Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-606/2022 02.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,576 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları tərəfindən 28 fevral 2022-ci il tarixdə, saat 15:40 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,314 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 06 aprel 2022-ci il tarixdə, saat 08:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsində yerləşən “Anar” marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ağrılarına görə narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələri Sumqayıt və Bakı şəhərlərində, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə o, şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində dairəvi yolun yaxınlığında olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin almışdır və öz istifadəsi üçün üzərində saxlayıb Sumqayıt şəhərinə qayıtmışdır. Narkotik vasitələrdən əksər vaxtlarda ətrafdakı şəxslər tərəfindən şəxsən tanınmadığından və buna görə də barəsində şübhə yaranmayacağını fikirləşdiyindən Sumqayıt şəhəri, Corat qəsəbəsində istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində o, əldə etdiyi narkotik vasitədən istifadə etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdilər. Onu narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirməyində şübhəli bilindiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişdilər. Polis bölməsinin xidməti otaqlarının birində ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün dövlət hesabına tərəfindən seçilmiş müdafiəçi təqdim olunmuşdur. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş əşyaların olub-olması soruşularaq, olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. O da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmişdir və çəkisinin 0,66 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa 05 aprel 2022-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində dairəvi yolun yaxınlığında olarkən şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə satmasını istəmişdir və aralarındakı razılıq əsasında həmin şəxsdən 20 manata 01 ədəd qırmızı rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroin alaraq əynindəki gödəkcənin sağ yan cibinə qoymuşdur və bundan sonra həmin şəxsdən uzaqlaşıb taksi ilə Sumqayıt şəhərində yerləşən yaşadığı ünvana gəlmişdir. Həmin gün bədənində ağrılar olmadığından aldığı narkotik vasitə heroindən istifadə etməmişdir. Lakin növbəti gün, yəni 06 aprel 2022-ci il tarixdə səhər saatlarında bədənində ağrılar olduğundan aldığı narkotik vasitə heroini istifadə etməyi üçün yaşadığı ünvanı tərk edib piyada hərəkət edərək narkotik vasitəni qəbul edəcəyi sakit bir yer axdarmağa başlamışdır. Narkotik vasitəni əksər vaxtlarda Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində istifadə etdiyindən, həmin zaman da Corat qəsəbəsi ərazisinə getmişdir. Saat 08 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsində yerləşən “Anar” marketin yaxınlığında piyada hərəkətini davam etdirdiyi zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışdılar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişdilər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuşdur və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuşdur və o, əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd qırmızı rəngli siqaret kağızı bükümü çıxardıb təqdim etmişdir, həmin bükümün içində narkotik vasitə heroin olduğunu demişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd siqaret kağızı bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmişdir və çəkisi 0,60 qram olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilməmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 06 aprel 2022-ci il tarixdə, saat 08:30 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsində yerləşən “Anar” marketin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişdilər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişdilər, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişdirlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd siqaret kağız bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir və çəkisi 0,60 qram olmuşdur. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə olunmamışdır. Belə ki, qeyd olunan faktdan da başqa Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bölmə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır və əməliyyat qrupuna o da daxil olmuşdur. 28 fevral 2022ci il tarixdə, saat 15:40 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsində yerləşən qəsəbə qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişdilər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişdilər, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etdişdilər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd sellofan bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümün içinə baxılıb narkotik vasitə heroin aşkarlanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində əldə etdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 28 fevral 2022-ci il tarixdə, saat 15:40 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsində yerləşən qəsəbə qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişdilər və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişdirlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd sellofan bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümün içinə baxılıb narkotik vasitə heroin aşkarlanmışdır. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir və çəkisi 0,66 qram olmuşdur. Daha sonra narkotik vasitə heroin kütləsi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulmuşdur və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 28 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. İş materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:40-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbirstanlığının yaxınlığında şübhəli şəxs kimi tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərarla toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Həmin günü, yəni xx.xx.2022-ci il tarixdə cinayət işi icraatında olan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi X8 Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilməsindən ötrü vəsatətlə Sumqayıt şəhər Prokurorluğuna müraciət etmiş, xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə olunmasından imtina edilməsi və təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:40 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbirstanlığının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra xidməti otaqların birində saat 16:33-də inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı, iştirakçılar ilə birlikdə onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X9 təqdim olundu, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli salofan bükümünü təqdim etmişdir. Həmin şaffaf rəngli salofan büküm açılmış, həmin bükümün içərisinə baxarkən bükümdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vaistədir. Aşkar olunmuş maddəni Bakı şəhəri, 3-cü mikrorayon dairəsi deyilən yerdə tanımadığı şəxsdən 20 (iyirmi) AZN pula aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş şəffaf rəngli salofana bükülmüş maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin ağ rəngli salofan ilə birlikdə 0.66 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin maddə Azərbycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. İş materaillarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda orada “00121” adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 06 dəqiqə 05 saniyə müddətində videogörüntü vardır. Həmin videogörüntüdə 28 fevral 2022-ci il tarixdə, saat 15:40 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbirstanlığının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Sumqayıt ŞPİ-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardaraq təqdim etdiyi, bükümün içinə baxıldıqda narkotik vasitə heroinin olduğu təhqiqatçı tərəfindən aşkar olunaraq götürüldüyü, kütlənin bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,66 qram olduğu, həmin kütlənin ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalandığı, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı ağrılarına görə narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 28 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində 20 manata əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini, şikayətinin olamdığını bildirdiyi müəyyən edilmişdir. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qeyd olunanların həqiqəti əks etdirdiyini, həmin videogörüntünün üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarət olduğunu, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan həmin prosessual hərəkətin keçirildiyini, təqdim etdiyi içində narkotik vasitə heroin olan 01 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1249 nömrəli rəyindən görünür ki, tədqiqata obyekti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 125” dairəvi möhür əksləri olan, ““...Şübh. şəxs : ...Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,576 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair” akta əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 0,576 qram olmuşdur. Tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin qalıq çəkisi 0,526 qram olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsi razisində saxlanılaraq Sumqayıt ŞPİ 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra xidməti otaqların birində saat 10:00-da inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı, iştirakçılar ilə birlikdə onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olundu, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli parça gödəkcənin sağ yan cibində saxlamış olduğu 1 ədəd qırmızı rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm açılmış, həmin bükümün içərisinə baxarkən bükümdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vaistədir. Aşkar olunmuş maddəni Bakı şəhəri, 3-cü mikrorayon dairəsi deyilən yerdə tanımadığı şəxsdən 20 (iyirmi) AZN pula aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş siqaret kazğızına bükülmüş maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin bükümü ilə birlikdə 0.60 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin maddə Azərbycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1876 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ““...Şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,314 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair” akta əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 0,314 qram olmuşdur. Tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin qalıq çəkisi 0,264 qram olmuşdur. İş materaillarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda orada “00171” adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 06 dəqiqə 16 saniyə müddətində videogörüntü vardır. Həmin videogörüntüdə 06 aprel 2022-ci il tarixdə saat 08:30 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacıbaba Salayev küçəsində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü çıxardaraq təqdim etdiyi, bükümün içinə baxıldıqda narkotik vasitə heroinin olduğu təhqiqatçı tərəfindən aşkar olunaraq götürüldüyü, kütlənin bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,60 qram olduğu, həmin kütlənin ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalandığı, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini, şikayətinin olamdığını bildirdiyi müəyyən edilmişdir. Diskə baxış keçirilməsində iştirak edən QuliyevŞükür Sultan oğlu videogörüntüdə qeyd olunanların həqiqəti əks etdirdiyini, həmin videogörüntünün üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarət olduğunu, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan həmin prosessual hərəkətin keçirildiyini, təqdim etdiyi içində narkotik vasitə heroin olan 01 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 06 iyul 2022-ci il tarixdədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsi, 93-3-cü maddənin 2-ci və 3-cü hissələri və 38-ci maddəsi ilə 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Son olaraq Abşeron rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə ********* və ********* nömrəli cinayət işləri üzrə xx.xx.2021-ci il tarixdə məsuliyyətə cəlb olunmuş, xx.xx.2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Abşeron RPİ-nin İŞ tərəfindən qəbul edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs X4 ilə birlikdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirildikləri ********* nömrəli cinayət işi, həminin şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş, 23 mart 2022-ci il tarixdə cinayət işinin istintaq müddəti başa çatdığından və Təqsirləndirilən şəxs tapılaraq onunla bağlı zəruri və təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilməsi və məhkəmə məsuliyyətinə verilməsi mümükün olmadığından ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi ayrılaraq sonuncu barəsində 10 mart 2022-ci il tarixdə axtarış elan edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1a, mənzil 56-da yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş “ailə tərkibi haqqında” arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1a, mənzil 56-da atası-1950-ci il təvəllüdlü Quliyev Sultan Əhəd oğlu və anası-1959-cu il təvəllüdlü X6 ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 1099 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai araşdırılması davam etdirilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqın ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan “əşyaların maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,576 qram (qalıq 0,526 qram) və 0,314 qram (qalıq 0,264 qram) narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntülər maddi sübut hesab edilməsi, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd bükümdə qalıq qalmış 0,526 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə qalıq qalmış 0,264 qram narkotik vasitə heroin Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, 02 ədəd DVD diskdə videogörüntülərin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2036 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Abşeron RPİ-nin İstintaq Şöbəsi tərəfindən icraatlarında olan ********* nömrəli cinayət şi üzrə Sumqayıt ŞPİnin İstintaq Şöbəsinə heç bir məlumat verilmədiyindən və cinayət işi Sumqayıt ŞPİ-nin İŞnə göndərilmədiyindən ********* nömrəli cinayət işinin icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilməyərək bir icraata qəbul edilməməsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün, yəni 21 iyul 2022-ci il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və sonrakı məhkəmə baxışında vermiş olduğu etirafedici ifadəsi işin faktiki hallarına uyğun olduğundan həmin ifadələri sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi məsuliyyətini ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin təkrar törədilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat və 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-ın 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra 01 ədəd bükümdə qalıq qalmış 0,526 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə qalıq qalmış 0,264 qram narkotik vasitə heroin məhv edilməli, bundan başqa maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən 02 (iki) ədəd CD isə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat və 92 (doxsan iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra 01 ədəd bükümdə qalıq qalmış 0,526 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə qalıq qalmış 0,264 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən 02 (iki) ədəd CD iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-606/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-606/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver