Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-6/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli "xxxx" ASC-nin Şimal RETSİ-nin Sumqayıt EŞ-nin nəzarətçi mühəndisi vəzifəsində işləyən, məhkum olunmamış, Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi, mənzil 62-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57, mənzil 48-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanın gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə, saat 10:00 radələrində, xx.xx.2013-cü il tarixdə verilmiş «B» dərəcəli, AB seriyalı, 563425 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında oğlu X44 oğluna məxsus, saz vəziyyətdə olan «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində idarə edərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən gecəqondu yaşayış massivi adlanan yerdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Socar» X7 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloji nəqliyyat departamentinin yaxınlığında, «X40» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yol və metereoloci şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qarşı tərəfdən Sumqayıt şəhərinə əks istiqamətdə hərəkət edərək, həmin vaxt yağış yağdığını nəzərə almayıb, yağış gölməçəsinin üzərində fırlanaraq, onun yoluna çıxan Zərərçəkmiş şəxs, xx.xx.2020-ci il tarixdə verilmiş «BC» dərəcəli, AF seriyalı, 709669 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi ilə toqquşub, «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin məxsus olduğu "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinə 9300 (doqquz min üç yüz) manat məbləqində maddi ziyan vurmaqla, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol ağ ciyərin cırılmış yaraları, solda İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, döş sümüyünün İV-Vİİİ fəqərə səviyyəsində yerdəyişən sınığı, döş qəfəsinin sıxılması, sağ almacıq qulaq seyvanının, alnın sağ yarısının, sağ saidin, sol baldırın qançır və sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığına ağır zərər vurmaqla, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Şimal RETSİ-nin Sumqayıt Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyir. «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2016-cı ildə böyük oğlu X44 oğlunun adına öz puluna almış və etibarnamə əsasında həmin avtomobili idarə edir. «B» kateqoriyalı sürücülük vəsiqəsini 2013-cü ildə almışdır. 17 avqust 2020-cı il tarixdə, saat 08:00 radələrində, oğlunun adına aldığı, etibarnamə əsasında idarə etdiyi, saz vəziyyətdə olan «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildə işlədiyi, "xxxx" ASC-nin Şimal RETSİ-nin Sumqayıt Elektrik Şəbəkəsinin Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən satış idarəsinə gəlmiş və təxminən bir saat yarımdan sonra, oradan çıxıb öz avtomobilinə tək əyləşərək, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə dənizkənarı asfalt yolla xidmət etdiyi H.Z.Tağıyev qəsəbəsinə yola düşmüşdür. Saat 10:00 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Socar» X7 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloji nəqliyyat departamentinin yanına çatmamış, təxminən 200 – 250 metr qalmış, avtomobili saatda 50- 60 kilometr sürətlə idarə etdiyi zaman həmin yolu hər gün gedib-gəldiyi üçün qarşısında asfaltda avtomobillərin sürətinin məhdudlaşdırılması məqsədi ilə quraşdırılmış balaca maneənin (bardyur) və yerdə piyada keçidinin olduğunu bildiyindən, idarə etdiyi avtomobilin sürətini azaldıb, təxminən saatda 20-30 kilometrlə sürərək, həmin maneəni keçmişdir. Asfaltın üzərindəki balaca maneəni keçəndən sonra, idarə etdiyi avtomobilin sürətini təxminən saatda 30-40 kilometrə qədər qaldırmışdır. Həmin zaman qarşısından, əks istiqamətdən üzü Sumqayıt şəhəri istiqamətində hərəkət edən avtomobilin çox yüksək sürətlə, təxminən saatda 100 kilometrdən artıq sürətlə hərəkət etdiyini görmüşdür. Həmin vaxt güclü yağış yağdığından, yolda və yolun kənarlarında böyük yağış gölməçələri əmələ gəlmişdir. Qarşıdan əks istiqamətdən gələn həmin açıq qırmızı rəngli xarici markalı avtomobil çox yüksək sürətlə hərəkət etdiyi üçün qarşısındakı yağışdan əmələ gələn gölməçənin üzərində həmin avtomobilin sağ qabaq təkəri oynamış, avtomobilin sürücüsü idarəetməsini itirmiş və həmin avtomobil yolun sağ kənarına tərəf oynaya-oynaya getmişdir. O, bunu görərək, elə bilmişdir ki, həmin avtomobil yolun sağ kənarında olan ağaclara dəyəcəkdir, ona görə də, idarə etdiyi avtomobilin sürətini saatda 20-30 kilometrə qədər endirib yolun sağ kənarına verib saxlamaq istəmişdir ki, gedib həmin avtomobilin sürücüsünə köməklik etsin. Lakin, həmin zaman həmin açıq qırmızı rəngli xarici markalı avtomobil ağacların arxasından fırlanıb, 25 – 30 metr məsafədən onun yoluna çıxdığı üçün, o, avtomobilinin əyləcini sıxmaqla yanaşı həmin avtomobil sağ tərəfi ilə onun hərəkət hissəsində onun avtomobilinin qabaq hissəsinə çırpılmış və zərbədən bir neçə dəfə aşıb, onun hərəkət etdiyi istiqamətdə yolun sağ kənarında damı üstə dayanmışdır. O, şok vəziyyətinə düşdüyü üçün avtomobildən yerə düşmək istəmiş, lakin, avtomobilinin sürücü tərəfindəki qapısını aça bilməmişdir. Həmin vaxt həmin ərazidəki gecəqonduda yaşayan və tanıdığı Şahid5 onun avtomobilinə yaxınlaşıb, avtomobilin sürücü olan qapısı açılmadığından, sağ qabaq qapısını açıb, onu avtomobildən çölə çıxartmışdır. Onun arxasınca öz «Mersedes Bens 190» markalı avtomobilində gələn iş yoldaşları Şahid2 və Şahid1da avtomobili saxlayıb, ona köməklik etmək üçün avtomobilə yaxınlaşmışlar. Onlar onu kənara çəkib, öz avtomobillərinə əyləşdirmişlər ki, sakitləşsin. Sonra, onlar və orada olan tanımadığı digər şəxslər onun avtomobili ilə toqquşaraq, aşıb, damı üstə dayanan həmin açıq qırmızı rəngli xarici markalı avtomobilə yaxınlaşıb, onu çevirib, yolun sağ kənarına təkərləri üstə qoymuşlar. Həmin avtomobilin sürücüsü olan cavan oğlanı isə avtomobildən çıxardıb, yolun kənarına uzatmışlar. Onun iş yoldaşı Şahid2 «103» xidmətinə zəng edərək, X45 avtomobili çağırmış və X45 avtomobili hadisə yerinə gələrək, onu Sumqayıt şəhər X45 Xəstəxanasına aparmışdır. O, xəstəxanada 4-5 gün yatıb, müalicə alandan sonra, evinə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, əks istiqamətdə hərəkət edərək, yolundan çıxıb, onun avtomobili ilə toqquşan açıq qırmızı rəngli avtomobil Çin istehsalı olan avtomobildir və onun sürücüsü Zərərçəkmiş şəxs hadisədən sonra ölmüşdür. O, hadisə vaxtı sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi qırçzı rəngli avtomobilin idarəetməsini itirdiyini təxminən 100 – 150 metr məsafədən görmüş, həmin avtomobil gölməçənin üzərində oynayaraq, öz yolundan sağ tərəfə yoldan kənarda olan ağaclara tərəf istiqamətləndiyi üçün zənn etmişdir ki, həmin avtomobil ağaclıqlara çırpılacaqdır. Məhz bu səbəbdən idarə etdiyi avtomobilin sürətini saatda 20-30 kilometrə qədər endirib, yolun sağ kənarına verib saxlamaq istəmişdir ki, gedib, həmin avtomobilin sürücüsünə köməklik etsin, lakin, həmin avtomobil qəfildən fırlanıb, təxminən 25 – 30 metr məsafədən onun yoluna çıxaraq, sağ tərəfi ilə onun avtomobilinin qabaq hissəsinə çırpılmış və zərbədən aşmışdır. Bu ani bir zamanda baş verdiyi üçün, hadisənin qarşısı onun tərəfindən alına bilməzdi. Belə ki, o, hətta qışqıraraq Allah sözünü bitirməmiş belə avtomobil onun idarə etdiyi avtomobilə çırpılmışdır. Gunahsız olduğundan barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Əhmədov Əbdülrəhim Əhməd oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Həyat yoldaşı Nisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən «Dong Feng S 30» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək, həmin avtomobili idarə etmək üçün Talehə etibarnamə vermiş və Taleh, həmin avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. Taleh narkotik vasitələrin istifadəsindən əziyyət çəkdiyindən, o, Talehi bir neçə dəfə müalicə etdirmiş və bundan başqa, Taleh bir neçə dəfə oğurluq cinayətləridə törətdiyinə görə məhkum olunmuşdur. 17 avqust 2020-ci il tarixdə, saat 10:00–11:00 radələrində, tanımadığı mobil telefon nömrəsindən tanımadığı bir kişi onun mobil telefonuma zəng edərək, təcili Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Socar» X7 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloji nəqliyyat departamentinin yaxınlığına gəlməyini bildirmiş, o, həmin şəxsdən nə baş verdiyini soruşduqda, həmin şəxs ona, oğlu Zərərçəkmiş şəxs, idarə etdiyi «Dong Feng S 30» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəzaya uğradığını bildirmiş və o, təcili həmin yerə getmişdir. Hadisə yerinə çatdıqda, oğlu Zərərçəkmiş şəxs, idarə etdiyi «Dong Feng S 30» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan «Mersedes Bens C 180» markalı avtomobillə toqquşduğunu, Talehin idarə etdiyi avtomobilin, yolun əks istiqamətində, dəniz kənarı tərəfdə yolun kənarında üzü Sumqayıt şəhəri istiqamətində dayandığını, «Mersedes Bens C 180» markalı avtomobil isə yolu kəsərək, üzü dənizə tərəf dayandığını və Talehin, H.Z.Tağıyev qəsəbəsi istiqamətində yolun sağ kənarında torpağın üzərində uzanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt iki X45 avtomobili hadisə yerinə gələrək, həkimlər artıq Talehin öldüyünü bildirərək, X45 avtomobillərin biri Talehi götürüb aparmış, digəri isə, «Mersedes Bens C 180» markalı avtomobilin sürücüsünü xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Talehin idarə etdiyi «Dong Feng S 30» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşan «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt Elektrik Şəbəkəsinin əməkdaşı olan Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Əhmədov Əbdülrəhim Əhməd oğlu məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28 D ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin hüquqşünası vəzifəsində işləyir. 17 avqust 2020-ci il tarixdə, saat 10:00 radələrində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Socar» X7 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloji nəqliyyat departamentinin yaxınlığında baş vermiş yolnəqliyyat hadisəsində hüquqşünas vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinə məxsus və Zərərçəkmiş şəxs, etibarnamə əsasında idarə etdiyi «Dong Feng S 30» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı və «Mersedes Bens C 180» markalı, **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toquşması nəticəsində «Dong Feng S 30» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil, demək olar ki, yararsız hala salınmış və nəticədə həmin avtomobilin məxsus olduğu və onun təmsil etdiyi "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinə təxminən 10000 (on min) manat məbləqində maddi ziyan dəymişdir. "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinə dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən, yaşadığı 4 nömrəli yataqxananın yanında təxminən 4 sot torpaq sahəsi vardır, həmin torpaq sahəsində tölə tikdirib, 11 ədəd iri buynuzlu heyvan saxlayır və həmin heyvanları adətən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən gecəqondu adlanan yerlə üzbəüz dəniz kənarında otarır. 17 avqust 2020-cı il tarixdə, saat 07:00 radələrində, saxladığı iri buynuzlu heyvanları həmişəki kimi, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən gecəqondu adlanan yerlə üzbəüz dəniz kənarına otlamağa göndərmiş və digər otlanan heyvanlarla birlikdə orada onlara bir çoban nəzarət etmişdir. Saat 09:30 radələrində heyvanlara baxmaq məqsədi ilə o, idarə etdiyi «BMW 316» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən gecəqondu adlanan yerlə üzbəüz dəniz kənarına getmişdir. Həmin vaxt güclü yağış yağdığından, yolda, asfaltın üzərində, böyük gölməçələr yaranmışdır. Heyvanlara baxıb, Səməd Vurğun küçəsi ilə üzü H.Z.Tağıyev qəsəbəsi istiqamətində avtomobili saatda 30-40 km. sürətlə idarə edərək, yaşadığı yataqxana istiqamətində hərəkətdə olan zaman, qarşıdan Sumqayıt şəhəri istiqamətində, təxminən saatda 80 – 90 km. sürətlə hərəkət edən qırmızı rəngli, ÇİN istehsalı olan xarici markalı avtomobilin, ona qədər təxminən 8 – 10 metr məsafə qalmış asfaltın üzərindəki gölməçənin üstündə oynayaraq, istiqamətini sağ tərəfə doğru dəyişdiyini görmüşdür. O, idarə etdiyi avtomobildə həmin yeri təxminən 200 – 300 metr qabağa keçəndən sonra, avtomobilinin sol yan güzgüsünə baxıb, həmin qırmızı rəngli, xarici markalı avtomobili görməmiş və idarə etdiyi avtomobili yolun sağ kənarına verib saxlamışdır ki, həmin avtomobilin hara getdiyinə, öz istiqamətində sağ tərəfə doğru istiqamətini dəyişdiyindən, qəzaya uğrayıb-uğramamasına baxsın. İdarə etdiyi avtomobildən çıxıb, həmin qırmızı rəngli, xarici markalı avtomobilin, öz yolundan çıxaraq, onun arxasınca gələn «Mersedes Bens» markalı avtomobillə toqquşub, çevrilərək, yolun sağ kənarında, üzü Sumqayıt şəhəri istiqamətində dayandığını görmüşdür. Həmin vaxt hadisə yerinə yaxınlaşan tanımadığı çoxsaylı insanlar qırmızı rəngli, xarici markalı avtomobilin sürücüsünü avtomobildən çıxardaraq, yolun sağ kənarında torpağın üzərində uzandırmışlar və X45 çağırmışlar. Qəzaya uğrayan «Mersedes Bens» markalı avtomobilin sürücüsünü isə o, tanımış, çünki, həmin sürücü onun yaşadığı əraziyə nəzarət edən Sumqayıt Elektrik Şəbəkəsinin əməkdaşı olan Əliağa olmuşdur. Həmin vaxt iki X45 avtomobili hadisə yerinə gələrək, biri Əliağanı, digəri isə, qırmızı rəngli, xarici markalı avtomobilin sürücüsünü, tanımadığı cavan oğlanı, xəstəxanaya aparmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əliağanın, avtomobili hansı sürətlə idarə etdiyini bilmir, çünki, Əliağa, ondan arxada gəldiyi üçün, Əliağanın idarə etdiyi avtomobilin, hansı sürətlə hərəkət etdiyini görməmişdir. Qırmızı rəngli, «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə onun qarşından əks istiqamətə hərəkət etdiyindən, onun, təxminən saatda 90-100 km. sürətlə hərəkət etdiyini görmüş, lakin, həmin avtomobilin, asfaltın üzərində oynayıb, istiqamətinə dəyişdiyi zaman, həmin avtomobildən onun arxasınca hərəkət edən «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə və onun avtomobilinə qədər hansı məsafədə olduğunu görməmişdir. Eyni zamanda qeyd edir ki, ÇİN istehsalı olan qırmızı avtomobil asfaltın üzərindəki gölməçənin üstündə oynayaraq, istiqamətini sağ tərəfə doğru dəyişərək yoldan çıxdığı üçün həmin avtomobilin qəzaya uğramasına şübəhəsi olmadığı üçün güzgüyə baxmış, lakin görə bilməmiş, artıq öz avtomobilini saxladıqdan sonra hadisənin şahidi olmuşdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 17 avqust 2020-cı il tarixdə, saat 10:00 radələrində, o, yaşadığı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Gecəqondu yaşayış massivi ərazisində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Socar» X7 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloci nəqliyyat departamentinin yaxınlığında, Səməd Vurğun küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qəzaya uğrayan «Mersedes Bens 180» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, "xxxx" ASC-nin Şimal RETSİ-nin Sumqayıt EŞ-nin nəzarətçi-mühəndisi vəzifəsində işləyən və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisinə nəzarət edən şəxs kimi təxminən 2 ilə yaxındır ki, tanıyır, aralarında normal münasibətlər vardır, digər açıq qırmızı rəngli Çin istehsalı olan xarici markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs isə H.Z.Tağıyev qəsəbəsi sakini kimi qiyabi tanımışdır. Həmin hadisə zamanı o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Gecəqondu yaşayış massivi ərazisində yerləşən yadadığı fərdi tikili evin yanında yerləşən özünə məxsus, inşaat malları satdığı anbarda iş görmüş, özünə məxsus «Hyundai Santafe» markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilini isə anbarın qarşısında, Səməd Vurğun küçəsinin yolun kənarında Sumqayıt şəhəri istiqamətində saxlamışdır. Anbarda olduğu zaman çöldə avtomobillərin toqquşması səsini eşidib, elə bilmişdir ki, onun avtomobili vurulmuş və çölə çıxaraq, yaşıl rəngli «Mersedes Bens 180» markalı və açıq qırmızı rəngli Çin istehsalı olan avtomobillərin toqquşduqlarını, «Mersedes Bens 180» markalı avtomobilin yolun ortasında üzü dənizə tərəf çevrilib dayandığını, Çin istehsalı olan avtomobilin isə aşıb, damı üstə H.Z.Tağıyev qəsəbəsi istiqamətində, üzü Sumqayıt şəhərinə tərəf dayandığını görmüşdür. O, dərhal «Mersedes Bens 180» markalı avtomobilə yaxınlaşaraq, həmin avtomobilin içində sükanın arxasında Əliağanın tək və şok vəziyyətində olduğunu görüb, onu, avtomobilin sürücü oturan tərəfindən yox, sağ tərəfindəki açıq vəziyyətdə olan qapısından çölə çıxartmış və Əliağa özünə gəlmişdir. Bundan sonra, o, digər qəzaya uğramış və aşaraq, damı üstə dayanmış açıq qırmızı rəngli avtomobilə yaxınlaşaraq, onun içində sükanın arxasında qiyabi tanıdığı Talehin huşsuz vəziyyətdə olduğunu görmüşdür. O, hadisə yerinə toplaşan digər tanımadığı şəxslərlə birlikdə həmin açıq qırmızı rəngli Çin istehsalı olan avtomobili köməkli çevirib, yolun kənarına dəniz tərəfə təkərləri üstə qoymuşlar və sürücüsü Talehi avtomobildən çıxardıb, yolun kənarında üzü yuxarı yerə uzatmışlar. Həmin vaxt orada olan şəxslərdən kimsə «103» xidmətinə zəng edib, X45 çağırmış və qısa bir zamanda iki X45 avtomobili hadisə yerinə gəlmişlər. Qəzaya uğrayan qırmızı rəngli, Çin istehsalı olan avtomobilin sürücüsü olan Taleh X45 avtomobilləri gələnə kimi hadisə yerində dünyasını dəyişmişdir. X45 avtomobillərindən biri Əliağanı, xəsarət aldığı üçün, Sumqayıt şəhər TTYX-na aparmış, Talehin meyitinin kim tərəfindən və hara aparıldığını görməmiş, çünki, həmin zaman Talehin qohumları hadisə yerinə gəldiklərindən, o, oradan çıxıb getmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, onunla birlikdə "xxxx" ASC-nin Şimal RETSİ-nin Sumqayıt EŞ-də işlədiyindən, 2011-ci ildən tanıyır. 17 avqust 2020-cı il tarixdə, saat 08:00 radələrində, o, işlədiyim, Sumqayıt Elektrik Şəbəkəsinin Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən satış idarəsinə gəlmiş və təxminən bir saat yarımdan sonra, nəzarətçi-mühəndis vəzifəsində işləyən Şahid2 ilə birlikdə Rəşadın «Mersedes Bens 190» markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə, dənizkənarı asfalt yolla xidmət etdikləri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə yollanmışlar. İş yoldaşları Təqsirləndirilən şəxsda xidməti ərazisi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin inzibati ərazisi olduğundan, həmin zaman Əliağa da, idarə etdiyi «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, onların qabaqları ilə avtomobilini sürüb, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, dənizkənarı asfalt yol istiqamətində idarə edərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə yollanmışdır. Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə üzü H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəktdə olarkən, Əliağa öz avtomobilində onlardan qabaqda hərəkət etmiş və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, «Esmira» şadlıq sarayına təxminən 100 – 150 metr məsafə qalmış, Əliağa, öz avtomobili ilə qabaqda hərəkət etdiyi üçün, orada olan işıqforun yaşıl işığında keçib getmiş, onlar isə həmin işıqfora çatanda, işıqforun qırmızı işığı yandığı üçün, Rəşad, idarə etdiyi avtomobili işıqforun qırmızı işığında saxlayıb, təxminən 1 dəqiqəyə yaxın işıqforun yaşıl işığının yanmasını gözləmişdir. Daha sonra Səməd Vurğun küçəsi ilə təxminən saatda 40-50 km. sürətlə idarə edərək, onlar H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət etmişlər. Saat 10:00 radələrində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Socar» X7 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloji nəqliyyat departamentinin yanına çatmamış, təxminən 200 – 250 metr qalmış, həmin ərazidə yerləşən gecəqondu adlanan yerdə Əliağanın idarə etdiyi «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qırmızı rəngli, Çin istehsalı olan bir avtomobilin üzbəüz gələrək, artıq toqquşduqlarını görüb, Rəşad, idarə etdiyi avtomobili yolun sağ kənarına verib saxlamışdır. Həmin vaxt güclü yağış yağdığından, yolda, asfaltın üzərində, böyük gölməçələr yaranmış və həmin qırmızı rəngli, xarici markalı avtomobil öz yolundan çıxaraq, qabaqları ilə gedən Əliağanın «Mersedes Bens» markalı avtomobillə toqquşub, çevrilib aşaraq, yolun sağ kənarında, üzü Sumqayıt şəhəri istiqamətində dayanmışdır. Əliağanın avtomobili isə fırlanıb, yolun ortasında üzü dənizə tərəf dayanmışdır. Onlar, birinci çevrilib aşan qırmızı rəngli, Çin istehsalı olan avtomobilə yaxınlaşaraq, orada olan digər tanımadıqları şəxslərlə birlikdə köməkli həmin avtomobili çevirib, yolun kənarına dəniz tərəfə təkərləri üstə qoymuşlar. Həmin avtomobilin sürücüsü olan cavan oğlanı, tanımadıqları digər bir neçə nəfər şəxslərlə birlikdə avtomobildən çıxardıb, yolun sağ kənarında torpağın üzərində uzandırmışlar və Əliağanın avtomobilinə, Əliağaya köməklik etmək üçün yaxınlaşmışlar. Həmin vaxt Əliağanı öz avtomobilindən orada olan tanımadıqları şəxslər köməkli çıxartmışlar, çünki, həmin yol-nəqliyyat hadisəsi zamanı Əliağada döş qəfəsindən, çiyinlərindən və ayaqlarından xəsarətlər almışdır. Ona görə də, onlarda və orada olan tanımadıqları digər şəxslərdə zəng edib, X45 çağırmış və qısa bir zamanda iki X45 avtomobili hadisə yerinə gəlmişlər. Qəzaya uğrayan qırmızı rəngli, Çin istehsalı olan avtomobilin sürücüsü olan cavan oğlan X45 avtomobilləri gələnə kimi hadisə yerində dünyasını dəyişmiş, ona görə də, sonradan, həmin ölən sürücünün kim tərəfindən və hara aparıldığını görməmişlər. X45 avtomobillərindən biri isə Əliağanı Sumqayıt şəhər TTYX-na aparmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin hansı sürətlə idarə etdiklərini bilmir, çünki, onlar hadisənin bilavasitə şahidi olmamışlar. Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YPX-ti inspektoru, polis baş sercantı Şahid6 ifadəsində göstərmişdir ki, 17 avqust 2020-ci il tarixdə xidmətdə olarkən, saat 10:10 radələrində, efir vasitəsi ilə ratsiyada Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən gecəqondu yaşayış massivi adlanan yerdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Socar» X7 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloji nəqliyyat departamentinin yaxınlığında yolnəqliyyat hadisəsi baş verdiyini, «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı və «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşduğu barədə məlumat verilmiş və o, həmin vaxt onunla birlikdə xidmət aparan Qubadlı rayon PŞ-nin DYPB-nin YPX-ti inspektoru, polis baş sercantı Şahid7 ilə birlikdə 2032 çağırışlı avtopatrulda hadisə yerinə getmişlər. Hadisə yerində onlara məlum olmuşdur ki, «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobili Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Sumqayıt şəhəri istiqamətində yüksək sürətlə idarə etdiyindən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən gecəqondu yaşayış massivi adlanan yerdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Socar» X7 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloji nəqliyyat departamentinin yaxınlığında, həmin vaxt yağan yağışdan əmələ gələn gölməçənin üzərində avtomobil oynayaraq, sürücü Zərərçəkmiş şəxs avtomobilin idarəetməsini itirmiş və əks istiqamətdən H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerində «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil aşıb, damı üstə H.Z.Tağıyev qəsəbəsi istiqamətində, üzü Sumqayıt şəhərinə tərəf dayanmış, «Mersedes Bens 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun ortasında üzü dənizə tərəf çevrilib dayanmışdır. Onlar, hadisə yerinə gələndə, orada olan tanımadıqları şəxslər artıq «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan cavan oğlanı avtomobilin içindən çıxardıb, küçənin dənizə tərf olan hissəsində üzü yuxarı uzatmışlar, həmin sürücü hadisə yerində dünyasını dəyişmişdir. «Mersedes Bens C 180» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan orta yaşlı kişi isə müxtəlif xəsarətlər aldığı üçün, X45 avtomobili gəlib, onu, Sumqayıt şəhər X45 Xəstəxanasına aparmışdır. Hər iki avtomobildə sürücülər tək olmuşlar. Şahid Qubadlı rayon PŞ-nin DYPB-nin YPX-ti inspektoru, polis baş sercantı Şahid7 Şahid6 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilən X16 ifadəsində göstərdi ki, həmin gün hava yağışlı olmuşdur, o da Sumqayıt şəhər istiqamətində avtobus dayanacağında durmuşdur. Qırmızı rəngli xarici markalı avomobilin gölməçəyə girdiyini və suyun qalxdığını görmüşdür. Daha sonra o yoldan çıxaraq yolun sağına doğru getmiş, ancaq sonra yolun sağından yenə yola çıxmışdır və yolun sol istiqamətinə doğru getmişdir və ondan sonra qəza baş vermişdir. Qəza olduqdan sonra çıxıb getmiş, orada dayanmamışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, “Dong Feng S 30” markalı avtomobil ilk əvvəl yoldan çıxaraq ağaclığa tərəf getmiş, daha sonra əks istiqamətdə yola çıxmışdır. Qırmızı rəngli avtomobil Nasosnu deyilən istiqamətdən hərəkət edərkən hadisə baş vermişdir. Əliağanın avtomobilinin surəti aşağı olmuşdur. Çünki o, yolda olan tramplini yeni keçmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasəında şahid qismində dindirilən X17 ifadəsində göstərmişdir ki, səhər saat 9-10 radələrində avtobus dayanacağında durub başqa bir şəxsi gözlədiyi vaxt hava yağışlı olmuşdur. Qırmızı rəngli xarici markalı avtomobil onun yanından sürətlə keçib getmişdir. Bundan sonra onu çağırmışlar və o da oradan çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra ora qayıtdıqda artıq hadisə baş vermişdi. Həmin vaxt “Mercedes” markalı avtomobil yolda Nasosnu istiqamətində əzik vəziyyətdə dayanmış, qırmızı rəngli xarici markalı avtomobil isə yoldan kənara düşmüşdür. Onun evi ilə hadisə yerinin arası təxminən 1 km məsafədədir. Hadisənin baş vermə anını görməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “avtomobilə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı toqquşma avtomobilin sağ tərəfi ilə baş vermiş, nəticədə avtomobilin sağ qabaq və sağ arxa qapıları, sağ qabaq və sağ arxa qanadları, damı, sağ qabaq və sağ orta stoykaları, qabaq şüşəsi, sağ arxa stopu, sağ diski, təkəri, arxa şüşəsi, sol arxa qanadı, sağ farası, solonunun şiti, hava şarı, sağ qabaq oturacağı, sağ qabaq amartizatoru, sağ sapfası, qabaq və arxa balkaları, qranatı, sağ qanadın altı, sağ yan güzgüsü, sağ ponockası, qabaq və arxa buferləri, qabaq paneli, qabaq kapotu və digər hissələri zədələnərək, avtomobil yararsız hala düşmüşdür. Avtomobilin arxa yük yerindən işlənmiş və tam yararlı vəziyyətdə olmayan 12 ədəd müxtəlif markalı mobil telefonlar, həmin mobil telefonların hissələri və sarı rəngli və ağ rəngli metaldan və adi materialdan hazırlanmış qadın bicuteriyaları – 01 ədəd boyunbağı, 01 ədəd kulon, 01 ədəd bilərzik, qırılmış halda olan 02 ədəd kulon və 02 ədəd sırğa tayları götürüldü. Avtomobilin içindən, salonundan və arxa yük hissəsindən, eləcə də, avtomobilin hər hansı bir başqa hissəsindən əhəmiyyət kəsb edən başqa bir əşya götürülmədi. Baxış zamanı avtomobilin sükan idarə etmə sistemində hadisəyə qədər olan nasazlıq aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “avtomobilə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl “MersedesBens C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanl avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı toqquşma avtomobilin qabaq hissəsi ilə baş vermiş, nəticədə avtomobilin qabaq kapotu, sol və sağ qanadları, qabaq buferi, sağ və sol faraları, sağ və sol pavarotnikləri, oblisovkası, sol yan güzgüsü, sol qabaq qapısı, sol qapının şüşəsi, sükanın aerobakı, qabaq alın şüşəsi, radiatoru, hava lopası, qabaqlığı, damı, kapotun petlyası, su baçoku, hava filtrnın yeri, vakuumun zaslonkası, sağ və sol sapfaları, beyni və qabaq qapının üzlüyü və digər hissələri zədələnmişdir. Avtomobilin içindən, salonundan və arxa yük hissəsindən, eləcə də, avtomobilin hər hansı bir başqa hissəsindən əhəmiyyət kəsb edən heç bir əşya götürülməmişdir. Baxış zamanı avtomobilin sükan idarə etmə sistemində hadisəyə qədər olan nasazlıq aşkar edilməmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” 4689 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti olmamışdır. İş materiallarında olan ƏN-İV № 300295, xx.xx.2017-ci il tarilxi etibarnamənin surətindən görünür ki, X44 oğlu “Mersedes Benz C 180 minik” markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə vermişdir. İş materiallarında olan AC № 769718 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mersedes Benz C 180 minik” markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobil X44 oğluna məxsusdur. İş materiallarında olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci il tarixdə X30 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloci Dispanseri tərəfindən verilmiş 2338 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-kommunal X3 7 saylı MKS tərəfindən verilmiş 1327 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı-1974-cü il təvəllüdlü X30, oğlu-1997-ci il təvəllüdlü X44 oğlu, oğlu-2001-ci il təvəllüdlü X32 oğlu, oğlu-2010-cu il təvəllüdlü X27 oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər 3 nömrəli xəstəxana tərəfindən verilmiş 360 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-kommunal X3 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 2700 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.2, 228.4, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 11 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdı Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli X9 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılıb, 02 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2017-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 04 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloci Dispanseri tərəfindən verilmiş 2339 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs 2007-ci ilin avqust ayından “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər 3 nömrəli xəstəxana tərəfindən verilmiş 328 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan № xx/xx-1718/69, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs ölümü xx.xx.2020-ci il 1226 saylı akt qeydinə əsasən Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Əhmədov Əbdülrəhim Əhməd oğlu cinayət prosesində yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş mərhum oğlu Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 1074 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində “döş qəfəsinin küt travması, sıxılması. Hər iki çiyin qurşağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi, hər iki diz oynağının sıyrıqları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə-döş qəfəsinin küt travması, sıxılması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər, yəni hər iki çiyin qurşağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi, hər iki diz oynağının sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs 17 avqust 2020-ci il tarixdə ağciyərin digər travmaları səbəbindən ölmüşdür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 89 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki;
1. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində “sol ağ ciyərin cırılmış yaraları Solda İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınığı. Döş sümüyünün İV-Vİİİ fəqərə səviyyəsində yerdəyişən sınığı. Döş qəfəsinin sıxılması. Sağ almacıq qulaq seyvanının, alnın sağ yarısının, sağ saidin, sol baldırın qançır və sıyrıqları” xəsarətləri aşkar edilmişdir.
2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində əmələ gələ bilər, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər.
3. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində döş sümüyünün, qabırğaların sınığı, sıxılması, sol ağciyərin cırılmış yaralarıdaxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir.
4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3879 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə xx.xx.2020-ci il tarixli müstəqil ekspert rəyində olan məlumatlara əsasən 1995-ci il buraxılışlı “Mersedes Benz C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmit-bərpa xərci təxminən 4920,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3150,00 manat; Təmir-bərpa işlərinin qiyməti-1770,00 manat. Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12500,00 manat olmuş 2015-ci il buraxılışlı, mühərrik həcmi 1598sm3 “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 9300,00 (12400m-25%) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi X33 X14 Müstəqil Ekspertlərin Reyestrinin 021 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, “Mersedes Benz C 180” markalı, **-DF-*** DQN avtomobilə, ekspert baxışına təqdim olunan “Mersedes Benz C 180” avtomobilə hazırki vəziyyətdə ümumi qiymət təxminən 5690 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən Şahid4 etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid4 zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində təyin olunmuşdur. İş materiallarında olan AC № 982857 “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan “X23”nin surətindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 06/0921/LİZ saylı, xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan “Zaminlik Müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MMC, X18 və üçüncü tərəfdən "xxxx" MMC arasında 06/0921/LİZ saylı, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “nəqliyyat vasitəsinin icarə müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MMC ilə X19 arasında 830/İ saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan etibarnamədən görünür ki, Meqalizinq” MMC-yə məxsus “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ Zərərçəkmiş şəxs etibar edilmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixdə verilmişdir, xx.xx.2020-ci il tarixinədək qüvvədədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC adından X1 Məhəmməd Mübariz oğluna etibarnamə vermişdir. İş materiallarında olan arayışdan görünür ki, X8 xx.xx.2019-cu ildən "xxxx" MMC-də servis müdiri vəzfiəsində işləyir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi X12 məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunması barədə 02 sentyabr 2020-ci il tarixli qərarının təsviriəsaslandırıcı və nəticə hissəsindən görünür ki, qərarda avtomobillərin toqquşması yeri təsvir edilmiş və hadisə yerində tormoz izi aşkar olunmadığına görə “Mersedes Benz C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət üçün təhlükə, “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətdən yüksək sürətlə hərəkət edərək, asfaltın üzərindəki yağışdan əmələ gələn gölməçənin üzərində avtomobilin oynaması və sürücünün avtomobilin idarəetməsinin itirdiyi andan yarandığını və həmin andan hadisə yerinə kimi “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 100 metr məsafə qət etdiyini müəyyən edərək; sürücülərin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əməllərində “X40” Azərbaycan Respublikası Qanununun hansı maddələrinin tələbləri ilə uyğunsuzluqlar olması və hadisənin qarşısının almağa texniki cəhətdən imkanlarının olması barədə sual qoymuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1452 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, “Mersedes Benz C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263cü maddəsinin tərkib əlamətləri olmadığından onun əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkibi olduğundan, lakin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü üçün onun barəsində cinayət təqibinin və inzibati icraatın başlanmasının rədd edilməsi, “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürümlmüş, işlənmiş və tam yararlı vəziyyətdə olmayan 12 ədəd müxtəlif markalı mobil telefonlar, həmin mobil telefonların hissələri və sarı rəngli və ağ rəngli metaldan və adi materialdan hazırlanmış qadın bicuteriyaları-01 ədəd biyunbağı, 01 ədəd klon, 01 ədəd bilərzik, qırılmış halda olan 02 ədəd klon və 02 ədəd sırğa tayları iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən onlar həmin avtomobilin sürücüsü, hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs Əndülrəhim oğlunun hüquqi varisi qismində tanınmış atası Əhmədov Əbdülrəhim Əhməd oğluna qaytarılmışdır. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1452 saylı rəyi sübutun bir növü kimi qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan vəsatətdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi X20 vəsatət verərək “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən hansı məsafədə olarkən idarəetməni itirməsinin, idarəetməni itirdikdən sonra yolun hərəkət hissəsi olmayan ərazi ilə nə qədər məsafə qət etməsinin, həmin ərazinin məhz hansı hissəsində hərəkət trayektoriyasını dəyişdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsilə toqquşana qədər hansı məsafəni qət etməsinin və həmin şəraitdə təhlükənin Təqsirləndirilən şəxs münasibətdə hansı andan yarandığını müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs əlavə ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı baş vermiş hadisənin yeni sxeminin tərtib edilməsi, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı əldə olunmuş məlumatlar əsasında kompleks məhkəmə yol-nəqliyyat hadisələri və trasoloji ekspertizasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, müdafiəçinin vəsatət rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-94/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1612 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Mersedes Benz C 180 markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar tədqiqat aparılmamışdır. “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.Ə.X47 S 30 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80/90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Dong Feng S 30 markalı avtomobil toqquşma yerindən hansı məsafədə olarkən həmin avtomobilin sürücüsünün idarəetməni itirməsi, idarəetməni itirdikdən sonra həmin avtomobilin yolun hərəkət hissəsi olmayan ərazi ilə nə qədər məsafə qət etməsi və həmin ərazinin məhz hansı hissəsində hərəkət trayektoriyasını dəyişdikdən sonra Mersedes Benz C180 markalı avtomobil ilə toqquşana qədər neçə metr məsafə qət etməsi ekspertiza yolu ilə müəyyən edilmir, həmin məsafələr istintaq və ya məhkəmə tərəfindən ifadələrin yerində yoxlanılması yolu ilə müəyyən edilir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-94/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli məlumat məktubundan görünür ki, eskpertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən ibtidai araşdırma vaxtı hadisə yerinə baxış keçirilməsi protokolunun elan edilməsi ilə kifayətlənmək qeyri-mümkün hesab edildiyindən yol nəqliyyat hadisəsi yerinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı təqsirləndirilən şəxsin və iş üzrə şahidlərin ifadələri yoxlanılmış, ifadələrə uyğun olaraq ölçmə işləri aparılmış, hadisənin baş vermə anı barədə sxem hazırlanmış və fotoşəkillər çəkilməklə müəyyən edilmişdir ki, 17 avqust 2020-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Bens c 180”, 50- DF- 426 dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində yağışlı havada saatda 40-50 km sürətlə hərəkətdə olarkən, təxminən 170-180 metrdən qarşı tərəfdən əks istiqamətdə saatda 90-100 km sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil gölməçəyə düşərək hərəkət istiqaməti üzrə sağ tərəfə yolun hərəkət hissəsindən 5-7 metr kənarına çıxaraq 90 metr məsafə qət etdikdən sonra avtomobillərin toqquşma anına 30 metr qalmış istiqaməti dəyişərək yola doğru perpendukulyar halda sağ hissəsi ilə, ümumilikdə 120 metr qət edikdən sonra təxminən 20-30 km saatda oz yolu ilə hərəkətdə olan “Mersedes Bens C 180” markalı, 50- DF-426 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Buna görə də, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-6/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. "Dong Feng S 30" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil gölməçəyə düşdükdən sonra yolun hərəkət zolağını boşaldaraq sağ tərəfə çıxması halında “Mersedes Bens C180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs üçün təhlükə hesab edilirmi və hansı anda edilir?
2. “Mersedes Bens C180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı əməlində “ X40 ” Azərbaycan Respublikası Qanununun hansı maddələrinin tələbləri ilə uyğunsuzluqlar olmuş və hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olmuşdurmu?
3. Olmuşdursa hadisənin qarşısını almağa texniki cəhətdən hansı hərəkətləri etməli idi? 4.«Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı əməlində “ X40 ” Azərbaycan Respublikası Qanununun hansı maddələrinin tələbləri ilə uyğunsuzluqlar olmuş və hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olmuşdurmu? 5."Dong Feng S 30" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət zolağını sağa tərk etdikdən sonra toqquşma yerinə 25-30 metr qalmış məsafədən yenidən fırlanaraq, yolun hərəkət zolağına qayıdaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla toqquşması nəticəsində Təqsirləndirilən şəxs hadisənin qarşısını almağına texniki imkanı olmuşdurmu? 6.Hadisə zamanı toqquşmuş avtomobillərin hadisə anına qədər məhkəmə tərəfindən müəyyən edilmiş təxmini sürət və masafə (əzilmiş avtomobilləri əks etdirən fotoşəkllər) nəzərə olaraq üst-üstə düşürmü? İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1620 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Təhlükənin hərəkət hissəsindən kənara çıxmış Dong Feng S 30 markalı avtomobilin sola istiqamətləndiyi andan yaranması və həmin andan toqquşma yerinə kimi Dong Feng S 30 markalı avtomobilin 30 metr məsafə qət etməsi şəraitində Mersedes Benz C 180 markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Dong Feng S 30 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.Ə.X47 S 30 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində X40” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) tələblərinə uyğunsuzluq olmuşdur. Mövcüd metodikaya əsasən ekspertiza yolu ilə nəqliyyat vasitələrin hərəkət sürətləri hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edilir. Nəqliyyat vasitələrinin üzərində olan zədələrə əsasən nəqliyyat vasitələrinin hərəkət sürətlərini və təhlükə yaranan andan toqquşmaya kimi qət etdiyi məsafələri ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinay ət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən m exanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyy ən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrıayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəx sintörədilməsində ittiham olunduğu əməlin həqiqətən baş veribverməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi və cinayət qanununun hansl noramsı ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 12-ci bəndində tövsiyə olunmuşdur ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir…. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X40» Qanununun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu bəndində məhkəmələrin diqqəti itidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilmişdir. Göstərilən normaların və qərarların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Bu baxımdan məhkəmə istintaq zamanı toplanmış sübutları tədqiq edərək hesab etmişdir ki, həmin sübutlar ittihamın təsdiq edilməsi üçün kifayət deyildir və istintaq zamanı yol-nəqliyyat hadisəsi üzrə bütün hallar araşdırılmamış, ittiham mövqeyi əsas tutularaq, səthi araşdırma aparılaraq əldə edilmiş sübutlar əsasında ittiham verməklə kifayətlənilmişdir. İttihamın sübutları, əsasən, təqsirləndirilən şəxsin ifadəsindən, hadisə yerinə baxış protokolundan və bu məlumatlar əsasında verilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan halları ümumiləşdirərək qeyd edir ki, ibtidai araşdırma zamanı məhkəmə yol-nəqliyyat ekspertizasının təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında ekspertiza keçirilmişdir. Lakin ekspertiza təyin edilməsi barədə qərarda hadisənin təfərrüatları düzgün və tam göstərilməmiş, nəticədə ekspert tərəfindən ibtidai araşdırma orqanının vermiş olduğu düzgün və tam olmayan məlumatlar əsasında rəy alınmışdır. Belə ki, qərarda təhlükənin yaranma anı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ təkərinin yağışdan əmələ gələn gölməçənin üzərində oynaması və avtomobilin sürücüsünün avtomobilin idarəetməsini itirməsini gördüyü 100 metr məsafə ilə əlaqələndirmişdir. Halbuki Təqsirləndirilən şəxs ifadəsində həmin nəqliyyat vasitəsinin idarəetməni itirdikdən sonra yolun hərəkət hissəsindən sağ tərəfə çıxaraq hərəkətini davam etdirməsini və ani şəkildə hərəkət trayektoriyasını dəyişərək onun idarə etdiyi nəqliyyat vasitəsinə tərəf gələrək toqquşmasını göstərməsini, təhlükənin yarandığı anın məhz həmin andan başlanmaqla qeyd olunan şəraitə uyğun məlumatlar dəqiqləşdirildikdən sonra düzgün ekspertiza rəyinin verilə biləcəyini nəzərə almamışdır. Müstəntiq yol nəqliyyat hadisəsi barədə məlumatlarda Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “Dong Feng S 30” markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobil, Səməd Vurğun küçəsinin Sumqayıt şəhərindən H.Z.Tağıyev qəsəbəsinə doğru gedən hissəsində, yolun sağ kənarından 3 metr 70 santimetr məsafədə, yolun ortasındakı qırıq-qırıq xətdən isə 1 metr məsafədə toqquşması və hadisə yerində əyləc izi aşkar olunmamasını düzgün qeyd etsə də, qalan təfərrüatı öz bildiyi kimi şərh edərək, sürücü Təqsirləndirilən şəxs qarşıdan əks istiqamətdə yüksək sürətlə hərəkət edən “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin asfaltın üzərindəki yağışdan əmələ gələn gölməçənin üzərində oynayaraq sürücünün avtomobilin idarəetməsini itirdiyini 100 metr məsafədən gördüyünü və hadisənin qarşısını almaq üçün heç bir tədbir görmədiyini göstərmişdir. Müstəntiq bu qənaəti ekspertiza qarşısında yalnız iki sual qoyaraq ekspert tərəfindən ətraflı rəy verilməməsinə səbəb olmuşdur. Bu o deməkdir ki, müstəntiq təqsirləndirilən şəxs və şahidin ifadəsində göstərilmiş məlumatları diqqət və tam araşdırmadığı üçün sübutlara düzgün qiymət verməmiş, nəticədə Təqsirləndirilən şəxs cinayət işinin başlanmasına nail olmuşdur. Bütün bu məsələlərin araşdırılması, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi, “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən hansı məsafədə olarkən idarəetməni itirməsi, idarəetməni itirdikdən sonra yolun hərəkət hissəsi olmayan ərazi ilə nə qədər məsafə qət etməsi, həmin ərazinin məhz hansı hissəsində hərəkət trayektoriyasını dəyişdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vaistəsilə toqquşana qədər hansı məsafəni qət etdiyi və həmin şəraitdə təhlükənin Təqsirləndirilən şəxs münasibətdə hansı andan yarandığını müəyyən etdikdən sonra əldə olunmuş məlumatlar əsasında kompleks məhkəmə-yol nəqliyyat hadisələri və trasoloji ekspertizasının təyin edilməsi barədə istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən vəsatət verilsə də, müstəntiq tərəfindən heç bir əsaslandırma göstərilmədən xx.xx.2020-ci il tarixli qərarla vəsatət rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 220.2-ci maddəsinə əsasən ibtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə baxmalıdır. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz. Göründüyü kimi xx.xx.2020-ci il tarixli “vəsatətin rədd edilməsi barədə” qərarda müdafiəçinin vəsatətdə əsaslandığı hallara münasibət bildirilməmiş, sadəcə vəsatətin əsassız olduğu üçün rədd edilməsi qərara alınmışdır. Buna görə də məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə həmin suallara cavab alınması məqsədi ilə təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Ekspertin gəldiyi nəticə ondan ibarətdir ki, mərhum Zərərçəkmiş şəxs idarə etdiyi “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəolunmaz vəziyyətdə olub, həmçinin hadisə üçün Zərərçəkmiş şəxs hərəkətin təhlükəksizliyini təmin etməməsi səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs gəldikdə isə ekspert Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək üçün məhkəmə tərəfindən onun hərəkət üçün təhlükənin hansı andan yaranması, təhlükə yaranan anda avtomobillər arasında olan məsafə və yaxud həmin andan toqquşmaya kimi “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qət etdiyi məsafə müəyyən edilərək təqdim edilmədiyi üçün tədqiqat aparılmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, ekspert tərəfindən verilmiş hər iki rəydə baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar şəxsi konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Belə ki, birinci rəydə hər iki sürücünün təqsiri müəyyən olunsa da, iş üzrə təyin olunmuş təkrar yol nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının ekspert tərəfindən əlavə ekspertiza kimi dəyərləndirlərək Mersedes Bens c180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı tədqiqat aparmamış, -«Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı əməlində “X40” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntusunun olması qeyd etmişdir. Həmçinin keçirilmiş ekspertiza zamanı cinayət işinin bütün materiallarından tam istifadə olunmamış yalnız məhdud sayda cinayət işinin materiallarından istifadə olunmuşdur. Belə ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs və Şahid3 ifadələrində yol nəqilyyat hadisəsinin baş vermə mexanizmi təsvir edərkən Dong Feng S 30 markalı avtomobilin gölməçəyə düşdükdən sonra yoldan kənara sağa çıxması qeyd olunmuşdur. Sübutları qiymətlədirilməsi haqqında qərarda göstərilənlər öz əksini tapmışdır. Lakin, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hadisə vaxtı sürücü Zərərçəkmiş şəxs idarə etdiyi qırmızı rəngli avtomobilin idarəetməsini itirdiyini təxminən 100–150 metr məsafədən gördüyünü, həmin avtomobil gölməçənin üzərində oynayaraq, öz yolundan sağ tərəfə yoldan kənarda olan ağaclara tərəf istiqamətləndiyi üçün həmin avtomobil ağaclıqlara çırpılacağını zənn etdiyindən, həmin avtomobilin sürücüsünə köməklik etmək məqsədi ilə idarə etdiyi avtomobilin sürətini saatda 20-30 kilometrə qədər endirib, yolun sağ kənarına verib saxlamaq istədiyi zaman, həmin avtomobil qəfildən fırlanıb, təxminən 25 – 30 metr məsafədən onun yoluna çıxaraq, sağ tərəfi ilə onun avtomobilinin qabaq hissəsinə çırpılıb zərbədən aşdığına dair ifadəsinə qiymət verilməmiş, iş üçün mühüm olan bu məqamə diqqət yetirilmədən, hadisə yerində əyləc izinin olmaması səbəbinə görə Mercedes Benz C 180 markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs üçün əks istiqamətdə hərəkət edən avtomobilin gölməçəyə düşdüyü vaxtdan təhlükə anı kimi əsas götürməklə ekspert qarşısında sual qoymuşdur. Müdafiə tərəfinin əsaslı vəsatətini isə heç bir əsaslandırma aparmadan rədd etmişdir. Təqsirləndirilən şəxs ilk gündən ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşın gölməçəyə düşdükdən sonra idarəetməni itirərək yolun sağına çıxmış, hərəkət zolağını boşaltmışdır. Hadisə yerinə baxış keçirərkən o da müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşın idraəetməni itirərək sağa çıxdıqdan sonra hadisə baş verən yerə təxminən 25-30 metr məsafədən əks istiqamətdə fırlanaraq yola çıxmış və Təqsirləndirilən şəxs hərəkət zolağında onun avtomaşınının ön hissəsinə çırpılmışdır. Bütün bu hallar müstəntiq tərəfindən araşdırılmadığı kimi, yəni iş materiallarında bu sübutlar mövcud olmadığı üçün ekspertiza tərəfinin də araşdırma predmeti olmamışdır. İş üzrə müəyyən edilmiş hallardan aydın olur ki, Təqsirləndirilən şəxs hadisəni gördüyü vaxtda gölməçəyə düşən avtomaşın yolun hərəkət zolağından sağa çıxmışdır. Yəni hərəkət zolağını boşaltmışdır. Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobilin dayanma həddinə çatdırmaqda məqsədi hərəkət zolağından sağa çıxmış avtomaşın sürücüsünə kömək etmək olmuşdur. Lakin hərəkət zolağından (yoldan) kənarda hərəkət edən “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən fırlanaraq təqribən 25-30 metr məsafədən yola çıxaraq onun avtomaşını ilə toqquşmuşdur. Məhkəmə onu da vurğulayır ki, təkrar ekspertiza təyin edən zamanı məhkəmənin hadisə yerində baxış keçirib müəyyən etdiyi hallarla ibtidai araşdırma tərəfindən müəyyən edilmiş hadisənin baş vermə axarı (yolun eni, avtomobillərin toqquşma yeri, sürətləri və s.) barədə məlumatlar arasında kəskin fərq olmamışdır. Lakin, müstəntiq tərəfindən Dong Feng S 30 markalı avtomobilin gölməçəyə düşdükdən sonra yolundan çıxaraq yolun kənarı ilə hərəkət etməsi və fırlanaraq yenidən yola qayıdaraq Mersedes Benz C 180 markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobillə çırpılmasını hadisə yerinə baxış protokolunda əks etdirməmişdir. Baxmayaraq ki, təqsirləndirilən şəxs və ibtidai istintaqın hadisənin axırını qismən görmüş yeganə şahidi Şahid3 bu halı təsdiq etmişdir. Daha sonra məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X16 Təqsirləndirilən şəxs və Şahid3 ifadələrinə uyğun ifadə vermişdir. Göründüyü kimi, ekspert işin hallarından asılı olaraq sürücünün təqsirlilik məsələsinə qiymət vermişdir. Belə olan halda işin halları müəyyən olunmalı və buna uyğun iş üzrə cinayət hadisəsinin olub-olmaması, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olub-olmaması barədə nəticə çıxarılmalıdır. Bu baxımdan toplanmış sübutlar təhlil edilərək qiymətləndirilməli, bunun nəticəsi olaraq əməlin tövsifi məsələsi həll edilməlidir. Ona görə də məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar məhkəmə yolnəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Ekspertiza rəyindən də göründüyü kimi təhlükənin hərəkət hissəsindən kənara çıxmış Dong Feng S 30 markalı avtomobilin sola istiqamətləndiyi andan yaranması və həmin andan toqquşma yerinə kimi Dong Feng S 30 markalı avtomobilin 30 metr məsafə qət etməsi şəraitində Mersedes Benz C 180 markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Dong Feng S 30 markalı 90PK675 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.Ə.X47 S 30 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində X40” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) tələblərinə uyğunsuzluq olmuşdur. Göründüyü kimi, işin hallarının, hadisənin baş vermə mexanizminin düzgün müəyyən olunması iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsinə zəmin yaratmışdır. Konkret işlə bağlı qeyd edilməlidir ki, məhz bu araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X40” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İşdə sürücünün “X40” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməməsini təsdiq edən sübut yoxdur. Bu kateqoriyadan olan işlərlə bağlı qüvvədə olan qanunvericilik cinayət təqibini həyata keçirən orqanlardan zərərçəkmiş şəxsin hüquqi varisinin və ya digərlərinin istəyi ilə deyil, yalnız qanunda nəzərdə tutulan hallarda və qaydada kiminsə məsuliyyətə cəlb edilməsini tələb edir. İstintaq orqanı işin hallarının müəyyən edilməsi, iş üzrə əhəmiyyət kəsb edən bütün halların araşdırılması üçün zəruri olan bütün istintaq hərəkətlərini yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə zərərçəkmiş şəxsin hadisənin törədilməsinə təqsirlilik dərəcəsinə diqqət yetirir. Bələ ki, zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsinin qalçılmaz edilməsi üçün bütün mümkün olan qaydaları pozmuşdur. İbtidai istintaq zamanı onun narkotik maddələrin təsiri altında hava şəraitini nəzərə almadan maksimal sürətin məhdudlaşdırıldığı yerdə iki dəfən artıq sürətlə avtomobili idarə etməklə digər hərəkət iştiraçılarına təhlükə yaradaraq əks yola keçərək Təqsirləndirilən şəxs sağlamlığına və əmlakına ziyan vurmuşdur. Bu faktı ibtidai istintaq zamanı toplanmış cinayət işi materialları, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol nəqliyyat ekspertizası və məhkəmə tibb ekspertizasına dair rəylər ilə də təsdiq edilmişdir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə yol nəqliyyat ekspertizasına dair rəydən də görünür ki, yol hərəkəti qaydalarının pozulması halı zərərçəkmiş şəxs tərəfindən daha çox olmuş, yol nəqliyyat hadisənin baş verməsinə səbəb zərərçəkmiş şəxsin narkotik maddələrin təsiri altında yüksək sürətlə idarə etdiyi avtomobilin idarə etməsini itirərək öz yolu ilə hərəkətdə olan təqsirləndirilən şəxsin yoluna çıxaraq avtomobili ilə toqquşması olmuşdur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin yuxarıda qeyd edildiyi kimi avtomobili idarə etməsi yol nəqliyyat hadisəsinin baş verməsinin təkzib edilməz edən ən əsas səbəbidir və təqsirləndirilən şəxsin hərəkətləri ilə yol nəqliyyat hadisəsinin baş verməsi arasında heç bir səbəbli əlaqə yoxdur. İbtidai istintaq zamanı keçirilmiş yol nəqliyyat ekspertizasına dair rəydən görünür ki, zərərçəkmiş və təqsirləndirilən şəxslər yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmaqla məsuliyyət, təqsir bölüşdürülmüş, hər iki şəxsin hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, həmin rəyin nəticələrini nəzərə alınsa belə təqsirləndirilən şəxsin təqsirli olması qənaətinə gəlinməsi qeyri mümkündür. Çünki, həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxslərin hadisənin baş verməsində rolu qarşılıqlı müqayisə edildikdə zərərçəkmiş şəxsin yol hərəkətinə dair qaydalara daha çox etinasız münasibəti müəyyən edilir və bu etinasızlıq hadisəyə səbəb olmuşdur. “İnsan Hüquqlarının və X15 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 263.2ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 328 manat (100man.+100man.+128man.) dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən X6 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli (iş № 1(060)-529/2020) qərarını icra edərək, xx.xx.2020-ci il tarixli 462/2020 saylı orderə əsasən vəkil X11 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək vəkil Müdafiəçi2 ilə müqavilə bağladığından X10 hüquqi yardımından imtina etmişdir. Müdafiəçi X21 məhkəmə hazırlıq iclasında iştirak etmiş, cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 328 manat pul dövlət büdcəsinə aid edilsin və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X13 Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Zaur Hacıyev