Məhkəmə qərarları › İş №1(060)-602/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-602/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-602/2022 14.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi ərazisində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onun sol göz və sol qabırğasına yumruq və təpiklə zərbə vurarqq on qapalı kəllə beyin travması, baş berin silkələnməsi, sol gözətrafı nahiyyənin şişkinliyi – hematoması, gözün ağlı qişasına qansızma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa «YÜNGÜL» zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi ərazisində qardaşı Namizlə aralarında söz mübahisəsi yaranmışdır. Belə ki, qardaşı Namiz həmin zaman onunla kobud rəftar etmişdir, o da buna çox əsəbiləşmiş, qardaşına onunla kobud rəftar etdiyini bildirmişdir, qardaşı isə bundan sonra ona söyüş söyməyə başlamışdır. Qardaşın həmin hərəkətindən sonra o əsəblərini cilovlaya bilməmiş, ona xəsarət yetirmişdir. Mübahisə zamanı ətrafda heç kim olmamışdır. Hazırda əməlindən peşmandır və qardaşı ilə barışmışdır. Məhkəmədən qardaşı ilə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi ərazisində qardaşı Etiranla aralarında şəxsi zəmində söz mübahisəsi düşmüş, bu zaman qardaşı Etiran ona məxsus “KAMAZ” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı maşının radiatorunun naqillərini kəsmişdir. O, Etirandan bunu nəyə görə etdiyini soruşduqda Etiran gözlənilmədən onun üzərinə gələrək sol göz və sağ qabırğa nahiyyəsinə yumruqla vurmuşdur. Bundan sonra isə Etiran oranı tərk edərək getmişdir. Evə daxil olan zaman həyat yoldaşı Alagöz onun gözlərinin göyərmiş vəziyyətdə olduğunu görmüş və 102 xidmətinə zəng vuraraq xəbər vermişdir. Hadisə vaxtı kənar şəxs olmamışdır və aralarındakı mübahisə ümumilikdə 10 dəqiqə davam etmişdir. Hazırda qardaşı ilə barışmışdır, ondan şikayəti yoxdur və Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:45 radələrində həyat yoldaşı Namiz yaşadıqları evə daxil olan zaman onun sol göz nahiyyəsinin göyərilmiş vəziyyətdə olduğunu görərək ondan hadisənin kimin törətdiyini soruşarkən o qardaşı Etiranın H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı sol göz və sol qabırğasına yumruq və təpiklə zərbə vurduğunu bildirmişdir. O,dərhal DİN-nin “102” xidmətinə zəng vuraraq yoldaşı Namizin qardaşı Etiran tərəfindən döyülməsi barədə müraciət etmişdir. Mübahisə zamanı yoldaşının bildirdiyinə görə ətraflarında heç kim olmamışdır. Yolşadı Namiz evə daxil olan zaman o tək olmuş, yoldaşının qardaşı Etiran tərəfindən föyülməsi barədə heç kimə məlumat verməmişdir. Bundan sonra o yoldaşı Namizlə birlikdə 2-ci PBnə getmiş, oradan çıxdıqdan sonra yoldaşının vəziyyəti pis olduğundan müayinə olunması üçün Sumqayıt şəhər TTYY xəstəxanasına getmişdirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 826 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözətrafı nahiyyənin şişkinliyi hematoması, gözün ağlı qişasına qansızma” xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruq və təpiklə vurmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2338 saylı, xx.xx.2022-cci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Tibb Mərkəzi 3 nömrəli xəstəxana tərəfindən verilmiş 208 saylı, 16 iyun 2022-i il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 186.1-i maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi məhkəməyə göndərilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 1(060)-7/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 186.1-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 127.2.3cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması, CM-nin 186.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Lakin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli , 1(060)-7/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verildiyindən hökm qanuni qüvvəsini almamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduuğundann sonuncunun əməli CM-nin 128-ci maddəsinə tövsif edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-602/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli 920/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar