Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-6/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5 və 234.1 maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 06 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 450 qram çəkidə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2019-cu il tarixdə saat 20:30-da Sumqayıt şəhəri, 7-8-12 birləşmiş məhəllə ərazisində yerləşən «Socar» xəstəxanasının yaxınlığında olan dayanağacın arxasında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən sol qoltuqaltı nahiyəsindən üzərində «Leon» sözü yazılmış ağ rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 450 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırki cinayəti törədəndən təxminən 3 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə, saat 14 radələrində o, şəxsi işi ilə əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsinə getmişdir. Həmin qəsəbədə yerləşən çayxanaların birində oturub çay içib istirahət edən zaman orada olan üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxslə tanış olub onunla söhbət edərkən, ona qurudulmuş marixuana satdığını bildirmişdir. O, da həmin şəxsdən marixuana almağına razılaşaraq çayxanadan çölə çıxıb, bir az kənara çəkilib dayanmışdır. Təxminən 10 dəqiqə sonra həmin şəxs yenidən onun yanına qayıdıb, ona ağ sellofan torbada olan qurudulmuş marixuana gətirmişdir. O torbanı açıb baxdıqda içində qurudulmuş marixuana olduğunu görmüşdür. Daha sonra o, bunun müqabilində həmin tanımadığı şəxsə 120 manat pul vermiş, sonuncu da çıxıb getmişdir. O isə torbanı sol qoltuqaltı nahiyəsinə qoyub Masazır qəsəbəsində axşamədək olduqdan sonra, axşam saat 20 radələrində oradan çıxıb Sumqayıt şəhərinə qayıtmışdır. Həmin gün saat 20:30 radələrində o, Sumqayıt şəhəri, 7-8-12-ci birləşmiş məhəllə əraziisndə yerpləşən «Sokar» xəstəxanasının yaxınlığında olan dayanacağın arxası ilə gedərkən 3 nəfər mülki, 1 nəfər isə polis geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin həmin vaxt onların yanında olan polis geyim formasında digər bir polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparmışdır. Həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı kimi təqdim edən şəxs ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək, üzərində videoçəkilişlə şəxsi axtarış aparacağını bildirmişdir. O da etiraz etməmişdir. Daha sonra ona təqdim olunmuş müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişlər. O da sol qoltuqaltı nahiyəsində saxladığı ağ rəngli torbanı onlara təqdim etmişdir. Ondan həmin torbanın içərisində nə olduğu soruşulduqda, bildirmişdir ki, torbanın içərisindəki qurudulmuş marixuanadır. Həmin vaxt polis əməkdaşları mariuxananı haradan əldə etdiyini soruşduqda, o da onlara demişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 120 manata almışdır. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. O da buna etiraz etməyərək, həmin bölməyə getmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan qurudulmuş marixuana ona təqdim olunmuş vəkilinin iştirakı ilə həmin bölmənin xidməti otaqlarının birində tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Həmin narkotik vasitəni özünə məxsus olan pulla almış, ondan özü istifadə edəcəkdi, onu almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. O, hüquqlarını bilir, o, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid X6 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində Rəvan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2019-cu il tarixdə, saat 20:30-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 7-8-12-ci birləşmiş məhəllə ərazisində “Socar” xəstəxanasının yaxınlığında olan dayanacağın arxasında müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Fuad Əliyev Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. X4 narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında və əldə etməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs də ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə bildirişlə tanış olmuşdur. Daha sonra X8 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt X4 üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. O da sol qoltuqaltı nahiyəsində saxladığı ağ rəngli torbanı onlara təqdim etmişdir. Həmin vaxt ondan torbanın içərisində nə olduğu soruşulduqda, Rəvan bildirmişdir ki, torbanın içərisində qurudulmuş marixuanadır. Ondan mariuxananı haradan əldə etdiyini soruşduqda, Rəvan onlara demişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 120 manata almışdır. Daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, qurudulmuş marixuana tərəfindən götürülmüş, videoçəkiliş dayandırılmış və o, Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət olunmuşdur. Rəvan da buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana onun hüquqlarını müdafiə edən vəkilinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təziq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmədə şahid X7 şahid X2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntülərdə də şahidlər X2 və X3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə-bioloji ekspertizasınınxx.xx.2019-cu il tarixli, 30882 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış skoçla bağlanmış sellofan torbada 01 ədəd sellofanda təmiz çəkisi 450 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi-450,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-449,95 qram). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 64nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 4820 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə 2012-ci ildən “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən az ağır cinayət hesab olunduğundan və o, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edildiyindən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki işlə bağlı həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılmalıdır. İş materiallarından görünür ki, hazırki işlə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan olunmuşdur. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hazırlııq iclasının qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq o, təqsirli bilindiyi maddələrlə məhkəməyə verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan edilmişdir. Sumqayıt şəhər polis idarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs Abşeron rayon Pİ-nin İŞ-də istintaq edilən üç cinayət işi üzrə həbs edilərək xx.xx.2020-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılması qeyd olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olduğu nəzərə alınaraq hazırki cinayət işinin baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinə köçürülməsinə etiraz olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89 (səksən doqquz) manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli (iş № 1(060)- 138/2020) qərarını icra edərək, 05 fevral 2020-ci il tarixli 142/2020 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki işlə bağlı şübhəli şəxs kimi tutulub saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-6/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-6/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver