Məhkəmə qərarları › İş №1(060)-601/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-601/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-601/2023 25.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal hazırda AR ƏN PX 3 saylı İT-da saxlanılan, Qubadlı rayon, Həmzəli ərazi dairəsi, Çaytumas kəndində qeydiyyatda olan və Sumqayıt şəhər, 2-ci mikrorayon, ev 27\69, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 1 ünvanda yaşayan nənəsi Zərərçəkmiş şəxs yataq otağında yerləşən çarpayının üstündəki döşəyin altında saxladığı dəyəri 10 manat olan qara rəngli pul kisəsini, həmin pul kisəsinin içərisində olan 1240 manat pulu və bir ədəd 583 əyarlı, çəkisi 12 qram, hər qramı 80 manat, cəmi dəyəri 960,00 manat olan qızıl boyunbağını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qızəna cəmi 2210 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanun qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,954 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 12.05 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 27\69 saylı yaşayış binasının qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,954 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 177.1-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qubadlı rayon, Həmzəli ərazi dairəsi, Çaytumas kəndində qeydiyyatdadır. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69, mənzil 25-də yaşayır. uzun müddətdir ki, narkotik vasitə aludəçisidir. Narkotik vasitə heroindən əvvəllər yandırıb tüstüsünü nəfəsinə çəkməklə, son zamanlar isə psixotrop maddə metamfetamindən iynə vurmaqla istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi istifadəsi üçün üstündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12.00 radələrində yaşadığı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis İdarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotгор maddə olan rnetamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı aşkar olunan maddənin psixotrop maddə şüşə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş maddə üzərində olan kağız ilə bir yerdə elektron tərəziyə qoyulub çəkimiş, videogörüntüsü qeydə alınmışdır. Həmin büküm qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Narkotik istifadə etmiş, narkotik aludəçisidir. Həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuş, narkotik satmaq niyyəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27\69, mənzil 25 ünvanından nənəsi Zərərçəkmiş şəxs yataq otağında yerləşən çarpayının üstündəki döşəyin altında saxladığı bir ədəd qara rəngli pul kisəsini özü oğurlamışdır. Həmin pul kisəsinin içindən nənəsi Xədicəyə məxsus 1240 manat pulu götürərək şəxsi tələbatına xərcləmiş, həmin puldan heç kimə verməmiş, pulu götürdükdən sonra pul kisəsini də zibilliyə atmışdır. Lakin hansı zibilliyə atdığını xatırlamır. Sonradan nənəsi ondan pul kisəsini oğurlayıb oğurlamadığını soruşmuş, o da pul kisəsini gizli olaraq oğurladığını, içində olan 1240 manat pulu götürüb xərclədiyini nənəsinə etiraf etmiş, lakin həmin pul kisəsinin içində bir ədəd qızıl boyunbağı olduğundan xəbəri olmamış, bu barədə nənəsindən eşitmişdir. Nənəsi Xədicə ilə münasibətləri soyuq olduğundan, nənəsi onu yataq otağına daxil olmağa, ondan xəbərsiz hər hansı əşyasını, xüsusən də pul kisəsini götürməyə icazə verməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, İİİ qrup əlildir, ailəlidir, 1 azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyinə söz verir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 2-ci mkr, ev 27\69, mənzil 25-də nəvəsi Təqsirləndirilən şəxs ilə bir ünvanda yaşayır. Təqsirləndirilən şəxs nəvəsidir. Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə, narkotikdən istifadə etdiyinə görə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində nəvəsi Təqsirləndirilən şəxs yataq otağında çarpayının yataq dəstinin altına qoyduğu içərisində 1240 manat pul və 12 qramlıq qızıl boyunbağı olan qara rəngli pul kisəsini oğurlamışdır. O, hadisədən sonra içərisində qızıl boyunbağının və pulunun olduğu pul kisəsinin oğurlandığını aşkar etmişdir. Sonra Xəzərdən şübhələndiyi üçün ondan soruşmuş, Xəzər ona gizlin olaraq yataq otağına girdiyini, çarpayıda yataq dəstinin altına qoyduğu qara rəngli pul kisəsini oğurladığını, içində olan 1240 manat pulu xərclədiyini, qızılı isə pul kisəsi ilə bir yerdə tulladığını bildirmişdir. Nəvəsi Təqsirləndirilən şəxs onunla eyni ünvanda yaşasa da, Xəzərin onun otağından pul və qızıl götürməyə icazəsi yoxdur. Pul kisəsində olan pul və qızıl onun özünə məxsusdur. İcazə vermədiyinə görə Təqsirləndirilən şəxs onun xəbəri olmadan, gizlin olaraq yataq otağına girib oğurluq etmişdir. Oğurlanmış bir ədəd tros boyunbağı rus istehsalıdır, 583 əyardır, qızılın çəkisi 12 qramdır. Həmin boyunbağının qramını 80 manatdan almış, cəmi dəyəri 960 manatdır. Eyni zamanda oğurlanmış pul kisəsi də özünə məxsusdur, üstü qara rəngdədir, onu da 10 manata almışdır. Belə ki, hadisə nəticəsində ona cəmi 2210 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nİn əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər, 2-ci mikrorayon, еv 27/69, mənzil 25-də yaşayan axtarışda olan Təqsirləndirilən şəxs narkotik xasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12.05 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 2-ci mikrorayon, 27\69 saylı yaşayış binasının qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axlarış keçirilməsi məqsədilə polis bölməsinə Regional Vəkil bürosunun vəkili X3 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin psixotrop maddə şüşə olduğunu, həmin maddəni xx.xx.2023cü il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə üzərində olan kağız ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 1,11 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X5 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nİn əməliyyat müvəkkili, polis mayoru Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:05-də Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 27/69-un qarşısında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12.05 radələrində yaşadığı Sumqayıt şəhər, 2-ci mikrorayon, 27/69 saylı yaşayış binasının qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nİn 4-cü PB-nə dəvət edilmiş, bölmədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları və Regional vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxsıum üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qeyi-qanuni əşyanın olub-olmaması, müsbət halda təqdim etməsini təklif etmişlər, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin psixotrop maddə şüşə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə üzərində olan kağız ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 1,11 qram olduğu müəyyən olunaraq “Panasonic" markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X5 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilənlər öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2531 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 128 nömrə” dairəvi möhür əksləri olan, “vət. Təqsirləndirilən şəxs təqdim etdiyi...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,954 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 604 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vət.Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanda yaşayan nəvəsi Təqsirləndirilən şəxs ona məxsus pul kisəsini, pul kisəsinin içində olan 1240 manat pulu və qızıl boyunbağını oğurlamışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü İlə AR CM-nin 127.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (20%). Sumqayıt şəhər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Suraxanı rayon məhkəməsinin qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-418/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2361 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 583 əyarlı, çəkisi 12 qram olan qızıl boyunbağının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 960,00 (12 qr x80 m) manat müəyyən edilir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,954 qram metamfetamin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,904 qram metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il təvəllüdlü X6 adlı 1 azyaşlı uşağı vardır. İş materiallarında olan 6 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2603 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin xə psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq .xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.3, 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr üzrə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,954 qram metamfetamin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,904 qram metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,904 qram psixotrop maddə metamfetamin məhv edilməli və istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 115 (bir yüz on beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi ) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 115 (bir yüz on beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış-Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,904 qram psixotrop maddə metamfetamin məhv edilsin, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin istintaq materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar