Məhkəmə qərarları › İş №1(060)-600/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-600/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-600/2021 11.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2021-ci ilin aprel ayında Siyəzən rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 1,261 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, 27 may 2021-ci il tarixdə saat 23:30-da Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PBdə xidməti otaqların birindəüzərinə keçirilmişşəxsi axtarış zamanıəynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,261 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl aradabir psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamış, 2021-ci ilin aprel ayında “İnstagram” sosial şəbəkəsində bir nəfər narkotik tərkibli maddələrin satışı ilə məşğul olan şəxslə tanış olmuş, onunla aralarında razılığa gəldikdən sonra Siyəzən rayonu ərazisində həmin şəxsin dediyi yerdən 01 büküm psixotrop maddə metamfetamin götürmüşdür. Həmin metamfetaminin üzərindən bir neçə dəfə istifadə etmiş, qalan hissəsini isə üzərində gəzdirmişdir. 27.05.2021-ci il tarixdə, saat 23:30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olduğunu, üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyini bildirib Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişdir. PB-də xidməti otaqların birində ona müdafiəçi X1 təqdim edildikdə buna etiraz etməmiş, hüquq və vəzifələri ona izah edilib videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər və o, buna da etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməyi təklif edildikdə əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxladığı 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülmüş bükümü təqdim etmiş, həmin büküm açıldıqda bükümün içərisindən 01 ədəddə gümüşü rəngli kağız büküm aşkar olunmuş, həmin büküm açıldıqda içərisində metamfetamin aşkar olunmuş, sorğu zamanı aşkar olunan maddənin psixotrop maddə olan “şüşə” olduğunu, həmin maddəni Siyəzən rayonunda şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1,50 qram olduğu müəyyən olunmuş, daha sonra aşkar edilərək götürülmüş metamfetamin qablaşdırılaraq götürülmüş, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, oda öz növbəsində protokolu imzası ilə təsdiq etmiş, psixotrop maddə metamfetamini aldığı şəxsi əvvəllər tanımamış, həmin şəxlə yalnız “İnstagram” sosial şəbəkəsində yazışmış, psixotrop maddəni həmin şəxsdən alarkən həmin şəxs ona məddəni qoyduğu ərazini demiş, psixotrop maddəni həmin deyilmiş ərazidən götürmüş, pulu həmin şəxsin dediyi kart hesabına vurmuş, ancaq sonradan həmin şəxsin instagram istifadəçi adını, telefon nömrəsini və kart hesabını unutmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamış, psixotrop maddə olan metamfetamini özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamış, heç kimə satmamışdır.Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid1 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 2010-cu ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2019-cu ildən xidmət aparmağa başlamış, sonuncu dəfə 27 may 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nə Eldar adlışəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, üzərində gəzdirməsi, eləcədə qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Eldar adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanması, qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi iləəməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar adlı şəxsin xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri 2-ci mikrorayon ev 32/73 mənzil 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş 27.05.2021-ci il tarixdə saat 23:30-da Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili Şahid2lə yaxınlaşaraq, onu saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdəşübhəli olduğundan saxlandığını izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün ona birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirmişlər, o, etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gəlmiş, bundan sonra raport tərtib etməklə həmin şəxsi aidiyyatı üzrə təhfil vermişlər, daha sonra xidməti otaqların birində onun, əməliyyat müvvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün Vəkil Bürosundan növbətçi vəkilin dəvət edilməsi barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə video kameradan istifadə edib çəkliş aparılmaqla şəxsi axtarış aparılacağı təhqiqatçı tərəfindən izah edilmiş, həmin vaxt orada Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Günay Cəfərova da iştirak etmiş, Günay Cəfərova ondan etirazının olub-olmadığını və təklikdə söhbət etmək istədiyini soruşduqda Təqsirləndirilən şəxs istəmədiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyindən, ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs özü sağ əlini əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibinə salaraq orada saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin nə olmasını, hardan və kimdən əldə etməsini soruşduqda o, həmin maddənin “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu, Siyəzən rayonunda olarkən əvvəllər tanımadığı və adını bilmədiyi şəxsə 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, həmin bükümün içərisinə baxış keçirdikdə içərisində ağ rəngli kristal şəkilli maddə aşkar olunmuş və elektron tərəzidə çəkilərkən isə çəkisinin 1,50 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları təqdim etməyi təklif edildikdə o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaret qutusunu da çıxarıb təqdim etmiş, onun üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilərkən onun əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd cib dəsmalıda aşkar olunmuş, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, sonda vəkil Günay Cəfərovanın suallarını cavablandıran Təqsirləndirilən şəxs psixotrop maddənin özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kağız bükümdəki ağ rəngli kristal şəkilli maddə zərfə qoyularaq qablaşdırılmış və götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığından iştirakçılar tərəfindən imzalanmış, o da növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2m Hüseyn oğlu Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə kimyavi ekspertizasının 28.05.2021-ci il tarixli №6/2132 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №128” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,261 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə məlum olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №128” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,261 qram, tədqiqata cəmi 0,05 qram sərf edildikdən sonra 1,211 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 1,211 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq, saxlanması üçün Sumqayıt ŞPİnin maddi sübutların saxlanc anbarına təhfil verilmişdir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 19.06.2021-ci il tarixli 1987 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış 1,211 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28.05.2021-ci il tarixdə tutulmuş, 29.05.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxsna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 39 (otuz doqquz) saat sərf etmişdir. Ona görə də, 234 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də, 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 28.05.2021-ci il tarixdən 29.05.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 1,211 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 (bir) ədəd CD disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (bir yüz doqquz manat doxsan qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxso ğlunun məhkəməyədək icraat zamanı 28.05.2021-ci il tarixdən 29.05.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsin, o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,211 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 234 (iki yüz otuz dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA**********1000102944 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar