Məhkəmə qərarları › İş №1(060)-604/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-604/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-604/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Zülfuqarlı kəndində qeydiyyat olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə xx.xx.2023-cü il tarixdə, Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən dükana girib, dükan sahibi olan Zərərçəkmiş şəxs özünü Fövqaladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt şəhər X4 idarəsinin 24 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni olması barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə, FHN-nin tikinti işlərində istifadə etmək üçün icarəyə götürüb, tikinti işləri yekunlaşdıqdan sonra icarə pulunu ödəyəcəyini və icarəyə götürdüyü alətləri qaytaracağını yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə 1 ədəd qiyməti 400 manat olan, dizel yanacağı ilə işləyən, 2020-cı il Çin istehsalı “Keman” markalı, 5kw-lıq, istifadə edilmiş, işlək vəziyyətdə olan generatoru, 1 ədəd qiyməti 400 manat olan, benzin yanacağı ilə işləyən, 2020-ci il Çin istehsalı, “ATC” markalı, 5kw-İıq, istifadə edilmiş, işlək vəziyyətdə olan generatoru, 1 ədəd qiyməti 120 manat olan elektrik cərəyanı ilə işləyən, 2022-ci il Çin istehsalı, “XO” markalı, 300 amperlik, istifadə edilmiş, işlək vəziyyətdə olan qaynaq aparatını, 1 ədəd qiyməti 80 manat olan, 2021-ci il Alman istehsalı, “BOSCH” markalı, çarxın ölçüsü 230MM, gücü 2600W, istifadə edilmiş, işlək vəziyyətdə olan laqondanı, 1 ədəd qiyməti 60 manat olan, 2020-ci il Çin istehsalı, “SKOM” markalı, qazma diametri maksimum 32mm, gücü 850 vat, enerji təchizatı 220V, zərbə gücü 4J, təsir tezliyi 4100 rpm, istifadə edilmiş, işlək vəziyyətdə olan perforator, həmçinin Xaliq Hüseynlidən taksiyə vermək üçün istədiyi və alətlərlə birlikdə qaytaracağı barədə yalan vəd verdiyi, sonuncunun xx.xx.2023-cü il tarixdə onun hesab kartına göndərdiyi 14 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş X3 ümumilikdə 1074.00 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, maddi vəziyyəti aşağı olduğu və pula ehtiyacı olduğu üçün, Sumqayıt şəhəri, 17-cı mikrorayon ərazisində yerləşən təmir-inşaat alətlərinin icarəsi ilə məşğul olan dükana gedib bir neçə təmir-inşaat alətlərini icarəyə götürüb qaytarmaq adı ilə dükan sahibini aldadıb, götürəcəyi alətləri sataraq gəlir əldə etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə, günorta saatlarında həmin dükana gedib, dükanın sahibi olan Zərərçəkmiş şəxs yaxınlaşıb özünü FHN-nin əməkdaşı kimi təqdim edərək FHN-nin nəzdində olan obyektlərdə istifadə etmək məqsədi ilə bir neçə təmir-inşaat alətləri icarəyə götürmək istədiyini, icarəyə götürdüyü alətləri 3 gündən sonra qaytaracağını və icarə pulunu ödəyəcəyini bildirmişdir. Hətta ona inanması üçün mobil telefonunun yaddaşında olan keçmiş xidməti vəsiqəsinin şəkilini də votsap vasitəsi ilə Xaliqin mobil telefonuna göndərmiş, sonuncu ona inanmış və ona istədiyi alətləri verməyə razı olmuşdur. O, təmir-inşaat alətlərini səhəri gün gedib götürəcəyini bildirmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 08:30 radələrində o, Xaliqin dükanına qayıtmış və icarəyə götürüb 3 gündən sonra qaytaracağını bildirib Zərərçəkmiş şəxs aldadarq sonuncudan 1 ədəd dizel yanacağı ilə işləyən, 1 ədəd benzin yanacağı ilə işləyən generator, 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda, 1 ədəd perefarator götürüb getmişdir. Hətta, Zərərçəkmiş şəxs ona yol pulu verməsini xahiş etmiş, Zərərçəkmiş şəxs onun kart hesabına 14 manat pul göndərmişdir. Elə həmin gün də o, Zərərçəkmiş şəxs icarə adı ilə götürdüyü 1 ədəd dizel yanacağı ilə işləyən generatoru satmaq məqsədi ilə Bakı şəhəri, Sədərək ticarət mərkəzinə aparmış və orada həmin generatoru Elvin adlı şəxsə 200 manata satmış, digər təmir-inşaat alətlərinin foto şəkillərini çəkib “Tap.az” internet saytında satışı barədə elan yerləşdirmişdir. Elan yerləşdirdikdən bir qədər sonra, tanımadığı şəxs onun 051 ***-**-** mobil telefon nömrəsinə zəng edərək, satışı barədə sayta elan yerləşdirdiyi alətləri-1 ədəd benzinlə işləyən generatoru, 1 ədəd qaynaq aparatım, 1 ədəd laqondanı, 1 ədəd perefaratoru almaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində, Sumqayıt şəhəri, Novxanı bağları, dəniz kənarı ərazidə o, adını bilmədiyi həmin müştəri ilə görüşüb sözügedən alətləri ümumilkdə 300 manata həmin şəxsə satmışdır. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs ona zəng edərək, nə üçün icarəyə götürdüyü alətləri və icarə pulunu hələ də gətirmədiyini soruşduqda o, Sumqayıt şəhərində olmadığını, qısa müddət ərzində alətləri və eləcə də, alətlərin icarə pulunu qaytaracağını bildirmişdir. Bundan sonra Xaliq bir neçə dəfə ona zəng edərək icarəyə götürdüyü sözügedən alətləri qaytarmasını və alətlərin icarə pulunu ödəməsini tələb etdikdə o, hər dəfə bir bəhanə göstərərək Zərərçəkmiş şəxs aldatmışdır. Xaliq xx.xx.2023-cü il tarixdə ona zəng edib alətləri qaytarmasını tələb etdikdə o, icarə adı ilə Zərərçəkmiş şəxs götürdüyü alətləri satdığını bildirmiş, alətlərini satdığı şəxsin onunla mobil telefon vasitəsi ilə əlaqə saxladığını və sözügedən alətləri həmin şəxsə satdıqdan sonrə sonuncu ilə heç bir əlaqəsi qalmadığını, mobil telefon nömrəsini də unutduğunu bildirmişdir. Əməlindən çox peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tərəfindən tam olaraq olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödəməsini nəzərə alaraq barəsində bu cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, uzun müddətdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, “Total” inşaat materialları dükanının yanında yerləşən kiçik bir obyektdə təmir-tikinti alətləri, elektrik məişət avadanlıqlarının təmiri və eləcə də icarəsi ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, adının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrəndiyi bir nəfər tanımadığı şəxs onun iş yerinə gedərək, mobil telefonunda xidməti vəsiqəsinin şəkilini göstərməklə, Fövqaladə Hallar Nazirliyinin DYMX-nin Sumqayıt şəhər X4 idarəsinin 24 nömrəli Yanğından mühafizə hissəsinin əməkdaşı olduğunu bildirmiş və FHN-nin nəzdində olan obyektlərdə təmir-tikinti işlərində istifadə etmək məqsədi ilə bir neçə təmir-inşaat alətləri icarəyə götürmək istədiyini, icarəyə götürdüyü alətləri 3 gündən sonra qaytaracağını və icarə pulunu ödəyəcəyini bildirmişdir. O, Bahadurun FHN-nin əməkdaşı olmasına inanmış və Bahadurun istədiyi alətləri-1 ədədi dizel yanacağı ilə işləyən, 1 ədədi isə benzin yanacağı ilə işləyən 2 ədəd generatoru, 1 ədəd qaynaq aparatını, 1 ədəd laqonda və 1 ədəd perefaratoru - Bahadura icarəyə verməyə razı olmuşdur. Bahadur həmin alətləri səhəri gün gəlib götürəcəyini bildirmiş və getmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Bahadur onun obyektinə gedərək, həmin alətləri taksiyə yükləyib aparmışdır. Hətta, Bahadur həmin gün axşam saatlarında ona zəng edərək, FHN-nə getməli olduğunu, maaşını almadığı üçün üzərində pul olmadığını bildirib, Bahdurun hesab kartına 14 manat yol pulu göndərməsini xahiş etmiş və götürdüyü alətlərin icarə pulu ilə yanaşı həmin 14 manat borcunu da qaytaracağını bildirmişdir. O, Bahadurun hesab kartına 14 manat pul göndərmiş, ancaq 3 gün keçməsinə baxmayaraq Bahadur icarəyə götürdüyü alətləri qaytarmadığı və icarə pulunu ödəmədiyi üçün o, Bahadurla əlaqə saxlayıb icarəyə götürdüyü alətləri qaytarmasını və icarə pulunu ödəməsini tələb etdikdə Bahadur, öncə alətləri hələ də, istifadə etdiyini bir neçə gündən sonra qaytaracağını bildirsə də, o, Bahadurun FHN-nin əməkdaşı olmadığını, yalan söyləyərək özünü ona həmin Nazirliyin Sumqayıt şəhər X4 idarəsinin 24 nömrəli Yanğından mühafizə hissəsinin əməkdaşı kimi təqdim etməsini öyrəndiyini bildirdikdən sonra, Bahadur pula ehtiyacı olduğu üçün onu aldadıb sözügedən təmir-inşaat alətlərini icarə adı ilə ondan götürüb satdığını bildirmişdir. Belə olan halda o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs özünü FHN-nin DYMX-nin Sumqayıt şəhər X4 idarəsinin 24 nömrəli Yanğından mühafizə hissəsinin əməkdaşı kimi təqdim edərək, icarə adı ilə ondan ümumi dəyəri 2500 manat olan təmir-inşaat alətlərini -1 ədədi dizel yanacağı ilə işləyən, 1 ədədi isə benzin yanacağı ilə işləyən 2 ədəd generatoru, 1 ədəd qaynaq aparatını, 1 ədəd laqonda və 1 ədəd perefaratoru götürüb ələ keçirmişdir. Hazırda ona dəymiş dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, onunla barışmış, bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında! 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında Suqmqayıt şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); “cinayət işinin icraata qəbul etmək haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi müstəntiq Ş.Məmmədov tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. (i.v. 14) 22 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 38-39) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nin 178.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsiləndirilməsi barədə ifadəsi alınmışdır (i.v. 46-48); “qətimkan tədbirinin seçilməsi barədə” 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 51-52); “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmiş, həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 70, 72) Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 723 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ MSY-nə təhvil vermilmdir. (i.v. 76) “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 28 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 78) “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ MSY-dən dərhal azad edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində daha ciddi-“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.94-95) Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2197 nömrəli 19 aprel 2023-cü il tarixli rəyindən görünür ki, 01 ədəd dizel yanacağı ilə işləyən, 2020-cı il Çin istehsalı “Keman” markalı, 5kw-lıq, istifadə edilmiş, işlək vəziyyətdə olan generator bir ədədinin qiyməti 400 manat olmaqla, ümumi dəyəri 400 manat, 1 ədəd benzin yanacağı ilə işləyən, 2020-ci il Çin istehsalı, “ATC” markalı, 5kw-İıq, istifadə edilmiş, işlək vəziyyətdə olan generator bir ədədinin qiyməti 400 manat olmaqla, ümumi dəyəri 400 manat, 1 ədəd elektrik cərəyanı ilə işləyən, 2022-ci il Çin istehsalı, “XO” markalı, 300 amperlik, istifadə edilmiş, işlək vəziyyətdə olan qaynaq aparatın bir ədədinin qiyməti 120 manat olmaqla, ümumi dəyəri 120 manat, 1 ədəd 2021-ci il Alman istehsalı, “BOSCH” markalı, çarxın ölçüsü 230MM, gücü 2600W, istifadə edilmiş, işlək vəziyyətdə olan laqonda bir ədədinin qiyməti 80 manat olmaqla, ümumi dəyəri 80 manat, 1 ədəd 2020-ci il Çin istehsalı, “SKOM” markalı, qazma diametri maksimum 32mm, gücü 850 vat, enerji təchizatı 220V, zərbə gücü 4J, təsir tezliyi 4100 rpm, istifadə edilmiş, işlək vəziyyətdə olan perforator bir ədədinin qiyməti 60 manat olmaqla, ümumi dəyəri 60 manat. Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi paramterlərinə müvafiq olaraq 2023-cü ilin yanvar ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1060.00 manat müəyyən edilmişdir. ( i.v. 65-69) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v 57); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 64). “sübutların qiymətləndirilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin, şahidin ifadələri və ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayət əməlinin törədilməsində digər şəxslərin iştirakı müəyyən edilmədiyindən, onun cinayət yolu ilə əldə etdiyi əşyaları satdığı şəxs Şahid və adı istintaqa məlum olmayan digər şəxsin həmin əşyaların cinayət yolu ilə əldə edildiyini bilməsi istintaq zamanı sübuta yetmədiyindən, təqsirkarın özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməkdən ibarət hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310cu maddəsi ilə tövsif edilməsinı ehtiyac olmadığından iş üzrə CM-nin 178.2.1, 194 və 310cu maddələri ilə cinayət təqibinin başlanmasə CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmsəi qərara alınmışdır. (i.v. 99-104); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut və müsadirə olunmalı əmlak yoxdur Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 17 (on yeddi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 102 (yüz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar