Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-602/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə təkar qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, gecə saat 04:00 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 7- 8-12-ci məhəllə (birləşmiş məhəllə) ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus qarajın dəmir qapısının asma qıfılını kəlbətinlə sıxıb açmaqla, qanunsuz olaraq qaraja daxil olub, qarajdan sonuncuya məxsus 1 ədəd 150 manat dəyərində, 26 ölçülü, “Start” markalı velosipedi, 1 ədəd 40 manat dəyərində 2017-ci il istehsallı “polo” markalı 0,9x0,4m ölçüdə olan təkərli çamadanı, 1 ədəd 100 manat dəyərində “Redbol” markalı, Black-134 modelli qaynaq aparatını, 1 ədəd 60 manat dəyərində “Siemens” markalı kompyuter dəstini (monitor ilə birgə) gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 350(üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 05:00 radələrində, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 7-8-12-ci məhəllə(birləşmiş məhəllə) ərazisində yerləşən Filipə məxsus qarajın dəmir qapısının asma qıfılını kəlbətinlə sıxıb açmaqla, qanunsuz olaraq qaraja daxil olub, qarajdan sonuncuya məxsus 1 ədəd 150 manat dəyərində, 26 ölçülü, “Start” markalı velosipedi, 1 ədəd 160 manat dəyərində “Sunshine Sport” markalı, qırmızı rəngli, elektirikli uşaq avtomobilini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 310 (üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə (birləşmiş məhəllə) ərazisində, qarajlar olan yerdən keçərkən, həmin qarajlardan birinin qapısının rahat açıla bilən asma qıfılla kilidləndiyini görüb, gecə saatlarında əraziyə qayıdıb həmin qarajın asma qıfılını açıb qaraja daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü İl tarixdə saat təxminənən 04:00 radələrində həmin yerə gedərək sözügedən qarajın qapısının dəmir qıfılını öncədən özü ilə gətirdiyi kələbətinlə sıxıb açaraq qaraja daxil olmuş və qarajdan 1 ədəd təkərli çantam, 1 ədəd qaynaq aparatını, 1 ədəd “start” markalı velosipedi və 1 ədəd simens markalı kompyuteri oğurlayaraq qarajın asma kilidini yenidən bağlayıb oğurladığı əşyaları da götürüb oradan uzaqlaşmışdır. Bundan sonra oğurladığı çantanı yaxınlıqda yerləşən binalardan birinin zirzəmisində gizlətmişdir. Oğurladığı digər əşyaları isə aparıb yaşadığı evin zirzəmisində gizlətmişdir. xx.xx.2023-cü il tarixdə o, oğurladığı 1 ədəd velosipedi və 1 ədəd qaynaq aparatını, metal qəbul edən şəxs kimi tanıdığı Ramil adlı şəxsə, Ramilin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşadığı ünvanda 50 manata satmış və satdığı əşyaların özünə məxsus olduğunu, hətda başqa bir velosipedi də, olduğunu Ramilə bildirərək, həmin velosipedi də, almaq istəyib-istəmədiyini soruşduqda Ramil almaq istədiyini bildirmişdir. Belə olan təqdirdə o, sözügedən qaraja yenidən daxil olub, orada olan 2-ci velosipedi də, oğurlayıb Ramilə satmaq qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə, saat təxminən 05:00 radələrində o, təkrarən həmin qarajın asma qıfılını kəlbətinlə sıxıb açaraq qaraja daxil olmuş və qarajda olan 1 ədəd “star” markalı velosipedi və 1 ədəd qırmızı rəngli uşaq üçün oyuncaq avtomobili oğurlayıb, əvvəlki qaydada qarajın asma qıfılını bağlayıb, ordan uzaqlaşmışdır. O, yaxınlıqda yaşayan dostu Samirin evinə gedərək oğurladığı uşaq üçün oyuncaq avtomobili Samirin evinə qoymuş və bir müddət sonra gedib götürəcəyini bildirmişdir. O, oğurladığı velosipedi Ramilə satmaq məqsədi ilə Ramilin yanma aparmış və sözügedən velosipedi 30 manata həmin şəxsə satmışdır. Polis bölməsinə aparıldıqdan sonra ona məlum olmuşdur ki, oğurladığı əşyalar X3 adlı vətəndaşa məxsusdur. Həmçinin o, ifadəsində sözügedən oğurluq hadisələrini tək törətdiyini, oğurlayacağı əşyaları ondan satın alacağına heç kim ona vəd vermədiyini, məlum oğurluq hadisələrini törədərkən heç kimin onu görmədiyini, ona mane olmağa çalışmadığını, oğurladığı digər şeyləri yaşadığı evin zirzəmisinə yığdıqdan sonra gizlətdiyi sözügedən çantanı götürmək üçün getdiyini ancaq çantanı gizlətdiyi yerdə tapa bilmədiyini, onun sözügedən qarajdan ikinci dəfə oğurluq etmək niyyəti olmadığını, sadəcə olaraq, oğurladığı əşyaların satışından əldə etdiyi gəlir az olduğu üçün həmin qarajdan təkrarən oğurluq etmək qərarına gəldiyini və oğurladığı əşyaları satdığı Şahid2 başqa bir velosipedin də olduğunu bildirərək həmin velosipedi də, almaq istəyibistəmədiyini soruşduqda Ramil almaq istədiyini bildirdiyi üçün həmin qarajdan 2-ci dəfə təkrarən oğurluq etmək qərarını qətiləşdirdiyini qeyd etmişdir. Qeyd edir ki, bir neçə müddətdir ki, narkotik maddələrdən istifadə edir. Hazırda zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək oğurlanmış əşyaların geri qaytarıldığını, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, yaşadığı binanın yaxınlığnda cərgə ilə inşa edilmiş qarajlardan biri ona məxusdur. O, həmin qarajda özünə məxsus olan bəzi əşyaları saxlayır. xx.xx.2013-cü il tarixdə o, həmin qarajdan bəzi əşyalarını götürmək üçün getdikdə qarajda saxladığı bütün əşyaları yerində olsa da, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində qarajın qapısını açıb içəri keçdikdə qarajda saxladığı bir çox əşyaların-2 ədəd Start markalı velosipedinin, 1 ədəd elektrikli uşaq oyuncaq avtomobilinin, 1 ədəd qaynaq aparatının, 1 ədəd Siemens markal kompyuterin, 1 ədəd təkərli çamadanın-yerində olmadığım aşkar etdikdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslərin sözügedən qarajın asma qıfılını açıb qaraja daxil olaraq qarajdan ona məxsus yuxarıda sadaladığı əşyaların oğurlandığını başa düşmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək əmlakının oğurlanması barədə məlumat vermişdir. Həmçinin o, ifadəsində əmlakının kim tərəfindən oğurlandığını bilmədiyini qeyd etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 06:00 radələrində əvəllər tanıdığı, onunla eyni cəza çəkmə müəssisəsində cəza çəkmiş Murad adlı tanışı onun yaşadığı ünvana gedərək, Murada qırmızı rəngdə uşaq avtomobilini bir nəfər tanışının verməsini, hal-hazırda həmin maşını evinə apara bilməməsini və bir gün onun evində qalmasını xahiş etmiş və səhəri gün gedib həmin oyuncaq maşını götürəcəyini bildirmişdir. O, Muradın sözlərinə inanmış və həmin uşaq maşınının onun evində qalmasına razı olmuşdur. Murad dediyi vaxtda gedib həmin maşını götürməmişdir. Həmçinin o, ifadəsində sözügedən uşaq maşının Murad tərəfindən oğurlandığından xəbərsiz olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 03 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 49); 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 72-73) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 80-82); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 83-84); “cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməlinin tövsif edilməsi və təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 112) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Əhmədağa Hüseynovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 7-8-12-ci məhəllə (birləşmiş məhəllə) ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus qarajda oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 06-07) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Əhmədağa Hüseynovun tərtib etdiyi təqdim etmə və götürmə haqqında protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Siemens” markalı kompyuter dəstini polisə təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 16-18) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Əhmədağa Hüseynovun tərtib etdiyi təqdim etmə və götürmə haqqında protokoldan göründüyü kimi, Həsənov X2 Filip Vladimiroviçə məxsus 02 ədəd “Start” markalı velosipedi və 1 ədəd qaynaq aparatını polisə təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 23-25). xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı Əhmədağa Hüseynovun tərtib etdiyi təqdim etmə və götürmə haqqında protokoldan göründüyü kimi, Şahid1 Zərərçəkmiş şəxs “Sunshine Sport” markalı, qırmızı rəngli, elektirikli uşaq avtomobilini polisə təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 30-31). “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış, ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bir daha ilkin İfadələrində göstərdiyi xüsusatlan hadisə yerində göstərərək təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 94-97). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2395 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir. 02 ədəd 26 ölçülü “Start” markalı velosiped- bir ədədinin qiyməti 150 manat olmaqla, cəmi 300 manat 01 ədəd “Siemens” markalı kompüter dəsti(monİtor İlə birgə)- bir ədədinin qiyməti 60 manat olmaqla, cəmi 60 manat 01 ədəd “Redbol” markalı, Black-134 modelli qaynaq aparatı-bir ədədinin qiyməti 100 manat olmaqla, cəmi 100 manat 01 ədəd “Sunshine Sport” markalı, qırmızı rəngli, elektrikli uşaq avtomobili-bir ədədinin qiyməti 160 manat olmaqla, cəmi 160 manat Qərarın təsviri hissəsində göstərilən, tədqiqata təqdim edilməyən 01 ədəd 2017-ci il istehsallı, “Polo” markalı, 0,9x0,4m ölçüdə olan təkəli çamadanın nəzəri qaydada bir ədədinin qiyməti 40 manat olmaqla, cəmi 40 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 620,00 manat müəyyən edilir. Digər təqdim edilməyən qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 40,00 manat müəyyən edilir (i.v. 107-111) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 29.177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. AR Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. (i.v. 105-106); İş materiallarına əlavə edilmiş “Qəbz”dən görünür ki, 02 ədəd, 26 ölçülü, “Start” markalı velosiped, 01 ədəd “Redbol” markalı, Black-134 modelli qaynaq aparatı, 1 ədəd “Siemens” markalı kompyuter dəsti (monitor ilə birgə) 1 ədəd “Sunshine Sport” markalı, qırmızı rəngli, elektirkli uşaq avtomobili-maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 144) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 101). İş materiallarında olan vəsiqələrin və şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2023-ci il təvəllüdlü X5 adlı övladları var. ( i.v. 102-104) “sübutların qiymətləndirilməsi haqqında” 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməllərində AR CM-nin 177.2.1 və 180-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılmasından imtina edilmiş, Şahid1 və Şahid2 əməlində CM-nin 32.5-ci maddəsinin tərkib əlamətləri olması istintaq zamanı müəyyən edilmədiyindən onların barəsində həmin Məcəllənin 32.5, 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı şəxs-Şahid2 həmin əşyaların oğurluq olduğunu bilməsi istintaq zamanı sübuta yetmədiyindən CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən iş üzrə CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmiş, istintaq zamanı götürülmüş maddi sübutlar-2 ədəd, 26 ölçülü, “Start” markalı velosiped, 1 ədəd “Redbol” markalı, Black-134 modelli qaynaq aparatı, 1 ədəd “Siemens” markalı kompyuter dəsti (monitor ilə birgə) 1 ədəd “Sunshine Sport” markalı, qırmızı rəngli, elektirkli uşaq avtomobili-maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. ( i.v. 133-138) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq - təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, sonucunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4, 59.1.12, və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları xüsusən də zərərçəkmiş şəxslə barışıq əldə etməsi və himayəsində 02 azyaşlı övladının olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən bir neçə halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 03 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar-2 ədəd, 26 ölçülü, “Start” markalı velosiped, 1 ədəd “Redbol” markalı, Black-134 modelli qaynaq aparatı, 1 ədəd “Siemens” markalı kompyuter dəsti (monitor ilə birgə) 1 ədəd “Sunshine Sport” markalı, qırmızı rəngli, elektirkli uşaq avtomobilinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübutlar-2 ədəd, 26 ölçülü, “Start” markalı velosiped, 1 ədəd “Redbol” markalı, Black-134 modelli qaynaq aparatı, 1 ədəd “Siemens” markalı kompyuter dəsti (monitor ilə birgə) 1 ədəd “Sunshine Sport” markalı, qırmızı rəngli, elektirkli uşaq avtomobilinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 SaylıVəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-602/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-602/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver