Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-60/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Saatlı rayonu Bəylik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Bəylik ərazi dairəsi, Bəylik kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun övladı Şahid təhsil aldığı Qərbi Kaspi Universitetindəki kəsr fənlərini həll edəcəyininə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 2023-cü ilin yanvar ayı ərzində hissə-hissə olmaqla, yəni 06 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında görüşdükləri zaman Şahid götürdüyü 4000 manat, 13 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Nizami metro stansiyasının qarşısında görüşdükləri zaman Şahid götürdüyü 1700 manat və 15 yanvar 2023-cü il tarixdə, saat 15:18 dəqiqədə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi, Şirvan massivində yerləşən “Şirvan” marketdəki “MilliÖN” terminalı vasitəsi ilə onun adına və istifadəsində olan “Leobank”a məxsus, son 8 rəqəmi 58615380 nömrəli bank kart hesabına köçürdüyü 300 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 6000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Bəylik kəndində yerləşən fərdi yaşayış evində yaşayır. O, Bakı şəhərində yerləşən “Qərbi Kaspi” universitetində “Tarix” ixtisası üzrə təhsil almış, lakin illik təhsil haqqını ödəyə bilmədiyi üçün 3-cü kursu bitirdikdən sonra universitetdən xaric olunmuşdur. 2023-cü ilin yanvar ayında təhsil haqqı məsələsi ilə əlaqədar universitetdə olarkən bəzi universitet tələbələrinin fənlər üzrə kəsrlərinin pul qarşılığında həll edə bilən şəxs axtardıqlarını müşahidə etmişdir. O, kəsr fənlərini həll etmək adı ilə pul əldə edib dolanışığını təmin edəcəyini və öz borclarını ödəyə biləcəyini fikirləşib universitetdə şəxsən tanışlığı olmayan müxtəlif şəxslərə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Belə ki, 2023-cü ilin yanvar ayının əvvəlində Şahid xatırlamadığı mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng etmiş, Şahid ona “Qərbi Kaspi” universitetinin 4-cü kurs tələbəsi olduğunu, kəsr fənlərinin onun tərəfindən həll edilməsini xahiş etmişdir. Telefon əlaqəsi zamanı o, Şahid onun kəsr fənlərini həll edə biləcəyini demişdir. Şahid ona 15 kəsr fənninin olduğunu demiş, o da hər kəsr fənni üçün 400 manat olmaqla ümumilikdə 6000 manat qarşılığında bütün kəsr fənlərini həll edəcəyini demişdir. Əliağa ailəsi ilə bu barədə danışıb onunla əlaqə saxlayacağını bildirmiş, o da işin həlli üçün çox vaxt olmadığını, tez bir zamanda cavab verməyini xahiş etmişdir. Daha sonra Şahid onunla əlaqə saxlamış, ona ailəsi ilə danışdığını və 6000 manat qarşılığında bütün kəsr fənlərinin həll olunmasına razı olduqlarını, lakin hal-hazırda həmin miqdarda pulun olmadığını, buna görə də hissə-hissə verə biləcəyini demişdir. O da ilk əvvəl 4000 manat pulu, daha sonra qalanını vermək barədə razılığa gəlmişlər. Buna müvafiq olaraq Şahidlə bu məsələ ilə bağlı iki dəfə olmaqla ilk əvvəl 06 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon dairəsində görüşüb 4000 manat pul, daha sonra 13 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Nizami metrosunun qarşısında 1700 manat pul götürmüşdür. Şahid qalan 300 manatı da 15 yanvar 2023-cü il tarixdə ona məxsus olan “Leobank”a məxsus son səkkiz rəqəmi 58615380 olan bank kart hesabına köçürmüşdür. Ümumilikdə Şahid kəsr fənlərinin həlli adı ilə 6000 manat pul ələ keçirmişdir. Ələ keçirmiş olduğu pulun tamamını şəxsi işlərinə və borclarına xərcləmişdir. Şahid kəsr fənlərini həll etməmişdir. O, Şahid bir ay ərzində kəsr fənlərini həll edəcəyini dediyi üçün həmin müddət keçdikdən sonra həm Əliağa, həm də anası Zərərçəkmiş şəxs bu barədə onunla əlaqə saxlamış, ondan vədinə əməl etməyini ya da pulu geri verməyini tələb etmişlər. O da bütün pulu şəxsi işlərinə xərclədiyi üçün pulu qaytara bilməmiş, həmçinin Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi zamanı ona verilən ümumilikdə 6000 manat pulun anası Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. Həmin əməl onun tərəfindən tək olaraq törədilmişdir, o, ümumiyyətlə Şahid kəsr fənlərinin həlli istiqamətində hər hansı hərəkət etməmiş və aldığı pulu şəxsi ehtiyaclarına və borclarına xərcləmişdir. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxsə 1000 manat ödəniş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və qismən ödəniş etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun oğlu Şahid “Qərbi Kaspi” Universitetinin “Meşə materialları və ağac emalının texnologiyası mühəndisliyi” ixtisası üzrə 4-cü kurs tələbəsidir. 2023-cü ilin yanvar ayının əvvəllərində oğlu ona pandemiya dövründən kəsr fənlərinin qaldığını, universitetdə olarkən bu məsələ ilə məşğul olan Əlişəfa Mənmədov adlı bir nəfər şəxs tapdığını, həmin şəxsə pul verəcəyi təqdirdə məsələnin həll olunacağını demişdir. O da oğlunun universiteti bitirib, diplom almağını istədiyi üçün razılıq vermişdir. İlk əvvəl oğlu Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmış, sonuncu bütün kəsr fənlərinin həlli üçün 6000 manat pul lazım olduğunu, pul verildikdən bir ay ərzində bütün kəsr fənlərindən oğlunun keçəcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs dediklərinə inanıb razılaşmışlar. O, Təqsirləndirilən şəxs 6000 manat pulu tam şəkildə deyil, hissə-hissə verəcəyini bildirmiş, sonuncu onunla razılıq vermişdir. Buna görə də oğlu Şahid ona məxsus 4000 manat və 1700 manat, cəmi 5700 manat pulu Bakı şəhəri ərazisində vermiş, qalan 300 manat pulu isə onun tərəfindən Təqsirləndirilən şəxs istəyinə uyğun olaraq sonuncunun adına olan bank kartına köçürülmüşdür. Belə ki, ilk əvvəl 06 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında 4000 manat pul, 13 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Nizami metro stansiyasının qarşısında 1700 manat pul Şahid tərəfindən Təqsirləndirilən şəxs verilmiş, son olaraq 15 yanvar 2023-cü il tarixdə, Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi, Şirvan massivində yerləşən “Şirvan” marketdə “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs öz adına olmaqla “Leobank”a məxsus son səkkiz rəqəmi 58615380 saylı bank kart hesabına 300 manat tərəfindən köçürülmüşdür. Ümumilikdə Təqsirləndirilən şəxs onun oğlundan kəsr fənlərini həll edilməsi üçün 6000 manat pul götürmüşdür. Aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs bir ay ərzində kəsr fənlərini həll etməli olsa da, verdiyi vədə əməl etməmiş, bir ayın sonunda ilk əvvəl 1 həftə möhlət istəmiş, daha sonra isə hər dəfə bəhanələr gətirərək kəsr fənlərini həll edəcəyini deyərək vaxtı uzatmış, son olaraq isə kəsr fənlərini həll edə bilmədiyini və pulu geri qaytaracağını demişdir. Bu günə kimi vurulmuş zərər üzrə cəmi 1000 manat ödəniş edilmişdir, qalan borc isə ödənilməmişdir. Ona görə də şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qərbi Kaspi Universitetinin “Meşə materialları və ağac emalının texnologiyası mühəndisliyi” fakultəsinin 4-cü kurs tələbəsidir. Belə ki, Covid-19 pandemiyası dövründə 2ci kurs, 3-cü kurs və 4-cü kursun 1-ci semestr fənləri üzrə kəsrləri yaranmışdır. 2023-cü ilin yanvar ayının əvvəlində universitetdə olduğu zaman kəsr fənlərinin həlli ilə bağlı kömək edənşəxs axtaran zaman həmin universitetdə təhsil almış və tanımadığı Təqsirləndirilən şəxs ona kəsr fənlərini həll edə biləcəyini ona deyilmişdir. O da Təqsirləndirilən şəxs telefon nömrəsini götürmüş, lakin kəsr fənləri həll ettmək üçün öz pulu olmadığından yaşadıqları ünvanda anası Zərərçəkmiş şəxs ilə danışmışdır. Anası ona razılıq vermiş, buna görə də o, Təqsirləndirilən şəxs ilə əlaqə yaratmış, o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs kəsr fənlərini bir ay ərzində həll edə biləcəyini, kəsr fənlərinin say çoxluğunu nəzərə alaraq bütün kəsr fənlərinin həlli üçün ümumilikdə 6000 manat pul istəmişdir. Anası ilə bu barədə danışmış, anası ona 6000 manat pulu tam şəkildə verə bilməyəcəyini, hissə-hissə verə biləcəyini ona demişdir. Təqsirləndirilən şəxsla onunla bərabər, həmçinin anası Zərərçəkmiş şəxs da danışmış və aralarında 6000 manat qarşılığında onun bütün kəsr fənlərinin həlli barədə razılıq əldə olunmuşdur. Buna müvafiq olaraq, ilk əvvəl anasından götürdüyü 4000 manat pulu 06 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında 1700 manat pulu sonuncu ilə 13 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Nizami metro stansiyasının qarşısında Təqsirləndirilən şəxsla görüşdüyü zaman vermişdir. Təqsirləndirilən şəxs geri qalan 300 manat pulun da tez bir zamanda verilməli olduğunu, əks halda kəsr fənlərini həll edə bilməyəcəyini onlara demiş, 300 manat pul da anası Zərərçəkmiş şəxs tərəfindən 15 yanvar 2023-cü il tarixdə, Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi, Şirvan massivində yerləşən “Şirvan” marketdə “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs öz adına olan “Leobank”a məxsus son səkkiz rəqəmi 58615380 saylı bank kart hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən kəsr fənlərinin həlli üçün ümumilikdə anasına məxsus 6000 manat pul ələ keçirilmişdir. Pulu tam şəkildə əldə etdikdən sonra Təqsirləndirilən şəxs bir ay ərzində kəsr fənlərini həll edəcəyini desə də, daha sonra müddət ərzində müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmişdir. Cinayət işinin 50-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 20 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 25 dekabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 25 aprel 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, həmin şöbənin icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs həbs müddəti başa çatır və onun həbsdə saxlanılması Sumqayıt Şəhər Məhkəməsinin hesabına keçir. Cinayət işinin 82-86-cı vərəqələrində olan 13 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 15 yanvar 2023-cü il tarixdə “MilliÖN” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan bank kart hesabına köçürdüyü 300 manat pulu əks etdirən 01 ədəd qəbz maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və zərərçəkmiş şəxsə 1000 manat, yəni qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilsə də, həmin qərar icra edilməmiş, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və sonuncu həmin iş üzrə 25 aprel 2024-cü il tarixədək həbsdə olmuşdur. 25 aprel 2024-cü il tarixdən sonra isə indiyədək Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə saxlanılır. Bu baxımdan da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzajirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübiut kimi tanınmış bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-60/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-60/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver