Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-606/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhəri, Xəzər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olan, Qubadlı rayon, Sarıyataq kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 küçəsi, fərdi ev ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən və xeyli miqdarda ziyan vurmaqla etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, cinayətdən xəbərsiz X6 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 İİ Qarabağ müharibəsi iştirakçısı kimi əlillik düzəltdirəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin adla hissə-hissə, yəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Kapital Bank"ın yaxınlığında Ramil İsmayılovun vasitəsilə aldığı 3.500 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri İ.Qayıbov küçəsində yerləşən Sumqayıt şəhəri 2 saylı tam orta məktəbin qarşısında R.İsmayılovun vasitəsilə aldığı 2.000 manat, 19 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri Sahil küçəsində yerləşən “Freqat" restoranında aldığı 500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 6.000 (altı min) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs2 ilə tanış olub sonuncuya dayandırılmış pensiya təyinatını bərpa etdirəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs2 ilə razılaşmaqla sövdələşib, həmin adla 2023-ci ilin aprel ayından iyun ayınadək olan müddətdə hissə-hissə, yəni 2023-cü ilin aprel ayının son günlərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Araz" supermarketində quraşdırılmış “Emanat” terminalı vasitəsilə istintaqa məlum olmayan kart hesabına köçürülmüş 1900 manat, həmin ərəfədə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Kontakt Home" mağazasının qarşısında aldığı 100 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Karvan" ticarət mərkəzinin qarşısında tanışı Şahid3 vasitəsilə aldığı 5.100 manat və 2023-cü ilin iyun ayının ilk günlərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Mərasim evi"nin qarşısında aldığı 400 məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 7.500 (yeddi min beş yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzədə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Şahid3la dostdur. Zərərçəkmiş şəxs2lə çayxanada təsadüfən tanış olmuşlar. Zərərçəkmiş şəxs2 ilə ona pensiya düzəldilməsi ilə bağlı tanışlığı yaranmamışdır. Zərərçəkmiş şəxs1la Ramil İsmayılov vasitəsi ilə pensiya məsələsi ilə bağlı olaraq tanış olmuşlar. İlyas Ağayevlə bağlı özünü təqsirli bilərək qeyd edir ki, o, 2023-cü il mayında 3500 yox, 1800 manat məbləği Ramildən borc olaraq almışdır. Ramil ilə bundan əvvəl borc alışverişi olmayıb. Ramil ilə onun və Ramilin dostu avtomobil qəzası keçirdikdə xəstəxanada tanış olublar. 1800 manat pul məbləğini İlyasdan pensiya düzəltmək üçün alıb. Lakin bildirir ki, Ramil İlyasdan bu məqsədlə 6000 manat almış, ona isə yalnız 1800 manatı vermişdir. Bildirmişdir ki, Ramilin bu hərəkətindən sonradan xəbəri olmuşdur. İlyası aldatmaq istəməmişdir, şəxsə pensiya düzəldəcəyi ilə ona vəd verilmiş, lakin aldadılmışdır. Buna görə pensiya düzəldə bilməmiş, maddi vəziyyəti imkan vermədiyinə görə pulu qaytara bilməmişdir. Qeyd edir ki, Ramilin də burada hər hansı marağı olub, bununla bağlı təklifi o irəli sürüb və 1800 manatı da İlyasdan deyil, Ramildən alıb. 2022-ci il sentyabrında İlyasla görüşmüş, ondan 500 manat almışdır, lakin 2024-cü ilin avqust ayında 500 manat məbləğdən 250 manatı İlyasa qaytarmış, yerdə qalan məbləği 2-3 ay ərzində qaytaracağını bildirsə də, maddi vəziyyəti buna imkan vermədiyi üçün qaytarmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 1900 manatı, habelə Şahid3 5100 manatı borc almış, bu səbəbdən özünü təqsirli bilmir. Sədi ona 1900 manatı kart vasitəsilə ödəməmişdir. 2023-cü ilin aprel ayında 2-ci mikrorayon ərazisində yerləşən “Kontakt Home” mağazasının qarşısında Sədidən 100 manat, həmçinin 2023-cü ilin iyun ayında 3-cü mikrorayon ərazisində yerləşən mərasim evinin qarşısında Sədi ilə görüşərək ondan 400 manat almamışdır. O, yalnız 1900 manat Sədidən və 5100 manat Şahbazdan pensiya düzəltmək məqsədilə yox, borc olaraq almışdır. O, Sədiyə Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyində tanışı olduğunu deməmiş, ona pensiya düzəlməsi üçün 7500 manat məbləğdə pul verməsini istəməmişdir. Sədidən və Vaqifdən aldığı borcu isə maddi vəziyyəti imkan vermədiyi üçün qaytara bilməmişdir. İbtidai istintaq müddətində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ürəyində qüsur və şəkər xəstəliyi var. Buna görə də 2-ci qrup əlil kimi pensiya alır. Təxminən 2 il əvvəl Zərərçəkmiş şəxs2 ilə Sumqayıt şəhəri «Karvan Ticarət Mərkəzi» ərazisində tanış olmuş, sonradan Zərərçəkmiş şəxs2 həmyerlisi Şahid3 da tanımışdır. Həmçinin Zərərçəkmiş şəxs1 tanışı İİ Qarabağ müharibəsi qazisi kimi tanıdığı X2 vasitəsi ilə tanımışdır. 2022-ci ilin avqust ayında Ramil İsmayılov onunla Sumqayıt şəhərində görüşmüş və ona İİ Qarabağ müharibəsində iştirak etmiş İlyas adlı tanışının müharibədə yaralanıb bədənində qəlpənin olmasını, lakın əlillik və qazilik statusu olmadığını və İİİ qrup əlillik statusu almaq istədiyini deyib onun bu işdə kömək edə biləcəyini soruşmuşdur. Sosial Müdafiə Nazirliyində tanışının olmasını və onunla danışdıqdan, sonra məlumat verəcəyimi bildirmişdir. Ramil ondan bu işin nə qədər xərcinin olmasını soruşduqda, ona 5.500 manat pul lazım olmasını bildirmişdir. Həmin ay Ramilin vasitəsi ilə İlyas ilə görüşmüş, İlyasa onun İİİ qrup əlillik statusu almasında kömək edəcəyini bildirərək İlyasın əlaqə nömrəsini götürmüşdür. 03 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən «Kapital Bank»ın yaxınlığında Ramil ilə görüşmüş. Həmin vaxtı orada İlyasın İİİ qrup əlillik statusu alınmasına kömək edəcəyi adı ilə Ramilə verdiyi 3.500 manat pulu və İlyasa aid sənədləri Ramildən almışdır. 17 avqust 2022-ci il tarixdə İlyası həkim komissiyasından keçirmək üçün «VİTEK»ə aparmış və həmin vaxtı ona bədənində hər hansı bir xəsarət və ya qəlpənin olmaması məlum olmuşdur. Lakın ona İİİ qrup əlillik statusu alınmasına deyil, İİ qrup əlillik statusu alınmasında kömək edəcəyini bildirmişdir. 02 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri. Novxanı Bağlar ərazisində Xəzər dənizi sahilində yerləşən «Freqat» restoranının həyətində Ramil ilə görüşmüş, həmin vaxtı orada İlyasın əlillik statusu alınmasına kömək edəcəyim adı ilə Ramilə verdiyi qalan puldan 2.000 manat pulu Ramildən almışdır. 19 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı bağları ərazisində Xəzər dənizi sahilində İlyas ilə görüşmüş və ondan əlillik statusunu həll etmək adı ilə qalan puldan 500 manat da almışdır. İlyasa İİ qrup əlillik statusu alınmasında kömək edəcəyini və iş düzəldikdən sonra 1.000 manat alacağını demişdir. Sonra səhhətində, yəni ürəyində yaranan problem ilə əlaqədar İlyasdan aldığı pulu şəxsi ehtyacları üçün xərcləmişdir. 2024-cü ilin avqust ayında İlyasdan aldığı puldan ona 250 manat qaytarmış, lakin qalan pulu 2-3 ay ərzində qaytaracağını bildirsə də imkanı olmadığına görə həmin pulu ona qaytara bilməmişdir. Bundan başqa 2023-cü ilin may ayının əvvəlində Sumqayıt şəhəri «Karvan Ticarət Mərkəzi» ərazisində Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 birinci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün İİ qrup Qarabağ müharibəsi əlili kimi pensiya almasını, lakin sonradan həkim komissiyasından keçməsinə baxmayaraq həmin pensiya təyinatının dayandırılmasını bildirməsinə görə onunla söhbət əsnasında tanış olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs2 onun əlillik statusunun bərpa olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olmasım və bu işdə ona kömək edə biləcəyini bildirmişdir. Əlaqə saxlamaq üçün Zərərçəkmiş şəxs2 mobil nömrəsini götürmüşdür. Sonra mən Zərərçəkmiş şəxs2 zəng edərək, onun əlillik statusunun bərpa olunması üçün 7.500 manat pul lazım olmasını bildirmiş. 2023-cü ilin aprel ayının sonunda (dəqiq gününü xatırlamır) Zərərçəkmiş şəxs2a göndərdiyi, hazırdahansı bank olduğunu xatırlamadığı bank kart nömrəsinə onun əlillik statusunun bərpa olunması üçün 1.900 manat pul göndərmişdir. 2023-cü ilin aprel ayının sonunda Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «Kontakt Home» mağazasının qarşısında Zərərçəkmiş şəxs2 ilə görüşüb qalan puldan 100 manat pulu onun əlillik statusunun bərpa olunması üçün almış. 15 may 2023-cü il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən - 4- «Çukur» adlı çayxanada Zərərçəkmiş şəxs2 ilə ortaq tanışları olan Vaqiflə görüşmüş və orada Vaqif Zərərçəkmiş şəxs2 əlillik statusunun bərpa olunması üçün 5.100 manat pulunu ona vermişdir. Sonra 2023-cü ilin iyun ayının əvvəlində dəqiq gününü xatırlamadığı tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən mərasim evinin qarşısında Zərərçəkmiş şəxs2 ilə görüşmüş və qalan puldan 400 manat pulu onun əlillik statusunun bərpa olunması üçün almışdır. Zərərçəkmiş şəxs2 ilə danışdıqda ona yalandan ümumilikdə aldığım 7.500 manat pulu onun əlillik statusunun bərpa olunması üçün yalandan «lazım olan şəxslərə» verdiyini bildirmişdir. Sonradan ona Zərərçəkmiş şəxs2 Malik oğlunun polisə şikayət etməsi məlum oldu. Bundan sonra səhhətimdə, yəni ürəyində yaranan problem ilə əlaqədar Sədidən aldığı pulu şəxsi ehtyacları üçün xərcləmiş və Sədidən aldığı pulu qaytara bilməmişdir. Qeyd olunan əlillik sənədini düzəltmək üçün heç bir aidiyyəti orqanda və ya qurumda tanışı, eləcə də bu işi düzəldə biləcək şəxs olmamışdır. Məqsədim zərərçəkmiş şəxsləri aldadıb pulu ələ keçirmək olmuşdur. Yuxarıda qeyd etdiyi və törətdiyi cinayət hadisələrində zərərçəkmiş şəxsləri əvvəlcədən tanımamış və həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Cinayət hadisələrini tək törətmiş və bu işdə ona heç kim kömək etməmişdir. Eləcə də törətdiyi cinayət hadisələrindən başqa heç kimin məlumatı olmamışdır. Cinayət yolu ilə əldə etdiyi pulları səhhətində problem olduğu üçün müalicə olunmağına və şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin pullardan heç bir avtomobil, mülk və ya hər hansı qiymətli əşya almamışdır. Daha sonra tqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədən dəymiş ziyanları ödəməyini, xəstəliyinin və himayəsində yaşlı anasının olmağının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərər çəkmiş şəxsin ifadəsi, diskə baxış keçirilməsi haqqında protokollar və digər istintaq hərəkəti protokolları, həmçinin ilkin təhqiqat materialları ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsində iştirak etmiş, yaralanmışdır. Hazırda bədənində 34 qəlpə, başında isə kontuziya var. Bununla bağlı həkim sənədləri olmuş, ona veteranlıq verilsə də, qazilik verilməmişdir. O da bununla bağlı Əhalinin Sosial Müdafiyə Nazirliyinə müraciət etmiş, lakin oradan müsbət nəticə əldə edə bilməmişdir. 2022-ci ilin avqust ayının əvvəlləri adının Ramin olduğunu bildiyi oğlanla tanış olmuş, ona qazilik ala bilmədiyini sümiş, Ramin də ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu Malikin bu işi həll edə biləcəyini demişdir. O da İlyasa Maliklə danışmasını, işini həll etməsini xahiş etmişdir. Ramində onunla razılamış və bir müddət sonra Ramin ona Maliklə danışdığını, qazilik almağı işini Malikin həll edəcəyini, bu iş üçün ondan 5500 manat pul alacağını demişdir. xx.xx.2022-ci il tarixdə Raminlə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində olan Kapital bankın yaxınlığında görüşüb Raminə əlbəəl 3500 manat pul vermişdir ki, həmin pulu Malikə versin, Malikdə qazilik almağına kömək etsin. Bir neçə gün sonra vitekə getmiş, həmin yerə Malik aparmış, Ramin artıq onu Maliklə tanış etmişdir. Malik ondan Raminə nə qədər pul verdiyini soruşmuş, o da Raminə 3500 manat verdiyimi dedikdə Malik Raminin ona həmin pulu verdiyini bildirmişdir. Malik həmin vaxt söz vermişdir ki, bu işi həll edəcəyini ona İİİ qrup əllilik deyil İİ Qrup əllik ala biləcəyini demişdir. Həmin vaxtdan sonra təxminən sentyabrın əvvəli Raminlə Sumqayıt şəhəri Corat qəsəbəsində 33 №-li avtobusun yolunda həmin yolda yerləşən orta məktəbin qarşısında görüşmüş, Raminə həmin iş üçün 2000 manat pul vermişdir ki, Malikə çatdırsın, həmin vaxtan sonra Maliklə Sumqayıt şəhəri Novxanı bağlar ərazisində Freqat restoranının həyətində görüşüb Malikə əlavə olaraq 500 manat da vermişdir. Malik də ona 2-ci qrup əlillik alacağını söz verib demişdir ki, işi həll olunduqdan sonra 1000 manat da alacaqdır.Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Malik onun işini düzəltməmiş, nə də pulunu qaytarmamışdır. Uzun danışıqdan sonra Malik ona 250 manat pul qaytarmışdır. Beləliklə, Malik ona 2-ci qrup əlillik alacağını vəd edərək ondan cəmi 5750 manat pul alaraq onu aldatmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyinə görə ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, birinci Qarabağ müharibəsinin iştirakçısıdır. 2019-cu ildən İİ qrup Qarabağ müharibəsi əlili kimi pensiya alırmışdır. Hər 5 ildən bir ƏƏSMN-nin dövləttibbi sosial ekspertiza komissiyasından müayinələrdən keçmişdir. Sonuncu müddət 2023cü illin aprel ayında bitmiş və əlilliyə görə pensiya təyinatı dayandırılmışdır. 2023-cü ilin aprel ayında Sumqayıt şəhərindəki çayxanaların birində olarkən sonradan tanıyıb tanış olduğu Təqsirləndirilən şəxs ilə söhbət zamanı Malik pensiyasının dayandırılmasını ondan eşitmiş, ona bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlində yüksək vəzifələrdə işləyən qohumu var, onun köməkliyi ilə pensiya işini həll edəcəkdir. Bu işin həlli üçün ondan 7500 manat pul istəmişdir. Həmin məbləğ pulu verərsə bir ay müddətinə bu işi həll edə biləcəyini vəd etmişdir. O da Malikin danışığına görə ona inanaraq razılaşmışdır. İlkin olaraq 2023-cü aprel ayının sonunda dəqiq gününü xatırlamadığı tarixdə 1900 manat məbləğdində pulu Bakı şəhəri Hövsan qəsəbəsində yolun kənarında yerləşən Araz Supermarketidə “Emanat” terminalı vasitsəsilə Malikin göndərdiyi kart hesabına ödəmişdir. Malikin sözünə bu işi görməsi üçün əlilliklə bağlı əvvəlki tibbi sənədləri, yəni epikriz və müvafiq sənədləri Sumqayıt şəhəri Karvan Ticarət mərkəzinin yanında Malikə vermişdir. Malik sənədləri götürüb demişdir ki, narahat olma sənədləri aparıb orada göstərəcəkdir. 2023-cü ilin aprel ayının son günlərində 2-ci mikrorayon ərazisindəki “Kontakt Home” mağazasının qarşısında Malikə 100 manat məbləğində pul vermişdir. 2023-cü ilin may ayının əvvəllərində onlayn yolu ilə Malik ona növbə tutmuş, onu özü ilə ƏƏSMN-nin Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə aparmış, içəri girmişdir. Malik ona demişdir ki, “sən keç içəridə gözləmə-zalında əyləş, müəllim səni görəcək və mənə xəbər edəcəkdir”. O da bir neçə dəqiqə gözləmə zalında oturmuş və daha sonra Malik ona zəng edib demişdir ki, “müəllim səni kamera ilə gördü, çıx gedək”. xx.xx.2023-cü il tarixdə Malik ilə Sumqayıt şəhəri 36-cı məhəllədə yerləşən “Çukur” adlı çayxanada görüşmüşlər. Həmin zaman Malik demişdir ki, işi danışıbdır, pulu təcili olaraq tam şəkildə aparıb çatdırmalıdır. Pulu olmadığını deyəndə demişdir ki, qalıq qalan 5100 manatı verməsə işin düzəlməyəcəkdir və əvvəlki vediyin pul da batacaqdır. Vəzifəli şəxsin onu gözlədiyini təkrarlamışdır. Onu tələsdirib həmin məbləği verməyini təkid etmişdir. Həmin zaman Maliklə ortaq tanışları olan Vaqif Barat oğlu da yanlarında olmuş və Vaqif demişdir ki, tanıdığı pul sələmə verən şəxs var, ondan götürüb verə bilər. Elə həmin gün Vaqif ona 6000 manat pulu Sumqayıt şəhəri Sülh küçəsi “Markova” ticarət Mərkəzinin qarşısında vermiş və o da həmin puldan 900 manat götürüb qalan 5100 manatını xx.xx.2023-cü ildə tanışı Vaqif adlı şəxsə vermiş. Malik pulu Vaqifdən götürdüyünü bildirmişdir. Sonuncu dəfə qalan 400 manat məbləğində pulu Malikin özünə 2023-cü ilin iyun ayının ilk günlərində dəqiq gününü xatırlamadığı tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində Mərasim evinin qarşısında vermişdir. Malik həmin pulu alanda narahat olmamağını deyib aldığı 7500 manatı müəllimə çatdırdığını bildirmişdir. Lakin pensiya işi həll olunmamış, faizə götürdüyü pulu qaytara bilmədiyinə görə məcburiyyət qarşısında qalaraq torpağını dəyirdəyməzə satıb 5100 manatı və 2400 manat faiz pulunu sələmçiyə ödəmişdir. Malik müxtəlif bəhanələr gətirməklə işin düzələcəyinə inandırmışdır. 2024-cü ilin yanvar ayında Malik ilə görüşləri zamanı təsadüfən ortaq tanışları Rəfi və Rafiq adlı şəxslər Malik də aralarında olan sözlü mübahisəyə şahid olmuşlar. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 mülki iddia ilə məhkəmə müraciət edərək cinayət işi üzrə mülki iddiaçı kimi tanınmasını, 7500 manat maddi ziyanın ibtidai istintaq zamanı hüquqi yardıma görə ödədiyi 325 manatı, 95 manat mülki iddiayə görə ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyinə görə ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmiş və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3, Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 75-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 86-87-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tanınmışdır. Cinayət işinin 25-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 53-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan xx.xx.2025-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrə adı altında istintaqı davam etdirilmişdir. ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, səs yazıları olan fayllarda Təqsirləndirilən şəxs, «İnşallah, 24-ü gedərsən DOST xidmətinə sənədlərini götürərsən, amma İİ yox İİİ qrup olacaq çünki, sənin xəstəliyinnən İİİ qrup olacaq burda nə var ki» olan səs yazısı, həmçinin digər bir şəxsin «mən sənə verməmişəm o pulu? səndə orda mənə çıxardın 500 manat verdin ki, get problemlərini həll elə, mən də dedim ki, istəmirəm, sabah Sədi bilər, Malik görüşəndə orda sən söyüş söydün və mən dedim ki. mən sənə Sədinin pulunu çatdırmadım səndə etiraf etdin və sonra sən dedin ki, sən məndən ərizə yazarsan, dedim yox, sən də dedin ki, hə vermisən. Sədi səni tutdurmaq istiyəndə. şikayət edəndə, sən deyildin məndən xahiş edən ki. Sədiyə denən şikayət etməsin, sən balanın canına and içdin ki. Sədi sənin pensiya məsələni həll edəcəm, indi almısan, yemisən, indi də get qaytar, xeyr ola sən mənim adımı işlədirsən» səs yazıları eşidilmiş və Təqsirləndirilən şəxs həmin səslərin ona və tanışı Vaqifə aid olduğunu bildirmişdir. Cinayət işinin 104-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs, X3 xəstəxanada olması və müalicə almasını bildirməsi ilə əlaqədar səs yazısı qeydə alınmışdır. Belə ki, X3 xəstəxanada olması, qan köçürülməsi və xəstəxanadan çıxandan sonra məsələni yoluna qoyacağı ilə əlaqədar səs yazısı. X2, İbişox Malik Mehdi oğluna «sən haqq-hesab vaxtı gəlib çatanda xəstəxanaya gedirsən, o variantları mənə gəlmə, mənə birinci gün söz vermişdin, vaxtı çatanda xəstəxanaya gedirsən, yerini de gəlim xəstəxanaya, sənə bunu keçməyəcəm» bildirməsi ilə əlaqədar səs yazısı qeydə alınmış və Təqsirləndirilən şəxs həmin səslərin ona və tanışı Vaqifə aid olduğunu bildirmişdir. Cinayət işinin 111-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, bundan başqa Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 114-127-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum olunmuşdur. Cinayət işinin 128-134-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(060)-9/2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 il 06 altı ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 138-149-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və digər istintaq hərəkəti protokolları, istintaq zamanı toplanmış sənədlər mötəbər sübut kimi qiymətləndirilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 və X2 təqdim etdiyi 02 ədəd diskin maddi sübut kimi tanınmağı və iş materiallarında saxlanılmağı nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixə cəzasının 01 il 06 ay 20 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 11 ay 10 gün təşkil edir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11.25-də xəstəxananın cərrahiyyə şöbəsinə stasionar müalicəyə daxil olub. Diaqnoz kəskin ponkreatit. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsindən görünür ki, hazırki iş üzrə mülki iddiaçı kimi tanınması, iş üzrə 7500 manat maddi ziyanın, Sumqayıt ŞPİ-də istintaq aparılarkən hüquqi yardım almağa görə ödədiyi 325 manat və mülki iddianı qaldırmağa görə ödədiyi 95 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmçinin, mülki iddia ərizəsinə əlavə edilmiş “eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, 95.60 manat və 3.60 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, “PulPal” ödəniş sistemi vasitəsilə 325 manat ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs təkrarən və xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2-ci hissəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və onlara vurduğu ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslərlə barışmasını və onlara vurduğu ziyanı ödəməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə,həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdən 24 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı xx.xx.2024-cü il tarixindən hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 küçəsindəki fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs2 mülki iddiasına münasibətdə qeyd edir ki, sonuncunun təqsirləndirilən şəxslə barışması, ona dəymiş ziyan ödənildiyinə görə heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Bununla da, Azərbaycan Respublikasının CPM-in 179.2-ci maddəsinə və Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən Sadi Ağayevin iddiadan imtina etməsi səbəbindən mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-cu maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa icraata xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə ekspertiza xərci, müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdən 24 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 küçəsindəki fərdi ev ünvanını tərk etməmək Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iddiası üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri, müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-606/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-606/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver