Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-602/2021 20.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndələri- Nümayəndə1 və Nümayəndə2nün Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 01 azyaşlı övladı var), orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ev 7 mənzil 1də qeydiyyatda olan, Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsi fərdi evdə yaşayan,Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində Zərərçəkmiş şəxs firmasının istehsalat sahəsinə hasardan aşma yolu qanunsuz həyətinə daxil olub firmanın ofisinin giriş qapısını həyətdəki su krantının yanında tapdığı açarla qapı açaraq içəriyə daxil olub oradan 70 manat dəyərində bir ədəd yeni vəziyyətdə «Euromax» markalı, «İmpact Drill DP710» modelli drel-perefaratoru, 04 manat dəyərində bir ədəd Rusiya istehsalı olan dəmir kəsən kəlbətini, 05 manat dəyərində bir ədəd Rusiya istehsalı olan adi kəlbətini,05 manat dəyərində bir ədəd Rusiya istehsalı olan bağ qayçısını,1 metri 7 manat 50 qəpik olan, 390 manat dəyərində 52 metr uzunluğunda Rusiya istehsalı olan diametri 10 mm olan, 4 xətli elektrik naqilini, 1 metri 3 manat 60 qəpik olan 360 manat dəyərində 100 metr uzunluğunda Rusiya istehsalı olan diametri 6 mm olan, 4 xətli elektrik naqilini, 1 metri 3 manat 40 qəpik olan 170 manat dəyərində 50 metr uzunluğunda Rusiya istehsalı olan diametri 2,5 mm olan, 7 xətli elektrik naqilini, 1 metri 1 manat 10 qəpik olan 150 manat 70 qəpik dəyərində 137 metr uzunluğunda Rusiya istehsalı olan diametri 2,5 mm olan, 2 xətli elektrik naqili, 1 metri 6 manat 50 qəpik olan 260 manat dəyərində qaynaq aparatına məxsus 40 metr uzunluğunda Rusiya istehsalı olan diametri 50 mm olan, 1 xətli elektrik naqilini, 1 metri 2 manat 30 qəpik olan 69 manat dəyərində həmin qaynaq aparatının 30 metr uzunluğunda Rusiya istehsalı olan diametri 6 mm olan, 2 xətli elektrik naqili, 15 manat dəyərində olan həmin qaynaq aparatının 1 kiloqram çəkidə olan bir ədəd mis tutqacı, 52 manat dəyərində olan bir ədəd Rusiya istehsalı olan laqondanı,biri 5 manat olan ikisi 10 manat dəyərində olan iki ədəd Rusiya istehsalı olan qaz açarını,biri 8 manat, səkkizi 248 manat dəyərində olan «Cumbo» markalı daş kəsən dəzgahın hər biri 70 sm uzunluğunda, 4 sm enində, 2 sm qalınlığında olan 8 ədəd bronz çubuqları və obyektin həyətində olan 100 manat dəyərində «QAZ-51» markalı 3 tonluq yük qaldırıcı maşının mühərrikinin ümumi elektrik naqillərini kəsib gizli talayaraq, Zərərçəkmiş şəxs firmasına ümumilikdə 1908, 70 (bir min doqquz yüz səkkiz manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakı talama məqsədi ilə 21.03.2021-ci il tarixdə saat 14 radələrində "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri Sumqayıtçay stansiyası ərazisində yerləşən “Qaz Terminalı” na hasardan aşma yolu ilə həyətinə qanunsuz daxil olub üzərində olan mismarçıxaranla terminalın ərazisində olan ümumi dəyəri 300 manat olan 02 ədəd dəmir ofis qapısını, ümumi dəyəri 240 manat olan 04 ədəd aliminium qapını, ümumi dəyəri 180 manat olan 09 ədəd aliminium pəncərəni, ümumi dəyəri 200 manat olan nasosla birlikdə 02 ədəd elektrik mühərrikini, 50 manat dəyərində 01 ədəd nasos sayğacını, 1000 manat dəyərində 01 ədəd işıq transformatorunu, ümumi dəyəri 200 manat olan 150 metr uzunluğunda elektrik naqilini, 200 manat dəyərində 70 metr uzunluğunda dəmir boruları söküb gizli talayaraq, zərərçəkmiş şəxs "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri Sumqayıtçay stansiyası ərazisində yerləşən “Qaz Terminalı” na ümumilikdə 2130 (iki min yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, uzun müddətir işsiz olduğundan ailəsini dolandıra bilməmişdir. 05.02.2021-ci il tarixdə təxminən saat 12 radələrində o tək piyada Sumqayıt şəhəri, St.Sumqayıt ərazisindən piyada keçən zaman Bakı-Quba yolunun kənarında olan qranit sexinin hasarından qalxaraq həyətinə baxıb, görmüşdür ki, sexdə heç kim yoxdur və həmin sexin uzun müddətdir işləməməsini bildiyi üçün oradan oğurluq etmək qərarına gəlmişdir. O hasardan həyətə keçmiş və həyətdəki su kranın yanından bir topa açar tapmışdır. Həmin açarlardan biri ilə həyətdəki istehsalat sexinin giriş qapısını açaraq içəri daxil olmuşdur. Oradan şkaflarda olan kəsilmiş müxtəlif ölçülərdə elektrik naqilləri, yerdə olan qaynaq aparatının elektrik naqillərini, bir ədəd laqondanı,bir ədəd dəmir kəsən kəlbətini, bir ədəd adi kəlbətini, bir ədəd bağ qayçısını, iki ədəd qaz açarını götürərək çıxıb getmişdir. O oradan oğurladığı elektrik naqillərini yandırmış və içərilərindən çıxan 8 kiloqram yarım misi yaşadığım qəsəbəyə gələn səyyar metal qəbul edən tanımadığı şəxslərə satmışdır. Onlar ondan misin 1 kiloqramını 9 manat 50 qəpikdən alıb ümumilikdə 82 manat pul vermişlər. Sonra oradan oğurladığı markasını xatırlamadığı, işlək vəziyyətdə olan laqondanı, bir ədəd dəmir kəsən kəlbətini, bir ədəd adi kəlbətini, bir ədəd bağ qayçısını, iki ədəd qaz açarını Sumqayıt şəhər Kolxoz bazarının yaxınlığındakı mağazalara təklif etmiş, lakin orada ondan şəxsiyyət vəsiqəsi tələb etdikləri üçün mağazaya satmamış və mağazadan çıxanda küçədə bazarın qarşısından keçən tanımadığı ayrı ayrı şəxslərə ümumilikdə 100 manata satmışdır. Oğurladığı əmlaklardan əldə etdiyi 182 manat pulu isə özü üçün xərcləmişdir. Bundan başqa o təkrarən oğurluq etmək məqsədi ilə Sumqayıt şəhəri, St.Sumqayıt şəhərində yerləşən və fəaliyyətini dayandırmış Opez MMC-yə məxsus qaz terminalından oğurluq etmək qərarına gələrək 21.03.2021-ci il tarixdə saat 14 padalərində terminalın daim açıq olan qapısından içəriyə daxil olaraq terminalın ərazisində olan bir otağın 01 ədəd aliminium qapı və 01 ədəd pəncərəsini, eləcə də nasosla birlikdə 02 ədəd elektrik mühərriki, 01 ədəd nasos sayğacı, 01 ədəd işıq transformatoru özü ilə gətirdiyi mismarçıxaranla söküb götürərək gəldiyi qaydada çıxmış və həmin ərazinin yaxınlığında həmin qapı və pəncərəni əzib doğramış, digər əşyalarla birlikdə kisəyə yığıb yola çıxardıb taksi saxlatdıraraq oradan birbaşa Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən metal qəbulu sexinə aparıb doğradığı qapı və pəncərəni orada işləyən Zaur adlı şəxsə 44 manata satmışdır. Zaur onların oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Digər əşyaları isə, yəni nasosla birlikdə 02 ədəd elektrik mühərriki, 01 ədəd nasos sayğacı, 01 ədəd işıq transformatoru o 22.03.2021-ci il tarixdə səhər saatlarında aparıb Sumqayıt şəhəri Kolxoz bazarının qarşısında yoldan keçən tanımadığı şəxsə 95 manata satmışdır. Həmin vaxtdan bir neçə gün əvvəl o küçələrdən yığdığı 07 ədəd emulsiya vedrəni və plastik borunun qırıntılarını da aparıb Zaura satmış və onlara görə Zaur ona 37 manat pul vermişdir. Zərərçəkmiş şəxs firmasının ofis otağından ancaq elektrik naqilləri, bir ədəd laqondanı, bir ədəd dəmir kəsən kəlbətini, bir ədəd adi kəlbətini, bir ədəd bağ qayçısını, iki ədəd qaz açarını oğurlamış, digər əşyalardan xəbəri olmamış, onları oğurlamamışdır. "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri Sumqayıtçay stansiyası ərazisində yerləşən “Qaz Terminalı”ndan aliminium qapı və pəncərəni, eləcə də nasosla birlikdə 02 ədəd elektrik mühərriki, 01 ədəd nasos sayğacı, 01 ədəd işıq transformatoru özü ilə gətirdiyi mismarçıxaranla söküb oğurlamış, başqa oradan heç nə oğurlamamış, mismarçıxaranı da terminaldan çıxıb gedərkən yolda harasa tullamışdır. Həmin sözügedən oğurluqları o özü tək törətmiş, ona kömək edən olmamışdır. Oğurladığı əmlaklardan əldə etdiyi pulu isə özünə xərcləmiş, heç kimə verməmişdir.Əvvəllər heç vaxt məhkum olunmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə1 ifadəsində göstərdi ona məxsus Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində Zərərçəkmiş şəxs firmasının istehsalat müəssisəsi vardır. Belə ki, həmin istehsalat müəssisəsində qranit pilitələr istehsal olunur, lakin 2009-cu ildən həmin müəssisə fəaliyyət göstərmir. Buna görə də bacısı oğlu Şahid1 həmin obyektdə gecə və gündüz qalaraq ora nəzarət edir. 05.02.2021-ci il tarixdə Xəqani ona zəng vuraraq bildirmişdir ki, obyektdən oğurluq hadisəsi baş veribdir. Lakin baş vermiş oğurluqla bağlı polisə məlumat verməmişlər, özləri oğurluq edən şəxsləri tapmaq istəmişlər. Xaqani həmin ərazidə yaşayan şəxslərdən maraqlanmış və ona məlum olmuşdur ki, oğurluq hadisəsini törədən şəxs yaxınlıqda yaşayan Ramil adlı şəxsdir. Buna görə də 11.02.2021-ci il tarixdə Xaqani obyektdən oğurluq baş verməsi ilə bağlı ərizə ilə 5-ci polis bölməsinə müraciət etmişdir. Hadisə zamanı obyektin ofis otağından bir ədəd yeni vəziyyətdə 74 AZN dəyərində «Euromax» markalı, «İmpact Drill DP710» modelli direl-perefarator, bir ədəd 4 AZN dəyərində Rusiya istehsalı olan dəmir kəsən kəlbətin, bir ədəd 5 AZN dəyərində Rusiya istehsalı olan adi kəlbətin, bir ədəd 5 AZN dəyərində Rusiya istehsalı olan bağ qayçısı, istehsalat sexlərindən 52 metr uzunluğunda Rusiya istehsalı olan diametri 10 mm olan, 4 xətli elektrik naqili (52x7,50AZN=390AZN), 100 metr uzunluğunda Rusiya istehsalı olan diametri 6 mm olan, 4 xətli elektrik naqili (100x3,60AZN=360AZN), 50 metr uzunluğunda Rusiya istehsalı olan diametri 2,5 mm olan, 7 xətli elektrik naqili (50x3,40AZN=170AZN), 137 metr uzunluğunda Rusiya istehsalı olan diametri 2,5 mm olan, 2 xətli elektrik naqili (137x1,10AZN=150AZN), qaynaq aparatına məxsus 40 metr uzunluğunda Rusiya istehsalı olan diametri 50 mm olan, 1 xətli elektrik naqili (40x6,50AZN=260AZN), həmin qaynaq aparatının 30 metr uzunluğunda Rusiya istehsalı olan diametri 6 mm olan, 2 xətli elektrik naqili (30x2,30AZN=69AZN), 15 AZN dəyərində həmin qaynaq aparatının 1 kiloqram çəkidə olan bir ədəd mis tutqajı, bir ədəd Rusiya istehsalı olan, markasını bilmədiyim yenisi 52 AZN olan, 6 il müddətində işlənmiş, hazırda da işlək vəziyyətdə olan laqonda, hər birinin dəyəri 10 AZN olan iki dədə Rusiya istehsalı olan qaz açarı (2x10AZN=20AZN), «Cumbo» markalı daş kəsən dəzgahın hər biri 70 sm uzunluğunda, 4 sm enində, 2 sm qalınlığında olan 8 ədəd bronz çubuqlar (ümumi dəyəri 248 AZN) və obyektin həyətində olan «QAZ-51» markalı 3 tonluq yük qaldırıjı maşının 100 manat dəyərində mühərrikin ümumi elektrik naqilləri kəsilərək oğurlanmışdır. Oğurlanmış əmlakın ümumi dəyəri 1922 manat təşkil etmişdir. Həmçinin Nümayəndə1 müəssisəyə dəymiş ziyanın ödənilmədiyini və bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1da Nümayəndə1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifdə vermiş Nümayəndə2 Mirseyid oğlu ifadəsində göstərdi ki, 20 ilə yaxındır ki, "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri Sumqayıtçay stansiyası ərazisində yerləşən “Qaz Terminalı”nın müdiri vəzifəsində işləyir. Qaz terminalı 15 ilə yaxındır ki, fəaliyyəti dayandırılmış, buna baxmayaraq terminalda işlədiyi vaxtdan qalmış əşyalar var, o mütəmadi olaran qaz terminalına gedib nəzarət edir. 01.03.2021-ci il tarixdən 23.03.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxslər qaz terminalının həyətinə hasardan aşma yolu ilə daxil olub inzibati binanın üzərində olan 02 ədəd dəmir ofis qapısını, 04 ədəd aliminium qapını, 09 ədəd aliminium pəncərəni, nasosla birlikdə 02 ədəd elektrik mühərriki, 01 ədəd nasos sayğacı, 01 ədəd işıq transformatı, 150 metr uzunluğunda elenktrik naqilini, yük tərəzisinin dəmir örtükləri və qollarını, eləcə də 70 metr uzunluğunda dəmir boruları oğurlamışdır. 01 ədəd dəmir ofis qapısının qiyməti 100 manat, 01 ədəd aliminium qapının qiyməti 60 manat, 01 ədəd aliminium pəncərənin qiyməti 80 manat, nasosla birlikdə 01 ədəd elektrik mühərrikinin qiyməti 100 manat, 01 ədəd nasos sayğacının qiyməti 50 manat, 01 ədəd işıq transformatorun qiyməti 1000 manat, 150 metrlik naqilin qiyməti 200 manat, yük tərəzisinin dəmir örtükləri və qollarının qiyməti 300 manat, dəmir borunun qiyməti 200 manat olmaqla baş vermiş oğurluq zamanı MMC-yə ümumilikdə 3110 manat ziyan vurulmuşdur. Həmçinin Nümayəndə2 müəssisəyə dəyən ziyanın ödənilmədiyini lakin buna baxmayaraq təqsirləndiriln şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, uzun müddətdir ki, İnşaatçılar qəsəbəsi ərazisində icarə əsasında işlətdiyi sexdə əlvan metal və qara metalın qəbulu ilə məşğul olur. Lakin qəbul etdiyi bütün malların siyahını, kimdən aldığını xüsusi dəftərdə qeyd edir. 01.03.2021-ci il tarixdə günorta saatlarında Ramil yenidən tanımadığı və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə sındırılıb əzilmiş formada 01 ədəd aliminium qapı və 01 ədəd pəncərəni gətirmiş, o bu dəfə də Ramilin gətirdiyi əşyaları tərəzidə çəkib çəkisinin müəyyən etdikdən sonra Raminə 44 manat pul vermişdir. Polislərin sexə gələrək Ramilin satdığı əşyaların oğurluq olduğunu dedikdən sonra o onların oğurluq yolu ilə əldə edildiyini bilmiş, əvvəlcə bu barədə heç bir məlumatı olmamışdır. Ramil sexə gələn zaman tək olmuş, Ramil malları satan zaman sənədlərini təqdim etmiş və o ev ünvanına kimi qeyd etmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.04.2021-ci il tarixli, 9/1479 saylı rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 11 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1493,70 manat müəyyən edilir.Digər 4 adda mallar hannıda ətraflı məlumat (markası, modeli, təyinatı, sayı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı.Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
1. 70 manat dəyərində olan 01 ədəd yeni vəziyyətdə “Eurovmax” markalı “İmpact Drill DP710” modelli drel-pereferator;
2. 04 manat dəyərində olan 01 ədəd Rusiya istehsali olan dəmir kəsən kəlbətin;
3. 05 manat dəyərində olan 01 ədəd Rusiya istehsalı olan adi kəlbətin;
4. 05 manat dəyərində olan 01 ədəd Rusiya istehsalı olan bağ qayçısı;
5. 1 metri 7 manat 50 qəpik olan, 390 manat dəyərində 52 metr uzunluğunda Rusiya istehsalı olan diametri 10 mm olan, 4 xətli elektrik naqili;
6. 1 metri 3 manat 60 qəpik olan 360 manat dəyərində 100 metr uzunluğunda Rusiya istehsalı olan diametri 6 mm olan, 4 xətli elektrik naqili;
7. 1 metri 3 manat 40 qəpik olan 170 manat dəyərində 50 metr uzunluğunda Rusiya istehsalı olan diametri 2,5 mm olan, 7 xətli elektrik naqili;
8. 1 metri 1 manat 10 qəpik olan 150 manat 70 qəpik dəyərində 137 metr uzunluğunda Rusiya istehsalı olan diametri 2,5 mm olan, 2 xətli elektrik naqili,
9. 1 metri 6 manat 50 qəpik olan 260 manat dəyərində qaynaq aparatına məxsus 40 metr uzunluğunda Rusiya istehsalı olan diametri 50 mm olan, 1 xətli elektrik naqili;
10. 1 metri 2 manat 30 qəpik olan 69 manat dəyərində həmin qaynaq aparatının 30 metr uzunluğunda Rusiya istehsalı olan diametri 6 mm olan, 2 xətli elektrik naqili;
11. biri 5 manat olan ikisi 10 manat dəyərində olan iki ədəd Rusiya istehsalı olan qaz açarı. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.08.2021-ci il tarixli, 9/5480 saylı rəyindən görünür ki:
Sıra Bir ədədinin Ümumi dəyəri qiyməti (manatla) (manatla) №- Malların adları Miqda si rı
1 ölçüləri 1,10 x 2,10 olan dəmir 2 150,0 300,0 ofis qapısı
2 ölçüləri 30x60 olan alminium 9 20,0 180,0 pəncərə
3 yük tərəzisinin üst örtüyü olan 2 30,0 60,0 1x2 metr ölçülü 3-lük dəmir list
CƏMİ: 540,0
Ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 540,0 manat müəyyən edilir. Qərarda göstərilən digər 02 ədəd elektrik mühərriki nasosla birlikdə, 01 ədəd nasos sayğacı, işıq transformatoru, 150 metrlik elektrik naqili, 70 metr uzunluğunda dəmir borular haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və.s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Nümayəndə1 20 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, müəssisəyə dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin materiallarına əlavə edilmiş Nümayəndə2 Mirseyid oğlunun 20 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, müəssisəyə dəymiş maddi ziyan ödənilməsə də təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Cinayət işinin materiallarından görünür ki,210730270 saylı cinayət işi 23 aprel 2021-ci il tarixdə fakt üzrə Azərbaycan Respblikası CM-nin 177.2.3-cü maddəsi üzrə başlanmışdır. 04 iyul 2021-ci il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhəri 23 saylı MKS tərəfindən verilmiş 505 saylı, 06 iyul 2021-ci il tarixli arayışdan görünür ki,Təqsirləndirilən şəxs St Sumqayıt ev 7, mənzil 1-də qeydiyyatdadır. 23 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında araışdın və cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən göürünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü bir azyaşlı, 2004 və 2005-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli 16 iyul 2021-ci il tarixində CM-nin 177.2.3-cü maddəsindən 177.2.2 və 177.2.23-cü maddələrinə tövsif olunmuş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur.Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən digər hallar yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmamış şəxs olması və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasıdır. Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhəri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli (iş № 1(060)- 602/2021) qərarını icra edərək, 24 avqust 2021-ci il tarixli 996 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Həmçinin cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 istintaq zamanı 45 saat müdafiəçi qismində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün manat miqdarında müəyyən edilmişdir. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İstintaqda göstərilən hüquqi yardıma görə cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsin nümayəndələri- Nümayəndə1 və Nümayəndə2 hökm qanuni qüvvəsini aldıqdan sonra dəymiş maddi ziyanın ödənilməsini təmin etmək üçün mülki iddia qaydasında Sumqayıt şəhər Məhkəməsinə müraxcciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ev 7 mənzil 1-də yerləşən ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsin nümayəndələri- Nümayəndə1 və Nümayəndə2 hökm qanuni qüvvəsini aldıqdan sonra dəymiş maddi ziyanın ödənilməsini təmin etmək üçün mülki iddia qaydasında Sumqayıt şəhər Məhkəməsinə müraxcciət etmək hüquqları izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İstintaqda təqsirləndirilən şəxsə göstərilən hüquqi yardıma görə cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Pərviz Hacıyev