Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-603/2025 26.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi vasitəsi ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd boz rəngli kağız bükümdə, təmiz çəkisi 0.303 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 iyul 2025-ci il tarixdə, saat 00:04-də Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, N saylı hərbi hissənin yaxınlığında saxlanılıb orada üzərinə keçirilmiş baxış zamanı əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd boz rəngli kağız bükümdə təmiz çəkisi 0.303 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərinə şəxsi axtarış keçirilmiş və 1 ədəd bükümdə narkotik vasitə aşkarlanmışdır. Bildirmişdir ki, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün 20 yanvar ərazisində 10 manata almışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməlindən peşmandır. Abşeron rayon Məhkəməsinin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin digər hökmü ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası ona tam aydındır. 1992-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvələr məhkum olmuşdur. Subaydır. Təxminən 3-4 il olar ki, narkotik vasitələr qəbul edir. Narkotik vasitələr istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2025-ci il tarixdə təxminən saat 00:04 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, N saylı hərbi hissənin yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla üzərinə baxış keçirtmişlər. Baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o da əynində olan şalvarının sağ yan cibindən boz rəngli kağız bükümdə olan maddəni çıxarıb təqdim etmişdir. Həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, 20 yanvar ərazisindən tanımadığı şəxsdən 10 manat pul verməklə əldə etdiyini bildirmişdir. Həmin bükülü elektron tərəzi vasitəsilə çəkisi müəyyən edildikdən sonra zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin üzərinə o da imza etmişdir. Daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü onu PB-nə gətirmişlər. O da etiraz etməyib onlarla birlikdə PB-nə gəlmişdir. PB-nə gətirildikdən sonra ona şübhəli qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili X1 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərindən aşkar edilmiş maddənin qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə başqa bir zərflərə qoyulmaqla qablaşdırılmışdır. Sorğu zamanı bir daha həmin narkotik vasitənin özünə məxsus olduğunu. Bakı şəhəri. 20 yanvar ərazisindən tanımadığı şəxsdən 10 manat pul verməklə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ata və anasının xəstə olduğuna görə ailə vəziyyətinin nəzərə alınmasını, həmçinin hal-hazırda digər iş üzrə həbsdə olmağını nəzərə alınaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün özünün etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış protokolları, həmin protokola əlavə edilmiş videogörüntülər, maddi sübutlar, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertiza rəyi, həmçinin ilkin təhqiqat materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən PB-yə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 13 iyul 2025-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyataxtarış tədbiri keçirməkdən ötrü onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onun Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, N saylı hərbi hissənin yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər, ona yaxınlaşaraq üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o da üzərində saxlamış olduğu 01 ədəd bükümdəki narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra həmin bükülü zərfə qoyularaq xüsusi qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işləri aparılmasından ötrü PB-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00.04-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqələrində olan 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə, saat 10:15-də saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 7-8-ci və 48-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstününün yoxlanılmasına dair” protokoldan və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında, xidməti otaqların birində bölmənin təhqiqatçısı, polis mayoru Elnur İmanov Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Sonra təhqiqatçı Elnur İmanov Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Pİ-nə gətirildiyini bildirir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt regional Vəkil Bürosunun vəkili X1 təqdim edilir. PB-nin əməliyyat müvəkkili təhqiqatçıya 01 ədəd zərf təqdim edir. Təqsirləndirilən şəxs narkotik vasitənin nə zaman, haradan və kimdən əldə etdiyi soruşulduqda o, həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 10-11 radələrində Bakı şəhəri, 20 yanvar ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmur. Bu barədə şəxsi axtarış keçirilməsinə dair videogörüntüyə aid 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin 26-27-ci və 46-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirtdiyi əməliyyat -axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, N saylı hərbi hissənin yaxınlığında saxlanılır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edildi və o da üzərində saxlamış olduğu 01 ədəd bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etdi. Həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 0.44 qram olması müəyyən edilir. Daha sonra həmin kütlə 01 ədəd zərfə qoyulmaqla qablaşdırılır və möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmsı üçün Pİ-nə dəvət olunur. Bu barədə şəxsi axtarış keçirilməsinə dair videogörüntüyə aid 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan 14 iyul 2025-ci il tarixli 20/625 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Arayışlar üçün No242” möhür əksi. “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə; Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; İştirakçı: /imza/ Şahid2; Tərtib etdi: /imza/ Şahid1” əl yazıları olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.303 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,303 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,203 qram qalıq qalmışdır. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 102-105-ci vərəqələrində olan 31 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 0.303 qram çəkidə heroin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0.203 qram heroin iş üzrə saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişə dair 02 (iki) ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan 23 iyul 2025-ci il tarixli 4407 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2024-cü il tarixdən RNM-da (F19.2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 90-92-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə verilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən 02 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunmuşdır. Sonuncu dəfə Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 94-100-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli Abşeron rayon Məhkəməsinin hökmü ilə 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(012)-983/2025 saylı hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixli 1(012)-983/2025 saylı hökm 22 sentyabr 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən 00:04-dən xx.xx.2025-ci il tarix saat 10:15-ə dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-983/2025 nömrəli hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-983/2025 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 23 iyul 2025-ci il tarixli 4407 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,203 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nadirov X6 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 01 (bir) il 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən 00:04-dən xx.xx.2025-ci il tarix saat 10:15-ə dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-983/2025 nömrəli hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-983/2025 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və Respublika Narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut kimi tanınan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,203 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi– 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-603/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-603/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver