskin spirtli içki iyi gəlməsindən ona məlum olmuşdur ki, onlar hər ikisi sərxoş vəziyyətdə yatıblar. O, onların sərxoş vəziyyətdə yatmaqlarından istifadə edib narkotik vasitə qəbul etməkdən ötrü pula ehtiyacı olduğundan oğurluq etməyi qərara almışdır. O, həmin otaqda masa üzərində qoyulmuş 1 ədəd Redmi, markası yadında qalmayan 1 ədəd Samsung markalı və stulun üstündə qoyulmuş Samsung markalı mobil telefonları görüb oradan götürərək oğurlamışdır. O, həmin mobil telefonları oğurlayaraq evdən çıxıb getmişdir. O, həmin gün, saat 16 radələrində Samsung S-3 markalı telefonu 30 manata və Redmi markalı mobil telefonu da 25 manata Cavidan adlı tanışına satmışdır. Bundan başqa qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 18:50 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 45 saylı yaşayış binasının qarşısında olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis bölməsinə dəvət etmişlər, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxlamış olduğu 1 ədəd pul kisəsini, sol yan cibində saxlamış olduğu 1 ədəd göy rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan "kakos" olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd göy rəngli siqaret kağız bükümün içərisindəki qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,75 qram olduğu müəyyən edilmişdir. Qeyd etmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı təsir və ya təzyiq göstərilməmiş, o, narkotik vasitəni əldə etmiş olduğu şəxsi ilk dəfə idi ki, görmüş və onun barəsində onda heç bir məlumat olmamışdır. O, ağrıları olduğu üçün narkotik vasitədən istifadə edirmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə Şahid3 evinə gəlmişdir. Orada Şahid3 ona telefon bağışlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, təxminən 8 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitədən istifadə etmədiyi təqdirdə ağrıları başlayır. Ağrıları dözülməz olduğundan o, məcbur olur ki, mütəmadi olaraq narkotik vasitə istifadə etsin. İşləmədiyi üçün narkotik vasitəni almaq üçün pul tapa bilmir, buna görə də, narkotik vasitə almaq üçün oğurluq etmək məcburiyyətində qalır. Zərərçəkmiş şəxs1 və Bahadur Rzayevi təxminən 5 il olar ki, tanıyır. Onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 09 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində o, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində, dəniz kənarında yerləşən Aftandilin kafesində çay içərkən görmüşdür ki, Bəhruz çayxanaya gəlmiş, o, onun yanında oturmuş, bir neçə dəqiqə sonra Bahadur da çayxanaya gəlib onların yanında oturmuşdur. Həmin vaxt söhbət əsnasında Bəhruz ona demişdir ki, “sənin telefonundan xoşum gəlir”. O da ona demişdir ki, “istəyirsənsə sənə satım”. O da 80 manata razılaşaraq Redmi markalı telefonunu ona satmışdır. Bundan sonra 10 yanvar 2023-cü il tarixdə, təxminən saat 15:30 radələrində o, baş çəkməkdən ötrü Bəhruzla Babadurun qaldığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi dəniz kənarında yerləşən kirayədə yaşadıqları evə doğru yola düşmüşdür. O, qapının açıq olduğunu görüb evə daxil olmuşdur. Onların hər ikisinin yatdığını görmüşdür. Otaqdan kəskin spirtli içki iyi gəlməsindən ona məlum olmuşdur ki, onlar hər ikisi sərxoş vəziyyətdə yatıblar. O, onların sərxoş vəziyyətdə yatmaqlarından istifadə edib narkotik vasitə qəbul etməkdən ötrü pula ehtiyacı olduğundan oğurluq etməyi qərara almışdır. O, həmin otaqda masa üzərində qoyulmuş 1 ədəd Redmi, markası yadında qalmayan 1 ədəd Samsung markalı və stulun üstündə qoyulmuş Samsung markalı mobil telefonları görüb oradan götürərək oğurlamışdır. O, onların yuxudan ayılmadıqlarını görüb əlavə oğurluq etmək üçün həmin otağı bir qədər axtarmış və kreslonun döşəyi ilə kreslonun dəstəyinin arasına əlini saldıqda orada ağ rəngli torba olduğunu görüb içərisinə baxaraq pul olduğu üçün götürməklə oğurlamışdır. O, həmin mobil telefonları və pulu oğurlayaraq evdən çıxıb getmişdir. O, ağ rəngli torbada olan pulu sayıb orada 350 manat pul olduğunu görmüş, sonra Samsung markalı mobil telefonun kabro kimi adlanan çexolunu açdıqda görmüşdür ki, içərisində 4 ədəd 100 manatlıq pul, Bahadura məxsus şəxsiyyət vəsiqəsi və metro kartı vardır. O, həmin gün, saat 16 radələrində Samsung S-3 markalı telefonu 30 manata və Redmi markalı mobil telefonu da 25 manata Cavidan adlı tanışma satmışdır. Cavidanm soyadını və atasının adım bilmir, anasının adı Mətanətdir, yaşadığı evi tanıyır. Onun evi yaşadığı evdən təxminən 300-400 metr aralıda, Emin şadlıq evinin yanında, fərdi yaşayış evidir. Digər markası yadında qalmayan Samsung markalı mobil telefonu da yaşadığı məhəllədən keçən tanımadığı şəxsə 15 manata satmışdır. O, oğurluq yolu ilə əldə etdiyi pulu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, Bəhruz və Bahadur onların qaldığı evdən oğurluq etməyindən şübhələnmişlər, o, da bununla bağlı onların polisə müraciət edəcəklərini başa düşüb hadisədən təxminən 4-5 gün sonra Bahadurun şəxsiyyət vəsiqəsini və metro kartını bacısı oğlu Əkbərə vermişdir ki, atası Peymana versin, Peyman da Bahadura qaytarsın. Mən sonra Əkbərdən bu barədə soruşmuş, o da atasının şəxsiyyət vəsiqəsinin və metro kartımmn Bahadura verdiyini demişdir. O, Cavidan adlı şəxsə satdığı 2 ədəd mobil telefonun və tanımadığı şəxsə satdığı digər Samsung markalı mobil telefonların özünə məxsus olmasını demiş, onların həmin telefonları oğurlamağından məlumatları olmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə, təxminən saat 12:00 radələrində əvvəldən tanıdığı ünvan 3 ünvanında yaşayan Şahid3 yanma gəlmişdir. Belə ki, onlar arabir görüşüb söhbətləşirlər. Həmin vaxt Şahid3 yanma iki nəfər usta kondisioner gətirmişdir. O, da, həmin vaxt Elşənə və ustalara kömək etmişdir. Onlar kondisioneri evə gətirmişlər. Bu vaxt ustalardan biri telefon qutusunu Elşənə vermişdir. Elşən isə həmin telefon qutusunu açmadan otaqda olan masanın üstünə qoymuşdur. Sonra ustaların işləri bitdiyindən o və ustalar çölə çıxmış, təxminən 5 dəqiqə sonra Elşən də evdən çıxmış və qapını bağlamadan ustaları yola salmağa getmişdir. Elşən ustaları yola salmağa getdiyindən və evin qapısı açıq olduğundan bunu fürsət bilib evə daxil olaraq telefonu oğurlamaq qərarına gəlmişdir. O, evə daxil olduqda həmin telefon qutusunu masanın üstündə aşkar etməmişdir. Evi axtardıqda həmin telefon qutusunu vazanm içində aşkar etmiş və oğurlamışdır. Bundan sonra evdən çıxmışdır. Sonra Elşənə yaxınlaşıb onunla sağollaşaraq evinə getmişdir. Bildirmişdir ki, həmin evə girib çıxmağını, habelə telefonu qutusu ilə biryerdə götürməyini Elşən görməmişdir. Bundan başqa qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 18:50 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 45 saylı yaşayış binasının qarşısında olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis bölməsinə dəvət etmişlər, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxlamış olduğu 1 ədəd pul kisəsini, sol yan cibində saxlamış olduğu 1 ədəd göy rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan "kakos" olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd göy rəngli siqaret kağız bükümün içərsindəki qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisinin 1,75 qram olduğu müəyyən edilmiş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılar aq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Qeyd edymişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı təsir və ya təzyiq göstərilməmiş, o, narkotik vasitəni əldə etmiş olduğu şəxsi ilk dəfə idi ki, görmüş və onun barəsində onda heç bir məlumat olmamışdır. O, ağrıları olduğu üçün narkotik vasitədən istifadə edirmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində qeyd etmişdir ki, 2013-cü ildən balıqçılıq fəaliyyəti ilə məşğuldur. 2022-ci ilin dekabr ayından Bəhruzla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, dəniz kənarında kirayə bir otaqlı ev tutub orada yaşayırlar. xx.xx.2023-cü il tarixdə qar yağdığı üçün dənizə balıq ovu üçün getməmişlər. Həmin gün saat təxminən 13:00-da günorta yeməyi üçün kirayə yaşadığları ünvanda təxminən 100 metr dəniz kənarında yerləşən Aftandil adlı şəxsin işlətdiyi kafeyə getmişlər. Həmin gün təxminən saat 15:00-da otaq yoldaşı Bəhruzla birlikdə kafeda yeyib içdikdən sonra evə getmişlər. Təxminən 5-10 dəqiqə televizora baxdıqdan sonra spirtli içki qəbul etdikləri üçün yuxuya keçmişlər. Həmin gün təxminən saat 17:30 radələrində Bəhruz yuxudan ayıldıqda yatdığı çarpayının qarşısında olan masanın üzərinə qoyduğu 01 (bir) ədəd “Redmi” və 01 (bir) ədəd «Samsung» markalı mobil telefonlarının masanın üzərində olmadığını görüb onu yuxudan ayıltmışdır. O, yuxudan ayılmış və yatdığı çarpayının qarşısındakı stulun üstünə baxaraq həmin stulun üstünə qoyduğu özünə məxsus «Samsung S-3» markalı mobil telefonunun, həmçinin həmin mobil telefonunun arxasına qoyduğu 400 (dörd yüz) manat pulunun, özünə məxsus şəxsiyyət vəsiqəsinin və metro kartının telefonla birlikdə oğurlandığını aşkar etmişdir. Bundan sonra Bəhruz yatdığı çarpayının baş tərəfində olan kreslonun döşəyi ilə kreslonun özü arasına ağ rəngli selofan torbaya qoyduğu 350 (üç yüz əlli) manat pulunun yerində olub-olmamasını yoxladıqda pulunun da oğurlandığını aşkar etmişdir. Həmin gün şikayət etməmişlər ki, bəlkə kimsə səhvini başa düşər pullarını və telefonlarını qaytararmışlar. Lakin, heç bir məlumat əldə edə bilmədikləri üçün xx.xx.2023-cü il tarixdə, saat 09:32-də baş vermiş oğurluq hadisəsi barədə Bəhruz DİN-nin 102 qaynar xəttinə zəng edib məlumat vermiş, o, isə həmin gün ərizə ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində onun bir ədəd «Samsung S-3» markalı mobil telefonu və həmin telefonun qabının arxasına qoyduğu 400 (dörd yüz) manat pulunun, özünə məxsus şəxsiyyət vəsiqəsinin və metro kartının oğurlandığını aşkar etmişdir. Oğurlanmış mobil telefonunun hazırki satış qiyməti 80 (səksən) manat idi. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 480 (dörd yüz səksən) manat dəyərində maddi ziyan dəymişdir. Qeyd edirmiş ki, şəxsiyyət vəsiqəsi və metro kartı sonradan ona tanımadığı şəxs tərəfindən geri qaytarılmışdır. Bəhruza və ona məxsus telefonların və pulların Əfrail adlı şəxs tərəfindən oğurlandığından şübhələnmişlər. Buna səbəb Bəhruza məxsus oğurlanmış telefonların birini Bəhruzun xx.xx.2023-cü il tarixdə kirayə yaşadıqları evin 100 metrliyində yerləşən Aftandil adlı şəxsin kafesində əvvəllər tanımadığı Əfrail adlı şəxsdən 80 (səksən) manata alması olmuşdur. Bundan başqa otaq yoldaşı Bəhruzla kirayə yaşadıqları evdə yatdıqları müddətdə Əfrail adlı şəxsin dəniz kənarında fəhlə işləyən Pərviz adlı şəxsdən Bəhruzu soruşmuşdur. Onlar da bu səbəbdən güman etmişlər ki, Əfrail onların ünvanlarını öyrənmiş və evlərinə gəldikdə onların yatdıqlarını gördüyü üçün rahat şəkildə evdə olan telefonları və pullarını oğurlayaraq getmişdir. Onun və Bəhruzun mobil telefonları aşkar surətdə masanın üzərində olmuşdur. Əfraildən başqa onların evinə heç kim gəlməmişdir. Onlar evdə yatarkən evin giriş qapısı və yataq otağının qapısı açıq vəziyyətdə olmuş və televizor yanılı vəziyyətdə olmuşdur. O, telefon markalarından çoxda anlayışı olmadığından Sumqayıt ŞPİ-nin 2-ci PB-nə verdiyi izahatda Zərərçəkmiş şəxs1 02 (iki) ədəd “Samsung” markalı telefonların və özünə məxsus “Samsung J-4” markalı mobil telefonunun oğurlandığını bildirmiş, lakin, sonradan özünə məxsus telefonun “Samsung J- 4” deyil, “Samsung S-3” markalı mobil telefon olduğunu bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini və ona qarşı şikayətin və tələbin olmadığını bildirir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etmişdir ki, 2022-ci ilin oktyabr ayından balıqçılıq fəaliyyəti ilə məşğuldur. Bahadur da balıq ovu ilə məşğuldur. 2022-ci ilin dekabr ayından Bahadurla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, dəniz kənarında kirayə bir otaqlı ev tutub orada yaşayırlarmış. Həmin vaxtdan da Bahadurla birlikdə Xəzər dənizinin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisindən keçən hissəsində qayıqla balıq ovu ilə məşğuldurlar. xx.xx.2023-cü il tarixdə qar yağdığı üçün dənizə balıq ovu üçün getməmişlər. Həmin gün saat təxminən 13:00-da günorta yeməyi üçün kirayə yaşadıqları ünvandan təxminən 100 metr dəniz kənarında yerləşən Aftandil adlı şəxsin işlətdiyi kafeyə getmişlər. Həmin gün təxminən saat 15:00- da otaq yoldaşı Bahadurla birlikdə kafedə yeyib içdikdən sonra evə getmişlər. Təxminən 5-10 dəqiqə televizora baxdıqdan sonra spirtli içki qəbul etdikləri üçün yuxuya keçmişlər. Həmin gün təxminən saat 17:30 radələrində o, yuxudan ayıldıqda yatdığı çarpayının qarşısında olan masanın üzərinə qoyduğu dəqiq markalarını xatırlamadığı 01 (bir) ədəd “Redmi” və 01 (bir) ədəd “Samsung” mobil telefonlarının masanın üzərində olmadığını görmüşdür. Bu səbəbdən otaq yoldaşı Bahaduru yuxudan qaldırmış və ona məxsus mobil telefonlarının masanın üzərindən oğurlandığını Bahadura bildirmişdir. Bahadur yuxudan ayılmış və yatdığı çarpayının qarşısındakı stulun üstünə baxaraq həmin stulun üstünə qoyduğu ona məxsus «Samsung S-3» markalı mobil telefonun, həmçinin həmin mobil telefonunun arxasına qoyduğu 400 (dörd yüz) manat pulunun, özünə məxsus şəxsiyyət vəsiqəsinin və metro kartının telefonla birlikdə oğurlandığını ona bildirmişdir. Bundan sonra o, yatdığı çarpayının baş tərəfində olan kreslonun döşəyi ilə kreslonun özü arasına ağ rəngli selofan torbaya qoyduğu 350 (üç yüz əlli) manat pulunun yerində olub-olmamasını yoxladıqda pulunun da oğurlandığını aşkar etmişdir. Həmin gün şikayət etməmişdir ki, bəlkə kimsə səhvini başa düşər pullarını və telefonlarını qaytararlarmış. Lakin, heç bir məlumat əldə edə bilmədiyi üçün xx.xx.2023-cü il tarixdə, saat 09:32-də oğurluq hadisəsi barədə DİN-in 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində 01 (bir) ədəd “Redmi” və 01 (bir) ədəd “Samsung” markalı mobil telefonu oğurlanmışdır. Həmin telefonun birinin ekranı işləmədiyi üçün 20 (iyirmi) manat qiyməti var idi. Digər telefonunu isə xx.xx.2023-cü il tarixdə kirayə yaşadıqları evin təxminən 100 metrliyində yerləşən Aftandil adlı şəxsə məxsus kafedə Əfrail adlı, əvvəllər tanımadığı şəxsdən 80 (səksən) manata almışdır. Bundan başqa 350 (üç yüz əlli) manat pulu oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 450 (dörd yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. Qeyd edirmiş ki, Bahadura və ona məxsus telefonların və pulların Əfrail adlı şəxs tərəfindən oğurlandığından şübhələnmişlər. Buna səbəb ona məxsus oğurlanmış telefonların birini o, xx.xx.2023-cü il tarixdə kirayə yaşadıqları evin 100 metrliyində yerləşən Aftandil adlı şəxsin kafesində əvvəllər tanımadığı Əfrail adlı şəxsdən 80 (səksən) manata almışdır. Bundan başqa otaq yoldaşı Bahadurla kirayə yaşadıqları evdə yatdıqları müddətdə Əfrail adlı şəxsin dəniz kənarında fəhlə işləyən Pərviz adlı şəxsdən onu soruşmuşdur. Onlar da bu səbəbdən güman edirlərmiş ki, Əfrail onların ünvanlarını öyrənmiş və evlərinə gəldikdə onların yatdıqlarını gördüyü üçün rahat şəkildə evdə olan telefonları və pullarını oğurlayaraq getmişdir. Onun və Bahadurun mobil telefonları aşkar surətdə masanın üzərində olmuşdur. Əfraildən başqa onların evinə heç kim gəlməmişdir. Onlar evdə yatarkən evin giriş qapısı və yataq otağının qapısı açıq vəziyyətdə olmuş və televizor yanılı vəziyyətdə olmuşdur. O, səhvən Sumqayıt ŞPİ-nin 2ci PB-nə verdiyi izahatda 02 (iki) ədəd “Samsung” markalı telefonların oğurlandığını bildirmişdir. Qeyd edirmiş ki, ona məxsus 01 (bir) ədəd “Redmi” və 01 (bir) ədəd «Samsung» markalı mobil telefon oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini və ona qarşı şikayətin və tələbin olmadığını bildirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etmişdir ki, o, 3 ildir ki, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-də fəhlə işləyirmiş. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Şahid3 və iş yoldaşı Əminə ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sentiralni kimi tanınan yerə getmişlər. Əvvəlcədən tanıdığı və əvvəllərdə onun mağazasından soyuducu, paltaryuyan aldıqları Elşənin mağazasına kreditlə kondisioner və mobil telefon almaq üçün getmişlər. Həmin gün mağazadan 900 (doqquz) manat dəyərində «Evro Luks» markalı kondisioner, 900 (doqquz yüz) manat dəyərində «Şvaki» markalı televizor və 600 (altı yüz) manat dəyərində “Redmi-11” markalı mobil telefon sifariş etmişlər. Həmin gün televizoru özləri ilə götürmüşlər, kondisener və mobil telefonu isə xx.xx.2023-cü il tarixdə evə çatdıracaqlarını bildirmişlər. Onlar mağazadan çıxıb evə çatmışlar ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində ***-***-**-** nömrəsindən ona zəng gəlmişdir ki, sabah, yəni xx.xx.2023-cü ildə, saat 11:00-da kondisioneri və telefonu gətirəcəklərmiş. Onlar həmin şəxsə işdə olduğunu, lakin həyat yoldaşının nömrəsini həmin şəxsə verərək həyat yoldaşının evdə olacağını və onları qarşılayacağını bildirmiş və həmin gün həyat yoldaşı Elşənlə ona zəng edən şəxsi danışdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində işdən çıxıb evə gəlmişdir. Təxminən yarım saat keçdikdən sonra həyat yoldaşı Elşən evə gəlmiş və ona bildirmişdir ki, bu gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 12:00-da usta kondisioneri və telefonu gətirmişdir. Elşən ona bildirmişdir ki, həmin gün Əfrail adlı tanışı da onunla birlikdə evə gəlib və ustaya əşyalarını evə daşımağa kömək etmişdir. Yəni Əfrail ustaların gətirdiyi və Elşənə təqdim etdiyi mobil telefonu görmüşdür. Daha sonra Elşən Əfrailə kömək üçün sağol deyib yola salmışdır. Həmin vaxt Elşən ona aid mobil telefonu servantın üstündəki vazanın içərisinə qoymuşdur. Ustalar işi qurtardıqdan sonra Elşən bayıra çıxıb ustaları yola salmışdır. Evə qayıtdıqdan sonra aldıqları Redmi 11 markalı telefonun vazanın içində olmadığını görmüş və Əfraildən şübhələnmişdir. Həmçinin Əfrailin evə girməsini qonşuları Sarvan da görmüşdür. Belə ki, Əfrail evə girmək istəyərkən qonşusu Sarvan ona iradını bildirmişdir ki, ’’Elşən evdə yoxdur, indi bayıra çıxdı”. Əfrail isə ona bildirmişdir ki, “Elşən elə bu dəqiqə evə girdi, ona görə Elşənin yanına gedir”. Sarvan bu səbəbdən ona bir söz deməmişdir. Yəni mobil telefonu karobkasından belə çıxartmamışdır. Telefon gətirildiyi saatdan bir saat sonra Əfrail tərəfindən oğurlanmışdır. Yəni telefonun üstündə nömrə olmamış, ümumiyətlə karobkasından çıxarılmamışdır. Əfrail telefonu karobkası və sənədləri ilə birlikdə oğurlamışdır. Bildirirmiş ki, onun “Redmi-11” markalı mobil telefonunun nağd qiyməti 600 manatdır və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 5 ilə yaxındır ki, bütün qanuni sənədlərlə Xəzər dənizinin Sumqayıt şəhər, Kimyaçılar qəsəbəsi hissəsindən keçən ərazisində balıq ovu ilə məşğuldur. Özünə məxsus «DF-78» markalı, gəzinti təyinatlı taxta qayığı vardır. Bundan başqa dənizdə onun əvəzindən balıq tutmaları üçün Zərərçəkmiş şəxs1 və X5 AR-KK867106 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamə vermişdir. Bildirirmiş ki, xx.xx.2023-cü il tarixdə qar yağdığı üçün işçiləri Bəhruz və Bahadur dənizə balıq ovu üçün getməmişlər, o isə həmin ərəfədə hüzürü düşdüyü üçün Astara rayonunun Şahağacı kəndində olmuşdur. xx.xx.2023-cü il tarixdə Bəhruz ona zəng edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00-dan saat 18:00-dək dəniz kənarındakı qaldıqları fərdi evdə yatarkən qapını açıq qoyduqları üçün naməlum şəxs və ya şəxslər otağa girərək onların yatmasından istifadə edərək Bahadura məxsus «Samsung J-4» markalı mobil telefonu, 400 (dörd yüz) manat pulunu və şəxsiyyət vəsiqəsini və Bəhruza məxsus iki ədəd dəqiq markasını bilmədiyi köhnə mobil telefonlarını və 350 (üç yüz əlli) manat pulunu oğurlamışlar. O, bu məlumatı eşitdikdən sonra Bəhruza dərhal polisə məlumat verməsini bildirmişdir. Bəhruzla Bahadur ona onlara məxsus telefonları və pulları Əfrail adlı narkotik aludəçisinin oğurlamasından şübhələndiklərini bildirmişlər. Qeyd edilən fərdi ev ona məxsusdur, lakin həmin evə dair çıxarışı yoxdur, lakin torpaq sahəsinə dair bağçılıq sənədi vardır. Qeyd edilən fərdi evin tikilməsinə dair qanunla hər-hansı bir icazəsi yoxdur. Bundan başqa həmin evdə yaşayan şəxslər onun işçiləridir, onlar həmin evdə istirahət edərkən, yaxud həftədə bir dəfə qalırmışlar. Onun həmin şəxslərlə heç bir kirayə müqaviləsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid3 onun qonşusudur, onların qapıları yan-yanadır. Elşən ilə münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs Şahid3 tanışı kimi tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs arada Elşənin yanına gəlib-gedirdi. xx.xx.2023-cü il tarixdə o, çöl tərəfdə olduğundan Əfrailin Elşənin mənzilinə girməsini birbaşa görməmiş, həmçinin o, həmin binadan çıxarkən də onu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də polis mayoru rütbəsində, baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 may 2023-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5ə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin, 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşı X8 da iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 45 saylı yaşayış binasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasında xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxlamış olduğu 01 ədəd pul kisəsini və sol yan cibində saxlamış olduğu 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş bükümə baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos” oluğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd büküm tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisinin 1,75 qram olduğu müəyyən edilmiş, Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd pul kisəsi hər hansı bir əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru, polis baş serjantı X8 eyni məzmunlu ifadə verərək digər Şahid7 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ arxa cibində saxlamış olduğu 01 ədəd pul kisəsinin və sol yan cibində saxlamış olduğu 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vasitədir, həmin maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd göy rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli maddə siqaret kağızı ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 1,75 qram olduğu müəyyən edilmiş və həmin büküm içərisindəki maddə ilə birlikdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2023-cü il tarixli, 9/3394 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən mobil telefonların ayrı - ayrılıqda orta bazar qiymətləri aşağıdakı kimidir.

1. Tədqiqata təqdim edilmiş X5 məxsus 01 ədəd "Samsung S3" markalı mobil telefonun hazırki vəziyyətdə (mobil telefonun üst və alt korpusunda zədələr, çatlar, qırıqlar, cızıqlar olmaqla, təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə) ehtiyyat hissəsi kimi 2023-cü ilin yanvar ayına olan tarixə orta bazar qiyməti 10,00 manat, zədələnməmişdən əvvəl, normal vəziyyətdə 40,00 manat müəyyən edilir.

2. Qərarda göstərilən tədqiqata təqdim edilməyən mobil telefonların 2023-cü ilin yanvar ayına olan tarixə orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. - Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 3 il müddətində istifadə olunmuş "Samsung J-1" markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq - 30,0 manat; - Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 4 il müddətində istifadə olunmuş "Redmi not 2 lite" markalı mobil telefon barədə kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, yaddaş tutumu, və s.) barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı; - Zərərçəkmiş şəxs3 01 ədəd təzə vəziyyətdə, işlənməmiş, "Redmi Not-11" markalı, 128 gb yaddaşlı markalı mobil telefon – 450,0 manat;

3. Digər qərarda göstərilən tədqiqata təqdim edilməyən X3 məxsus 01 ədəd 3 il müddətində istifadə olunmuş "REALME RMX- 3151" markalı, **********55756 va **********55749 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan tarixə orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2629 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Arayışlar üçün №126” möhür əksi, “Ş/Ş,.,Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,551 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,551 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1,451 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3003 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimlyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-279/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 1,551 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,451 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180, 181, 234.2 və 326.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 09 (doqquz) ay 15 (on beş) müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 (altı) ay azaldılmış və xx.xx.2022ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən məhkumluğu olan şəxs kimi hesab edilmiş və onun əməlləri cinayətin təhlükəli residivini yaratdığı nəzərə alınmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi müəyyən edilmişdir. Ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin ,177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ağırlaşdırıcı halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,551 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,451 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 160.00 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-279/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,451 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 160 (yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar