Məhkəmə qərarları › İş №1(060)-60/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-60/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-60/2025 26.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katibi:X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 18 may 2024-cü il tarixdə saat 03 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Mersedes» markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonundan 200 manat pulu gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 19 may 2024-cü il tarixdə gecə saat 03 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs9 Yəhya oğluna məxsus “Mercedes C klass” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonundan 70 manat pul, zərər çəkmiş şəxsin qiymətləndirdiyi 689 manat dəyərində 01 ədəd ”Redmi Pad” markalı planşeti və 429 manat dəyərində 01 ədəd “Redmi Note 12” markalı mobil telefon cihazını gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 1188 (bir min yüz səksən səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 27 may 2024-cü il tarixdə gecə saat 01 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Kia Sorento» markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonundan zərər çəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd istifadə olunmuş, 200 manat dəyərində Çin istehsallı «70MAİ dash Cam A400» markalı videoregistratoru, 01 ədəd 75 manat dəyərində «Soel Parfum» və 01 ədəd 75 manat dəyərində “Gucci Guilt” markalı ətirləri gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 31 may 2024-cü il tarixdə gecə saat 03 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Range Rover” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının pəncərəsini özü ilə əvvəlcədən gəlirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonundan hər hansı bir dəyərli əşya tapa bilməməsi səbəbindən cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, hadisə yerindən uzaqlaşmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 31 may 2024-cü il tarixdə gecə saat 04 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “Toyota Prado” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonundan zərər çəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd Türkiyə istehsallı, istifadə olunmuş, 400 manat dəyərində “pierro pual” markalı dəri gödəkçəni, 01 ədəd Türkiyə istehsallı, istifadə olunmuş, 300 manat dəyərində “paul shark” markalı dəri gödəkçəni, 01 ədəd 260 manat dəyərində “X6” markalı qol saatını, 01 ədəd 100 manat dəyərində “Bay Pin” markalı eynəyi gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümümilikdə 1060 (bir min altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 02 iyun 2024-cü il tarixdə gecə saat 03 radələrində Sumqayıt şəhəri 47-ci məhəllə ev 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus «Hyundai» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonuna daxil olmaq istədiyi zaman binanın 9-cu mərtəbəsində bir nəfər şəxsin aşağı baxması səbəbindən cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, hadisə yerindən uzaqlaşmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 02 iyun 2024-cü il tarixdə gecə saat 03 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus “Kia Rio” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonundan zərər çəkmiş şəxsin qiymətləndirdiyi 1000 manat dəyərində 01 ədəd “Bottega Veneta” markalı pul kisəsini, 50 manat dəyərində 01 ədəd “Huawei mate 9” markalı mobil telefon cihazını gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümümilikdə 1050 (bir min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 02 iyun 2024-cü il tarixdə gecə saat 03 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs7 məxsus “Kia Mohave" markalı 5O-DC-583 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının pəncərəsini özü ilə əvvəlcədən gəlirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonundan 150 manat məbləğində pulu gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 02 iyun 2024-cü il tarixdə gecə saat 03 radələrində ünvan 8 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs8 məxsus “Hyundai Azera” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının pəncərəsini özü ilə əvvəlcədən gətirdiyi avtomobil ehtiyat hissəsi hesab edilən alışdırıcı şam ilə vurub sındıraraq, avtomobilin salonundan 700 manat nağd pul, 5 manatlıq qəpik pullar, zərər çəkmiş şəxsin qiymətləndirdiyi 40 manat dəyərində 01 ədəd “Nikoil” markalı pul kisəsini, 01 ədəd 120 manat dəyərində Çin istehsallı «A/X» markalı qol saatı, 50 manat dəyərində 01 ədəd 50 milliqram çəkidə “Antonio Banderas” markalı ətiri, 01 ədəd 100 manat dəyərində “Paul Shark” markalı gödəkçəni gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümümilikdə 1015 (bir min on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittihamda qeyd olunan oğurluq əməllərindən yalnız birini o törətmişdir. Belə ki, gecə saatlarında Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisinə gəlmiş, avtomobilin şüşəsini sındırmış və kənar şəxslərin gördüyünü görüb oradan uzaqlaşmışdır. Daha sonra Hyundai Azera markalı avtomobilə yaxınlaşıb şüşəsini sındırmış və oradan 600 manat pul götürmüşdür. Birinci epizod üzrə özünü təqsirli bilir, lakin ittihamda qeyd olunan məbləğdə deyil, 180 manat məbləğində oğurluq etmişdir. İkinci epizod ümumiyyətlə ona aid deyildir, o hissədə ittihamı qəbul etmir. Üçüncü epizod da ona aid deyildir. Dördüncü epizod ona aiddir. Beşinci epizod üzrə yalnız iki gödəkçəni götürmüşdür, digər əşyaları xatırlamır. Altıncı epizod da ona aiddir, avtomobilin şüşəsini sındırsa da içinə daxil ola bilməmişdir. Yeddinci və səkkizinci epizod ona aid deyildir. Sonuncu epizodu o törətmişdir, lakin qeyd olunan məbləğdə deyil, 600 manat oğurlamışdır. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 1999-cu ildən narkotik vasitələrin bütün növündən istifadə edir. Əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəlləri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum edilmiş və 10 fevral 2024-cü il tarixdə azadlığa çıxmışdır. Sumqayıt şəhəri 9, 10-cu mikrorayon və 47-ci məhəllə ərazisində avtomobillərdən oğurluq etməyi ilə bağlı Sumqayıt ŞPİ-nin Polis Bölmələrində verdiyi izahatları təsdiq edir. xx.xx.2024-cü il tarixdə narkotik maddə istifadə etmək istəmiş, pulu olmamış, ona görə də yaşadığı ünvandan çıxıb oğurluq etmək qərarına gəlmiş, küçələrdə gəzə-gəzə saat 03 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində bir binanın qarşısında “Mercedes” markalı avtomobilin pəncərəsini ətrafa nəzər yetirib heç kimin onu görmədiyini dəqiqləşdirdikdən sonra üzərində olan avtomaşın alışdırıcı şam (sveça) ilə sındırıb bədəninin yarı hissəsini avtomaşının pəncərəsindən içəri salaraq avtomaşının salonundan 200 manat pulu oğurlamış və hadisə yerindən uzaqlaşmışdır. Sonradan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə narkotik maddə istifadə etmək istəmiş, pulu olmamış, ona görə də yaşadığı ünvandan çıxıb oğurluq etmək qərarına gəlmiş, küçələrdə gəzə-gəzə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir binanın qarşısında “Mercedess c class” furqon markalı avtomobilin pəncərəsini ətrafa nəzər yetirib heç kimin onu görmədiyini dəqiqləşdirdikdən sonra üzərində olan avtomaşın alışdırıcı şam (sveça) ilə sındırıb bədəninin yarı hissəsini avtomaşının pəncərəsindən içəri salaraq avtomaşının salonundan 70 manat pul, 01 ədəd planşeti və 01 ədəd Redmi markalı mobil telefonu oğurlamışdır. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Mobil telefon və planşeti Bakı şəhəri 20 yanvar metrostansiyası yanında tanımadığı şəxsə təxminən 200 manata satıb həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə narkotik maddə istifadə elmək istəmiş, pulu olmamış, ona görə də yaşadığı ünvandan çıxıb oğurluq etmək qərarına gəlmiş, küçələrdə gəzə-gəzə saat 01 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir binanın qarşısında "Kia Sorrento" markalı avtomobilin pəncərəsini ətrafa nəzər yetirib heç kimin onu görmədiyini dəqiqləşdirdikdən sonra üzərində olan avtomaşın alışdırıcı şam (sveça) ilə sındırıb bədəninin yarı hissəsini avtomaşının pəncərəsindən içəri salaraq avtomaşının salonundan 01 ədəd videoreqistratoru, 02 ədəd istifadə olunmuş ətirləri oğurlamışdır. Həmin vaxt pəncərənin şüşəsi əlini kəsmiş və əlindən bır qədər qan gəlmişdir. Sonradan həmin videoreqistratoru tanımadığı şəxsə 50 manata satmış, pulu da şəxsi ehtiyacına xərcləmişdir. Ətirləri isə saxlamışdır. Bundan sonra 31 may 2024-cü il tarixdə saat 03 radələri olmuş, pulu olmadığından oğurluq etmək məqsədilə yaşadığı ünvandan çıxmış, küçələrdə gəzə-gəzə Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən bir binanın qarşısına gəlmiş və həmin binanın qarşısında olan qara rəngli “Range Rover” markalı avtomaşını görüb fikirləşmişdir ki, həmin avtomobildən təxminən 500 manatlıq qiymətli əşya və ya pul oğurlayar. Bunun üçün də həmin avtomobilin qabaq arxa qapısının pəncərəsini əlində olan avtomobil ehtiyat hissəsi olan alışdırıcı şam (sveça) ilə sındırmış və avtomaşının salonuna daxil olmuş, avtomobildə yalnız sənədlər olduğunu görüb axtarmış, lakin pul və ya qiymətli bir əşya tapmadığından həmin avtomobilin yanından uzaqlaşmışdır. Bundan sonra həmin tarixdə gecə saat 04 radələrində həmin ərazidə, yəni 9-cu mikrorayon ərazisində bir binanın qarşısında ağ rəngli “Toyota Prado” markalı avtomobilə ətrafa nəzər yetirib heç kimin onu görmədiyini dəqiqləşdirdikdən sonra yaxınlaşmış və avtomobilin pəncərəsini üzərində olan avtomaşın alışdırıcı şam (sveça) ilə sındırıb bədəninin yarı hissəsini avtomaşının pəncərəsindən içəri salaraq avtomaşının salonundan arxa oturacağın üzərində olan 02 ədəd dəri gödəkçəni götürmüşdür. Daha sonra qabaq oturacaqlar arasında olan qolaltı hissədən 01 ədəd qol saatını və 01 ədəd gün eynəyini oğurlamışdır. Dəri gödəkçələri avtomobildən çıxaran zaman şüşə qırıntıları ilə zədələndiyindən onları xatırlamadığı ünvanda atmışdır. Saat və eynəyi isə özü istifadə etmişdir. Onları da təhqiqatçıya təqdim etmişdir. Bundan sonra 02 iyun 2024-cü il tarixdə saat 03 radələrində, narkotik maddə istifadə etmək istəmiş, pulu olmamış, ona görə də yaşadığı ünvandan çıxıb oğurluq etmək qərarına gəlmiş, küçələrdə gəzə-gəzə Sumqayıt şəhəri 47-ci məhəllədə yerləşən bir binanın qarşısına gəlmiş və təxminən saat 04 radələrində həmin binanın qarşısında olan ağ rəngli “X7” markalı avtomaşını görüb fikirləşmişdir ki, həmin avtomobildən 200-300 manatlıq qiymətli əşya və ya pul oğurlayar. Bunun üçün də həmin avtomobilin qabaq sağ qapısının pəncərəsini əlində olan avtomobil ehtiyat hissəsi olan alışdırıcı şam (sveça) ilə sındırmış və avtomaşının salonuna daxil olmaq istədikdə, həmin binanın 9-cu mərtəbəsindən bir sakinin siqaret çəkdiyini və aşağıya baxdığını görüb oğurluğunu başa çatdırmadan oradan qaçıb bir neçə dəqiqəyə yaxınlıqda olan Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisinə gəlmiş və həmin ərazidə olan 9 mərtəbəli bir binanın qarşısında ağ rəngli KİA markalı avtomobili görmüş, həmin avtomobilə yaxınlaşıb qabaq sağ qapısının pəncərəsini üzərində olan avtomaşın alışdırıcı şam (sveça) ilə sındırıb bədəninin yarı hissəsini avtomaşının pəncərəsindən içəri salaraq avtomaşının salonun ötürücü qutunun (skorusunun) yanında olan pul qabını və 1 ədəd Huavci markalı mobil telefonu götürmüşdür. Məqsədi pul axtarmaq olmuş, fikirləşmişdir ki, pul qabının içərisində pul olar. Avtomaşından oğurladığı pul qabının içərisinə baxdıqda içərisində pul olmadığını görmüş, lakin özündə saxlamışdır ki, satıb pul edər, oğurladığı pul qabı və mobil telefonu polis bölməsində təhqiqatçıya təqdim etmişdir. Bundan sonra həmin ərazidə 9 mərtəbəli binanın qarşısında birinci dəfə oğurluq etdiyi avtomaşından təxminən 100 metr aralıda qara rəngli KİA markalı avtomobilə yaxınlaşıb həmin avtomaşının qabaq sol qapısının pəncərəsini əlində olan alışdırıcı şam (sveça) ilə sındırıb bədəninin yarı hissəsini avtomaşının salonuna salaraq oradan qabaq sağ oturacaqda olan saxlanc yerindən (bardaçokdan) 150 manat pul oğurlamışdır. Bundan sonra həmin ərazidə təxminən saat 03 radələrində qarşısına Sumqayıt şəhəri, 10-cu mkr ərazisində 55 saylı binanın qarşısında dayanmış ağ rəngli Hyundai Azera markalı avtomaşın çıxmışdır. O, ətrafa göz gəzdirmiş, heç kəs olmadığını görmüş, əlində olan alışdırıcı şam (sveça) ilə avtomaşının qabaq qapısının şüşəsini sındırmış, qapını açmadan, sınmış pəncərədən əlini içəri salıb oranı axtarmağa başlamışdır. O, həmin vaxt avtomaşının qabaq oturacaqların arasında olan saxlanc yerindən qara rəngli pul kisəsini, sürət qutusunun yanında olan saxlanc yerindən içərisində qəpik olan qabı, qoltuq altlığında olan markasını bilmədiyi qol saatını, istifadə olunmuş ətiri, arxa sol tərəfdə olan asılqana asılmış nazik gödəkçəni oğurlayıb oradan uzaqlaşmışdır. O, sonra pul kisəsinə baxan zaman onun üstünə Nikoil yazıldığını, içərisində 07 ədəd 100 manatlıq əskinaz, yəni ümumilikdə 700 manat pulun, qabın içərisində təxminən 5 manatlıq qəpik pulların, ətirin isə 50 mq və markasının Antone Banderas olduğunu, nazik gödəkçənin isə PAUL SHARK markalı olduğunu görmüşdür. O, saatın markasını dəqiq görə bilməmiş, saat, ətir və gödəkçə istifadə olunmuş olmuş, 700 manat pulu və 5 manatlıq qəpik pulları şəxsi ehtiyacları üçün xərcləmiş, digər əşyaları isə dəqiq xatırlamadığı yerə tullamışdır. Oğurluq cinayətlərini törədən zaman ona kimsə köməklik etməmiş, həmin oğurluq cinayətlərini tək törətmişdir. Oğurluq cinayətlərini törədən zaman onu kənardan görən olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisənin vaxtını xatırlamır. Gecə saat 2 radələrində Kəlbəcər rayonundan gəlmiş və avtomobili yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78, mənzil 30-un qarşısında saxlamışdır. Səhər qonşular zəng edərək ona avtomobilinin şüşəsinin sındırıldığını demişlər. O da dərhal enib baxmış, öncə şüşənin sındırıldığını düşünmüş, daha sonra avtomobilin saxlanc yerinə baxdıqda onun da sındırıldığını görmüşdür. Avtomobildən pul qabısı oğurlanmış, içində cüzi bir şeylər olmuşdur. Əsas ziyan ancaq ona yetirilən zərərlə bağlıdır. Ona dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Şikayətçidir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 27 may tarixində ona məxsus “Kia Sorento” markalı avtomobilin qabaq sağ şüşəsi sındırılmış, bu barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Həmçinin orada qan izləri də olmuş, ondan da nümunə götürülmüşdür. Avtomobildən videoregistrator, iki ədəd ətir oğurlanmış, ətirlər Sumqayıt şəhər Polis İdarəsində ona qaytarılmışdır. Ətirlərin qiyməti 300-350 manat olmuş, videoregistratorun qiyməti 180-200 manat olmuşdur. Hal-hazırda məhkəmə iclaslarına gəlib-gedə bilmir. Ona dəymiş ziyan ödənilməmişdir, lakin şikayətçi deyildir. Yekun qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisənin tarixini xatırlamır. Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7-nin qarşısında ona məxsus Mercedes markalı avtomobilin şüşəsi sındırılaraq 200 manat məbləğində pul oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir, lakin şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 10 ünvanın qarşısında saxlamış olduğu ona məxsus Kia Rio markalı 840 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsi sındırılaraq bir ədəd pul qabı və telefon oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir, lakin şikayəti yoxdur. Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ünvan 10-nin qarşısında saxlamış olduğu ona məxsus Kia Mohave markalı avtomobilin qabaq hissəsini və şüşəsini sındırıb oradan ətir və pul oğurlamışdır. Ona təxminən ittihamda qeyd olunan məbləğdə ziyan dəymişdir, dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 18 may 2024-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Mercedes c klass” markalı **-LB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. Ertəsi gün, yəni 19 may 2024-cü il tarixdə saat 09 radələrində evdən çıxıb avtomobilə yaxınlaşdıqda avtomobilinin sol sürücü tərəfin şüşəsinin sındırıldığını aşkar etmişdir. Bundan sonra avtomobilinin salonuna baxdıqda avtomobilinin içərisində saxladığı xx.xx.2023-cü il tarixdə World telecomdan 689 manata aldığı “Redmi Pad” markalı planşetin, xx.xx.2023-cü il tarixdə “Baku Elekctronics”dən 429 manata aldığı “Remi Note 12” markalı mobil telefonu və qol altında olan 70 manat məbləğində pulun oğurlandığını aşkar edib bu barədə DİN-in 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Sonradan həmin pul kisəsini avtomobildən tapmışdır. Belə ki, sənədlər və bank kartları orada olmuşdur. Ancaq içərisində olan 70 manat pul oğurlanmışdır. Ona məxsus avtomobildən 01 ədəd planşet, 01 ədəd mobil telefon və 70 manat məbləğində pulu oğurlanmışdır. Həmçinin avtomobilin şüşəsinin sındırılması nəticəsində ona 100 manat maddi ziyan da dəymişdir. Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, 1(060)-60/2025 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməyib. Şikayətçidir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, «Toyota Prado» markalı **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 30 may 2024-cü il tarixdə axşam saatlarında avtomobili yaşadığı evin qarşısında saxlayıb evinə getmişdir. 31 may 2024-cü il tarixdə səhər saatlarında evdən çıxıb avtomobilə yaxınlaşan zaman avtomobilin arxa sol qapısının şüşəsinin sındırıldığını aşkar etmişdir. Avtomobilə baxdıqda ona məxsus 01 ədəd Türkiyə istehsalı olan, istifadə olunmuş, “pierro pual” markalı 400 manat dəyərində 2023-cü ilin dekabr ayında aldığı dəri gödəkçənin, 01 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş, 300 manat dəyərində 2024-cü ildə aldığı “paul shark” markalı dəri gödəkçənin, 01 ədəd 260 manat dəyərində “X6” markalı qol saatının, 100 manata aldığı 01 ədəd “Bay Pin" markalı eynəyin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1060 manat maddi ziyan dəymişdir. Həmçinin avtomobilin şüşəsinin sındırılması nəticəsində də ona 300 manat əlavə ziyan dəymişdir. Ziyan ödənilməsə də, şikayətçi deyil. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, «Hyundai» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 02 iyun 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı ünvan 11 ünvanından çıxıb binanın qarşısına gəldikdə, görmüşdür ki, binanın qarşısında saxladığı Hyundai markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ qapısının pəncərəsinin şüşəsi sındırılmışdır. O, avtomobili yoxladıqda salondan hər hansı bir əşyanın oğurlanmadığını aşkar elmişdir. Daha sonra bununla bağlı DİN «102» xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra baş verənlərlə bağlı ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə müraciət etmişdir. Avtomobilinin şüşəsinin sındırılması nəticəsində ona 500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməyib. Şikayətçidir. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Hyundai Azera markalı, ** UZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın ona məxsusdur, həmin avtomaşını idarə etdikdən sonra gecələr yaşadığı evin həyətində saxlayır. O, xx.xx.2024-cü il tarixdə, təxminən saat 22:00 radələrində avtomaşını yaşadığı evin həyətində saxlamış, qapıları, şüşələri bağlayıb evə getmişdir. O, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında pəncərədən çölə baxan zaman avtomaşınının qabaq sağ qapısının şüşəsinin sındırıldığını görmüşdür. O, həmin an həyətə düşüb avtomaşına baxış keçirən zaman avtomaşının qabaq oturacaqların arasında olan saxlanc yerindən qara rəngli, üstündə Nikoil yazılan, içərisində 700 manat pul olan pul kisəsinin, surət qutusunun yanında olan saxlanc yerindən təxminən 5 manatlıq qəpik pulların, qoltuq altlığında olan Çin istehsalı A/X markalı istifadə olunmuş qol saatının, istifadə olunmuş Antone Banderas adlanan 50 ınq ətirin, arxa sol tərəfdə asılqan asılmış PAUL SHARK markalı, istifadə olunmuş nazik gödəkçənin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona ümumilikdə təxminən 1015 manat maddi ziyan dəymişdir. Belə ki. 700 manat nağd pul. təxminən 5 manatlıq qəpik pul, 40 manat pul kisəsi, 120 manat qol saatı, 50 manat ətir. 100 manat nazik gödəkçə təşkil edir. Ona məxsus oğurlanmış 700 manat pul 07 ədəd 100 manatlıq əskinaz formasında olmuşdur. Ziyan ödənilməsə də, şikayətçi deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür kı, Zərərçəkmiş şəxs6 məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer ünvan 7 ünvanın qarşısıdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer ünvan 7 ünvanın qarşısıdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer Sumqayıt şəhəri 47-ci məhəllə ev 1 ünvanın qarşısıdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki. Zərərçəkmiş şəxs8 məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer ünvan 8 ünvanın qarşısıdır. - ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə saat 17:25-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9 Yəhya oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer ünvan 6 ünvanın qarşısıdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 Yəhya oğluna məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer ünvan 3 ünvanın qarşısıdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer ünvan 4 ünvanın qarşısıdır. Baxış zamanı hadisə yerindən 02 ədəd tapmonda qanabənzər nümunələr götürülmüşdür. - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer ünvan 2 ünvanın qarşısıdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus avtomobildən oğurluq cinayətinin törədildiyi yer ünvan 5 ünvanın qarşısıdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 305-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66 və 67-ci maddələri tətbiq edilməklə əmlakı müsadirə olunmaqla 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsi tətbiq edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.3, 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 06 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə CM-nin 177.3.3 maddəsi CM-nin 177.2.2-ci maddəsinə tövsif edilməklə 05 il 03 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 11 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci ildə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-29/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6047 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların 2024-cü ilin may və iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 734 manat müəyyən olunur. Qərarda göstərilən lakin təqdim edilməyən digər mallar haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-nin 29,177.2.2 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə təqsirləndirilən şəxsin təqdim etdiyi 01 ədəd eynək, 01 ədəd qol saatı, 02 ədəd ətir, 02 ədəd pul kisəsi, hadisə yerinə baxış zamanı 02 ədəd tamponda götürülmüş qanabənzər nümunələr xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxta görə, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınmış, 02 ədəd tapmonun tədqiqat zamanı istifadə edilməsi nəzərə alınmış, digər əşyaların zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə ona məxsus olan maddi sübut 01 ədəd “Nikoil” markalı pul kisəsini, Zərərçəkmiş şəxs2 01 ədəd Soel Parfum və 01 ədəd “Gucci Guilt” markalı ətri, Zərərçəkmiş şəxs4 Sadəddin oğlu 01 ədəd Bay pin markalı eynək və 01 ədəd “X6” markalı qol saatını, Zərərçəkmiş şəxs6 01 ədəd “Bottega Veneta” markalı pul kisəsini, 01 ədəd “Huawei mate 9” markalı mobil telefonu təhvil almışdır. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.2 və 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici və zərərçəkmiş şəxslərin ifadələri, baxış və götürmə protokolu, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü verilən ittihamla qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının: - 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. - 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. - 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. - 21-ci bəndinə görə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olması, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsi aydınlaşdırılmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. - 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzasını ağırlaşdıran halın olmasını, eləcə də zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməməsi halını, cinayət əməlinin törədilməsi hallarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 29,177.2.2 və 177.2.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd eynək, 01 ədəd qol saatı, 02 ədəd ətir, 02 ədəd pul kisəsinin zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan hadisə yerinə baxış zamanı 02 ədəd tamponda götürülmüş qanabənzər nümunələrin tədqiqat zamanı istifadə edilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2 və 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 790/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1547/24 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd eynək, 01 ədəd qol saatı, 02 ədəd ətir, 02 ədəd pul kisəsinin zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan hadisə yerinə baxış zamanı 02 ədəd tamponda götürülmüş qanabənzər nümunələrin tədqiqat zamanı istifadə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar