Məhkəmə qərarları › İş №1(060)-6/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-6/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-6/2023 12.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1989-cu ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Sumayıt şəhəri, Yaşıldərə bağları, fərdi ev ünvanında yaşamış Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 07:00 radələrində yaşadıqları ünvanda ailə-məişət mübahisələri zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sağ bazunun orta 1/3-nin bayır səthinin 02 (iki) ədəd, kürəkarası nahiyyənin, sol budun orta 1/3-nin bayır səthinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasını tərk edərək Rusiya Federasiyasının Yekaterinburq şəhərinə getdiyini, hal-hazırda Moskva şəhərində yaşadığını, orada fərdi əməklə məşğul olduğunu, törətdiyi əməldən peşman olduğunu, Sumqayıt şəhərinə gəlməyə maddi imkanının olmadığını, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən amnistiya tətbiq olunaraq cinayət təqibinə xitam verilməsini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 311.2.2-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat materialına Təqsirləndirilən şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs təhqiqat zamanı özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadımdır, Natəvan ilə 2009-cu ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, onların birgə nigahlarından 2018-ci il təvəllüdlü Abbasov Şükür Sədrəddin oğlu və 2019-cu il təvəllüdlü X2 oğlu adında iki övladları vardır. xx.xx.2021-ci il tarixdə saat 07:00 radələrində evdən çıxıb işə gedən zaman Natəvana vhatsapda az olmasını, uşaqlarla məşğul olmasını demiş, Natəvan ona kobud cavab qaytararaq “sən kimsən ki mənə söz deyirsən” demiş, Natəvanın ona kobud cavab qaytarmasına əsəbləşərək həmin vaxt əlində olan kəməri ilə bir dəfə onun kürəyindən vurub evdən çıxıb getmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, Sədrəddin ilə 2017-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, onların birgə nigahlarından 2018-ci il təvəllüdlü Abbasov Şükür Sədrəddin oğlu və 2019-cu il təvəllüdlü X2 oğlu adında iki övladları vardır. İki ilə yaxındır Sədrəddin ilə aralarında ailə məişət münasibətləri zəminində mübahisələr baş verir. Belə ki, Sədrəddin heç bir əsaslı səbəb olmadan evdə münaqişə yaradıb onu döyür. xx.xx.2020-ci il tarixdə Sədrəddin ona bıçaq xəsarəti yetirməsi ilə bağlı şikayət ərizəsi əsasında toplanmış material Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, məhkəmədə Sədrəddin ondan üzr istəyib bir daha onu vurmayacağına söz verdikdə o Sədrəddini bağışlamışdır. Buna baxmayaraq Sədrəddin yenə də öz bildiyi kimi davranmaqda davam etmişdir. xx.xx.2021-ci il tarixdə o Sədrəddinin vhatsapı işləmədiyinə görə onunla birlikdə işləyən bacısı oğluna vhatsapda evə gələrkən Sədrəddinə dərman almasını deməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə saat 07:00 radələrində Sədrəddin işə getməyə hazırlanarkən ondan niyə bacısı oğluna sms yazdığını soruşduqda o onun telefonu işləmədiyinə görə ona deməsinə görə bacısı oğluna yazdığına demişdir. Məhz bu səbəbdən Sədrəddin onunla mübahisə edərək qayışla kürəyindən, sağ qolundan, sol ayağından, tava ilə isə çiyinlərindən vuraraq ona xəsarət yetirmişdir. Zərbələrin təsirindən o yerə yıxıldıqdan sonra Sədrəddin onu elə vəziyyətdə qoyub evdən çıxıb getmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 847 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ bazunun orta 1/3-nin bayır səthinin 02 (iki) ədəd, kürəkarası nahiyyənin, sol budun orta 1/3-nin bayır səthinin dərialtı hematoması kimi xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş matertiallarında olan 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş matertiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxsnun himayəsində 02 (bir) azyaşlı uşağı vardır (xx.xx.2018-ci il təvəllüdlü Abbasov Şükür Sədrəddin oğlu və xx.xx.2019-cu il tarixli X2 oğlu). İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2444 nömrəli, xx.xx.2021-ci il tarixli məkrubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Tibb Mərkəzi 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli şəhər xəstəxanasının poliklinikasının psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, səmimi etirafını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 311.2.2-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yol verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar