Məhkəmə qərarları › İş №1(060)-600/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-600/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-600/2025 12.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş Zərərçəkmiş şəxs4, Məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər – Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Çalxanqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi 111-də qeydiyyatda olan, Sumqayıt şəhəri Betonzavod ərazisi, fərdi evdə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1990-cı il tarixdə Qubadlı rayonu Abdalanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qubadlı rayonu Xudular ərazi dairəsi, Xudular kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Betonzavod ərazisi, fərdi evdə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1992-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şuşa şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 11də qeydiyyatda olan, Sumqayıt şəhəri Betonzavod ərazisi, fərdi evdə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, Sülh küçəsi, ev 483 saylı evin plastik pəncərəni əli ilə sıxıb açmaqla içəriyə qanunsuz daxil olaraq yataq otağındakı döşəyin altında olan qara rəngli bloknotun arasından 140 manat pulu, dolabın içərisində yığılmış paltarların altından 50 manat, dolabda asılqandan asılmış pəncəyin cibindən 50 manat, 2-ci yataq otağında olan servantm içərisindəki dəm çaynikin içindən 130 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarh, 7 qram çəkidə bir cüt qızıl sırğanı, 130 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarh, 7 qram çəkidə, üzərində 5 ağ qaşı olan bir ədəd qızıl üzüyü gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1aya ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 638A saylı fərdi evə yaxınlaşaraq, Təqsirləndirilən şəxs2 heç kimin gəlməməsinə nəzarət etməsi üçün çöldə gözləmiş, özü isə hasardan aşaraq həyətə keçib evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını evin həyətindən tapdığı dəmir parçası ilə qırıb, pəncərəni əli ilə sıxıb açmaqla, içəriyə qanunsuz daxil olaraq yataq otağındakı güzgünün qarşısında olan içərisində 1000 manat nağd pul olan 60 manat dəyərində olan dəmir kassanı, çəkməcədən (tumbadan) hər birinin dəyəri 800 manat, ümumi dəyəri 4000 manat olan Rusiya istehsallı, 585 əyarh, hər birinin çəkisi 5 qram olan 05 ədəd qızıl üzükləri, 215 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarh, 1,5 qram çəkidə 01 cüt qızıl sırğanı, hər birinin dəyəri 260 manat, ümuimi dəyəri 780 manat olan Rusiya istehsallı, 585 əyarh,2 qram çəkidə sünbül şəkilli 03 ədəd qızıl üzükləri, 300 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarh, 3 qram çəkidə 01 ədəd qızıl bilərziyi, 288 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarh, 3 qram çəkidə 01 ədəd qızıl boyunbağı (kulonu) gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6643 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 663B saylı fərdi evə yaxınlaşaraq, Təqsirləndirilən şəxs2 heç kimin gəlməməsinə nəzarət etməsi üçün çöldə gözləmiş, özü isə hasardan aşaraq həyətə keçib evin qabaq pəncərəsinin dəmir barmaqlığını evin həyətindən tapdığı dəmir parçası ilə qırıb, pəncərəni əli ilə sıxıb açmaqla, içəriyə qanunsuz daxil olaraq evin yataq otağındakı şkafın üzərindəki mücrü qabının içərisindən 880 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarlı, 3 qram çəkidə, üzərində 06 ədəd brilliant qaşları olan 01 ədəd qızıl üzüyü, 30 manat dəyərində olan Türkiyə istehsalh «Tiffany» markalı qızıh rəngdə boyunbaq, qolbaq, sırğadan ibarət 01 dəst bijuteriya komplektini, 5 manat dəyərində olan Çin istehsalh qızılı rəngdə 01 cüt sırğa və 01 ədəd üzükdən ibarət 01 dəst bijuteriya komplektini, 5 manat dəyərində olan Çin istehsalh qızılı rəngdə 01 cüt bijuteriya sırğanı və şkafın alt gözündə olan 60 manat nağd pulu gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 980 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 522A sayh fərdi evə yaxınlaşaraq, Təqsirləndirilən şəxs3 heç kimin gəlməməsinə nəzarət etməsi üçün çöldə gözləmiş, özü isə hasardan aşaraq həyətə keçib evin qabaq pəncərəsinin dəmir barmaqlığını evin həyətindən tapdığı dəmir parçası ilə qırıb, pəncərəni əli ilə sıxıb açmaqla, içəriyə qanunsuz daxil olaraq evin yataq otağındakı güzgülü taxta dolabın üzərində olan qızıl qabından 2000 manat dəyərində olan İtaliya istehsalh, 750 əyarlı, 6 qram çəkidə brilliant qaşlı 01 ədəd qızıl üzüyü, 4000 manat dəyərində olan İtaliya istehsalh, 750 əyarlı, 7 qram çəkidə Sibir brilliant qaşh 01 ədəd qızıl üzüyü, 250 manat dəyərində olan Rusiya istehsalh, 583 əyarh, 5 qram çəkidə tək qaşh 01 ədəd qızıl üzüyü, 400 manat dəyərində olan Rusiya istehsalh, 583 əyarh, 4 qram çəkidə yarpaq şəkilli (uşaq üçün) 01 ədəd qızıl üzüyü, 250 manat dəyərində olan Rusiya istehsalh, 583 əyarh, 4 qram çəkidə kəpənək bəzəkli 01 cüt qızıl sırğanı, 200 manat dəyərində olan Rusiya istehsalh, 585 əyarlı, 3 qram çəkidə halqa formalı 01 cüt qızıl sırğanı, 500 manat dəyərində olan İtaliya istehsalh, 750 əyarh, 6 qram çəkidə 01 ədəd qızıl qolbağı, 1400 manat dəyərində olan Rusiya istehsalh, 583 əyarh, 14 qram çəkidə 01 ədəd qızıl qolbağı, 250 manat dəyərində olan Rusiya istehsalh, 585 əyarh, 4 qram çəkidə üzərində qızıl sonsuzluq kulonu olan 01 ədəd qızıl boyunbağı, 300 manat dəyərində olan Rusiya istehsalh, 585 əyarlı, 3 qram çəkidə üzərində «S» hərfli qızıl kulon olan 01 ədəd qızıl boyunbağı gizli talayaraq, zərərçəkmiş Səməd Quliyevə ümumilikdə 9550 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 638A sayh fərdi evə yaxınlaşaraq, özü heç kimin gəlməməsinə nəzarət etməsi üçün çöldə gözləmiş, Təqsirləndirilən şəxs1 isə hasardan aşaraq həyətə keçib evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını evin həyətindən tapdığı dəmir parçası ilə qırıb, pəncərəni əli ilə sıxıb açmaqla, içəriyə qanunsuz daxil olaraq yataq otağındakı güzgünün qarşısında olan içərisində 1000 manat nağd pul olan 60 manat dəyərində olan dəmir kassanı, çəkməcədən (tumbadan) hər birinin dəyəri 800 manat, ümumi dəyəri 4000 manat olan Rusiya istehsallı, 585 əyarlı, hər birinin çəkisi 5 qram olan 05 ədəd qızıl üzükləri, 215 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarlı, 1,5 qram çəkidə 01 cüt qızıl sırğanı, hər birinin dəyəri 260 manat, ümuimi dəyəri 780 manat olan Rusiya istehsallı, 585 əyarh,2 qram çəkidə sünbül şəkilli 03 ədəd qızıl üzükləri, 300 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarlı, 3 qram çəkidə 01 ədəd qızıl bilərziyi, 288 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarlı, 3 qram çəkidə 01 ədəd qızıl boyunbağı (kulonu) gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6643 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 663B saylı fərdi evə yaxınlaşaraq, özü heç kimin gəlməməsinə nəzarət etməsi üçün çöldə gözləmiş, Təqsirləndirilən şəxs1 isə hasardan aşaraq həyətə keçib evin qabaq pəncərəsinin dəmir barmaqlığını evin həyətindən tapdığı dəmir parçası ilə qırıb, pəncərəni əli ilə sıxıb açmaqla, içəriyə qanunsuz daxil olaraq evin yataq otağındakı şkafın üzərindəki mücrü qabının içərisindən 880 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarlı, 3 qram çəkidə, üzərində 06 ədəd brilliant qaşları olan 01 ədəd qızıl üzüyü, 30 manat dəyərində olan Türkiyə istehsallı «Tiffany» markalı qızılı rəngdə boyunbaq, qolbaq, sırğadan ibarət 01 dəst bijuteriya komplektini, 5 manat dəyərində olan Çin istehsallı qızılı rəngdə 01 cüt sırğa və 01 ədəd üzükdən ibarət 01 dəst bijuteriya komplektini, 5 manat dəyərində olan Çin istehsallı qızılı rəngdə 01 cüt bijuteriya sırğanı və şkafın alt gözündə olan 60 manat nağd pulu gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 980 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddlərində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 522A saylı fərdi evə yaxınlaşaraq, özü heç kimin gəlməməsinə nəzarət etməsi üçün çöldə gözləmiş, Təqsirləndirilən şəxs1 isə hasardan aşaraq həyətə keçib evin qabaq pəncərəsinin dəmir barmaqlığını evin həyətindən tapdığı dəmir parçası ilə qırıb, pəncərəni əli ilə sıxıb açmaqla, içəriyə qanunsuz daxil olaraq evin yataq otağındakı güzgülü taxta dolabın üzərində olan qızıl qabından 2000 manat dəyərində olan İtaliya istehsallı, 750 əyarlı, 6 qram çəkidə brilliant qaşlı 01 ədəd qızıl üzüyü, 4000 manat dəyərində olan İtaliya istehsallı, 750 əyarlı, 7 qram çəkidə Sibir brilliant qaşlı 01 ədəd qızıl üzüyü, 250 manat dəyərində olan Rusiya istehsallı, 583 əyarlı, 5 qram çəkidə tək qaşlı 01 ədəd qızıl üzüyü, 400 manat dəyərində olan Rusiya istehsallı, 583 əyarlı, 4 qram çəkidə yarpaq şəkilli (uşaq üçün) 01 ədəd qızıl üzüyü, 250 manat dəyərində olan Rusiya istehsallı, 583 əyarh, 4 qram çəkidə kəpənək bəzəkli 01 cüt qızıl sırğanı, 200 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarlı, 3 qram çəkidə halqa formalı 01 cüt qızıl sırğanı, 500 manat dəyərində olan İtaliya istehsallı, 750 əyarh, 6 qram çəkidə 01 ədəd qızıl qolbağı, 1400 manat dəyərində olan Rusiya istehsallı, 583 əyarh, 14 qram çəkidə 01 ədəd qızıl qolbağı, 250 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarh, 4 qram çəkidə üzərində qızıl sonsuzluq kulonu olan 01 ədəd qızıl boyunbağı, 300 manat dəyərində olan Rusiya istehsallı, 585 əyarh, 3 qram çəkidə üzərində «S» hərfli qızıl kulon olan 01 ədəd qızıl boyunbağı gizli talayaraq, zərərçəkmiş Səməd Quliyevə ümumilikdə 9550 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, törətdiyi əməllərlə bağlı tam hadisələri tam xatırlamır, lakin dövlət ittihamçısının elan etdiyi ittiham aktında qeyd edilənlər doğrudur. İlk epizod üzrə ona kömək edən şəxs olmamışdır. İkinci epizodu Aqillə birlikdə törətmişdir. O, evə daxil olan zaman Aqil çöldə qalaraq kimsə gələrsə xəbər etməliydi. . O, Aqillə yeyib-içtiyi zaman birdən oğurluq etmək qərarına gəlmişlər və sözügedən ünvana getdikləri zaman evin işığının sönülü olduğunu görüb evə daxil olmuşdur. Eyni qaydada Xəyyam ilə törətmiş və özü evə daxil olan zaman Xəyyam çöldə qalaraq kimsə gələrsə ona xəbər edəcəkdiZərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. O, Vətən müharibəsi iştirakçısıdır və Suqovuşanın azad olunması medalı ilə təltif edilmişdir. Qeyd etdiyi cinayət əməllərini törətdiyi zaman sərxoş halda olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində “ev dustaqlığı” növündə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, pula ehtiyacı olduğu üçün o oğurluq etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində evdən çıxıb Betonzavod ərazisində piyada hərəkət edərkən, rastına bir ev çıxdığı üçün hasarma dırmaşıb evdə kiminsə olub-olmadığını nəzər yetirib, evdə və ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra hasardan evin həyətinə aşıb evə yaxınlaşıb görmüşdür ki, evin plastik pəncərələrin üzərində dəmir barmaqlıqlar yoxdur. O plastik pəncərəni əli ilə sıxıb açmaqla içəriyə daxil olub, evi axtarmağa başladım. Evin yataq otağını axtararkən, döşəyin altında bir bloknot tapdım. Həmin bloknotun içərisinə baxdıqda 140 manat pulun olduğunu görüb götürmüşdür. Daha sonra yataq otağındakı dolabın içərisində yığılmış paltarların altını axtararkən 50 manat, dolabda asılqandan asılmış pəncəyin ciblərini axtararkən 50 manat pulu görüb götürmüşdür. Bundan sonra o evin 2-ci yataq otağına keçmiş və orada servantm içərisini axtararkən dəm çaynikin içindən bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyü görüb götürmüşdür. Həmin əşyaları və pulu oğurladıqdan sonra o evi tərk etmişdir. O oradan çıxıb birbaşa Sumqayıt şəhəri Sülh küçəsi 34-cü məhəllədə yerləşən lombarda gedərək, oğurladığı bir cüt sırğanı orada girov qoyaraq 120 manat pul götürmüşdür. Şəxsiyyət vəsiqəsinin kserosurətini orada təqdim etmişdir.Həmin sırğanın oğurluq yolu ilə əldə edildiyini bilməmişlər. Qızıl üzüyü isə hazırda hara satdığını xatırlamamışdır. Beləliklə də, əldə etdiyi pulları o evinin tikintisinə sərf etmişdir. Həmin puldan heç kimə verməmişdir. Həmin oğurluğu o özü tək törətmiş, həmin oğurluqda ondan başqa heç kim iştirak etməmişdir. Bundan başqa, bildirmişdir ki, Aqil Adil oğlunu tanıyır, onun qonşusudur. İşsiz olduğu üçün pula ehtiyacı var idi. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə günorta saatlarında o qonşusu Aqillə birlikdə Betonzavod ərazisində görüşərkən, ona təklif etmişdir ki, axşam saatlarında gedib oğurluq etsinlər. Aqil onun bu təklifi ilə razılaşmışdır. Həmin gün axşam saat 22 radələrində o Aqillə Betonzavod ərazisində görüşüb oğurluq etmək üçün piyada hərəkət etməyə başlamışlar. Onların qarşılarına işıqlan sönülü olan bir ev çıxmışdır. Onlar hasara qalxıb evə baxdıqda, evdə və ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra o hasardan evin həyətinə aşmış, Aqil isə evin çölündə dayanaraq oraya kiminsə gedib-gəlməməsinə nəzarət etmişdir. O evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını evin həyətindən tapdığı dəmir parçası ilə qırmış, sonra isə dəmir parçasını orada harasa tullamışdır. Daha sonra pəncərəni əli ilə sıxıb açmaqla, içəriyə daxil olub oradan dəmir kassanı, yataq otağındakı çəkməcəsindən (tumbasından) qızıl-zinət əşyalarını oğurlayıb çölə çıxıb Aqilin yanına gəlmişdir. Oradan da onlar uzaqlaşıb getmişlər. Həmin evdən uzaqlaşdıqdan sonra yolda o oğurladığı dəmir kassanı qırmış, içərisindən təxminən 1000 manata yaxın pul aşkar etmişlər. Həmin pulu da yarıbayarı o Aqillə bölmüşdür. Oğurladığı qızılları isə o evə aparmışdır. Bir neçə gün sonra o oğurladığı qızılları da götürüb tək Sumqayıt şəhəri, «Kolxoz» bazarında yerləşən qızıl dükanların birinə apararaq, orada həmin qızılları sənədini təqdim etməklə tanımadığı satıcıya 1510 manata satmışdır. Ondan qızılları alan şəxsə isə həmin qızılların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Həmin şəxs onların oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Əldə etdiyi həmin puldan o Aqilə heç nə verməmişdir. Pulları evin təmir materiallarına xərcləmbilbh. Həmin oğurluğu da o Aqillə birlikdə törətmiş, onların ikisindən başqa sözügedən oğurluqda iştirak edən olmamışdır. Bundan başqa, bildirmişdir ki, o yenidən oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2lə danışıb razılığa gəlmişlər və xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o Aqillə Betonzavod ərazisində görüb oğurluq etmək üçün piyada hərəkət etməyə başlamışlar. Onların qarşılarına işıqları sönülü olan bir ev çıxmış, onlar hasara qalxıb evə baxdıqda, evdə və ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra o hasardan evin həyətinə aşmış, Aqil isə yenədə evin çölündə dayanaraq oraya kiminsə gedibgəlməməsinə nəzarət etmişdir. O evin qabaq plastik pəncərəsinin üzərindəki dəmir barmaqlıqlarını yerdən tapdığı dəmir parçası ilə qırıb, çıxararaq hasara söykəmişdir. Dəmir parçanı orada harasa tullamışdır. Daha sonra evin qonaq otağının plastik pəncərəsini sıxıb açmaqla içəriyə daxil olmuşdur. O yataq otağına keçib yataq otağını axtarmağa başlamışdır. Otağda şkafın üzərindəki mücrü qabını görüb onu açmış və içəridə olan 01 ədəd qızıl üzüyü, müxtəlif bijuteriyaları, şkafın alt gözündən isə 60 manat nağd pulu oğurlayıb yenidən Aqilin yanma qayıtmışdır. 60 manat pulu Aqillə aralarında bölmüşlər. 01 ədəd qızıl üzüyü, müxtəlif bijuteriyaları isə evə aparmışdır. Sonradan polis əməkdaşları tərəfindən saxlanılarkən o 01 ədəd qızıl üzüyü və müxtəlif bijuteriyaları polisə təqdim etmişdir. Həmin oğurluğu da o Aqillə birlikdə törətmiş, onların ikisindən başqa sözügedən oğurluqda iştirak edən olmamışdır. Bundan başqa, bildirmişdir ki, Təqsirləndirilən şəxs3 tanıyır, onun qonşusudur. İşsiz olduğu üçün pula ehtiyacı var idi. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə günorta saatlarında o qonşusu Xəyyamla birlikdə Betonzavod ərazisində görüşərkən, ona təklif etmişdir ki, axşam saatlarında gedib oğurluq etsinlər. Xəyyam da onun bu təklifi ilə razılaşmışdır. Həmin gün saat 20:30 radələrində o Xəyyamla birlikdə Betonzavod ərazisində görüşüb oğurluq etmək üçün piyada hərəkət etməyə başlamışlar. Onların qarşılarına işıqları sönülü olan bir ev çıxmışdır. Onlar hasara qalxıb evə baxdıqda, evdə və ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra o hasardan evin həyətinə aşmışdır, Xəyyam isə evin çölündə dayanaraq oraya kiminsə gedib-gəlməməsinə nəzarət etmişdir. O evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını evin həyətindən tapdığı dəmir parçası ilə qırmış, sonra isə həmin dəmir parçasını orada harasa tullamışdır. Daha sonra pəncərəni əli ilə sıxıb açmaqla, içəriyə daxil olub evi axtarmağa başlamışdır. O evin yataq otağına keçib güzgülü taxta dolabın üzərində olan qaba baxmış, bu zaman onun içərisində olan qızıl-zinət əşyalarını görüb onları oğurlamışdır. Daha sonra o oradan çıxıb Xəyyamın yanma getmiş, ona qızıl- zinət əşyalarını oğurladığını, lakin onları səhər aparıb satacağını demişdir. Onlar oradan evlərinə getmişlər. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində o evdən çıxaraq Sumqayıt şəhəri 32 və 34-cü məhəllə arasında yerləşən qızıl satışı dükanına gəlib, həmin qızılları lom qiymətinə, yəni 1500 manata Mehman adlı şəxsə sənədi ilə satmışdır. O ona qızılların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Mehman həmin qızıl-zinət əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Lakin o həmin 1500 manat puldan Xəyyama verməmiş, həmin pulu da evinin tikintisinə sərf etmişdir. Bu puldan o ümumiyyətlə heç kimə verməmişdir. O həmin oğurluğu Xəyyamla birlikdə törətmiş, onların ikisindən başqa sözügedən oğurluqda iştirak edən olmamışdır. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, evin çölündə qalmış və Elburus evə daxil olmuşdur. Daha sonra onlar ayrılmış və növbəti gün tutulmuşlar. Hadisə Elburusun sadaladığı formada baş vermişdir. Əvvəllər məhkum olmuş, lakin hazırda istintaqda barəsində başqa bir cinayət işinin araşdırılması getmir. Müharibə iştirakçısı deyildir. O, Elburus ilə görüşdükdən 2 saat sonra oğurluq əməlini törətmişlər. Elburusun əvvəl etdiyi oğurluq əməllərindən məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Ailə vəziyyətinin nəzərə alınaraq barəsində “ev dustaqlığı” növündə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onun qonşusudur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında o qonşusu Elburusla birlikdə Betonzavod ərazisində görüşərkən, o ona təklif etmişdir ki, axşam saatlarında gedib oğurluq etsinlər. O da pula ehtiyacı olduğu üçün onun bu təklifi ilə razılaşmışdır. Həmin gün axşam saat 22 radələrində o Elburusla Betonzavod ərazisində görüşüb oğurluq etmək üçün piyada hərəkət etməyə başlamışdır. Onların qarşılarına işıqları sönülü olan bir ev çıxmışdır.Onlar hasara qalxıb evə baxdıqda, evdə və ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra Elburus hasardan evin həyətinə aşmış, o isə evin çölündə dayanaraq oraya kiminsə gedib-gəlməməsinə nəzarət etmişdir. Bir neçə dəqiqədən sonra Elburus onun yanma qayıdaraq əlində dəmir kassanın və qızıl-zinət əşyaların olduğunu ona göstərib həmin evdən oğurladığını bildirmişdir. Oradan onlar uzaqlaşıb getmişlər. Həmin evdən uzaqlaşdıqdan sonra yolda Elburus oğurladığı dəmir kassanı qırmış, içərisindən təxminən 1000 manata yaxın pul aşkar etmişlər. Həmin pulu da yarıbayarı Elburus onunla bölmüşdür. Elburus oğurladığı qızılları isə özü ilə aparmış, ona verməmiş və qızılları sonradan nə etdiyini bilməmişdir. Elburusun ona verdiyi pulu da o özünə sərf etmişdir. Həmin oğurluğu o Elburusla birlikdə törətmiş, onların ikisindən başqa sözügedən oğurluqda iştirak edən olmamışdır. Bundan başqa, o yenidən oğurluq etmək məqsədi ilə Elburus onunla danışıb razılığa gəlmişlər və onun təklifi ilə xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o onunla Betonzavod ərazisində görüb oğurluq etmək üçün piyada hərəkət etməyə başlamışlar. Onların qarşılarına işıqları sönülü olan bir ev çıxmışdır. Onlar hasara qalxıb evə baxdıqda, evdə və ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra Elburus hasardan evin həyətinə aşmış, o isə yenədə evin çölündə dayanaraq oraya kiminsə gedib-gəlməməsinə nəzarət etmişdir. Bir neçə dəqiqədən sonra Elburus yanma qayıdaraq evdən pul, 01 ədəd qızıl üzük və müxtəlif bijuteriyalar oğurladığını deyib ona göstərmişdir. O oğurladığı 60 manat pulu onunla bölmüşdür. 01 ədəd qızıl üzüyü, müxtəlif bijuteriyaları isə Elburus özü ilə aparmış, ona verməmiş və həmin qızıl üzüyü və bijuteriyaları sonradan nə etdiyini bilməmişdir. Elburusun ona verdiyi pulu da o özünə sərf etmişdir. Həmin oğurluğu o Elburusla birlikdə törətmiş, onların ikisindən başqa sözügedən oğurluqda iştirak edən olmamışdır. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə sözügedən ünvan getmiş və onu çöldə gözləmişdir. Daha sonra onlar ayrılmış və ona Elburusun tutulması ilə bağlı məlumat verilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Elburus onun qonşusu olduğundan tanıyır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. İstintaq orqanında başqa bir cinayət əməli törətməsi ilə bağlı araşdırma aparılmır. Müharibə iştirakçısı deyildir. Əməlindən peşmandır. Barəsində “ev dustaqlığı” növündə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ilə sözügedən ünvan getmiş və onu çöldə gözləmişdir. Daha sonra həmin ünvandan çıxıb getmişlər. nu tanıyır, onunla qonşudur. xx.xx.2025- ci il tarixdə günorta saatlarında o qonşusu Elburusla birlikdə Betonzavod ərazisində görüşərkən, o təklif etmişdir ki, axşam saatlarında gedib oğurluq etsinlər. O da pula ehtiyacı olduğu üçün onun bu təklifi ilə razılaşmışdır. Həmin gün saat 20:30 radələrində o Elburusla birlikdə Betonzavod ərazisində görüşüb oğurluq etmək üçün piyada hərəkət etməyə başlamışlar. Onların qarşılarına işıqları sönülü olan bir ev çıxmışdır. Onlar hasara qalxıb evə baxdıqda, evdə və ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra Elburus hasardan evin həyətinə aşmış, özü isə evin çölündə dayanaraq oraya kiminsə gedib-gəlməməsinə nəzarət etmişdir. Bir neçə dəqiqədən sonra Elburus yanına qayıdaraq, evdən qızıl-zinət əşyalarını oğurladığını, lakin onları səhər aparıb satacağını deyib ona heç nə verməmişdir. Onlar oradan evlərinə getmişlər. Sonradan Elburus həmin qızıl-zinət əşyalarını nə etdiyini bilməmişdir. O həmin oğurluğu Elburusla birlikdə törətmiş, onların ikisindən başqa sözügedən oğurluqda iştirak edən olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, yatdığı otaqda yastığının altında saxladığı 170 manat pul olmuş və həmin puldan 30 manat götürərək bazara getmişdir. Qayıdıb həmin yerə pul qoymaq istədikdə oraya qoyduğu 140 manat pulun yerində olmadığı müəyyən edilmişdir. Evdəkiləri səsləmiş və qızı otağa gələrək pəncərəyə baxaraq setkanın yerində olmadığını bildirmişdir. Daha sonra dolabın içərisində yığılmış paltarların altına qoyduğu ona məxsus 50 manat, pencəyin cibində qoyduğu 50 manat pulun, çaynikin içinə qoyduğu bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyün yerində olmadığını aşkar etmişdir. Baş verənlər barədə polisə zəng edib hadisə barədə məlumat vermişdir. Aqil onun qonşuluğunda yaşadığı üçün onu tanımışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. On dəymiş ziyan ödənilmişdir. Hən hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, hazırki iş üzrə təqsirləndirilən şəxslərlə barışmış, şikayəti yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. İşin onun iştirakı olmadan yekunlaşdırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, evindən yoldaşının və qayınanasının istifadə etdiyi qızıllar oğurlanmışdır. Ona dəymiş ziyan qismən ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslərlə barışmış, şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. İşin onun iştirakı olmadan yekunlaşdırılmasını xahiş edir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə qardaşının evinə getmiş, oradan qayıtdığı zaman pəncərədən olan dəmir barmaqlıqların kəsilmiş olduğunu və pəncərənin açıq olduğunu görmüşdür. Evdəki qızılların yerində olmadığını gördükdə polisə şikayət etmişdir. Ona dəymiş ziyan ödənilmiş, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslərlə barışmış, hər hansı şikayəti yoxdur.Ona vurulmuş ziyan ödənilmişdir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində videokonfrans vasitəsi ilə dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, hazırda Almaniya Federativ Respublikasında yaşadığını bildirərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, şikayət və tələbinin olmadığını bildrimişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Onlardan şikayətçi deyil, barışmışdır. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini, ərizəsinin çıxışı olaraq qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, evlərindən ayrı-ayrılıqda 50, 50 və 140 manat pul oğurlanmışdır. İlkin olaraq oğruluq edən şəxsi özləri axtarmış, lakin tapa bilməyəndən sonra polisə şikayət etmişlər. Həmin oğurluq olduğu ərəfələrdə heç bir qohum, qonşu onların evinə gəlməmişdir.Təqsirləndirilən şəxslərdən birini tanıyır və o, yoldaşı ilə salamlaşır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, hadisənin tam olaraq nə vaxt baş verdiyini xatırlamır, lakin həmin vaxt Ramazan ayı olduğundan orucluq vaxtı idi. Onun evi oğurluq edilmiş ev ilə üzbəüz yerləşir. O, həyətdə toyuq-cücə ilə məşğul olmuş, daha sonra Zərərçəkmiş şəxs4 məxsus evin darvazasının içəri tərəfdən bağlı olduğunu görmüşdür. Şübhələnib hasardan tullanaraq içəri daxil olmuş ətrafı gəzdiyi zaman pəncərənin dəmir barmaqlıqların kənarda olduğunu görmüşdür. Zərərçəkmiş şəxs4 gördükləri barədə məlumat vermişdir. Səməd onun qohumudur və Almaniya Federativ Respublikasında yaşayır. Məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram ilə müraciət edən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə bağlı verdiyi ifadəsi düzgündür və öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən qızıl alqısatqı dükanının sahibidir. Həmin dükanda Mehman Nəsirli satıcı işləyir. xx.xx.2025-ci il tarixdə səhər saat 10 radələrində bir nəfər şəxs dükana gələrək, özü ilə birlikdə 02 ədəd qızıl üzük, 01 ədəd lom şəkilində qızılı onlara göstərərək, onu satmaq istədiyini bildirmişdir. Onlar ondan həmin qızılların oğurluq olub-olmadığını soruşmuşlar, o həmin qızılların ona məxsus olduğunu, pula ehtiyacı olduğu üçün onları satmaq istədiyini demişdir. Həmin qızılları tərəzidə çəkmişlər və ümumi çəkisinin 16,12 qram olmasını müəyyən etmişlər. Həmin şəxsdən şəxsiyyət vəsiqəsinin istədikdə, o şəxsiyyət vəsiqəsini onlara vermişdir. Sənədinə baxdıqda onun Təqsirləndirilən şəxs1 olduğunu görmüşlər. Elburusun sənədinin kserosurətini çıxardıb, əslini ona qaytarmışlar. Həmin qızıllara görə Elburusa ümumilikdə 1500 manat pul vermişlər. O pulu götürüb çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında isə Elburusdan aldıqları qızılları tanımadığı şəxsə 1530 manata satdıq. Elburusu ilk dəfə elə xx.xx.2025-ci il tarixdə görmüş, ondan əvvəl onu görməmiş, tanımamışdır. İstintaqa dəvət olunarkən ona məlum olmuşdur ki, Elburusun onlara gətirib satdığı qızıllar oğurluq olmuş, onun bundan heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllə ərazisində yerləşən «VİP» lombardda işləyir. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 10 radələrində işlədiyi lombarda gələrək, 01 cüt qızıl sırğanı girov qoyub pul götürmək istədiyini demişdir. Bununla bağlı onun şəxsiyyət vəsiqəsinin kserosurəti alınmış, onun adma 609775 saylı girov bileti və müqavilə şərtləri rəsmiləşdirilərək verilmişdir. Həmin 01 cüt qızıl sırğa 120 manat qiymətləndirilərək, Elburusa verilmişdir. Daha sonra həmin şəxs çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər heç vaxt görməmiş, tanımamış, həmin şəxsi ilk dəfə elə xx.xx.2025-ci il tarixdə görmüşdür. Elburus qızıl sırğanı ona təqdim edərkən, qızıl sırğaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün girov qoyub pul götürmək istədiyini demiş, o həmin sırğaların oğurluq olduğunu bilməmişdir. Sonradan həmin qızıl sırğaların kimə satıldığını xatırlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 4(060)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarxli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarxli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarxli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarxli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqdim etmə və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 evindən oğurladığı 01 ədəd qızıl üzüyü və müxtəlif bijuteriyaları Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. Təqdim etmə və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid4 01 vərəqədən ibarət olan 609775 saylı girov bileti və müqavilə şərtlərini istintaqa təqdim etmişdir. 609775 saylı girov biletinə Təqsirləndirilən şəxs1 tərəfindən 120 manat qarşılığında 585 əyarlıq 1 cüt sırğa girov qoymuşdur. “Gold Qayalı” Ticarət Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd edilmiş əşyaların 2025-ci ilin mart ayında pərakəndə satış qiymətləri (dəyərləri) aşağıdakı kimi müəyyən edilmişdir: - Rusiyanın istehsalı olan, 585 əyarlı, 7 qram çəkidə bir cüt qızıl sırğa - 130 manat; - Rusiyanın istehsalı olan, 585 əyarlı, 7 qram çəkidə, üzərində 5 ağ qaşı olan bir ədəd qızıl üzük- 130 manat; - RF-nın istehsalı olan, 585 əyarlı, hər birinin çəkisi 5 qram olan 05 ədəd qızıl üzük - cəmi 4000 manat (hər biri 800 manat); - RF-nm istehsalı olan, 585 əyarlı, 1,5 qram çəkidə 01 cüt qızıl sırğa -215 manat; - RF-nın istehsalı olan, 585 əyarlı, 2 qram çəkidə sünbül şəkilli 03 ədəd qızıl üzükcəmi 780 manat (hər biri 260 manat); - RF-nm istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə 01 ədəd qızıl bilərzik- 300 manat; - RF-nm istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə 01 ədəd qızıl boyunbaq (kulon)- 288 manat; - dəmir kassa - 60 manat - Rusiya istehsallı, 585 əyarlı, 3 qram çəkidə, üzərində 06 ədəd brilliant qaşları olan 01 ədəd qızıl üzük- 880 manat; - Türkiyə istehsalı olan «Tiffany» markalı qızılı rəngdə boyunbaq, qolbaq, sırğadan ibarət 01 dəst bijuteriya komplekti -30 manat; - Çin istehsalı olan qızılı rəngdə 01 cüt sırğa və 01 ədəd üzükdən ibarət 01 dəst bijuteriya komplekti- 5 manat; - Çin istehsalı olan qızılı rəngdə 01 cüt bijuteriya sırğa - 5 manat; - İtaliya istehsalı olan, 750 əyarlı. 6 qram çəkidə brilliant qaşlı 01 ədəd qızıl üzük - 2000 manat; - İtaliya istehsalı olan, 750 əyarlı, 7 qram çəkidə Sibir brilliant qaşlı 01 ədəd qızıl üzük-4000 manat; - RF-nm istehsalı olan, 583 əyarlı, 5 qram çəkidə tək qaşlı 01 ədəd qızıl üzük - 250 manat; -RF-nın istehsalı olan, 583 əyarlı, 4 qram çəkidə yarpaq şəkilli (uşaq üçün) 01 ədəd qızıl üzük- 400 manat; - RF-nm istehsalı olan, 583 əyarlı, 4 qram çəkidə kəpənək bəzəkli 01 cüt qızıl sırğa- 250 manat; - RF-nm istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə halqa formalı 01 cüt qızıl sırğa - 200 manat; - İtaliyanın istehsalı olan, 750 əyarh, 6 qram çəkidə 01 ədəd qızıl qolbaq -500 manat; - Rusiyanın istehsalı olan, 583 əyarh, 14 qram çəkidə 01 ədəd qızıl qolbaq- 1400 manat; - Rusiyanın istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə üzərində qızıl sonsuzluq kulonu olan 01 ədəd qızıl boyunbaq -250 manat; - Rusiyanın istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə üzərində «S» hərfli qızıl kulon olan 01 ədəd qızıl boyunbaq - 300 manatdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2023-cü il tarixli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müfaiq vəsiqlərinin verilməsi üzrə komissiyası tərəfindən Təqsirləndirilən şəxs1 müharibə veteranı kimi xx.xx.2022-ci il tarixli 104438 nömərli vəsiqə verilmişdir. - İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində xx.xx.2011-ci il təvəllüdlü Elburus Axundzadə və xx.xx.2016-cı il təvəllüdlü Hüseyn Axundzadə adlı övladları vardır. - İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə Eburus Axundovun xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri Betonzavod ərazisi, 483 saylı evindən oğurladığı 01 ədəd qızıl üzüyü hara satması, satdığı şəxsin şəxsiyyəti və olduğu yeri, eləcə də Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı qızıl-zinət əşyaları Sumqayıt şəhəri, «Kolxoz» bazarında yerləşən hansı qızıl dükanına 1510 manata satması, satdığı şəxsin şəxsiyyəti və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2025-cü il tarixdə axşam saatlarında onun yaşadığı evdən 240 manat nağd pul, bir cüt qızıl sırğa, bir ədəd üzük Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona görə də onun Elbrus Axundova qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarından xx.xx.2025-ci il tarixdə səhər saatlarınadək olan müddət ərzində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq onun yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 638A saylı evə qanunsuz daxil olaraq evindən nağd pulunu və qızıl-zinət əşyalarını oğurlamışlar. Hazırda ona vurulmuş ziyan tam olaraq qaytarıldığından, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvandan naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, onun yaşadığı ünvandan oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3dur. Onlar vurulmuş maddi ziyan tam ödənilmişdir. Bu səbəbdən onlar barəsində heç bir şikayət və tələbi yoxdur. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvandan naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, onun yaşadığı ünvandan oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Onlar tərəfindən vurulmuş maddi ziyan tam ödənilmişdir. Bu səbəbdən onlar barəsində heç bir şikayət və tələbi yoxdur. - İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, müstəntiq Murad Bədəlov tərəfindən 01 ədəd qızıl üzük və müxətlif bijuteriyalar Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. - Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 4(060)-84/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün azadlıqdan məhrum edilməklə şərti sınaq müddəti təyin olunmuş, AR Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli qərar ləğv edilib, iş yenidən apelyasiya baxışma təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli şökm dəyişdirilərək ona CM-in 180.2.1 maddəsi ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. - İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində xx.xx.2020-ci il təvəllüdlü Adil Ağayev və xx.xx.2024-cü il təvəllüdlü Miran Ağayev adlı övladları vardır. - Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Məhkəməsinin 4(060)-86/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün azadlıqdan məhrum edilməklə şərti sınaq müddəti təyin olunmuş, AR Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli qərar ləğv edilib, iş yenidən apelyasiya baxışına təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli şökm dəyişdirilərək ona CM-in 180.2.1 maddəsi ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. - İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 evlidir, himayəsində xx.xx.2024-cü il təvəllüdlü Şahin Hümbətov adlı övladı vardır. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunmuş və Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sözügedən oğurluq cinayətlərini gizli olaraq törətdiklərini nəzərə alaraq, onların əməlində CM-in 180-cı maddəsinin tərkibi olmadığından, barələrində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Şahid3, Şahid4 həmin qızıl-zinət əşyaların oğurluq yolu ilə əldə edildiyini bilmədiklərindən, onların barələrində qanunsuz olaraq bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satmağa görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət isinin başlanmasının rədd edilmişdir. İstintaqa təqdim olunmuş girov bileti, müqavilə şərtləri, 01 ədəd qızıl üzük və müxtəlif bijuteriyalar maddi sübut kimi tanınmış, girov bilieti, müqavilə şərtləri cinayət işinin istintaq materiallarına əlavə edilmiş, 01 ədəd qızıl üzüyü və müxtəlif bijuteriyalar saxlanılması üçün zərərçəkmiş şəxs Cavid Nəzərahyevə təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, hazırki iş üzrə təqsirləndirilən şəxslərlə barışmış, şikayəti yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. İşin onun iştirakı olmadan yekunlaşdırılmasını xahiş edir. - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslərlə barışmış, şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. İşin onun iştirakı olmadan yekunlaşdırılmasını xahiş edir. - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Onlardan şikayətçi deyil, barışmışdır. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini, ərizəsinin çıxışı olaraq qəbul edilməsini xahiş edir. - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslərlə barışmış, hər hansı şikayəti yoxdur.Ona vurulmuş ziyan ödənilmişdir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, şahidlərin ifadələrinə və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsiri tam sübuta yetirildi, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının: - 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. - 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. - 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. - 21-ci bəndinə görə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olması, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsi aydınlaşdırılmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1)- 144cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladlarının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 59.2ci maddəsinə əsasən “Vətən müharibəsi” iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladlarının olmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 59.2-ci maddəsinə əsasən “əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı övladlarının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 59.2-ci maddəsinə əsasən “əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 177.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə,177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, himayəsində azyaşlı övladlarının olmasını, “Vətən müharibəsi” iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1. 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməldir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 (beş) ay 09 (doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 10 (on) ay 18 (on səkkiz) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs1 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, himayəsində azyaşlı övladlarının olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1. 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməldir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 (beş) ay 09 (doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 10 (on) ay 18 (on səkkiz) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, himayəsində azyaşlı övladının olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməldir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 (beş) ay 09 (doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 10 (on) ay 18 (on səkkiz) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə girov bileti, müqavilə şərtləri, 01 ədəd qızıl üzük və müxtəlif bijuteriyalar maddi sübut kimi tanınmış, 01 ədəd qızıl üzük və müxtəlif bijuteriyaların Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan girov bileti, müqavilə şərtləri cinayət işi materiallarında saxlanılmalıdır. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-600/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1378/2025 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 vəkili, xx.xx.2025-ci il tarixli 1379/2025 saylı orderə əsasən Müdafiəçi3 Təqsirləndirilən şəxs2 vəkili, xx.xx.2025-ci il tarixli 1380/2025 saylı orderə əsasən Müdafiəçi2 Təqsirləndirilən şəxs3 vəkili təyin etmişdir. Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi2 12 (on iki) saat, Müdafiəçi3 12 (on iki) saat, Müdafiəçi1 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Vəkil Müdafiəçi3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Vəkil Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 (beş) ay 09 (doqquz) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Betonzavod ərazisi, fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 (beş) ay 09 (doqquz) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Betonzavod ərazisi, fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 (beş) ay 09 (doqquz) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Betonzavod ərazisi, fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 ədəd qızıl üzük və müxtəlif bijuteriyaların Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan girov bileti, müqavilə şərtləri cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 hər birinin məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları hər bir vəkil üzrə ayrı-ayrılıqda 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar